Mikelancelo
Özünə elə var-dövlət yığ ki, onu oğrular oğurlaya bilməzlər, tiranlar onu
qəsb edə bilməzlər. Öləndən sonra da osəninki kimi qalacaq, heç vaxt azalmayacaq
və məhv olmayacaqdır.
Hind zərb-məsəli
Ars longa, vita brevis (lat.) – İncəsənət əbədidir. Ömür isə gödəkdir.
Latın zərb-məsələsi
Bütün dövrlərin ən böyük heykəltəraşı Mikelancelo Buanorotti Renessans
ərzində heykəltəraşlıqda, rəssamlıqda və arxitekturada müqayisə edilə bilməyən bir
şöhrət qazanmışdı. O, həm də öz əsrinin görkəmli şairi idi. Renessans (italyan
dilində “dirçəliş” deməkdir) adlanan rəssamlıq tarixinə o, qeyri-adi bir təsir
göstərmişdi. Bu dövrdə Mikelancelonun və Rafaelin başçılığı altında yüksək
rəssamlığın nümunələri yaranmışdı.
Tsitseron deyirdi ki, “Aurum recludit cuneta” (lat.) – “Qızıl hər şeyi aşkara
çıxarır”. Mikelancelonun timsalında demək olar ki, qızıldan da qiymətli olan nadir
36
istedad onun sahibinin dühasının geniş üfüqlərini, əlçatmazlığını aşkara çıxardı. O,
İntibahın elə böyük sənətkarlarından biridir ki, insan varlığının bütün
rəngarəngliyini dərk etmiş, qeyri-adi istedadı hesabına onu öz yaradıcılığında əks
etdirmişdir.
Reformatsiya da öz mövcudluğuna görə müəyyən mənada Mikelanceloya
borclu idi. Roma Papası II Yuli indulgensiyaları satmağı o qədər çoxaltmışdı ki,
özünə füsunkar bir sərdabə tikdirə bilsin, bunu isə Mikelancelo yaratmalı idi.
İndulgensiyalara, bu vasitə ilə kilsənin adamlardan pul yığmasına etiraz əlaməti
olaraq Martin Lüter və digərləri qiyam qaldırdılar və xristian kilsəsi nəticədə iki
hissəyə bölündü. Mikelancelo özü də deyirdi ki, Allahın mərhəmətini pulla satın
almaq olmaz, onu qazanmaq da olmaz. Allah, bəndəsinə özü mərhəmət göstərir.
Mikelancelo həm də barokko üslubunun atası hesab olunur. Çünki o, Sikstin
kapellasının plafonunda olan kimi qəribə görünüşlü obrazlar yaratmışdı. Bütün
bunları nəzərə aldıqda, Mikelancelo rəssamlıq tarixində çox təsirli rol oynamışdır.
Uilyam Şekspir anadan olan ildə Mikelancelo ölmüşdü və heykəltəraşın
həyatı həftəbəhəftə olmasa da, aybaay yenidən təsvir oluna bilərdi. Bu təfsilatlar
onun başqalarına yazdığı və özünə yazılan məktublardan çıxarıla bilərdi. Müasiri
Corco Vazari isə onun maraqlı tərcümeyi-halını yazmışdı. Görkəmli amerikan
yazıçısı İrvinq Stounun 1961-ci ildə yazdığı “Əzablar və sevinclər” romanı
Mikelanceloya həsr olunmaqla, əsərdə Vazarinin qələmindən çıxan təcrümeyi-
haldan geniş istifadə edilmişdir.
Mikelancelo 1475-ci ildə Toskana əyalətindəki Apetso yaxınlığındakı kiçik
Kapreze şəhərində yoxsullaşmış zadəgan Lyudovik Buanopottinin ailəsində anadan
olmuşdu, indi şəhərin adına rəsmi qaydada “Mikelancelo” sözü də əlavə
olunmuşdur. O, anadan olandan sonra ailə Florensiyaya köçmüşdü. Altı yaşı
olanda anasını itirmişdi. O, həyatı boyu atasına və beş qardaşına çox bağlı
olmuşdu. Kənddəki dayənin himayəsinə verilmiş, burada ər və arvad Topolinolar
onu tərbiyə etmişdilər. Bu oğlan yazmaqdan və oxumaqdan əvvəl gili qatıb
yoğurmağı və tişədən istifadə etməyi öyrənmişdi. Bunu o, dostu Vazariyə sonralar
özü danışmışdı. On üç yaşında Domeniko Girlyando onu emalatxanasında
şagirdliyə götürmüşdü. Bir ildən sonra o, digər heykəltəraşın məktəbinə keçdi, bu
məktəb isə Florensiyanın həqiqi ağası Lorentso de Mediçinin himayəsi altında idi.
Mediçi Mikelancelonun istedadına bələd olur və ona himayəçilik göstərir.
İki il (1490-1492-ci illər) ərzində o, Mediçilərin sarayında qalır.
Onun “birinci rəssamlıq” adlandırdığı heykəltəraşlığa güclü sevgisi
yaranmışdı. Bu müddətdə o, “Pilləkənlər yanında madonna” və “Kentavrların
döyüşü” heykəllərini yaratmışdı. O, Lorentso Mediçidən kiçik məbləğdə təqaüd
alırdı. Lorentso 1492-ci ildə öldükdən sonra Mikelancelo sakitcə Bolonyaya qaçdı
və orada yaşadı. Burada üç kiçik heykəl yondu. Yenidən Florensiyaya qayıtdıqdan
sonra “Müqəddəs Yoxannes” və “Yatan Kupidon” heykəllərini yaratdı. Ağacdan
“Çarmıxa çəkilmə” heykəlini yondu.
