XIV Lui
Tardiora sunt remendia quammala (lat.) – Müalicə xəstəlikdən ləng gedir.
Tatsit
Bir boşboğaz cəsarətdən danışanda Sparta çarı Kleomon onun sözlərinə
istehza ilə gülərək dedi: “Əgər cəsarət barədə qaranquş söhbət açsaydı mən
gülərdim, ancaq bu barədə qartal danışsaydı, mən ona diqqətlə qulaq asardım”.
Plutarx
XIV Luinin şöhrəti və nüfuzu ona Günəş Kral adını qazandırmışdı. O,
Fransanı ölkənin parlaq dövrlərindən birində idarə etmiş və klassik eranın
mütləqiyyət monarxiyasının simvolu kimi tarixdə qalmışdır. Ölümündən sonra da
o, bütün Avropanı əhatə edən yaşayış üslubu və tərzi vasitəsilə insanları
ilhamlandıra bilmişdi. Ona müstəsna qaydada vurulur və nifrət edirdilər. Onun
tarixi böyük nailiyyətlərlə və acı səhvlərlə doludur, bunlar isə əlbəttə ki,
qələbələrin sevinci kimi, həm də məğlubiyyətlərdən əzab çəkməklə əlaqədar idi.
Avropada ağalıq etdikdən sonra o, öz ölkəsini zəifləmiş və dilənçi vəziyyətində
qoyub getdi, lakin onun hökmranlığı altında Fransa bir neçə əyaləti aldı və əslində,
sivilizasiya modelinə çevrildi.
O, 1638-ci ildə XIII Luinin və onun ispan mənşəli kraliçası Anna
Avstriyalının ailəsində doğulmuşdu. 1643-cü ildə XIV Lui atasının ölümündən
47
sonra fransız taxt-tacına çıxdı, bu vaxt onun 4 yaşı var idi. Regent XIII Luinin dul
arvadı, öz anası Anna Avstriyalı olsa da, bu dövrdə Fransanın dövlət siyasətini
birinci nazir, kardinal Culio Mazarin müəyyən edirdi (bu italyan keşiş öz vətənində
Mazarini kimi tanınırdı). Dörd yaş səkkiz aylığında XIV Lui, krallığın qanunlarına
müvafiq olaraq 19 milyon adamın təkcə ağası deyildi, həm də onların canının və
mülkiyyətinin sahibi idi. Onu “görünən ilahi” kimi salamlamalarına baxmayaraq,
o, əslində nökərlərin qayğısına buraxılmış və laqeydlik hiss edən bir uşaq idi. Heç
kəs ona nəzarət etmədiyindən bir dəfə az qala kiçik gölməçədə batmışdı.
Bu laqeydliyə görə məzəmmətə layiq olan Anna Avstriyalı isə oğlunu yalnız
“Allaha qarşı edilən cinayətlərdən” daim qorxutmaqla kifayətlənirdi.
Luinin doqquz yaşı olanda nifrət edilən kardinal Culio Mazarin tərəfindən
təqib edilən kübarlar və Paris parlamenti (bu, qüdrətli qanun məhkəməsi idi) 1648-
ci ildə taxt-taca qarşı mübarizəyə qalxdılar. Bu, Fronda kimi tanınan uzun müddətli
vətəndaş müharibəsinin başlanğıcının nişanəsi oldu. Bunlara görə Lui
yoxsulluqdan, bədbəxtlikdən, qorxudan, alçalmaqdan, soyuqdan və aclıqdan
əziyyət çəkdi. Fronda (hərfi mənada “sapand” deməkdir) sadə parisliləri, Paris
parlamentinin (məhkəmə palatası) üzvlərini və imkanlı adamları əhatə edirdi,
onları isə kraliça-ana bir sıra imtiyazlardan məhrum etmişdi.
XIII Lui 1643-cü ilin martında öldükdən sonra Mazarin kraliça-ananın
siyasətinə nəhəng qaydada təsir göstərirdi. Daim artan xərclərin öhdəsindən
gəlmək üçün kəndlilərdən yığılan vergini tez-tez artırmaq lazım gəlirdi. Nazir
kürsüsündə nifrət edilən “yada” (Mazarin italyan idi) qarşı çox sayda üsyanlar
qalxırdı. Lakin Mazarinin böhranlı vəziyyəti o vaxt baş verdi ki, Paris parlamenti
(qanunvericilik hakimiyyətinə malik deyildi) parlamentin vergi siyasətində iştirakı
ilə yanaşı, polisin və məhkəmələrin islahatı barədə də tələblər irəli sürdü. Kraliça-
nanın parlamentin bəzi liderlərinin həbs edilməsi barədə verdiyi göstərişə cavab
olaraq Parisdə üsyan (“Barrikadalar günü”) qalxdı. Xalq həbs edilənlərin azad
olunmasına nail oldu, lakin bu yalnız müvəqqəti qələbə idi. Hər halda Fronda
Mazarini 1649-cu ildə Fransanı tərk etməyə məcbur etmişdi, lakin o, 1653-cü ildə
Köln sürgünündən geri qayıtdı.
Bu hadisənin izi yeniyetmə kralın sonralar xarakterinə, davranışına və
düşüncə tərzinə öz təsirini göstərməmiş qalmadı. O, heç vaxt nə Parisi, nə
kübarları, nə də ümumən həmin adamları yaddan çıxarmadı.
Frondaçıların üsyanı fransız mütləqiyyəti üçün ciddi sınaq olsa da, onu
bərkitdi və möhkəmləndirdi. 1653-cü ildə Mazarin qiyamçılar üzərində qələbə
çaldı və bu vaxt Lui ilə birlikdə öz şagirdlərindən qeyri-adi inzibati aparat
düzəltməyə girişdi.
Gənc kral Mazarindən həmçinin incəsənətə, eleqantlığa bağlılıq və özünü
nümayiş etdirmək xüsusiyyətlərini götürmüşdü. Dövrünün ağası kimi elan
edilməsinə baxmayaraq, kardinalın mütləq hakimiyyətinə qarşı etiraz etməyi kral
heç ağlına da gətirə bilməzdi.
Fransa ilə İspaniya arasında 1635-ci ildə başlanan müharibə özünün son
fazasına daxil olmuşdu. Müharibənin nəticəsi Avropada hegemonluğu
48
Habsburqlardan Burbonlara keçirəcəkdi. Fransa kralı sərkərdə olmalı idi və Lui
döyüş səhnəsində şagird kimi xidmət edirdi.
