asdırmaq üçün iyirmi iki metr hündürlüyündə dar ağacı qurdurmuşdu.
Çar isə gecə yata bilmirdi, Mordexayın onu öldürmək üçün düzəldilən qəsdi
açmasını yadına saldı. Ancaq o, Mordexayı buna görə mükafatlandırmamışdı.
Haman Mordexayı asmaq barədə xahiş etmək üçün saraya gələndə, çar onu
yanına çağırdı və bir adamı şərəfləndirmək istədiyini bildirdi. Haman güman etdi
ki, bu adam elə onun özüdür. Sonra çar əlavə etdi: «Bax, gör çar şərəfləndirmək
istədiyi adamı necə mükafatlandırır!» Bundan sonra dedi: «Tez get, xalat və at
gətir, yəhudi Mordexayı şərəfləndirmək üçün bu mükafatları ona verək». Haman
belə də etdi. Xalatı Mordexaya geyindirdi və axırıncı atın belinə qalxdı.
Çar və Haman Esterin öz xahişi əsasında ikinci dəfə onun ziyafətinə gəldilər.
Çar əvvəlki alicənab sözlərini təkrar edəndə, Ester cavab verdi ki, əgər Əlahəzrət
mənim istəyimə görə nəyisə vermək istəyirsə, mənim arzum özümün və xalqımın
yaşamasıdır. Xalqım və mən qırılmaq üçün satılmışıq. Bu qul olmağa satılmaqdan
da betərdir. Mən sakit dayanacaq və zəhlənizi tökməyəcəyəm.
Çar Esterdən soruşdu ki, «Kim belə şeyi etməyə cürət etmişdir? Haradadır o
adam?» Ester cavab verdi ki, «Bizim düşmən, bizi təqib edən bu bəd adam
Hamandır!» Bu sözləri eşidəndə Haman dəhşət içərisində çara və çariçaya baxırdı.
Çar qəzəblənib, otağı tərk etdi. Haman özünü, Esterin hiddətindən uzandığı divanın
üstünə atıb, ondan mərhəmət diləyirdi. Bu vaxt qəflətən otağa qayıdan çar bunu
görüb qışqırdı: «Bu həmin adamdır ki, elə buradaca, mənim gözümün qabağında,
mənim sarayımda çariçanı zorlamaq istəyir?»
Hərəm xidmətçiləri Hamanın başını pərdə ilə örtdülər, onlardan biri dedi ki,
Haman hətta öz evinin həyətində dar ağacı qurmuşdur ki, Sizin həyatınızı xilas
edən adamı ondan asdırsın. Çar əmr etdi ki, «Hamanı oradan asın!» Beləliklə,
Mordexay üçün qurdurduğu dar ağacından Hamanın özü asıldı. Yalnız bundan
sonra çarın acığı soyudu.
Çar Ksperks çariça Esterə Hamanın bütün mülkiyyətini verdi. Çarın yanına
gəlməyə Mordexaya icazə verildi. O, möhür üzüyünü də Mordexaya bağışladı. O,
çardan sonra rütbəcə ikinci adama çevrildi və öz xalqına daha səylə xidmət
göstərməyə başladı.
Çarın göstərişi ilə hər bir şəhərdə yəhudilərə özünü mühafizə etmək üçün
təşkilatlanmağa icazə verildi. Yəhudilər öz düşmənlərindən qisas almaq imkanına
malik oldular. Kütləvi qırğından xilas olma gününü onlar bayram kimi qeyd
etməyə başladılar və Purim yəhudilərin ən müqəddəs bayramlarından biridir.
Tomris
Tarixin atası sayılan Herodotun doqquz cildlik «Tarix» kitabında
massagetlərin çariçası Tomirisin Persiya çarı Böyük Kir üzərində tam qələbə
çalmasından bəhs edilir. Böyük Kir Massaget çarlığını ələ keçirmək istəyirdi.
167
Herodot bu sahədə baş verən hadisələri yüz il sonra qələmə almışdır. Tomirisin
şəxsiyyətinin və onun Kir üzərində qələbə çalması əhvalatı antik dünyada yaxşı
məlum idi və əfsanəyə çevrilmişdi.