Mərmər “Kupidonu” satın alan kardinal Rafael Riario rəssamı işləmək üçün
1496-cı ildə Romaya dəvət edir. Ona görə ki, Roma “adamın nəyə layiq olduğunu
nümayiş etdirmək üçün geniş meydan” idi. Burada o, bir bankir üçün “Vakx”
37
heykəlini yondu. Sonra isə yaradıcılığında mühüm yer tutan xristian mövzularına
keçdi. O, mərmərdən “Pyeta” – “Xristə yas tutmaq” heykəlini yondu və heykəl
indiyədək Müqəddəs Pyotr kilsəsini bəzəyir. Burada oğlu İisusu ağlayan və elə bil
ki, gəncliyə məxsuz cizgiləri olan bakirə qadın təsvir olunur. “Pyeta”sında (“Xristə
yas tutmaq”) Mikelancelo elə bir mövzuya müraciət etmişdi ki, həmin vaxta qədər
bu mövzu daim yalnız günahı yumaq ideyası ilə əlaqələndirilirdi. 23 yaşlı sənətkar
isə, əksinə, Madonnanın doğma ölü oğlu ilə əvvəllər heç vaxt rast gəlinməmiş
təsvirini təklif edir. Bu qadının gənc qız sifəti vardı, lakin bu, heç də yaşın əlaməti
deyildir, bu təsvir elə bil ki, zamandan kənar bir təsəvvür yaradır. Yaşlı oğlu ölən
qadın bakirəlikdən xəbər verir. Vazari Madonnanın məhz “ilahi gözəlliyi” barədə
söhbət açır. Mikelancelo özünü və bizi təsvir edilən fiqurların ilahi təbiətinə və
ilahi təyinatına inandırır. Gözəllik barədəki insan meyarlarına uyğun olaraq onlara
kamil füsunkarlıq və bunun nəticəsi kimi ilahi gözəllik bəxş edir. Burada günahın
yuyulmasının şərti kimi əzab o qədər də göstərilmir, bunun əvəzində ona
yiyələnmənin nəticəsi kimi məhz gözəllik meydana çıxır.
1501-ci ildə Florensiyaya döndükdən sonra Madonnanın 4 heykəltəraşlıq
obrazını yaradır. 1504-cü ildə mərmərdən “David” heykəli üzərində işini başa
çatdırır. Ona bağışlanmış iri mərmər daşında çat olduğundan sol çiynini nisbətən
qısa etmiş və bunun üstünü örtmək üçün həmin çiyninə qaldırılmış əlində sapand
tutduğunu təsvir etmişdi. Əslində heykəltəraş bu yaraşıqlı obrazda Bibliya
təsvirlərindən uzaqlaşmışdır. Çünki “Köhnə Vəsiyyət”də David cılız bədənli bir
çoban uşaq kimi göstərilir, heykəldə isə qəddi-qamətli, düzgün proporsiyalara və
cazibədar sifətə malik olan bir gənc təsvir edilir. Mikelancelo qəsdən bu yolu
seçmişdi, heykəl Florensiyanın mənəvi qüdrətinin alleqoriyası idi.
1505-ci ildə Papa II Yuli tərəfindən heykəltəraş Romaya çağırılır və Papa
ona özü üçün qəbirüstü düzəltməyi sifariş verir. Mərmərlə işləmək üçün səkkiz ay
ərzində Toskanadakı məşhur Karrar ağ mərmər karxanasında olur.
1505-1545-ci illərdə fasilələrlə qəbirüstü heykəllər üzərində işləyir, bu vaxt
“Moisey”, “Əli-qolu bağlanmış qul”, “Ölən qul” və “Liya” heykəllərini yaradır.
1506-cı ildə sözləşdiyi Papa II Yuli ilə Bolonyada barışır və Pontifik ona
özünün bürünc heykəlini tökməyi sifariş verir. Sonrakı ili o, həmin sifariş üzərində
işləyir.
1508-ci ilin mayında II Yulinin xahişi ilə Sikstin kapellasının tavanında
freska çəkmək üçün Romaya gedir. Bu iş üzərində o, 1512-ci ilin oktyabrına qədər
işləyir.
XVI əsrin erkən dövrünün böyük rəssamı olan Mikelancelo və “Döyüşçü
Papa” olan II Yuli bir-birinə bənzəyən titanlar idi. Rəssamın temperamenti və
Papanın mülayimliyi bu iki adam arasında uzun sürən və çox hallarda ucadan
səslənən sözləşmələrə səbəb olurdu. Papa Mikelanceloya sifariş verdi ki, Romada
Sikstin kapellasının tavanına freska çəksin, lakin o, heykəltəraş olduğuna görə, bu,
onun üçün olduqca çətin bir tapşırıq idi.
Heykəltəraşlıq əvəzinə, bədbəxtlikdənmi ya xoşbəxtlikdənmi o, rəngkarlıqla
məşğul olmağa məcbur edildi. Bu əslində Herkules vəzifəsi hesab oluna bilərdi.
Dostu bu hadisəni belə izah etmişdi ki, o, “heç də düz yerində deyildir və həm də
38
rəssam deyildir”. Lakin bəzi tarixçilər onun rəssamlığını heykəltəraşlıq bacarığı ilə
müqayisə edirlər. Panorama şəklindəki tavan xristianlıqdan əvvəlki peyğəmbərləri
bütpərəst sivillalarla tarazlıqda təsvir edirdi. Burada “Köhnə Vəsiyyət”dən doqquz
tarixi əhvalat nəql edilirdi, onlar Xristin əcdadları kimi göstərilirdi.
Mikelancelo layihəni öz üzərinə götürməyə məcbur oldu, lakin uzun müddət
Papa da daxil olmaqla, heç kəsə öz işinə baxmağa icazə vermədi. Yulinin
narahatlığı artırdı, tavandakı işin nə vaxt qurtaracağını gözləmək onu boğaza
yığmışdı. Nəhayət, Mikelancelo Papanın tələblərinə cavab verdi ki, tavandakı iş o
vaxt başa çatacaqdır ki, “bu məni bir rəssam kimi məmnun etsin”. Papa bu sözlərə
belə cavab qaytardı: “Və siz istəyirsiniz ki, bizi məmnun edəsiniz və işi tezliklə
qurtaracaqsınız”. Həm də Mikelanceloya hədə gəldi ki, əgər “tezliklə tavandakı işi
qurtarmasan” Papa “onu üstündə işlədiyi nərdivandan aşağı atacaqdır”. Papanın
hiddətindən qorxan Mikelancelo “vaxtı itirmədən bütün lazım olan işləri gördü” və
tavandakı işi tezliklə başa çatdırdı. Bu əsər Qərb rəssamlığı tarixində ən böyük
incilərdən biri oldu.