1658-ci ildə o, məhəbbətlə taxt-tac borcu arasındakı böyük münaqişə ilə
üzləşdi. Bu, həmin dövrün hökmdarlarının əksəriyyəti üçün oxşar bir hadisə idi. İki
il ərzində o, Mazarinin qohumu olan Mariya Mançini adlı qıza məhəbbəti naminə
özü ilə mübarizə aparırdı. Nəticədə o, siyasətin zərurətinə tabe oldu və 1660-cı ildə
Mariya Tereza Avstriyalıya evləndi. Bu qız İspaniya kralı IV Filippin qızı idi və
nikah iki ölkə arasındakı sülhün ratifikasiya edilməsinə xidmət etdi. Onların nikahı
çox dəbdəbəli qaydada bayram edildi. Fransız monarxının Habsburq sülaləsindən
olan ispan infantası ilə nikah ittifaqı Pireney sülhünü möhkəmləndirdi. Fransa ilə
İspaniya arasında 1659-cu ildə bağlanan bu sülh iki dövlət arasında sərhədləri qəti
şəkildə müəyyənləşdirdi.
XIV Luinin uşaqlığı sona çatdı, lakin heç kəs inanmırdı ki, o, hakimiyyət
yüyənini əlində saxlamağa qadirdir. Sonrakı dövrlər göstərdi ki, onun ambitsiyaları
daha böyükdür. O, öz memuarlarında yazırdı: “Mən ürəyimdə hər şeydən çox
şöhrəti seçirəm, hətta həyatın özündən də. Şöhrət sevgisi ehtirası seçmək kimi bir
şeydir... bütövlükdə yer üzərində ilahi funksiyanı yerinə yetirdikdə, biz onu
alçaldan qarışıqlığın bacarıqsızlığını üzə çıxarmalıyıq”.
1661-ci ildə Mazarin öldü. Bir gün sonra, martın 10-da saray dramatik bir
zərbə ilə üzləşdi. Kral təəccüblənən nazirlərinə bildirdi ki, krallığın idarə
edilməsinin bütün məsuliyyətini öz üzərinə götürmək niyyətindədir. IV Henrinin
hökmdarlığından sonra belə bir şey olmamışdı. Bu o demək deyildir ki, XIV
Luinin hərəkəti ənənəyə uyğun gəlmirdi. İlahi hüquqla icra edilən diktatorluq
konsepsiyası isə onun özünə məxsus idi. İnamına görə Lui özünü Yer üzərində
Allahın təmsilçisi kimi görürdü və hesab edirdi ki, bütün növ tabe olmamaq və
qiyam günah sayılmalıdır. Bu inamdan o, təkcə təhlükəli günahsızlıq hissiyyatını
qəbul etmədi, həm də xeyli sakitlik və mülayimlik qazandı. Fronda başa çatdıqdan
sonra fransızların böyük əksəriyyəti belə bir qərara gəlmişdi ki, Fransanın stabilliyi
üçün ümid taxt-taca əsaslanır. Həmin vaxt 23 yaşlı monarx əsl kral olmaq barədə
öz qətiyyətini belə ifadə etdi:
“Bu vaxta qədər mən öz işlərimin idarə edilməsini mərhum kardinala etibar
etməkdən faydalanırdım. Bu vaxtdan isə onları özüm idarə edəcəyəm. Siz (katiblər
və dövlət nazirləri) yalnız özüm xahiş etdikdə, məsləhətçilərim kimi mənə kömək
edəcəksiniz. Mən tələb və əmr edirəm ki, mənim göstərişim olmadan heç bir qayda
sənədinə möhür vurmayasınız... Mən əmr edirəm ki, heç nəyə, hətta mənim
göstərişim olmadan pasporta da imza atmayın, hər gün heç kəsi yox, şəxsən məni
nəzərə alaraq hərəkət edin”.
Onun anası Luinin bu sözlərinə bərkdən güldü, axı onun əylənməsinə və
qumar oynamasına, kral sarayındakı qulluqçu qızların yatağına girməsinə yaxşı
bələd idi. Lakin Lui tam ciddi idi, möhkəm hökmdar olmaq üçün hər cür haqqı
ödəməyə hazır idi. O, gündəlik işlərlə vicdanla məşğul olmaq qaydasını qoydu və
bundan nadir hallarda uzaqlaşırdı. O, öz kral sənətini “böyük, nəcib və sevimli bir
iş” hesab edirdi. Şöhrət qazanmaq naminə o, Versal sarayında böyük və möhtəşəm
tamaşa yaratmışdı. Kralın ölümündən bir neçə onillik sonra Volter 1661-ci ildən
49
1715-ci ilə qədər olan dövrü “XIV Lui erası” adlandırmışdı. Tarixçilər də o
vaxtdan həmin dövrü belə adlandırmağa üstünlük verirlər.
Həqiqətən də o, Fransanı qeyri-məhdud şəkildə idarə etmişdi. Gənc kral
bəyan etmişdi ki, bu vaxtdan etibarən “özüm birinci nazir olacağam”. O, əmin idi
ki, monarxın hər bir arzusu onun təbəələri üçün qanundur. Kralın hakimiyyətinin
təbəələri tərəfindən məhdudlaşdırılması onun üçün böyük biabırçılıqdır. Yalnız
təkcə monarx dövlətin faydasının nədə olduğunu bilir, öz əməllərinə görə o, yalnız
Allah qarşısında cavabdehdir. XIV Lui dövləti özü ilə eyniləşdirirdi (“Dövlət
mənəm”). Ondan bir əsr sonra taxt-taca gəlmiş Prussiya kralı Böyük II Fridrix isə
bu məsələdə öz düşüncəsini belə ifadə edirdi: “Dövlətin birinci nökəriyəm”.
Günəş Kralın dövründə ölkənin idarə olunması kral şurasında
mərkəzləşmişdi. Parlamentlərin hüquqları 1667-ci il və 1673-cü il ordinansları ilə
məhv edilmişdi, onların məhkəmə səlahiyyətləri, fövqəladə məhkəmələrin
yaradılması ilə məhdudlaşmışdı.
