Bəxtiyar Tuncay azərbaycan imperatorluğU



Yüklə 2,82 Mb.
səhifə30/36
tarix03.02.2017
ölçüsü2,82 Mb.
#7378
1   ...   26   27   28   29   30   31   32   33   ...   36

Bu srrada şahzadə əsas hərbi plastdarmı olan Xoya çəkilmişdi. O burada müharibəyə hazırlıq işləri görürdü. Ancaq atası ona bir məktub yazaraq Xoydan kənara çıxmaması barədə xəbərdar etdi. Gardane Şahın sülh tərəfdarı olmasını dəstəkləyirdi. Çünkü qızılbaş ordusu hələ lazımi səviyyədə təlim görməmiş və general ordunun savaş çıxacağı təqdirdə ruslara qarşı müvəffəqiyyət qazan bilməyəcəyi qənaətində idi”.

Şahzadə tabe olmağa məcbur oldu və savaş onun müdaxiləsi olmadan başladı. Bir il öncə İrəvana hakim təyin edilmiş Hüseyn xanın qoşunu ruslar tərəfindən hücuma məruz qaldı. Ruslar İrəvanın yaxınlığında bir kəndi işğal etdilər. Hərbi əməliyyatların tərəfdarı olan Abbas Mirzə üçün artıq döyüşə atıla bilmək üçün bəhanə yaranmışdı. Odur ki, atasına xəbər göndərdi ki, Xoydan Araza doğru hərəkətə başlamış və Naxcıvanda yerləşməyi planlaşdırır.

1808 – ci ildə Harford Cons başda olmaqla Ingiltərə nümayəndə heyəti Tehrana gəldi və 1809 – cu ilin martında Ingiltərə ilə Qacar hökuməti arasında müqavilə imzalandı. Müqaviləyə görə Qacarlar Ingiltərəyə düşmən olan ölkələrlə, o cümlədən Fransa və Rusiya ilə bütün əlaqələri kəsməli idi. Ingiltərə isə şaha ildə 120 min funt sterlinq (200 min tümən) yardım etməyi, Rusiya ilə müharibə üçün silah və hərbi təlimatçılar verməyi öhdəsinə götürmüşdü.
3. 17. Osmanlı-Qacar sülh anlaşması və savaşın yenidən qızışması
Bu zaman hərbi əməliyyatlar artıq davam edirdi. 1808 – ci il oktyabrın sonunda ruslar Naxçıvanı qısa bir müddətə ələ keçirə bilsə də, Irəvan yaxınlığında uğursuzluğa düçar oldular. Azərbaycan ordusu onlar Naxçıvandan geri püskürtdü. Abbas Mirzə işğalçı qoşunları darmadağın etməyi və vahimə içində qaçmağa məcbur etməyi bacardı. Bu məğlubiyyət Qudoviçə çox baha başa gəldi. O, istefaya göndərildi, onun yerinə general Tormasov baş komandan təyin olundu.

Cahangir Mirzə Naxçvan uğrunda gedən döyüşlərlə bağlı xatirələrində yazır:

Xəbər gəldi ki, Naxcıvan civarında böyük bir savaş başlamış və döyüşə bilavasitə şahzadənin özü komandanlıq etməkdədir. Hərb meydanından Abbas Mirzə ilə bağlı gələn bir xəbər şahı çox narahat etmişdi. Gələn xəbərlərə görə, şahzadə öz canını qətiyyən qorumurmuş. Şahzadənin atına güllə dəyibmiş, at ölmübmüş və şahzadə piyadalarla bərabər hücuma başlayıbmış. Bu anda şahzadəyə xəbər gəlibmiş ki, topxananın komandanı öldürülüb. Ordunun toplarının susması düşmənin üstünlüyünə səbəb olub. Bu vəziyyəti görən şahzadə özünü topxanaya çatdırmış və topçuların komandanlığın öz üzərinə götürmüş, düşmən səngərlərini atəşə tutmuşdur”.

1809-cu il mart ayının 12-də Sir Harford Conz və Qacarlar arasında bir anlaşma imzalandı. Qacar hökuməti tərəfindən bu anlaşmaya imza atan Sədr-i Əzəm (baş vəzir) Motəməd-üd Dövlə və Əmin-üd Dövlə adında başqa bir vəzir idi. Bu anlaşmaya görə İngiltərə Rusiya qarşısında Qacarlara maddi yardım etməyi üzərinə götürürdü. Bu maddi yardım yalnız İngiltərə ilə Rusiyanın qarşı durmalarının sürəcəyi zamana qədər davam edəcəkdi. Yəni Rusiya ilə İngiltərə arasında barış aktı imzalandığında bu anlaşma öz gücünü itirəcəkdi.