Bu əsərində o, insanın ilk günaha batmasını Bibliyanın “Başlanğıc”
kitabından götürdüyü doqquz səhnə kimi təsvir etmişdi. Buradakı “Adəmin
yaranması” səhnəsində yaxşı, dəqiq proporsiyalanmış fiquralı Adəmin ilahi
qığılcımı gözlədiyini göstərir. Adəm, digər kişi fiquraları kimi insan varlığının
ideal tipini açır. Yaxşı neoplatonik dəbdə olan bu fiquraların gözəlliyi ilahi
füsunkarlıq mənasını verməli idi. Ən gözəl bədən isə Allaha daha çox bənzəyən
fiqura idi.
Sikstin kapellasının tavanındakı rəngkarlıq siklində rəssamın yaratdığı
möhtəşəm, təntənəli, bütövlükdə və detallarda çox asanlıqla müşahidə edilən
kompozisiya, fiziki və ruhi gözəlliyə bir himn kimi, Allahın və onun özünə bənzər
şəkildə yaratdığı insanın yaradıcılıq imkanlarının təsdiqi kimi qəbul edilir. O, dörd
il ərzində nəhəng plafonun divar naxışı üzərində heç bir köməyə ehtiyac duymadan
yalnız öz əli ilə işlədi. Bu plafonun sahəsi 600 kv. metr idi. Bibliyadakı süjetlərdən
doqquz kompozisiya çəkilmişdi, burada dünyanın yaranmasından tutmuş, yer
üzərindəki ilk insanlara qədər hər şey təsvir olunurdu: “İşığın qaranlıqdan
ayrılması”, “İlk günaha batma”, “Daşqın”, “Nuhun sərxoş olması” və s. Hətta allah
obrazında təsvir olunan əzəmətli nəhəng qocada hər şeydən əvvəl yaradıcı
coşqunluq diqqətə çatdırılır. Bu onun əlinin hərəkətlərində ifadə olunur. Elə bil ki,
bu əllər həqiqətən dünyanı yaratmağa və ilk insana həyat verməyə qadirdir. Titan
qüvvəsi, intellekt, uzağı görən müdriklik, əzəmətli gözəllik peyğəmbərlərin –
hüznlü İeremiyanın, poetik ilhamlı İsayyanın obrazlarını xarakterizə edir.
Romadakı bazilikanın Sikstin kapellasının plafonunda çılpaq kişi rəsmləri ilə
o, möhtəşəm yaradıcılığının apogeyinə çatdı. O, kişi fiquralarını şöhrətləndirirdi.
Bunun üçün uzun müddət anatomiyanı öyrənmişdi. O, hesab edirdi ki, bunlar
“Allahın özünü açıb göstərən bir rübənddir”.
Mikelancelonun ideal gözəllik axtarışını biz mərmərdən yonulmuş “David”
heykəlində də görürük. Heykəltəraş yaradıcılığında inqilabi tapıntılardan
yorulmurdu, burada da Bibliya mətninə məhəl qoymayaraq Qoliafı məğlub edən bu
zəif bədənli çoban oğlanı gözəl bədənə və cazibədar sifətə malik olan bir gənc kişi
39
kimi təsvir etmişdir. Mikelancelo bu əsəri ilə insan bədəninin gözəlliyini vəsf
edərək, insan varlığını şərəfləndirirdi.
1514-cü ildə Florensiyada ona Mediçi San Lorentso kilsəsinin fasadını
yaratmaq sifarişini verirlər və o, artıq dünyadan köçmüş Papa II Yulinin
qəbirüstünü yaratmaq üçün üçüncü müqaviləni imzalayır.
1534-1541-ci illərdə elə həmin Sikstin kapellasında Papa III Pavel üçün
dramatizmlə dolu olan, möhtəşəm “Qiyamət günü” freskasını yaradır. Öz gözəlliyi
və əzəməti ilə Mikelancelonun arxitektura işi olan Kapitoli meydanının ansamblı
və həmçinin Vatikan kilsəsinin qübbəsi hələ də heyranlıq obyekti kimi qalır.
Bu dövrdə onun şəxsi həyatında da əlamətdar hadisə baş verir. 1536-cı ildə
Romaya gələn 43 yaşlı şairə Vittoriya Kolonna – markiza Peskara ilə 61 yaşlı
Mikelancelonun ehtiraslı məhəbbət macərası başlanır. Öz böyük platonik
məhəbbətinə Mikelancelo bir neçə alovlu sonet həsr etmişdi. O, bu qadının yanında
bir çox saatlarını keçirirdi. Vittoriya yeganə qadın idi ki, Mikelancelo ona möhkəm
bağlı idi. “O, bu qadını pyedestala çıxardı, lakin ona olan məhəbbətini çətin ki,
fiziki yaxınlıq saymaq olardı. O, rəfiqəsini “qadında kişi” ( un uoma in una donna)
adlandırırdı. Bu, fikirlərin, bütöv ağılın, zərif müşahidənin və istehzanın canlı
mübadiləsinin nadir nümunəsi idi”.
1546-cı ildən həyatının sonuna qədər Mikelancelo Müqəddəs Pyotr
kilsəsinin və Romadakı Kapitoli ansamblının tikintisinə rəhbərlik etdi. Onu gözü
götürməyənlər böyük heykəltəraşı biabır etmək üçün Papanı dilə tutub kilsənin
tikintisini ona tapşırmağa inandırmışdılar, axı vaxtilə rəssamlığa da o, məcbur
edilmişdi və onun üçün yeni olan arxitektura işindən nəinki qorxmadı, ona
girişməklə əslində bu sahədə də dühasının yeni bir zəfərini çala bildi. Onun
layihəsi əsasında kilsə binasının çox iri və analoqu olmayan qübbəsinin tikilməsi
ilə Mikelancelo memarlıqda da öz adını əbədiləşdirdi.