Kral iqamətgahı sonralar Versal oldu. Versal sarayı öz möhtəşəmliyinə görə
bütün digər sarayları kölgədə qoyurdu. Kral sarayı Fransanın mənəvi həyatının
mərkəzi rolunu oynayırdı. XIV Lui özünə xidmətə görkəmli rəssamları və
yazıçıları cəlb edirdi. Sarayın zövqü fransız incəsənətinin və ədəbiyyatının inkişaf
istiqamətini müəyyən edirdi. XIV Luinin siyasəti Fransanın beynəlxalq nüfuzunun
möhkəmlənməsinə yönəlmişdi.
O, ilk anlarda böyük nazirləri olan Jan Batist Kolberə - markiz Luvuayaya
və Uqo de Liona arxalanırdı, həm də onların arasında ayrı-seçkilik yaradırdı.
Sonralar isə nisbətən aşağı qabiliyyətli adamlara bel bağlamalı oldu. 54 il ərzində
Lui özünü hər gün səkkiz saatlıq işə həsr etdi. Onun diqqətindən çox xırda detal da
yayınmırdı. O, saray etiketindən tutmuş, qoşunların hərəkətinə qədər, yol
çəkilişindən ilahiyyat barədə disputlara qədər hər şeyə nəzarət etmək istəyirdi. O,
uğur qazanırdı, çünki Fransanın əhval-ruhiyyəsini gəncliyə xas olan cəsarətlə və
parlaqlıqla əks etdirirdi.
1666-cı ildə XIII Luinin arvadı, az yaşlı XIV Luinin regenti olan anası Anna
Avstriyalı vəfat etdi. Bu qadın Mazarindən beş il artıq ömür sürdü. Lakin bu
hadisələr kralı siyasətdən ayıra bilmirdi. 1671-ci ildə o, Şimali Amerikanın daxili
kontinental hissəsinə sahib olmaq hüququnu irəli sürdü.
Pensionlardan və cəzalardan istifadənin əksinə, bunlarsız monarxiya,
kübarları özünə tabe etməyə qadir deyildi, o, 40 il ərzində 11 vətəndaş
müharibəsinə start verdi, bu əsasən kübarlığa qarşı çevrilmişdi. Lui onları sarayına
cəlb edirdi, qumarla pozurdu, bədxərclik nəticəsində onları ağır vəziyyətə salırdı,
qabiliyyətlərini isə özünün xoşuna gəlib-gəlməməsindən asılı etmişdi. Kral hesab
edirdi ki, hər şeydə o, düzgün hərəkət edir. XIV Lui inanırdı ki, taxt-tacı ona Allah
vermişdir və özünü Yer üzərindəki allah hesab edirdi.
Sen-Simon hersoqu isə bildirirdi ki, saraya gələn kübarlar onu tərifləməsə,
Lui onlara qarşı təsir etmək qaydasında hərəkət etməyi bacarır. O, yazırdı: “O,
təkcə yatağına getmək üçün qalxanda deyil, yemək yiyəndə də, otaqlarından
keçəndə də, bağlarında gəzəndə də sağına və soluna baxırdı. O, kübarları saraydan
50
qovmuşdu, bunun səbəbini isə bilirdi və heç vaxt onların üstünə yerimək üçün
fürsəti əldən vermirdi və belə təsadüf ona ədalətli görünürdü”.
Yaltaqlıq XIV Lui sarayının fərqləndirici xüsusiyyətinə çevrildi. Krala
yaltaqcasına tərif hədd bilmirdi,onun ən adi sualına da yalnız ona xoş gələn
sözlərlə cavab verilirdi. O,əyanlarından birindən arvadının nə vaxt dogacagını
soruşduqda, həmin adam ona belə cavab vermişdi : “Sizə nə vaxt xoş gəlirsə,o
vaxt, Sir”.
Onun çox sevdiyi məşguliyyətlərdən biri ovçuluq idi. Fransanın əvvəlki
kralları da ovçuluqla əylənmişdi, XIV Luinin isə ova aludəçiliyi hansısa başqa bir
nümunə ilə müqayisə oluna bilməzdi. O, hər gün üç dəfə ova gedirdi, başqa
sevimli məşğuliyyətinə də bu qədər vaxt ayırırdı, gündə üç dəfə məşuqələri ilə
intim yaxınlıq edirdi, bu da onun qüvvətli kişi oldugunu sübut edirdi. Həm də hər
gün üç dəfə Dövlət Şurasının iclasında iştirak edirdi.
Kralın məşuqəsi madam Montespan ərli qadın idi, doqquz dəfə hamilə
olmuş, yeddi uşaq dogmuşdu, ona gırə də əvvəlki gözəlliyini qoruyub saxlaya
bilməmişdi. Bu səbəbdən də kralı artıq elə ehtirasla özünə cəlb edə bilmirdi. O,
kralın əvvəlki məşuqəsi Luiza de La Valyerini de əvəz etmişdi. Madam de Valyeri
kraldan ayrılmaq kimi bir dərdə dözə bilmədiyindən, ondan doğduğu kiçik yaşlı
haramzada uşaqlarını da tərk edib, monastıra yollandı, Fransızlar deyirlər ki,
”Chaque femme a ses charmes”- “ Hər qadın öz lətafətinə malikdir”. Görünür,
markiza Montespan malik olduğu lətafətlərini təbiətin qanuna uyğun olaraq
itirmişdi. Madam Montespan da on dörd illik yaxınlıqdan sonra kralla həmişəlik
vidalaşmağın dəhşətinə dözə bilmirdi, təkcə belə sözlərdən təsəlli tapırdı ki, yeni
məşuqə madam Mentenon kraldan çox, allaha məhəbbət bəsləyir. Lakin madam
Mentenonla eşq məcərası daha ciddi şəkil aldı və kralın vəfatına qədər davam etdi.
Həm də XIV Lui bu vaxt artıq xeyli qaydada dindarlığa meyl etmişdi, ərli
qadınla intim əlaqəsini bağışlanmaz günah hesab etməyə başlamışdı. Ona görə də
o, özünün qanundan kənar doğulmuş uşaqlarının tərbiyəçisi madam Mentenona
diqqət göstərməyə başladı. Özündən üç yaş böyük olan bu qadının krali valeh edən
xüsusiyyətləri var idi, qadın lətafətindən də xali deyildi. Onun bir üstünlüyü də
onda idi ki, o, dul qadın idi, əri ölmüşdü. Dindar qadın olan madam de Mentenon
onu inandırmışdı ki, o, özünə xilas yolu tapa bilər. Arvadı Mariya Terezanın
vəfatından sonra kral evlənə bilərdi. Lakin Mentenon dvoryan əsilli olmadığına
görə kral onunla qanuni şəkildə evlənə bilməzdi. Ona görə də o, madam de
Mentenonla gizlində evləndi.