1809 – cu il avqustun ortalarında Abbas Mirzə Arazı keçərək Gəncə xanlığı ərazisində olan Ağbulağa yaxınlaşdı. Lakin Gəncəni geri ala bilməyib Irəvana çəkildi. Sentyabr ayında Lənkaranı tutsa da Qars padşahlığı vasitəsilə Gürcüstana hücum istənilən nəticəni vermədi.

1810 – cu ilin aprelində Əsgəranda sülh danışıqları başladı, fəqət Lənkəran xanılığı üstündə kəskin fikir ayrılığı olduğuna görə danışıqlar heç bir nəticə vermədi. Həmin ilin avqustunda Osmanlılarlala Qacarlar arasında hərbi ittifaqın yaranması, rusların işğal etdiyi ərazilərdə müqavimət hərəkatlarının güclənməsi Abbas Mirzənin qoşunlarının imkanlarını artırdı.

Rusların işğal etdiyi ərazilərdə yüksələn xalq hərəkatları Qacarları və Osmanlıları özlərinin təbii mütəfiqləri sayırdılar. Şəkili Səlim xan yerli bəylərə yazırdı:

" Allahın rəhmi ilə… müzəffər Qızılbaş ordusu bir yandan və ildırımsaçan Osmanlı qoşunları o biri yandan oraya (Şəkiyə) varacaq və yağı cəsədlərindən ehram qurulacaqdır"

Bu məktubu alan bəylər 500 – ə qədər döyüşçü toplayıb ruslara qarşı güclü müqavimət göstərdilər.

1810 – 1811 – ci illərdə keçmiş Gəncə xanlığı ərazisində yaşayan ayrumlar rus zülümünə qarşı çıxış etdilər. 1400 ayrum ailəsi rus zülümündən yaxa qurtarmaq üçün Gəncəbasardan köçərək Dərələyəz yaylağına getdilər. Burada onlar Cavad xanın oğlu Uğurlu xanla görüşüb onun himayəsi altında Irəvan xanlığı ərazisində yerləşdilər.

Bu zaman Səlim xanla yanaşı Qarabağ hakimi Mehdiqulu xan, Şirvan hakimi Mustafa xan və Quba hakimi Şeyxəli xan da Rusiyaya qarşı idilər. 1810 – cu ilin avqustunda xalqın köməyinə arxalanan Şeyxəli xan rus qoşunlarını Gilgil çayı üzərindəki döyüşdə əzdi və onlara köməyə gələn general Repinin qoşunlarını da geri oturtdu. Rus generalı Şeyxəli xanı tutub gətirən və öldürən adama 1500 çervon mükafat veriləcəyini elan etsə də əhali öz qəhrəman oğlunu mərdliklə müdafiə edirdi. Şirvanlı Mustfa xan da Quba üsyançılarına yaxından kömək göstərirdi. Lakin Abba Mirzənin üsyançılara kömək edə bilməməsi onların oktyabrın 4-ü və 25 - də baş verən qanlı döyüşlərdə məğlubiyyəti ilə nəticələndi.

1812-ci ildə İngiltərənin yeni səfiri Sir Qor Ozli Tehrana gəldi. Mart ayının 14-də iki dövlət arasında birinci anlaşmanın davami və daha təkmil variant olan ikinci müqaviləyə də imza atıldı. Həmin dövrd Azərbaycan-Rusiya savaşı tam şiddəri ilə davam edirdi. Fəqət 1809-1812 illər arasında heç bir önəmli hərbi dəyişiklik baş vermdi. Avropadakı hərbi əməliyyatlara başı qarışmış Rusiya Qafqazda sadəcə Abbas Mirzənin ordusunun irəliləməsini durduracaq miqdarda güc saxlamışdı.

1812-ci il yayının əvvəlində İngiltərə və Rusiya arasında barış antlaşması imzalandı. Belə olan halda İngiltərənin Tehrandaki səfiri Qor Ozli Təbrizə getdi. Münki şah bir xarici siyasətlə bağlı bir çox msələni Abbas Mirzəyə həvalə etmişdi. Xüsusən də Rusiya ilə bağlı danişıqların çoxunu Abbas Mirzə aparmaqda idi. Bu səbəbdən də Təbriz xarici qonaqları Tehrandan daha çox qəbul etməkdə idi.