Herodot məlumat verir ki, Kir Araz çayını keçdikdən sonra (o, çayın Xəzər
dənizinin şərq tərəfində axdığını göstərir) massagetlərin ərazilərinin içərilərinə
doğru bu günə qət edilən məsafədə irəlilədi. O, işğal etdiyi Lidiyanın keçmiş çarı
Krezin məsləhəti ilə massagetlərə tələ qurdu. Perslər xeyli şərab ehtiyatı olan
düşərgəni tərk edib, onu qorumağa yararsız bir hissə qoydular, əsas qoşunlar isə
geri – çaya tərəf çəkildi. Massagetlər düşərgədəki düşmənə qalib gəldikdən sonra,
oturub yeyib-içməyə başladılar, bol qidadan və şərabdan məstləşib, yuxuya
getdilər.
Perslər isə gəlib onlardan bir hissəsini öldürüb, daha çoxunu isə əsir
götürdülər. Əsir götürülənlərin arasında çariça Tomirisin oğlu, massagetlərə
komandanlıq edən Sparqanif də var idi.
Tomiris bundan xəbər tutduqda Kirə məktub göndərdi: «Qana susayan
Kir,… mənə oğlulmu qaytar və hələ cəzalandırılmamış bu ölkədən çıx get. Əgər
sən bunu etməsən, massagetlərin hökmranı olan Günəşə and içirəm ki, sənə qan
içirdəcəyəm, baxmayaraq ki, sən heç doyan deyilsən».
Əsir götürülmüş Sparqanif Kiri dilə tutdu ki, onu buxovlardan azad etsinlər,
bu baş verdikdə isə, o, azad olan kimi özünü öldürdü.
Tomiris Kirin onun sözünə məhəl qoymadığını görüb, bütün qoşunlarını
toplayıb, Persiya ordusu ilə döyüşə girdi. Persiya qoşunlarının çox hissəsi elə
yerindəcə məhv edildi. Kirin özü də həlak oldu. Tomiris onun başını insan qanı
doldurulmuş şərab tuluğuna soxdu və bu sözləri söylədi: «Oğlumu hiyləgərliklə
tutub, döyüşdə sənin üzərində qələbə çalan məni diri ola-ola məhv etdin. Mən isə
sənə məhz hədə göndərdiyim qaydada qan içirdəcəyəm».
Daim müxtəlif xalqlar, ölkələr üzərində qələbə çalmağı ilə qürur duyan Kir
həqiqətən o, Lidiyanı, Babilistanı işğal etmişdı, böyük imperiya yaratmışdı,
gözləmədiyi halda çariça olan bir qadınını sərkərdəlik qabiliyyəti hesabına ağır
məğlubiyyətə düçar olmaqla yanaşı, həm də öz həyatını itirdi. Tomiris isə həm də
böyük imperiyanın məğlubedilməz qoşunları üzərində müqayisəyə gəlməyən bir
qələbə çalmışdı.
Qədim Romada əxlaq məsələsi
Qədim Roma bir vaxtlar əxlaqın möhkəmliyi, təmizliyi ilə öyünürdü, lakin
respublikanın artıq üç əsrlik yaşı olanda bu şəhərdə əxlaq pozğunluğu yayılmağa
başladı. Bizim eradan əvvəl II əsrin məşhur dövlət xadimi, 23 il ərzində Senatda
Karfagenin dağıdılmasına çağırışlar edən Böyük Katon belə xoşagəlməz
metamorfozanın baş verməsində öz nümunələri ilə vətəndaşlara mənfi təsir
göstərən mühacir yunanları günahlandırırdı. Yunanlar Romaya təkcə elm,
ədəbiyyat, incəsənət gətirməmişdilər, bu çox faydalı şeyləri çox zərərli təsirlər də
müşayiət etmişdi.
168
Sonralar aşağı əxlaq normaları siasətçilərin, dövlət xadimlərinin də həyatına
yol açdı. Uyğun olub-olmamasından asılı olmayaraq qız verib, almaqla qohumluq
əlaqələri müasir dildə deilsə, siyasi inhisar əldə etməyin mühüm vasitəsinə
çevrildi. Qay Yuli Sezar arvadı öldükdə, özünün də daxil olduğu triumvuratın
nüfuzlu üzvü Pompeyin uzaq qohumu olan Pompeyaya evləndi. Pompey də öz
növbəsində Sezarla ittifaqını möhkəmləndirmək üçün onun yeganə övladı olan
Yuliyaya evləndi. Cavan qızın əri onun atasından da altı yaş böyük idi.