Saraydakı qaydalar, davranış tərzi sarsılmaz qanun hüququ qazanmışdı.
Kralın yeni yaranan adətlərə güzəştsiz nəzarət etməsi hamıya yaxşı məlum idi.
Versal saray məkanına çevrildikdən sonra bura həqiqətən də nümunə timsallı etiket
yarmarkasına çevrilmişdi. Etiket idarəetmə mənası kəsb etmişdi. Həmin vaxtdan
kübarlıq Fransa həyatında mühüm faktor rolu oynamasını dayandırdı. Bununla da
millət müəyyən dərəcədə zəiflədi.
Versal özünün binalarının, parkının və fəvvərəlirinin möhtəşəmliyi iilə
yanaşı, saray ora köçdükdən sonra artıq birja təsiri bağışlayırdı. Buna görə də
51
Versal qalmaqal məkanına çevrilmişdi. Kral bu nəhəng saray qarşısında rol
oynamağı bacarırdı.
Luinin yaxşı taleyi, öz təbəələrinin müxtəlif fəaliyyət dairələrindəki qeyri-
adi qruplara məxsus olması ilə bağlı idi. O, bu adamlardan necə istifadə etməyi
bilirdi. O, yazıçıların, xüsusən Molyerin və Jan Rasinin himayəçisi idi, özünü
tərifləməyə həsr olunmuş nəğmələr yazmaq barədə onlara göstəriş verirdi. O,
incəsənət adamlarına gözəllik haqqında öz baxışlarını təlqin edirdi. Fransanın
görünüşü və həyat yolu dəyişilmişdi. Böyük şəhərlər metamorfozalara uğramışdı,
peyzaj dəyişilmişdi, hər yerdə monumentlər qoyulurdu. Kral yeni iqamətgahlar
tikməyə güclü surətdə aludə idi. Onun möhtəşəm sarayları olan Sen Jermen və
Marlidən az şey qalmışdır. Versal isə, - hətta hələ tikiləndə lənətlənmişdi və milləti
məhv etməyə görə ittiham edilmişdi, - indiyədək öz mükəmməl gözəlliyini
saxlayır.
Versal təqribən müasir aeroportun tikilməsi xərcinə başa gəlmişdi. Bu saray
hamı üçün ümumi valeh olma obyekti idi və Fransanın nüfuzunu daha da artırdı.
Hökumətin bütün gücü Versalın tikilməsinin ağırlığını öz çiynində daşımağa
yönəlmişdi.
XIV Lui, özünü Parisin qeyri-sağlam havasından və səs-küyündən
uzaqlaşdırmaqda səhv etməmişdi, lakin o, bəzilərinin ittiham etdiyi kimi
əcdadlarının ənənəsini pozmaq kimi bir iş görmüşdü. Monarxiya xalqdan artan
dərəcədə izolyasiya olunmuşdu və bu, mifik bir keyfiyyətə yüksəlmişdi.
Onun sarayını dəstəkləyən Versalın və qəsrləri andıran digər binaların
tikintisi, həmçinin apardığı müharibələr XIV Lui üçün böhranlı maliyyə vəziyyəti
əmələ gətirdi. Maliyyə naziri Kolber Fransanın sərvətini və qüdrətini artırmaq üçün
yollar axtardıqda, merkantilizmə üstünlük vermişdi. Bu dövlətin xeyrinə iqtisadi
fəaliyyəti nizamlamaq idi. İdxala olan ehtiyaclar azaldılır, ixrac artırılırdı. Kolber
fransız manufaktura mallarının istehsalını artırmağa və keyfiyyətini
yaxşılaşdırmağa cəhd edirdi. O, çox sayda yeni istehsal sahələri yaradırdı, buna
Bovedəki kral şpaler fabriki, Venetsiyadan şüşə qayıranları və Flandriyadan parça
istehsalçılarını Fransaya dəvət etməsi misal ola bilərdi. Fəhlələrin hazırlanmasına
olan ehtiyacı görürdü. Yeni istehsal sahələri yaradanlara xüsusi imtiyazlar verilirdi,
bura vergi güzəştləri, borc vermə və subsidiya ayırma daxil idi. İdxal həcmlərini
birbaşa azaltmaq üçün xarici manufaktura mallarına, xüsusən ingilis və holland
parçalarına tarifləri artırdı. Ticarət donanması yaratdı ki, fransız mallarını xaricə
daşısın.
Versal fransız mütləqiyyət dövlətinin və Günəş Kralın qüdrətinin simvoluna
çevrildi. Versal həm də praktiki siyasi niyyətlərə xidmət edirdi, yüksək kübarlar və
qan prinsləri üçün ev rolunu oynayırdı.
Lui öz sarayının yüksəldiyini müşahidə etdikdə, inşaata nəzarət edən Kolber
ixracı maksimum artırmaqla, ondan Fransanın iqtisadi cəhətdən özünü təmin edən
ölkəyə çevrilməsinə kömək edən iqtisadi inqilabın icrasına razılıq əldə etmişdi.
Manufakturalar, hərbi-dəniz və ticarət donanması, yeni polis təşkilatı, yollar,
limanlar və kanallar məhz bu vaxt meydana gəldi. Lui hər detala nüfuz edirdi, eyni
52
zamanda baş gicəlləndirən əyləncələr təşkil edirdi, həm də bu illərdə Luiza de la
Valyere ilə məhəbbət macəralarını yaşayırdı.