Mikelancelonun poetik əsərləri 343 sonetdən, madriqaldan ibarət olmaqla
“ruhi tərcümeyi-hal” xarakteri daşıyır. Corco Vazariyə yazdığı sonet “onun ikinci
uşaqlıqda olduğunu sübut etmək üçün” idi. Mikelancelo vaxtından çoxunu
məhəbbət şeirləri yazmağa həsr edirdi. 50-yə qədər epitafiya yazmışdı. Vazariyə
göndərdiyi məktubunda yazırdı: “Sən deyəcəksən ki, mən qocayam və
sərsəmcəsinə sonetlər qoşuram. Lakin o vaxtdan çoxları deyir ki, mən ikinci
körpəliyimdəyəm, arzu etmişəm ki, özümə aid olan işi görüm”. O, yazdıqlarının
nəşr edilməsinə icazə verməkdə tərəddüd edirdi. Yalnız ölümündən sonra əsərləri
çap olundu və o, şair kimi tanındı.
Onun ömür yolu adlanan xalçanın uzun toxunuşu hesabına Mikelancelo
özünün arzusuna zidd olaraq Renessans adamı idi və Vazari Renessansda onu
inkarnasiya kimi görürdü. Humanist eranın məhsulu olmaqla Mikelancelonun
zənginləşmiş maraqları onu geniş və universal qaydada bu eranı ağuşuna almağa
aparıb çıxardı. O, öz ömrü boyu bütpərəst humanizm ilə xristian ortodoksiyasının
arasındakı ziddiyyətləri barışdırmağa çalışmışdı. Gəncliyində və yaşlı vaxtında
yunan-roman mifologiyasının obrazlarını xristian teoqoniyasının şəxsiyyətləri ilə
tarazlaşdırırdı.
40
Onun ən ciddi fərqləndirici cəhəti üç ayrıca sənət arasında barışıq yaratması
idi. Gəncliyində o, əsasən heykəltəraşlıqla məşğul olmuşdu, lakin artıq 1546-cı ildə
deyə bilərdi ki, “hər kəs bilir ki, mən heykəltəraşam, rəssamam və arxitektoram”.
O, təkcə bu üç sənətdə sadəcə uğur qazanmamışdı, onların hər biri üzrə dahilik
zirvəsinə yüksəlmişdi. Bu Renessans mütəfəkkiri rəssamlara yol göstərirdi. Rafael
onu cəllad adlandırmışdı. O, asketik və fəlsəfi zonaları barışdırmış, rəssamlıq
nəzəriyyəsini və praktikasını birləşdirmişdi.
Borciaların qovulması ilə Mediçilər hakimiyyətə qayıtdıqda o, yenidən
iyirmi il müddətində Florensiyada yaşadı, sonra isə ölənə qədər Roma sakini oldu.
Romada o, “Moisey” və iki “Qul” heykəllərini yaratdı, onlar Papaların qəbir
üstlərini bəzəyəcəkdi.
Ona həm Papadan, həm də mərhum II Yulinin varislərindən təzyiq
güclənirdi. Mikelancelo məktubunda bu barədə yazırdı ki, “mənə elə çox təzyiq
edirlər ki, çörək yeməyə də vaxt tapa bilmirəm”.
Mikelancelo 1321-ci ildə vəfat etmiş italyan şairi Danteyə çox vurulmuşdu.
O, yazırdı: “Əgər ki, mən onun yerində olsaydım! Belə seçimlə doğulsaydım,
yalnız onun ləyaqətinə malik olmaq, dünyanın bütün xoşbəxtliklərindən hətta acı
sürgünə görə də imtina edərdim”.
Sonrakı illərdə Mikelancelo əsasən arxitektorluqla məşğul olurdu, çünki
onun qolları çəkic və tişədən yorulmuşdu. O, Müqəddəs Pyotr bazilikasının
qübbəsinin layihəsindən başqa Florensiyada kilsənin layihəsini hazırlamışdı. Ona
bu işlər tapşırılanda özü Papaya demişdi ki, o, heç də arxitektor deyildir.
Mikelancelonun spartan adətləri və ağır zəhmət cədvəli sənətdəki uzun
həyatı üçün onu dözümlü etmişdi. Əlbəttə o, öz sağlamlığından şikayət edirdi. Çox
sayda xəstəliklərə tutulmuşdu. Onun məhsuldarlığı həm də bir növ sınaq rolunu
oynayırdı. Ömrünün son günlərində yenidən sevimli qəbir üstü işlərinə qayıtdı,
“Palestrina Pyetası”nı yondu.
O, demək olar bütöv 89 il yaşadı, 1564-cü ildə həyatdan getdi. Onun
kardinala son etirafı belə idi: “Mən peşimanam ki, öz ruhumu xilas etmək üçün
kifayət qədər çalışdım və mən öz sənətimin əlifbasını öyrənməyin başlanğıcında
olanda ölürəm”.
Corco Vazari Mikelancelo barədə yazırdı: “O, (Yaradıcı-Tanrı) ona vətən
kimi Florensiyanı vermişdi ki, bu vətən layiqincə kamilliyin zirvəsinə, bütün
şücaətinə özünün yalnız bircə vətəndaşının qüvvəsi ilə nail olsun”.
Mikelancelo Buanorottinin həyatı və fəaliyyəti demək olar ki, bütöv bir əsr,
1475-ci ildən 1564-cü ilə kimi davam etdi. Bu zamanın fiziki ölçüsüdür, onun irsi
isə çox-çox əsrlərə bərabər olan zəhmətin bəhrəsi hesab edilə bilərdi.
Mikelancelo istər heykəltəraşlıq, istərsə də rəngkarlıq əsərlərində insana,
onun zəkasına və əməllərinə əslində bir himn qoşur, insan ruhunun təntənəsini vəsf
etməklə hamıya bir nikbinlik bəxş edirdi. Hamıya sevinc, digər ülvi hisslər, ümid
bəxş edən bir insanın özü heç də şəxsi həyatında xoşbəxt deyildi, onun yaradıcılığı
təkcə həyatının mənası deyil, həm də onu qayğı və təsəlli ilə mükafatlandıran bir
qüvvə idi. Heç kəsə qəribə görünməməlidir ki, hamımızda ali hisslər oyadan bu
adam özü tənhalığı sevirdi, ümumi şəkildə anlaşılan ünsiyyətlərdən qaçırdı. Öz
41
sənətinə dəlicəsinə vurulmuş bir adam kimi o, buna axıradək bütünlüklə sədaqətli
idi, özünü, bütöv həyatını məhz qeyri-adi sənətinə, nəhəng istedadının ifadə
olunmasına həsr etmişdi.