Qay Yuli Sezar qadınlar üçün olan bayram keçiriləndə, arvadnın otağına
qadın paltarında bir kişinin daxil olması barədə söhbətləri kəsmək üçün Sezarın
arvadının şübhədən kənar olduğunu bildirmişdi.
Sezar b.e.ə. 48-ci ildəki Farsal döyüşündən sonra, məğlub olub qaçan
Pompeyin arxasınca, onu tutmaq üçün Misirə gələndə, burada öz azyaşlı qardaşının
arvadı hesab edilən çar qızı gözəl Kleopatraya aşiq olmuş, onu ölkəsinin taxt-
tacının sahibi etmişdi. Onların məhəbbətinin nişanəsi kimi oğulları Sezarion
dünyaya gəlmiş, Kleopatranın özünü intihar etməsindən sonra, Avqust öz keçmiş
hamisinin yeganə oğlunun öldürülməsinə də razılıq vermişdi.
Kleopatra Sezarın ölümündən sonra Şərq ərazilərini idarə edən Mark Antoni
ilə daha gur və ehtiraslı eşq macərası yaşamışdı. Onlar ilk dəfə Kleopatra Kind
çayı ilə Mark Antoniyə qonaq gələndə, bir-birinə vurulmuşdular. Antoni 40-cı
ildən Avqustun bacısı Oktavianın əri olmasına baxmayaraq, Misirdə Kleopatraya
evləndiyini elan etdi və onların əkiz övladları oldu.
Kleopatra Antoniyə elə vurulmuşdu ki, Misirdə onun böyük nüfuz sahibi
olması üçün hər vasitəyə əl atırdı. Bir dəfə o, təklif etdi ki, Nildə balıq ovuna
çıxaq, axı Mark Antoni hələ bu gəzintinin ləzzətini görməmişdi. Antoninin isə bu
işdə hansısa bir səriştəsi yox idi. Sarayda ciddi hazırlıq görüldü. Antoni öz yaxın
adamlarına tapşırdı ki, o, qarmağı atanda onlar suyun altında əllərindəki balıqları
onun qarmağına taxsınlar. Aleksandriya ətrafnda Nildə gəmidə gəzinti olduqca
maraqlı idi. Antoni qarmağını sudan çıxaranda, tutulmuş balığı görən Kleopatra
çox sevindi, o, Antoninin tutduğu balıqları sevinclə əyanlarına göstərir, onun bütün
sahələrdə istedadlı olduğunu nümayiş etdirmək istəyirdi.
Bir neçə gündən sonra Kleopatra sabah yenə balıq ovuna çıxacaqlarını elan
etdi. Antoninin adamları hazırlıq gördükdə, mətbəxin bir cavan xidmətçisi yaxşı
qəvvas olduğunu əsas gətirib, onu da gəzintiyə aparmağı xahiş etdi. Çayda balıq
ovu başlananda Antoninin qarmağında duzlu balıq çıxdığını görən bir saray adamı
bərkdən gülməyə başladı. Mətbəx xidmətçisi mətbəxdən götürdüyü duzlu
balıqlardan birini, birinci olaraq Antoninin qarmağına taxıbmış. Misirdə isə duzlu
balıq istehsal etmirdilər, bu ərzaq indiki Türkiyə ərazisində yerləşən Vifiniyadan
gətirilirdi.
Əyanın bərkdən gülüşünü eşidən Kleopatra yaxınlaşıb, tutulan duzlu balığı
gördükdə çox pərt oldu. Lakin özünü itirməyərək göyərtədə olanların hamısı eşitsin
deyə ucadan dedi:
- Siz şəhərlər tutmağa, ölkələr, ərazilər işğal etməyə öyrəşmisiniz. Balıq
tutmaq sizin yox, bizim kimi öləri adamların işidir.
169
Kleopatra müdrikliyi hesabına Antonini biabır olmaqdan qurtardı, həm də
saray adamlarına bildirdi ki, özlərini belə böyük adamla müqayisə etməyə cəsarət
etməsinlər.