1667-ci ildə o, İspaniya Niderlandına müdaxilə etdi, onu öz arvadının irsi
hesab edirdi. Beləliklə, müharibələr seriyası başlandı və bu, onun hökmranlığının
yaxşı dövrünü əhatə etdi. Lui ölüm yatağında olarkən demişdi: “Mən müharibəni
çox sevirdim”. Öz təbəələri onun sakitliyini və mülayimliyini qeyd etsələr də,
Fransanın sərhədlərini möhkəmləndirmək üçün qüvvələrdən istifadə etməməsini
anlaya bilmirdilər. Parlaq kampaniyadan sonra kral ingilislərin, xüsusən
hollandların təzyiqi qarşısında 1668-ci ildə geri çəkilməyə məcbur oldu. O, heç
vaxt hollandları unutmadı və and içmişdi ki, onların protestant merkantil
respublikasını məhv edəcəkdir. Belə sonluqda o, ingiltərəli II Çarlzla ittifaq
bağlayıb, 1672-ci ildə Niderlandlara hücum etdi. Uzun çəkən müharibə 1678-ci
ildə başa çatdı, birinci Nicmegen sazişi ilə Lui zəfər çaldı.
Günəş Kral öz şöhrətinin zenitində idi. Demək olar ki, o, qorxulu koalisiyanı
təklikdə məğlub etmişdi. İspaniya və Müqəddəs Roma imperiyası ona qarşı
hollandlara qoşulmuşdular. O, öz düşməninə sülh şərtlərini diqtə etdi. O, Fransanın
sərhədlərini şimalda Flandriyanı anneksiya etməklə və şərqdə isə Lotaringiyanı və
Franş-Konteni tutmaqla xeyli genişləndirdi. Onun donanması İngiltərənin və
Hollandiyanın donanmalarına bərabərləşdi. Paris onu “Böyük” adlandırırdı.
Sarayda o, aludə olunmaq obyekti idi və 40 yaşı olanda o, özünü bütün adamlardan
üstün hesab edirdi.
XVII əsrin ortalarından kral XIV Luinin fransız sarayı moda qanunvericisi
oldu. Mütləqiyyətin modada meydana çıxması saray və kral modası kimi özünü
göstərdi. Bu isə ispan modasının fransızların zövqünə uyğunlaşdırılmış
qaydasındakı davamı idi.
Bu vaxtdan fransız zövqü və modası bütün Avropanı bürüdü və bütöv əsr
ərzində ona sahibliyini saxladı. Paltar çox bəzəkli idi. Qadın paltarında fantaziya,
həm də eksentrizmə və dəbdəbəyə can atma təcəssüm olunurdu.
1676-cı ildə XIV Luinin sərəncamı ilə tikilən Əlillər evinin inşası başa çatdı,
burada 7 min müharibə veteranı yerləşdiriləcəkdi.
Kral həzzdən açıqca imtina etdi, lakin belə qurban vermə onun yeni
məşuqəsi, dindar madam de Mentenon tərəfindən asanlaşdırıldı. Bu qadın satirik
şair Pol Skarronun dul arvadı olmaqla, kralın qanundan kənar doğulmuş
uşaqlarının tərbiyəçisi olmuşdu və kralın yeni məşuqəsinə çevrildi. Onların
yaxınlığı və həm də hər bir məsələyə münasibətdə heyran edici həmrəyliyi kral
ölənə qədər davam etdi. Madam de Mentenon bu ərindən dörd il sonra, 84 yaşında
vəfat etdi.
1681-ci ildə XIV Lui Elzası və Strasburqu tutdu. 1678-ci ildə o, İspan
Niderlandlarının ərazisinin bir hissəsini almışdı. Günəş Kral öz hakimiyyətini len
münasibətləri ilə bağlı olan, 1648-ci il Vestfaliya sülhü nəticəsində Fransaya
birləşdirilmiş bütün vilayətlərə yaymaq istəyirdi. 1686-cı ildə isə Fransa Siamla
müqavilə bağlamaqla burada möhkəmləndi. 1692-ci ildə isə ingilis-holland
donanması Normandiya sahilləri yanında fransız donanmasını məğlub etdi. Həm
53
də bu vaxt XIV Lui katolitsizmi müdafiə edən II Ceyms Styuartı ingilis taxt-tacına
bərpa etməyə çalışırdı.
1682-ci ildə hökumət iqamətgahı Versala köçdü. Parisin 20 kilometrliyində
olan bu sarayı XIV Lui atası XIII Luinin ov qəsrinin yerində özü üçün tikdirmişdi.
Sarayları, gözəl parkları və fəvvarələri olan Versal Fransanın siyasi və mədəni
həyatının mərkəzi oldu. Zadəganların siyasi əhəmiyyəti aşağı düşdü, onların
imtiyazları artıq kraldan asılı idi.
Versalın tikintisiini davam etdirən arxitektor Monsar sarayda Güzgülü salon
inşa etdirdi. Güzgülər salonun işərisinə heyrətamiz işıq verirdi, günəş şüası
güzgülərdə bərq vurur, məkanı qeyri-adi gözəlliyə bürüyürdü. Günəş Kral bu
sarayı ilə öyünərək deyirdi ki, “Versal – mənəm”. Versalı o, hər şeydən çox sevirdi
və bilirdi ki, dünyada onun sarayına bənzəri yoxdur. Ondan xeyli əvvəl İspaniya
kralı II Filippin tikdirdiyi Eskorial sarayı da, Rusiya imperatoru Böyük Pyotrun
Günəş Kralı təqlid edərək inşa etdirdməyə başladığı, sonralar tikintisi başa
çatdırılan Petrodvorets (əvvəllər Peterqof adlanırdı) saray-park ansamblı da
Versalla müqayisədə uduzrlar.
Sonrakı il həyatda və XIV Luinin hökmranlığında dönüş nöqtəsi oldu.
Kraliça öldü və kral gizlincə madam de Mentenona evləndi və həmin qadın siyasi
nüfuza sahib oldu. O, bu qadına vurulmuş bir adam kimi qaldı, hətta 70 yaşında da
ona ərlik funksiyasını yenə də davam etdirirdi. Bu barədə indiyədək gəlib-çıxmış
məktublar məlumat verir.
Kolber də ölmüşdü, Luiinin döyüşkənliyi üçün yolu azad qoyub getmişdi.
Avstriya torpaqlarına türklərin müdaxiləsinin dəf edilməsi, Fransaya qarşı olmaq
üçün Qərbi sərbəst qoydu. 1688-89-cu illərdə Styuartların hökmdarlıqdan
uzaqlaşdırılması və Uilyam Oranclının İngiltərə taxt-tacına çıxması, sonralar
Fransanın bundan ziyan çəkməsi üçün şəraitin meydana gəlməsinə səbəb oldu.