Ferdinand Magellan
İradə - düzgün mülahizə ilə birləşmiş məqsədə can atmaqdır.
Platon
Həqiqi ləyaqət heç vaxt öz kölgəsi olan şöhrətə baxmaq üçün geri
boylanmır.
Höte
Ferdinand Magellan çox vaxt Yer kürəsinin ətrafına ilk dövrə vuran dənizçi
hesab olunur, lakin o, dünya ətrafına ilk səyahətini başa çatdırmamışdan əvvəl
öldüyündən, bu daha dəqiq olardı ki, o, Magellan-Elkano ekspedisiyasının
təşəbbüsçüsü və lideri kimi təsvir edilsin. Çünki səfər bask dənizçisi Xuan
Sebastyan de Elkano tərəfindən uğurla başa çatdırıldı. Magellan portuqal
kübarlığına məxsus idi və o, Lissabonda kraliça Leonoranın pajı kimi xidmət
etmək üçün anadan olduğu şəhəri tərk etmişdi. Magellan 1480-ci ildə
Portuqaliyada anadan olmuş, 1517-ci ildə isə vətənini tərk edib İspaniyaya
yollanmışdı. O, naviqasiya və coğrafiyanı dərindən öyrənmişdi.
1506-cı ilin başlanğıcında o, Şərqdəki ilk Portuqaliya vitse-kralı olan
Almeydanın donanma komandasına daxil olmuşdu. Kral Manuelin onun başçılığı
altında göndərdiyi ekspedisiya Afrikada və Hindistanda müsəlman dəniz
qüvvələrinin qabiliyyətini yoxlamalı idi. Onlar Hindistanın Malabar sahilində
Kannanorda dəniz postu yaratdılar. Magellan burada yaralanmışdı. Burada
həmçinin naviqasiya barədə biliklərə yiyələnmiş, sonra isə ayrı-ayrı komandaların
tərkibində o, Mozambik sahilinə gəlmişdi. Portuqaliyalılar burada fort
qurmuşdular.
1508-ci ildə o, Hindistana qayıtmış, bir il sonra böyük Diu döyüşündə iştirak
etmişdi. Bu döyüş Portuqaliyaya Hind okeanının əksər hissələrində ağalıq
səlahiyyətləri qazandırmışdı. Sonra o, hərbi gəmidə Malakkaya üzmüşdü. 11
sentyabr 1509-cu ildə portualiyalılar Malakkaya girdilər, ərazini işğal etdikdən
sonra Molukkalara (Ədviyyat adalarına) tərəf üzdülər. Dostu Serran Mollukadan
(Ədviyyat adalarından) ona məktub yazaraq bildirmişdi ki, Ədviyyat adaları
Şərqdə, çox uzaqda yerləşir, müqayisədə götürdükdə Amerikaya yaxındır.
Magellan cavabında ona yazmışdı ki, əgər Portuqaliyadan olmasa da, Kastiliyadan
həmin adalara gəlib çıxa bilər.
Həmin mövsümdə onlar Qoa adasını götürməyin planını hazırlamışdılar.
Magellan məsləhət gördü ki, bu mövsümdə iri gəmilərdən istifadə etməsinlər, yeni
vitse-kral elə də etdi və şəhər təslim oldu. Lakin Magellanın adı vuruşanların
siyahısında çıxmamışdı. Onun kapitan rütbəsində xidmət etməsi barədə də elə bir
məlumat yoxdur.
Afrikanın şərq sahilində və Hind okeanının qərb sahilində portuqaliyalıların
qələbələri Hind okeanında müsəlmanların hakimiyyətini məhv etdi. Almeyda
ekspedisiyası ərəbləri dəniz ticarətinin mühüm məntəqələrindən uzaqlaşdırmaq
niyyətinə də nail oldu. Lakin Malakkaya nəzarət etmədən, bu nailiyyət tam hesab
42
oluna bilməzdi. Donanma 1511-ci ildə Malakkaya döndü və altı həftədən sonra
onu tutdu. Magellanın iştirak etdiyi bu hadisə portuqaliyalıların Şərqdəki
qələbəsini taclandırdı.
Malakkadan keçməklə Şərqin sərvəti Qərbin limanlarına çatdırılırdı.
Malakka boğazına ağalıq edən portuqaliyalılar dənizlərə, Malayziyanın limanlarına
açarı əllərində saxlayırdılar. Sərvət mənbəyi olan Malukkaları (Ədviyyat adalarını)
tədqiq etmək vəzifəsi qalırdı (bu adalar indi İndoneziyaya məxsusdur). Buna
müvafiq olaraq 1511-ci ilin dekabrında onlar kəşfiyyat səfərinə yollandılar və
Bandaya çatdıqdan sonra ədviyyatla qayıtdılar.
1512-ci ildə Magellan Lissabona geri qayıtdı, sonrakı ili Mərakeş
istehkamına qarşı göndərilən qüvvələrə qoşuldu, istehkam təslim olduqdan sonrakı
toqquşmada o, yaralandı və ömrünün sonuna qədər axsaq qaldı. 1514-cü ildə
Lissabona qayıtdıqda kral Manueldən onun pensiyasını artırmaq üçün bir əlamət
xahiş etdi, bu isə onun rütbəsinin böyüməsi demək idi. Lakin onun döyüşdə
nizamlı qaydada iştirak etməməsi barədə məlumatlar krala çatdıqda, o, xahişi rədd
etdi və Magellanı yenidən Mərakeşə göndərdi. İki il sonra o, krala xahişini təkrar
etdi. Kral bir daha təklifi rədd etdikdən sonra ona dedi ki, öz xidmətini istədiyi
yerə təklif edə bilər.
Magellan İspaniyaya yollandı və 1517-ci ildə bir qrup portuqal dənizçisi ilə
birlikdə Sevilyaya gəldi. O, buradakı portuqal kosmoqrafına qoşuldu və onlar
birlikdə Valyadoliddəki saraya səfər etdilər. Onlar burada öz milli mənsubluqlarını
elan etdikdən sonra kral I Karla öz xidmətlərini təklif etdilər. Onun əvvəlki
Maqalhaes adı ispan versiyasında Ferdinando de Magellana çevrildi.