Kleopatra həm də çox savadlı və ağıllı qadın idi, çox sayda dil bilirdi. O,
ölkəsinin həqiqi vətənpərvəri idi. Misirin müstəqilliyini qoruyub saxlamaq üçün,
buna təhlükə törədən yadellilərə bədənini təslim etmək kimi ləyaqətinə xələl
gətirən əməldən də çəkinmirdi. Ona görə də, yalnız b.e.ə. 30-cu ildə Kleopatra
özünü intihar etdikdən sonra Misir Roma imperiyasının tabeliyinə keçdi.
Mark Antoninin başı ehtiras tufanına qarışdığından, imperiyanın ərazilərini
sevgilisinə verilən hədiyyəyə çevirirdi. Axı möhkəm eşqə düşən hər şeydən
məhrum olur, hətta ağlını da itirir. Romanın torpaqlarını hərraca qoyduğuna görə
Avqust öz triumvirat sirdaşını xəyanətkar adlandırmışdı.
İmperator Avqustun özü əxlaq təmizliyi tərəfdarı olsa da, öz ailəsində də
əxlaqsızlıq hallarının baş verməsindən qaça bilmirdi. Onun qızı Yuliya üç dəfə ərə
getmiş, ikinci əri Aqritppadan beş uşağı, o cümlədən Aqrippina olmuşdu.
Axırıncının qızı Kiçik Aqrippina isə oğlu Neronun atası Aqenobarb öldükdən
sonra doğma əmisi, imperator Klavdiyə ərə getmişdi. Avqust qızı Yuliyanı
əxlaqsızlığa, biabırçı qüsurlarına görə sürgünə göndərmişdi. Onun qızı Kiçik
Yuliya da pozğunluğuna görə imperator babası tərəfindən Romadan sürgün
edilmişdi.
Avqust öz qızını cəzalandırmaqla kifayətlənməib, öz əsərləri ilə guya əxlaq
pozğunluğunu təbliğ etdiyinə görə şair Ovidi Nazonu da uzaq Toma (indiki
Rumıniya ərazisindəki Konstansa) şəhərinə sürgün etmişdi.
Romada ilk imperatriça olan Liviya Druzilla b.e.ə. 38-ci ildə ərindən
boşandı ki, Oktavian Avqustla nikaha girsin. Onun oğlu Tiberii atalığı Avqustdan
sonra imperator olduqda, ilkin dövrlərdə bu qadın ictimai işlərdə ona ciddi təsir
göstərirdi. Lakin oğlu sonralar dövlətin idarəçiliyinə müdaxilə etməsinə ona imkan
vermirdi.
Avqustun varisləri olan imperatorlar Tiberinin və xüsusən Kaliqulanın
zinakarlığı öz apogeyinə çatmışdı. Tiberi Kapri adasında pozğunluq yuvası
düzəldib, orada yeniyetmə oğlan uşaqları ilə əylənirdi. Kaliqula dəhşətli əxlaqsızlıq
nümunələri göstərməklə yanaşı, öz doğma bacısı ilə də intim yaxınlıq edirdi.
Onlardan sonrakı imperator Klavdi isə daha çox öz pozğun arvadı
Messalinaya görə «məşhurlaşmışdı». Messalina şəhvət məsələlərində heç bir hədd
tanımırdı. O, həqiqətən də əsl fahişə idi, bir dəfə başqa bir «kolleqası» ilə yarışıb,
24 saat ərzində 25 kişi ilə yaxınlıq etməklə ona qalib gəlmişdi. Messalina da
Avqust ailsinə məxsus idi, onun bacısının qızı idi. İmperator əri sağ ola-ola, yalnız
qısa müddətə o, Romadan kənarda olanda Qay Sili adlı cavan oğlana ərə getmişdi.
Paytaxtına qayıdan Klavdi bu hadisəni eşidib, çaşqın vəziyyətdə soruşmuşdu ki,
«görən o, hələ imperatordurmu?»
Klavdinin yaxınları Messalinanı qətlə yetirməklə onun bu biabırçılığına son
qoydular. Lakin onun ailəsindəki bədbəxtliklər heç də bununla qurtarmadı. O,
yağışdan çıxıb, yağmura düşdü. Öz qardaşı qızı Aqrippina dul olduğuna görə elə
tələ qurmuşdu ki, imperator ona evlənsin. Aqrippina da birbaşa Avqustun
170
nəslindən idi. Onun kələyi senatorların köməyi ilə baş tutdu. Həmin vaxta qədər
Romada intsest əlaqə şəklində şaquli qaydada yaxın qohumla evlənmək qanundan
kənar hesab olunurdu. Senatorlar bu qaydanı adi sosial şərtilik kimi qiymətləndirib,
onu dəyişməklə kifayətlənməyib, imperatora bildirdilər ki, əgər o, bu izdivaca
razılıq verməsə, onu buna məcbur edəcəklər.