Luinin bu ənənəvi düşmənlərinə bütöv protestant dünyası əlavə olundu. Anası ona
dar ölçüdə olan və sadə din təlqin etmişdi, ona görə də o, Reformasiyadan heç nə
başa düşmürdü. O, fransız protestantları olan huqenotlara potensial qiyamçılar kimi
baxırdı. Onları zorla katolikliyə çevirməyə cəhd etdikdən sonra, 1685-ci ildə Nant
ediktini qadağan etdi. Bu sənəd isə huqenotların öz dini təriqətlərinə müvafiq
olaraq azad sitayiş etmələrinə təminat verirdi. Rəhmsiz təqiblər hesabına çox sayda
sənətkarlar Fransadan qaçmışdı və bu, saysız-hesabsız bədbəxtliklərə səbəb oldu.
Beləliklə, onun tənəzzülü başlandı. İmperator Luinin ekspansionizminə
müqavimət göstərmək üçün Böyük ittifaq yarandı. Bunun nəticəsində İngiltərə,
İspaniya və İsveçlə gedən müharibə 1688-ci ildə başlanmaqla 9 il davam etdi.
Versaldan gümüş qablar yoxa çıxırdı, onlar götürülüb əridilirdi ki, döyşən
əsgərlərə maaş verilə bilsin. Bir sıra qələbələrinə baxmayaraq, Lui Risvik
müqaviləsini imzaladıqda, tutduğu bir sıra ərazilərdən imtina etməli oldu, buna
görə ictimai rəy onu kəskin şəkildə ittiham etdi. Uilyam Oranclını İngiltərənin kralı
III Uilyam kimi tanıdıqda, özü tərəfindən belə ağrılı ikinci qurbanın verilməsi ilə
razılaşmalı oldu. Axı Uilyamın taxt-tacına Styuart sülaləsindən olan kral II
Ceymsin ilahi hüququna o, inanırdı və indi isə buna zidd çıxmışdı.
54
Üç il sonra, 1700-cü ildə İspaniyanın axırıncı Habsburq kralı öldükdə Luinin
nəvəsi Filipp Avqusta öz krallığını vəsiyyət etmişdi. Lui sülhdən başqa bir şeyə
can atmadığından, irsi qəbul etməkdə tərəddüd göstərdi. O, öz qərarına görə kəskin
surətdə tənqid olundu, lakin heç də başqa alternativə malik deyildi. İngiltərə ona
qarşı olanda o, yalnız İspaniyanın Müqəddəs Roma imperatoru Leopoldun əlinə
düşməsinin qarşısını almalı idi. Axırıncı isə Filippin həmin taxt-taca iddiası ilə
razılaşmırdı. İrsdən imtina etmək də, onu qəbul etmək də Luiyə yaxşı heç nə vəd
etmirdi. Ona görə də ispan irsi uğrunda Avropada müharibənin başlanması
gözlənirdi. Fransa Avropada aparıcı yeri tutmağa çalışırdı. İmperator I Leopoldun
məqsədi isə V Karl dövründəki Müqəddəs Roma imperiyasını dirçəltmək idi.
1701-ci ildə XIV Luinin nəvəsi Filipp V Burbon İspaniyaya gələn kimi kral
kimi tanındı. Habsburq monarxiyası, İngiltərə və Niderlandlar Filippin əleyhinə
idi. İspaniya taxt-tacına varislik uğrunda müharibə başlandı və bu savaş daha uzun
olmaqla 12 il çəkdi, 1701-ci ildən 1713-cü ilə qədər davam etdi. 1701-ci ildən
İngiltərə, Hollandiya, Avstriya, Prussiya, Müqəddəs Roma imperiyası, Hannover,
Portuqaliya və Savoy hersoqluğu mütləqiyyət Fransasına qarşı koalisiya bağladı.
1702-ci ildə İngiltərə Fransaya müharibə elan etdi. 1709-cu ildə ispan taxt-tacına
varislik uğrunda müharibənin gedişində sülh danışıqları uğursuzluqla nəticələndi.
XIV Lui nəinki ispan irsindən imtina etmək istəyirdi, hətta Elzası da verməyə razı
idi. Lakin müttəfiqlər tələb etdilər ki, o, ispan kralı V Filippə qarşı yürüş etsin.
XIV Lui bu təklifi rədd etdi.
İspan irsi uğrunda müharibədə anti-fransız alyansı, öz ölümündən əvvəlki
dövrdə Uilyam Oranclı tərəfindən yenidən fəallaşdı. Müharibənin bədbəxtliyi o
qədər böyük idi ki, 1709-cu ildə Fransa, ondan əvvəlki əsrlərdə əldə etdiyi
faydaların hamısını itirməyə yaxın idi.
Nəhayət, ispan irsi uğrunda müharibə 1713-cü ildə Utrext sülhü ilə başa
çatdı. V Filippi ispan kralı kimi tanımayan Müqəddəs Roma imperatoru VI Karl
sülh müqaviləsini imzalamaqdan imtina etdi, çünki onun özü bu vaxt həmin taxt-
taca iddia edirdi. Lakin anti-fransız koalisiyası öz niyyətini həyata keçirmək üçün
kifayət qədər gücə malik deyildi. Ona görə də Utrext sülhü çərçivəsində Raştattda
(6 mart 1714-cü il) və Badendə (7 sentyabr 1714-cü il) bağlanmış müqavilələr
Fransa ilə müharibəyə son qoydu. Fransa Şimali Amerikadakı bəzi ərazilərini
itirdi. Müharibə heç də həmişə fayda vəd etmir. Günəş Kral Tsitseronun “Cedant
arma togae” (lat) – “Qoy silah yerini toqaya versin” məsləhətinə əməl etsəydi,
Fransaya daha böyük xeyir verərdi. Ölkədə sosial vəziyyət də ağır idi. Günəş
Kralın hakimiyyətinin son dövrlərində milyonlarla fransız acından ölmüşdü.
Daxildə təriflənmənin izafi səviyyəsi kral haqqında süni imic yaratmamış
deyildi. Ona büt kimi baxırdılar. O, yalnız pis taleyin zərbəsi altında süqut edə
bilərdi, lakin əks olan hadisələr baş verdi. Zəfər çalan millətin ilk təcəssümü olan
Lui özünü ağır əzablarla çətin vəziyyətə saldı. Utrext, Raştatt və Baden
müqavilələri Fransanın hegemonluğu hesabına başa gəldi və ciddi
məğlubiyyətlərinə baxmayaraq onun ərazilərinə toxunulmadı. Flandriyadakı və
Reyn üzərindəki ərazilərin bir az əvvəl baş vermiş işğalını da müqavilələr qüvvədə
55
saxladı. Bu o qədər böyük məsələ idi ki, sonrakı məğlubiyyətlər və inqilablar da
onların itirilməsinə gətirib çıxarmadı.