Şah ağır xərclrə mal olan müharibədən bezmişdi. Səbirsizliklə sülh müqaviləsinin imzalanmasını gözləyiridi. Ancaq müharibə qaçılmaz idi. Bununla belə, nə isə etmək lazım idi. Abbas Mirzə bilirdi ki, sülh imzalanarsa, Vətən torpaqlarının bir bölümü əldən gedəcəkdir. Odur ki, müharibə tərəfdarı olaraq qalırdı. Rəsmi Tehran isə torpaqlarn itirilməsi ilə razılaşmış kimi görünürdü. Bu üzdən də Abbas Mirzə Vətən torpaqlarını qorumaq üçün yollar axtarırdı. Ordusu Rusiyaya qarşı duruş gətirə biləcək potensiala sahib deyildi. Şahzadə bunun fərqində idi. Bu üzdən də dərin bir kədər içində idi. İngiltərənin yardımınından imtina etmədidi. Amma çox ehtiyatla davranırdı. Çünki İngiltərənin Hindistanı necə işğal məlumatlıydı, Bilirdi ki, ingilislər Hindistana guya yardım məqsədi ilə ayaq açmış, sonra tacirlərini oraya sövq etmiş, yavaş-yavaş ölkənin bütün hərbi və iqtisadi mərkəzlərini ələ keçirdikdən sonra da açıq işğala keçmişdi. Bütün bunlara baxmayaraq, onun xidmətində çalışan ingilis zabitlərlə xoş davranır, onlara hörmət edir, onların vasitəsil ordusunun güclənməsinə çalışırdı. Lakin, James Morierin də xatirələrində ifadə etdiyi kimi, şahzadə daim fransızların təəssübünü saxlamaqda idi.

İyul ayının sonlarında şahzadə məlumat aldı ki, Qarabağın bəzi bölgələrini işğal etmiş general Kotlerovski Lənkəranı da işğal etmək istəyir. Lənkəran bir neçə ay öncə Abbas Mirzənin birlikəri tərəfindən ruslardan geri alınmışdı. Bu üzdən də şahzadə, ordusunu Arazın sahillərinə doğru sövq etməyə başladı. Ağtəpə adlı bir yerdə düşərgə saldı. Bunu eşidən İngiltərə səfiri şahzadəni görmək üçün Ağtəpəyə gəldi. Abbas Mirzə səfirin mühafizəsini ordusundak ingilis zabitlərə tapşırdı. İngilis səfirliyinə ayrılmış çadırlar ordunun yerləşdiyi yerdən iki ağac uzaqda idi.

Cahangir Mirzənin yazdığına görə, səfir Ağtəpədə bulunduğu müddətdə şahzadənin diqqətini inzibati məsələlərə yönəltməyə çalışırdı:

O, orduda modern İerarxiyanın olmasının vacibliyini diqqətə çatdrdı. Abbas Mirzə diqqətlə qulaq asır və etirazı olduğu yerlərdə də susaraq dinləməyi tərcih edirdi. Sir Qor Ozli şahzadəni bir rus elçisini Ağtəpədə qəbul etməyə razı sala bildi. Bu elçi General Verdov idi. O, Şahzadə ilə sülh müzakirəsinin detallarını müzakirə etməliydi. Abbas Mirzə daxilən bunu istəməsə də Verdovun gəlməsini qəbul etdi. Görüş baş tutdu. Ancaq bu görüşdə Verdov Qacar hökuməti tərəfindən uyqulanan rəsmi protokola tabe olmayacağını dilə gtiedi. Abbas Mirzə ilə görüşdə çəkmələrini çıxarmayacağını bildirdi. Bel olan halda Abbas Mirzə də onu qarşılamaq üçün heç bir şey etmədi”.

Ruslar tərəfindən hazırlanan barış planı onu çox əsəbiləşdirmişdi. Amma həm Rusiya, həm İngiltərə və həm də rəsmi Tehran Şahzadəni bu barış antlaşmasını imzalamağa zorlayırdı. İngiltərə danışıqların davam etməsini istəyirdi. Lakin nə Abbas Mirzə, nə də rus generalı Arazı keçib digərinin yanına getmək istəmirdilər. Bu üzdən də danışıqları heyyətlərin aparması qərara alnd. Şahzadənin göndərdiyi heyyətə vəzir Qaimməqam başçılıq edirdi. Sir Qor Ozlini də James Morier təmsil etməkdə idi. Yaşlı vəzir xeyli söhbətdən sonra gördü ki, anlaşmaq çox çətin məsələdir. Çünkü rusların torpaq tələbini Abbas Mirzə bütünlüklə rədd etməkdə idi. Morier yazır ki, durumun belə olduğunu görən vəzir Qaimməqam təklif etdi ki, şirin şərbət yerinə acı qəhvə versinlər:

Abbas Mirzənin heyyəti geri döndükdən sonra hər kəsə əsəb hakim oldu”.