Nəhayət, Klavdi Aqrippinaya evləndi, indi də onun hələ hiss etmədiyi yeni
dərdləri meydana gəldi. Aqrippina böyük təsir gücünə yiyələndi, ərinin sağlığında
avqusta tituluna sahib oldu. Oğlu Neronu imperator etmək, Klavdinin doğma
oğlunun varisliyinə mane olmaq üçün Neronu imperatorun qızına evləndirdi və
nəhayət, sonuncu əclaflığına əl atıb, Klavdini, zəhər qatılmış göbələyi ona
yedirtməklə öldürtdürdü.
Beləliklə, 17 yaşlı Neron Roma imperatoru oldu və öz iyrənc əməllərinə
başladı. Anası ona təsir göstərmək istəyirdi, öz oğlu ilə intsest yaxınlıq da etmişdi.
Lakin bir qədər sonra Neron onu boğaza yığan anasından qurtulmaq üçün sui-qəsd
təşkil etdi və ikinci cəhddə onu aradan götürə bildi. Neron vaxtilə anasının ona
müəllim tutduğu məşhur filosof Senekanı da özünü öldürməyə məcbur etdi. Filosof
və arvadı isti vannada uzanıb, venalarını kəsməklə həyatdan getdilər.
Neron əxlaq məsələsində ən iyrənc adam hesab oluna bilərdi, bir oğlanla
evləndiy kimi, başqa birisinə də ərə getmişdi. Romanın yandırılması hadisəsi də
onun vicdanının üzərində qalır. 14 il ərzində hökmranlıq etdikdən sonra, 68-ci ildə
qiyamçılardan qorxub, nökərini onun özünü öldürməyə məcbur etdi. Aqrippina
əslində öz oğlu vasitəsilə Romaya dəhşətli bir bəla gətirmişdi.
Sonralar imperatriça Liviyanın daha fərasətli ardıcılları meydana gəldi.
Yuliya Domna imperator Septimi Severin 187-ci ildən arvadı olmaqla, ərinin
işlərinə ciddi təsir göstərirdi. Onun oğlu Karakalla atasından sonra taxt-taca
çıxmışdı. Qəddar Karakalla anasının gözləri qarşısında öz kiçik qardaşını
öldürmüşdü. Bir qədər sonra onun özü də qətlə yetirildi, onu Şərqə hərbi yürüş
edərkən, yol qırağında təbii ehtiyacını ödədikdə öldürmüşdülar. Yuliya Domna
Karakallaya nifrət etsə də, onun ölümündən kədərlənib, özünü taqətdən salırdı.
Taxt-tac Karakallanın mühafizəçilərindən biri olan Makrinin əlinə keçdikdə,
Domna hakimiyyətə yiyələnmək üçün heç bir çıxış yolu görmədiyindən 217-ci ildə
özünü öldürdü. Hər iki oğlu kimi ana da həyatdan öz əcəli ilə getmədi.
Onun bacısı Mesa Domna isə fəaliyyətsiz dayanmırdı, nəvəsi Elaqabalı taxt-
taca gətirdi. Bu 14 yaşlı səfeh oğlan imperatora çevrilmişdi. O, pulları ağılsızcasına
xərcləyir, orgiyalar təşkil edir, hətta özü fahişəliklə məşğul olurdu. Mesa ona və
onun varisi Aleksandr Severə böyük təsir göstərirdi.
İmperator I Konstanti Xlorun arvadı Yelena 292-ci ildə ondan boşanmışdı.