Luinin ictimai bədbəxtliklərinin üzərinə şəxsi itkiləri də əlavə olundu.
Demək olar ki, eyni vaxtda o, oğlunu – Böyük Dofini və nəvəsini itirdi. Bu itkilər
onun tənəzzül illərinin hüznünə çevrildi.
Kralın özü də ciddi xəstə idi, yoğun bağırsaq fistulundan əziyyət çəkirdi.
Yeganə çıxış yolu cərrahiyyə əməliyyatı idi, lakin belə müalicə üsulu nadir
hallarda uğurlu olurdu. XVII əsrdə həkimlər xəstələri müalicə etməkdən daha çox
onları öldürürdülər. O,öz cərrahına müraciət edərək dedi: “Msye cərrah, məni ən
axırıncı təbəəm kimi müalicə et, onda əliniz titrəməyəcəkdir”. Kral əməliyyat vaxtı
böyuk dözümlülük göstərdi, dəhşətli ağrıya tab gətirə bildi. Həmin axşam o, kral
şurasının iclasını keçirdi. Fransa kralın xəstə olduğunu bilməməli idi. Kralın ölüm
xəbəri isə Avropada böyük diplomatik əks-səda doğurardı.
Saray, divarlarından qəmginlik yağan bir məkana çevrilmişdi. Kral özü
demişdi ki,”Bizim Versal çox qaşqabaqlıdır”. Mentenon krala təsəlli verirdi. Axı
ölüm kralın yaxınlarının, əzizlərinin çoxunu həyatdn aparmışdı. Versal həqiqətən
də əvvəlki şadlıq atmosferini itirmişdi. Lui sarayın salonlarında qəmgin şəkildə
oturb, fikirə dalırdı, Mentenon isə kənarda daynıb, müqəddəs hörümçək kimi ona
tamaşa edirdi. Kral bəzən hətta otağının qapısını bağlayıb öz taleyinə ağlayırdı.
1715-ci ildə o,zəifləmişdi,qanqrena onun ayaqlarına yayılmışdı O,bu vaxt
demişdi : “Mən öz saray adamlarımın arasında yaşamışam, onların arasında da
öləcəyəm”. Ona görə də göstəriş verdi ki, onlar yanına nahara dəvət olunsunlar.
Kral ölən anlarda Mentenon monastıra getmişdi, orada azacıq da olsa təsəlli tapsın.
O, kralı keşişin və nəhayət etibarilə Allahın mərhəmətinə tapşırmışdı. Ölüm
aninda, qaydalara görə o, kralın yanında olmamalı idi.
1 sentyabr 1715-ci ildə fransız kralı XIV Lui 77 yaşına bir neçə gün qalmış
Versalda öldü. Onun cəsədi San-Dieqo bazilikasında dəfn edildi. Öz nəticəsi və
varisi XV Luiyə Günəş Kral elə bir ölkəni miras qoydu ki, burada marşal Vobanın
sözü ilə deyilsə, sakinlərin onda bir hissəsi dilənçilik edirdi, əhalinin yarısı isə
yoxsulluğuna görə dilənçilərə ianə vermək imkanında deyildi.
Bu vaxt onun varisi, Burbon hersoqunun sonuncu oğlu beş yaşlı uşaq idi və
onun da sağ qalması gözlənilmirdi. Lui öz qohumu olan Orlean hersoquna
inanmırdı və istəyirdi ki, real hakimiyyət madam de Montespanın oğlu Men
hersoqunun əlində qalsın. Buna nail olmaq üçün o, vəsiyyətinin layihəsini cızdı,
bu, monarxiyanı məhv etməyə kömək edəcəkdi. Paris parlamenti kralın ölümündən
sonra onun vəsiyyətini ləğv etdi, siyasi hakimiyyəti yenidən qaldırdı ki, sonrakı
hökmranlıq dövrlərində bütün islahatların qarşısı alınsın, bu isə hökmən inqilabı
zəruri edəcəkdi.
XIV Luinin hər bir hərəkəti müqəddəs bir işə çevrilirdi, bu, monarxı
şöhrətləndirməyə xidmət edirdi. Sarayın böyük dəbdəbəsi Kolberin tətbiq etdiyi
maliyyə sistemi vasitəsilə təmin edilirdi. Kolber isə merkantilizmin ixtiraçısı idi.
Lui həyatı boyu öz təbəələri tərəfindən arası kəsilmədən təriflənirdi, bu vaxt xarici
jurnalistlər isə onu qaniçən pələnglə müqayisə edirdilər. Volter “XIV Luinin erası”
əsərində onun böyüklüyünü tərənnüm edirdi. XIV Lui monarxiyanın ən böyük
56
nümunəsi idi, Fransanı öz yüksəkliyinə, zirvəsinə çatdırmışdı. O, həm də xüsusən
öz dini siyasətinə, son vəsiyyətinə və sarayı xalqdan ayrı saldığına görə
monarxiyanın qəbrini qazmaqda ittiham edilirdi. O, bütün dövlət maşınını özündə
mərkəzləşdirmişdi, bu, monarxiyanı insan gücündən kənarda olan ağır yükə
çevirmişdi. Volter onun hökmranlığını Roma imperatoru Avqustunku ilə müqayisə
etmişdi, doğrudan da hər ikisi güclü və zəif cəhətlərə malik idi. Qələbələrinə və
işğallarına baxmayaraq onun idarəçiliyi altında Fransa birinciliyini itirdi.
Avropanın kübarlığı Günəş Kralın parladığı Fransanın dilini və qaydalarını
qəbul etdi, baxmayaraq ki, uzun müddət ona qarşı nifrət bəslənməkdə qalırdı.