1493-cü ildə qəbul edilmiş Papa bullasına görə kəşf edilən bütün yeni
ərazilər və gələcəkdə kəşf olunacaqlar da Atlantik okeanından keçən demarkasiya
xəttindən şərqdə Portuqaliyanın, bütün qərb isə İspaniyanın olmalı idi. Magellan və
dostu Faleyro bu vaxt öz iddialarından praktiki fayda götürmək üçün qərbə tərəf
üzməyi təklif etdilər. Guya ki, böyük sərvət gətirən Ədviyyat adaları demarkasiya
xəttindən qərbdə yerləşir, beləliklə Portuqaliyaya deyil, İspaniyaya məxsus olan
yarımkürədə olacaqdır. Kolumb da Yerin kürə şəklində olduğunu bildiyindən
Hindistana Afrika ətrafı ilə deyil, qərbə üzməklə yol açmaq istəmişdi. İndi isə
onların özləri bu risqli işdən əldə ediləcək maddi faydanın on ikidə birini almalı
idilər. Hər ikisinə Santyaqo ordeni pul buraxdı. Magellan inanmışdı ki, o, öz
gəmilərini Atlantik okeandan, möhkəm torpaqdan keçən boğazı kəşf etməklə
“Cənub dənizinə” keçirəcəkdir.
Bu ideya onun üçün prinsipial deyildi. Digərləri də keçidi axtarırdılar ki,
gəmilərlə uzun müddət qərbə tərəf üzməklə Şərqə çatacaq və beləliklə, Xoş Ümid
burnundan keçən marşrutdan imtina edəcəklər. Çünki həmin buruna
portuqaliyalılar nəzarət edirdilər. Kral müqaviləsində də Magellan və partnyoru
“boğazı” tapmağa istiqamətlənmişdi.
Şərqi İndiya işlərinə inanan rəsmi qulluqçular ekspedisiya üçün beş gəmini
hazırlamaq barədə təlimat aldılar. Bu işlər Sevilyada görülürdü, burada
portuqaliyalıların qurduğu layihəni pozmaq üçün göstərilən cəhdlər uğursuz oldu.
Magellanın flaqman gəmisi başda olmaqla “San Antonio”, “Konseption”,
43
“Viktoriya” və “Santyaqo” gəmiləri səfərə hazır idi. Magellanın partnyoru Faleyro
dəlilik tutması xəstəliyinə görə üzə bilmədi.
Magellan yəqin ki, “Espana, Espana, la de las bellas mujeres”- “İspaniya,
İspaniya – gözəl qadınlar ölkəsi” nəğməsini eşitmişdi, ona görə də ispan qızına
evlənmişdi. Bu nikahından iki il sonra ispan arvadına və körpə oğlu Rodriqoya
Seviliyada bəlkə də birdəfəlik əlvida deyib, 20 sentyabr 1519-cu ildə doqquz
ölkəni təmsil edən 270-ə yaxın adamla Qvadalkvivr çayının mənsəbindəki
Sanlukar de-Bar limanından səfərə yollandı.
Donanma bir həftəyə Tenerifə çatdı, sonra Braziliyaya tərəf üzdü. 29 noyabr
1519-cu ildə donanma Braziliya sahilinə gəlib çıxır. Onlar xəttə düzləndikdə tufan
başladı. Dekabrın 13-də Magellan Rio de Janeyro körfəzinə girdi, cənuba tərəf
üzüb boğazı axtardı. Sonra eskadra sahili tədqiq edəndə, avropalılar Cənubi
Amerikadakı, indiki Argentina və Uruqvay sahilindəki Parana çayının mənsəbi
olan La-Plata körfəzinə gəlib çıxdılar, bunun boğaz olmadığı qənatinə gəldilər. La-
Plata sahilindən xeyli cənubda ilk dəfə pinqvinləri gördülər. 30 mart 1520-ci ildə
ispan dənizçiləri Pasxa günü portuqal general-kapitanına qarşı ciddi qiyam
qaldırdılar. Magellan qətiyyətlə, rəhmsizliklə gəmi kapitanlarından birini edam
etdi, digərini isə bəxtini sınamaq üçün sahilə atdı. Həmin gün, 1520-ci ilin 24
avqustunda donanma Müqəddəs Xulianı tərk etdi. Magellanın donanması Cənubi
Amerika sahilləri ilə aşağı tərəfə üzürdü, digər okeana keçmək üçün boğazı
axtarırdı. İspan gəmi kapitanları onu dəli hesab edir, deyirdilər ki, “Dəli, boğazı
axtarmaq xəstəliyinə tutulmuşdur”.
Santa Krusun mənsəbinə çatdıqdan sonra Magellan yenə də cənuba tərəf
üzdü.Onlap yeddi auı qışlamağı keçirməklə məşğul oldular. Pataqoniya sahilləri ilə
üzdükdə sahildə balina sümüklərini gördülər,bu balinaların bir okeandan digərinə
keçməsi üçün boğazın oması inamını artırdı. Buradakı suyu yoxladıqda, suyn
duzlu oması, onun hasısa çayın mənsəbi deyil, boğaz olduğunu göstərdi. Nəhayət,
gəmilər 1520-ci ilin oktyabrında axtardığı boğaza girdi, onun uzunluğu 530 km idi.
Sonralar bu boğaz onun adını daşıyacaqdı. Boğazla üzmək 38 gün sürdü. Uzun
illər boyu Magellan yeganə kapitan idi ki, bu boğazı bir gəmi də itirmədən
keçmişdi. Ancaq “San Antonio” gəmisi qaçdı, yalnız gəmilərdən üçü (digəri,
“Santyaqo” gəmisi əvvəllər qəzaya uğramışdı) keçidin qərb qurtaracağına gəlib
çıxdı. Dəmir iradəli admiral okeanın görünməsi xəbərlərini eşitdikdə, yerə yıxılıb
sevincindən ağladı.