Konstanti 306-cı ildə öldükdə, oğlu Konstantin imperator oldu və bu mövqedə 31
il ərzində qaldı. Gələcəkdə Bizansın paytaxtı olacaq Konstantinopol şəhərinin də
əsasını gənc imperator qoymuşdu. Ancaq Yelena xristianlığı qəbul etdiyindən
oğluna da həmin dinə keçməyi təlqin edirdi. 312-ci ildə Romadakı Milvia körpüsü
üzərindəki döyuşdə qazandığı qələbədən sonra, bunun bir əlamət olduğuna inanıb,
xrisitanlığı qəbul etmişdi. 313-cü ildə Yelenanın təsiri ilə imperator xristianlığın
təqibini dayandırdı və onu imperiyanın dövlət dininə çevirdi.
171
Yelena 326-cı ildə 78 yaşında zəvvar kimi Yerusəlimə yollandı. O, aclara və
evsiz-eşiksizlərə köməklik göstərirdi, əslində yeni eranın mücəssəməsinə çevrildi.
Yerusəlimdə Sahibin qəbrinin yanında olan qa daxil olmaqla, iki kilsə tikdirdi. Bir
qayda olaraq əfsanə fakta çevrildikdə, adamlar əfsanəni seçirlər. Yelena
müqəddəslər siyahısına daxil edildi. Atlantik okeandakı, Napoleonun altı il ərzində
sürgün həyatı yaşadığı və öldüyü ada da Müqəddəs Yelena adını daşıyır. Yelena
328-ci ildə 80 yaşında öldü, o, avqusta titulunu daşımışdı.
Bizanslı Teodora və Çin imperatriişası U
Bizansın məşhur imperatoru I Yustinianın arvadı Teodora gəncliyində
gözəlliyinə görə diqqəti cəlb etdiyindən, aktrisa olmuşdu. 525-ci ildə imperatora
ərə getmiş, iyirmi il ərzində şəxsən imperatorun, həmçinin imperiyanın siyasi və
dini həyatı üzərində böyük təsir gücünə malik olmuşdu.
532-ci ildə Nika qiyamı vaxtı imperatorun Konstantinopoldan qaçmasının
qarşısını almışdı. O vaxtlar Konstantinopolda cıdırda atlı araba yarışı böyük hay-
küylə keçirilirdi. Yarışda azarkeşlrin bölündüyü Yaşıllar və Mavilər arasında
qələbəyə nail olmaq üstündə ciddi rəqabət gedirdi. 532-ci ildə keçirilən bir yarışda
gözlənilmədən hər iki fraksiya birləşib, imperatora qarşı çıxış etməklə qiyam
qaldırdılar.
Qiyam başladıqda I Yustinian (tarixdə o, Yustinian Kodeksinin meydana
gəlməsinin təşəbbüskarı kimi daha böyük şöhrət qazanmışdır) qiyamın miqyasının
böyüməsindən qorxub, paytaxtdan qaçmaq istədi. Bu vaxt arvadı Teadora qeyri-adi
cəsarət nümayiş etdirib, onun bu fikirdən yayındıra bildi. Teodora ərinə dedi ki,
mən qadınlığımla bircə dəfə məni imperatriça kimi salamlamasalar, belə
yaşamaqdansa ölməyi üstün tutardım. Sən isə imperatorsan, taxt-tacı qoyub hara
gedə bilərsən? Bu Yustinianı ürəkləndirdi və o, qiyamı yatırtmağa girişdi. Barbar
muzdurların köməyi ilə qiyamçılardan 30 min nəfərini öldürtdü. İmperatorun sərt
tədbirləri qiyamın yatırdılması ilə nəticələndi və bundan sonra imperatriça
Teodoranın nüfuzu daha da artdı.
Teodopa gəncliyində yüngül əxlaqı ilə seçilsə də, imperatriça kimi
Konstantinopolu fahişə qadınlardan təmizləməyə başladı. Bu məqsədlə şəhərin
daha abad Avropa hissəsində yaşayan belə qadınların hamısını yığıb, şəhərin
Bosfor boğazının o tərəfindəki Asiya hissəsində düzəltdiyi yeni yaşayış tipindəki
ərazidə məskunlaşdırdı. Bu hərəkəti ilə yəqin ki, o, həm də özünün qara kölgəli
keçmişi ilə vidalaşmaq istəyirdi.