Bəzi tarixçilər deyirlər ki, XVII əsr Avropada müasir dövlətin
evolyusiyasının dönüş nöqtəsi oldu. Avropa Birləşmiş Xristianlığının idealı əslində
dünyəvi dövlət sisteminin praktiki olaraq meydana gəlməsinə yol açdı. XIV Luinin
dəbdəbəli hökmranlığı dövründə mütləqiyyət monarxiyasının dəqiq təcəssümü
meydana gəldi. Kralın təbii lətafəti ona xüsusi vurğunluq bəxş edirdi. “O, xalatını
geyinəndə, dövlət mantiyasında olduqda və qoşunların başında at belində çapdıqda
nəcib və möhtəşəm görünürdü”. O, təbii qaydada xoş xasiyyətli idi və “həqiqəti,
ədaləti, qaydanı və ağılı” sevirdi. Onun həyatı qaydaya tabe idi. “Heç nə onun
günləri və saatları kimi belə böyük dəqiqliklə nizamlana bilməzdi”. Onun özünə
nəzarətinə söz ola bilməzdi. “O, bütün həyatı boyu on dəfə belə, özünə nəzarəti
itirməmişdi və bu vaxtı da yalnız özündən aşağı adamlara sərf edirdi”. Lakin hətta
mütləq monarx da qeyri-kamillikdən uzaq deyildi. Sen-Simon bu cəhətləri də qeyd
etmək cəsarətinə malik idi: “XIV Luinin özündən razılığı hüdudsuz idi və ya
cilovlanan deyildi”, bunlar isə onun bütün ləyaqətlərindən, fərasətlərindən,
təhsilindən, ümumən hər şeydən əvvəl xarakterinin müstəqilliyindən irəli gəlirdi və
digərlərinin hissiyyatından onun “zəhləsinin getməsinə”, “həm də mühüm
məsələlərə aid mühakimələrdə səhvlər etməyə” aparıb çıxarırdı.
XIV Luinin hərbi şöhrətə can atması kralı müharibələrə başlamağa sövq
edirdi. Fransa sülh dövründə 100 minlik, müharibə dövründə isə 400 minlik orduya
malik olurdu. Lui müharibəni öz hökmranlığının demək olar ki, ardı-arası
kəsilməyən fəaliyyətinə çevirmişdi. Nüfuz və hərbi şöhrət qazanmaq, Burbon
sülaləsinin Avropa məsələlərində ağalıq etməsinə nail olmaq bir sarsılmaz istək
kimi Günəş Kralı cəlb edirdi. O, 1667 və 1673-cü illər arasında dörd müharibə
başlamışdı.
Utrext sülhündən iki il sonra Günəş Kral öləndə Fransa borc içərisində idi və
düşmənlər tərəfindən əhatə olunmuşdu. Ölüm yatağında 76 yaşlı monarx öz
varisinə bu sözləri deyəndə peşiman kimi görünürdü:
“Tezliklə sən böyük səltənətin kralı olacaqsan. Sənə tapşırıram ki, Allah
qarşısında borcunu unutmamalısan; yadda saxla ki, sən hər şey üçün ona borclusan.
Öz qonşularınla sülh şəraitində qalmağa çalış. Mən müharibəni olduqca çox
sevmişdim. Bunda və ya pulu külə sovurmaqda məni təqlid etmə. Hər şeydə
məsləhət al, çalış ki, ən yaxşı xətti tapasan və o yolla gedəsən, nə qədər tez və
mümkünsə öz xalqının yükünü yüngülləşdir və mənim uğursuz olduğum vaxtlarda
mənim etmədiklərimi et”.
57
XIV Luinin idarəetmə üslubu bütün Avropada onu təqlid edənlərə malik idi.
Əvvəlcə Günəş Kralın xarici siyasəti uğur qazanırdı, bunu işğal müharibələri ilə
möhkəmləndirirdi və onun səsi Avropada həlledici rola malik idi. Lakin tezliklə
onun ekspansiyası Avropa dövlətlərinin müqaviməti ilə qarşılaşdı. Daxili siyasətdə
isə mütləqiyyət rejimi monarxın özbaşınalığına çevrildi.
Din sahəsində də aparılan siyasət vəziyyəti ağırlaşdırdı. XIV Lui Roma
Papası ilə münaqişəyə girdi. Huqenotların təqib edilməsi 1685-ci ildə Nant
ediktinin ləğvi ilə nəticələndi. Huqenotların ölkədən qaçması Fransa üçün ağır
iqtisadi nəticələrə səbəb oldu.
XIV Luinin daimi müharibələri xarici siyasətdə azacıq uğur gətirsə də,
iqtisadi vəziyyəti mürəkkəbləşdirdi. Aclıq, əhalinin sayının azalması, mütləqiyyətə
müxalifliyin güclənməsi, kralın dayanmaq bilməyən bədxərcliyi, hakimiyyətdə
olanların özbaşınalıqları, qeyri-məhdud səlahiyyətlərə malik olan monarxın
hökmranlığının nəticəsi idi. Ona görə də Günəş Kralın mirası viranə qalmış ölkə
oldu.
XIV Lui Fransanın güclü, çiçəklənən olmasını istəyirdi, öz ölkəsini
şöhrətləndirməyə can atırdı. O, Fransanın əzəməti barədə özşüur hissi yaratmışdı,
həmin özşüur hissi bu gün də yaşayır. O, hamını heyrətləndirmək istyirdi, onun
baxış bucağı sadəcə olaraq təəccüb doğuran idi. O, dünyaya bütün məsələlərdə öz
baxışını təlqin edirdi, əlbəttə ki, heç kəs onunla müqayisə oluna bilməzdi.
Onun çox sevdiyi müharibələr ölkəsinə və xalqına olduqca baha başa
gəlirdi. Onun orduları dəhşətli əməllərə yol verirdi. Lakin bu günün dəhşətləri
fonunda onlar çox sönük görünür, onun hökmranlığı altında heç kəs millətin
quldarlığa, kütləvi deportasiyalara və genosidə məruz qalmasını görməmişdi.
İtalyan kimyaçısı ona ilk bakterioloji silahı təklif edəndə o, bir şərtlə bu adama
pension kəsdi ki, öz icadını, onun sirrini heç vaxt bəyan etməyəcək, açmayacaqdır.
XIV Lui bəzi hallarda tiran idi, lakin Volterin sözləri ilə deyilsə: “onun adı
heç vaxt ehtiramsız qaydada və daim yad edilən era kimi qeyd edilmədən
çəkilməyəcəkdir”.
Dostları ilə paylaş: |