28 noyabrda “Trinidad”, “Konseption” və “Viktoriya” “Cənub dənizinə” –
okeana daxil oldular. Bu nəhayətsiz sulardan onların sakit, tufansız keçməsi,
sonralar onu “Sakit okean” adlandırmağa səbəb oldu. Susuzluqdan əziyyət çəkərək
siçovulların xarab elədiyi biskvitləri, sonralar isə dadlı xörək kimi siçovulların
özünü yeyərək, axırda dəri qayışlarla qidalanaraq komanda əvvəlcə Peru axınına
düşdü, nəhayət, Sakit okeanı üzüb keçməyə can atdı. 18 dekabra qədər onlar Çili
sahili ilə üzürdülər. Onlar Sakit okeanda üzəndə quruya nə vaxt yan alacaqlarını,
ümumiyyətlə torpağı yenə nə vaxtsa görəcəklərini bilmirdilər. Hətta Magellan da
qurunu bir daha görəcəklərinə şübhə etməyə başlamışdı. O, göy cisimlərinin
köməyi ilə hesablamalar apararaq Qərblə Şərq arasındakı məsafənin ölçüsündə
44
Ptolomeyin 11 min km. səhv etdiyini üzə çıxardı. Sonra Magellan şimali-qərbə
tərəf istiqamət götürdü və 6 mart 1521-ci ildə, 5 ay davam edən üzməkdən sonra
Mariana adalarından olan Quamda ilk dəfə quru torpağa ayaq basdılar. Donanma
Sakit okeanla 17 min km üzmüşdü. Bu vaxt dənizçilər böyük məhrumiyyətlərlə
üzləşmişdilər. 99 gün ərzində onlar ilk dəfə təzə qida əldə etdilər. Yerli sakinlərlə
ticarət başlandı. Lakin onlar çox oğru idilər, hər şeyi oğurlamağa cəhd edirdilər.
Magellanın kral Karla hələ İspaniyanı tərk etməmişdən əvvəl göndərdiyi
“memorial”da güman edilirdi ki, o, Molukkaların (Ədviyyat adalarının) yerini
təqribən bilir. Bu vaxt Marianlardan Filippinə tərəf üzəndə birbaşa Ədviyyat
adalarına istiqamət götürmək əvəzinə, görünür o, şübhə etmədən əvvəlki ideyasının
təsiri altında idi və Molukkalara (Ədviyyat adalarına) girməmişdən əvvəl baza
yaratmaqdan faydalanmaq fikrinə düşdü.
9 martda oranı tərk edib Magellan qərbə, cənubi-qərbə istiqamət götürdü, bu
isə onu sonralar Filippin adlanacaq adalara gətirib çıxardı. Onlar buraya ayaq
basan ilk avropalılar idilər. Adaları Magellan Müqəddəs Lazar adlandırdı.
Massavada o, İspaniya naminə ilk ittifaq yaratdı, Sebuda isə hökmdarı və onun
yaxın adamlarını xristianlığa keçirdi. Bir kiçik adadakı Sebu limanında qızğın
ticarət başlandı. Yerli sakinlər dənizçilərdən dəmir almaq üçün qızıl və ərzaq
verirdilər. Hökmdar raca Xumabon ispan kralının himayəsini qəbul etdi. Lakin 27
aprel 1521-ci ildə Magellan 50 adamla Maktan adasına sebulu yerlilərlə gəldi ki,
yerli sakinləri ram etsin, çünki həmin adanın tayfa başçılarından biri Xumabona
tabe olmaq istəmirdi. İspaniyanın qüdrətini onlara göstərmək üçün Magellan tayfa
başçısına qarşı ekspedisiya hazırladı. Lakin döyüş uğurlu olmadı, onlar həmin
adaya dənizdə təbii çəkilmə vaxtı gəlmişdilər, ona görə də gəmilər və toplar
sahildən uzaqda qalmıçdı. İspanlar geri çəkilməyə başlayanda Magellanı tuzemlər
ayağından yaraladılar, sonra üstünə tökülüb onu öldürdülər. Böyük ağıl və iradə
sahibi olan bu adam qonaq olduğu adanın sakinlərinin xahişi əsasında onlara
qoşulub, qonşu adanın adamları ilə vuruşmağa yollandı və burada aldığı nizə ilə
yaralanıb, güman edilir ki, nizənin ucu zəhərli imiş, sonra isə öldürüldü. Magellan
arzusnda olduğu Ədviyyat adalarını görmədən öldü. Onun arzusu da özü kimi
torpağa kömüldü. Görkəmli Avstriya yazıçısı Stefan Tsveyq onun səyahətini və
ölüm səhnəsini olduqca maraqlı şəkildə “Bəşəriyyətin ulduz saatları” seriyasında
təsvir edir.
Magellanın ölümü bütün komandanın sonu ola bilərdi. Lakin Elkano
komandanlığı öz üzərinə götürdü və onlar Ədviyyat adalarına üzdülər. Onlar
adaları tapdılar. Axı hər şey bu ədviyyatlardan başlamışdı. Onlar gəmilərini
ədviyyatlarla yüklədilər.
İspanlar isə Magellanın sahilinə qədəm basdığı Filippinlərdə sonralar
özlərini möhkəmləndirdilər, oradan həm sərvət əldə edir, həm də Asiya regionunda
məskunlaşırdılar. Bura Sakit okean ətrafında ispanların başlıca bazasına çevrildi.
İspan gəmiləri ipəyi və digər qiymətli malları Meksikaya aparır, əvəzində isə
Meksika mədənlərindən gümüş daşıyırdılar.
Magellanın ölümündən sonra gəmilərdən yalnız ikisi – “Trinidad” və
“Viktoriya” Molukkalara gəlib çıxmışdı. Ədviyyatla dolu bir gəmini
45
portuqaliyalılar tutub, özlərinə götürdülər. . Yalnız bir gəmi – “Viktoriya”
Elkanonun komandanlığı altında İspaniyaya qayıtdı. Yolda yenə də onlar böyuk
çətinliklərlə üzləşmişdilər. Sınmış dor ağacını bərpa edə bilmişdilər. Yenə də qida
yox idi. Dənizçilər sinqa ilə xəstələnir, sinqadan və aclıqdan ölürdülər. Gəmidəki
ədviyyatlardan mixəyin tərkibində “c” vitamini olduğundan, o sinqadan dənizçiləri
qoruya bilərdi. Lakin onlar bu sirri bilmirdilər, agah olsalar özlərini müalicə
edərdilər. Kapitan Elkano gəmidəki heyva mürəbbəsini yeməklə sinqadan xilas ola
bilmişdi.