U Çao Çin imperatorları Tay Tsunqun (638-649-cu illərdə hökmranlıq
etmişdi) və Kao Tsunqun kənizi olmuşdu. İntriqalar nəticəsində özünü Kao
Tsunqun imperatriçası təyin etdirmişdi və hakimiyyət uğrunda olan mübarizədə
bütün rəqiblərini məhv etmişdi. Həmin imperatorun üzərində nəzarətə nail olmuş,
683-cü ildə onun ölümündən sonra Çinin real hökmdarı olmuşdu. Səmərəli
inzibatçı kimi Koreyanın işğalını həyata keçirmiş, Kao Tsunqdan olan oğlu Çunq
Tsunqu taxt-taca yerləşdirmiş və tezliklə onu özünün digər oğlu Cun Tsunqla əvəz
etmişdi.
172
U Çin tarixində yeganə qadın hökmdar idi. Çunq Tsunqu saray printsi etsə
də, hakimiyyəti səkkiz il ərzində öz əlində saxlamışdı. Nazirlərinin və
generallarının məcbur etməsi nəticəsində 705-ci ildə taxt-tacı Çunq Tsunqa vermiş,
həmin ildə də vəfat etmişdi.
Hakimiyyət məsələsində Çin ənənələrini ilk dəfə pozan U Çao çox sayda
hiyləgər tədbirlərə əl atsa da, özünə qarşı müqaviməti dəf edə bilməmiş, ölkəsində
tarixi ənənənin sarsılmaz olması barədə bir daha yəqinlik tapmışdı.
Fransanın qəhrəman və saray qadınları.
İngiltərə kraliçaları
,
Fransanın milli qəhrəmanı Janna D Ark, onu həm də La Puselle d Orlean,
başqa sözlə, Orlean qızı adlandırırdılar, 1412-ci ildə Domremi – la Puselldə anadan
olmuş, on iki yaşı olarkən mələklərdən, yaxud da Allahın özündən səslər eşitdiyinə
inanmışdı. Bu səslər əvvəlcə onun özü üçün müqəddəsin həyatını yaşamasına
kömək etmək üçün məsləhətlər verirdi, sonralar isə Fransanın bədbəxt günlərində
Dofinə (gələcək kral VII Karla) kömək göstərməyə istiqamətləndirdi.
1928-ci ildə Janna başqa şəhərdəki hərbi komendantlığa gəlib, nəticədə
oradakıları inandırdı ki, onu Dofinin yanına aparsınlar. Səslər ona məsləhət
gördülər ki, həmin il Orlean şəhərinin ingilislər tərəfindən həyata keçirilən
mühasirəni ləğv etsin, qaldırsın. O, Karlın razılığını ala bildi, kiçik ordu ilə zirehli
paltarda 4-8 may 1429-cu ildə ingilisləri Orlean ətrafından geri çəkilməyə məcbur
etdi. Bu, bütün Fransada vətənpərvərlik coşğunluğu yaratdı, müharibənin
istiqamətini də dəyişdi. Qorxunun öhdəsindən gələn, ölümə də qalib gələ bilir.
Jannanın cəsarəti bunu fransızlara başa saldı. O, Dofini də inandırdı ki, Reymsə
gedib, orada kral tacını qəbul etsin. Bir çox münaqişələrdə iştirak etdi və onların
əksəriyyəti onun üçün uğurla nəticələnmişdi.
Janna 1430-cu ildə Kompyendə burqundiyalılar tərəfindən əsir götürüldü və
altı gün sonra onlar qızı ingilislərə satdılar. Bu mömin və qəhrəman qız
cadugərlikdə və yeretiklikdə (dinsizlikdə) ittiham olundu. Ruan şəhərində keçirilən
tribunalda uzun müddət ərzində ədalətsiz və təhqiramiz mühakiməyə məruz qaldı.
Kral VII Karl xəyanət edib, onun azad etmək, adi girov pulunu vermək üçün heç
nə etmədi.
Tribunala sədrlik edən yepiskop Koşon (fransız dilində bu söz «donuz»
deməkdir) günahsız qızı ağır cəzaya məhkum etmək üçün hər cür vasitələrə əl
atırdı. Kilsənin haqsız ittihamlarına haqq qazandırmaq üçün bir dəfə bu sözləri
söylədi:
- Dəniz xərçəngi ayağının biri yaralandıqda,hərəkətinə maneə törətməməsi
üçün özü dişi ilə həmin ayağını qırıb atır. Biz də dinə dönük çıxanlarla belə
davranırıq.
Dostları ilə paylaş: |