8 sentyabr 1522-ci ildə zədələnmiş, lakin ədviyyatla yüklənmiş gəmi
başlanğıcdakı 277 komanda üzvündən sağ qalmış yalnız 17 avropalı və 4 hindli ilə
vətənə gəlib çatdı. Onlar Sevilyaya gəlib çatanda 40 min km. uzunluğunda dəniz
yolu qət etmişdilər. “Əvvəllər mövcud olmuş adamlardan zəif olan” Elkano
imperatordan hədiyyə kimi qlobus aldı, onun üzərində “Primus circumdedisti me”
– “Siz mənə ilk dəfə dövrə vurdunuz” sözləri nəqş edilmişdi. Lakin dənizçilər
gətirdikləri ədviyyatdan varlana bilmədilər. Ədviyyatın hamısı satıldı, satışdan əldə
edilən pul bütünlüklə krala çatdı.
Magellandan sonra 1577-ci ildə ingilis dənizçisi Frensis Dreyk ikinci dünya
ətrafı səyahətini uğurla başa çatdırdı. Bu hadisədən on bir il sonra, 1588-ci ildə
ispan “Məğlubedilməz Armadasının” ağır məğlubiyyətə uğradılmasında keçmiş
dəniz qulduru, sonralar admiral titulu alan Frensis Dreyk xüsusilə fərqlənmişdi.
Magellanın xidməti təkcə Yer ətrafına üzməsi deyildi, həm də cəsarətli
konsepsiya hazırlaması və bu işi ustalıqla başa çatdırması idi. İlk dənizçi Sakit
okeanı Qərbdən Şərqə keçmişdi və belə bir fikri boşa çıxarmışdı ki, Yeni
Dünyadan qərb tərəfə bir neçə günlüyə üzdükdə gəmilər Şərqi İndiyalara gəlib
çıxacaqdır. Bunun əvəzinə Sakit okeandan keçid üç aydan çox çəkdi.
Magellan mürəkkəb xarakterə malik idi və ziddiyyətli adam idi. O, bir
müəmma kimi qala bilərdi. Psixoloji cəhətdən o, özünə yer tapa bilmirdi. Onun öz
ağasına loyallığı Allaha loyallıqdan sonra ikinci yerdə idi. Portuqaliyalıların hamısı
onu “özününkü” hesab edir.
Bu olduqca görkəmli bir səyahət idi, böyük coğrafi, iqtisadi və siyasi
əhəmiyyət kəsb etdi. Belə səyahətlər bütün dünyada siyasi, iqtisadi və mədəni
həyatın radikal şəkildə dəyişilməsinə aparan prosesin başlanğıcı idi. XVI əsrin
əvvəlində Avropa macəraçıları Magellan kimi kiçik donanmada Atlantik okeanın
geniş həddlərinə daxil olurdular. Onlar çətinliklə agah ola bilərdilər ki, yeni eranın
başlanğıcındadırlar. Özü də bu yeni era təkcə Avropa üçün deyil, Asiyanın,
Afrikanın və Amerikanın xalqları üçün idi. 1500-cü və 1800-cü illərin arasındakı
dövrdə avropalıların hakimiyyəti bütün dünyanı əhatə etdi. Amerikalarda
avropalılar müstəmləkələr yaratdılar və bu, onların qanunlarını, dillərini,
mədəniyyətlərini yaydı.
Cənubi-Şərqi Asiyanın ada regionlarında avropalılar öz möhkəm
idarəçiliyini qurdular. Asiyanın digər hissələrində və Afrikada onların fəallığı
ticarət mallarından tutmuş qul ticarətinə qədər təsnifləşirdi, daim yerli xalqların
həyatlarını dəyişdirirdi. Avropa ekspansiyasının toxunduğu bütün regionlarda
46
xalqlar yeni xəstəliklərə sirayətlənməklə yanaşı, dillərinin və adətlərinin
dəyişilməsi ilə və həmin ərazilərdə yeni qanunların bərqərar olması ilə üzləşdilər.
Onu da qeyd etmək lazımdır ki, Magellanın dünya ətrafına səyahətindən
sonra Yeni Dünyanın bölünməsi barədə Papa bullası, onun əsasında yeni
torpaqların iki dövlətin təsir zonasına bölünməsi və demarkasiya xətti öz
əhəmiyyətini itirdi. Bu müqavilə hər iki tərəfə dar gəlirdi, onun ziddinə Portuqaliya
Braziliyanı tutdu.
İlk dəfə 1504-cü ildə Ameriqo Vespuççi belə bir fikir söyləmişdi ki,
Amerikadakı torpaqlar Asiyanın bir hissəsi olmayıb yeni materikdir və o,
Kolumbun fikrini təkzib etməklə yanaşı, bu torpaqları “Yeni Dünya” adlandırdı.
Alman kartoqrafı Martin Valdzmyuller isə özünün tərtib etdiyi dünya xəritəsində
materiki Vespuççinin şərəfinə “Amerika” adlandırdı. Vespuççinin ideyasını
Ferdinand Magellan, 1519-1522-ci illərdə həyata keçirdiyi ilk Yer ətrafı səyahətdə
təsdiq etdi. Cənubi Amerikanı və Odlu torpaq adalarını dolaşıb keçən Magellan
Sakit okeana aparan boğazı tapdı, Sakit okeanın sularında Magellan Asiya
sahillərinə etdiyi uzun səfər boyu heç bir qasırğa ilə üzləşmədiyindən okeanı belə
adlandırmışdı. Buradan isə Asiya sahillərinə çatmaq mümkün oldu. Yerin kürə
şəklində olması qərb yolu ilə də Asiya qitəsinə və Molukka adalarına çatmağın
mümkün olduğunu sübut etdi.
Magellan bəşəriyyətə böyük xidmət göstərmiş oldu, lakin o, bu qeyri-adi
nailiyyətinin bəhrəsini dada da bilmədi. Tarix isə onu unutmadı. Hötenin “Həqiqi
ləyaqət heç vaxt öz kölgəsi olan şöhrətə baxmaq üçün geri boylanmır” sözləri onun
taleyinin timsalında açıqca öz təsdiqini tapır.
Dostları ilə paylaş: |