IV BÖLÜM

AZƏRBAYCAN SƏLTƏNƏTİNİN SÜQUTU
4. 1. Gülüstan sülh müqaviləsi
O günlərdə ingilis səfirinə məlum oldu ki, ölkəsi Rusiya ilə sülh müqaviləsi imzalayb. Bu isə o demək idi ki, İngiltərə artq Qacar hökumtini Rusiyaya qaşı müdafi etməyəcək. Səfir açıq şəkildə Abbas Mirzəyə bildirdi ki, bundan sonra Rusiyaya qarşı keçirəcəyiniz əməliyatlarda ingilis zabitləri daha iştirak etməyəcəklər. Azərbaycana və azərbaycanlılara cani-könüldən aşiq olan iki ingilis albayı (albay Lindsi və albay Kristi) elçiyə könüllü olaraq Abbas Mirzənin yanında qalmaq üçün müraciət etdilər. Onların xahişləri qəbul edildi. Bu iki zabitdən başqa bütün ingilis heyyəti səfirlə bərabər Ağtəpəni tərk etdi. İngilislərin xəyanəti Abbas Mirzəyə çox pis təsir etdi. Sir Qor Ozlinin davranışı onu çox məyus etmişdi. .

General Kotlerovski casusları vasitəsi ilə Azərbaycan ordusu haqda əldə etdiyi bütün məlumatları təhlil etdikdən sonra, daha dəqiq desək, oktyabrın 31-də çayı keçərək, Abbas Mirzənin ordusuna hücuma keçdi və çox qısa zaman içində onu iki tərəfdən mühasirəyə aldı. Döyüş şahzadənin tam məğlubiyəti ilə başa çatdı. Druvil bu yazır:

Nəzərə almaq lazımdır ki, Abbas Mirzənin yanında olan nizami qoşun kiçik bir alaydan ibarət idi. Əsasən fərari ruslardan, əsirlərdən ibarət olan bu alay böyük bir cəsarətlə ruslarla savaşsa da, sayları çox az idi və qarşı tərəfin böyük ordusu qarşısında yox kimi görünürdü. Alayın əsgərlərinin çoxunun modern savaş sistemindən xəbəri idi idi.

Abbas Mirzənin ordusu top atəşinə məruz qaldığında nizamsızlıq daha da artdı. Süvarilərlə piyadalar bir-birinə girdilər. Rus ordusunun topçuları yüksəklikləri ələ keçirib, orada yerləşib və dəqiq atəşə başladıqdan sonra vəziyyət daha da pisləşdi. Şahzadə atı ilə ordunun ortasında bağıraraq əsgərlərinə cəsarət verirdi. Lakin onun səsi top mrmilərinin gurultusundan eşidilməz olmuşdu”.

Druvilin sözlərinə görə, Abbas Mirzə mühasirəni yarb, özünü yaxlıqda olan topxabasına çatdırd, atəş əmri verdi. Lakin artıq gec idi və bu gecikmiş atəş əmri döyüşün nəticəsinə təsir etmək iqtidarnda deyildi. Belə anlaşılır ki, ordunun gözlnilmədən hücuma məruz qalması üzündən hər kəs özünü itirmiş və toplardan vaxtında və səmərəli istifadə imkanı da əldən çıxmışdı:

Birinci həmlə iki saat sürdü. Düşmən topları susduqdan sonra Abbas Mirzə sərkərdələri və iki ingilis albayı ilə təcili bir toplantı keçirdi. İngilis albaylar geri çəkilməyi təklif etdilər. bu yolla az itki ilə düşmənin növbəti hücumundan qurtula bilərdilər. Amma Abbas Mirzə bu təklifi qəbul etmədi. O, komandanlara ordunu növbəti döyüşə hazırlamaq əmri verdi. Səhərə yaxın təpənin başına bir top çıxarmağı bacardılar. Albay polkovnik Kristi opu elə yerləşdirdi ki, mərmiləri təsirli olsun və hədəfə düz dəyə bilsin. Gecənin qaranlığı bitmədən savaş yenidən qızışdı. Şahzadənin atı aldığı güllə yarasından öldü. Onun yanında olan yardımçılarından biri atını şahzadəyə verdi.

Ətrafdaki bir neçə çadır və ev atəş içində idi. Albay Linsinin bu savaşda aktiv olmadığı söylənilməkdədir. Ancaq Kristi çox fəal idi və rusları hücumuna sərrast top atəşləri ilə cavab verirdi. Döyüşün qızğın çağında Kristi ağır yaralandı. Əsgərləri onu bir ağaca söykəyib yarasını bağladılar. Çox çəkmədən hər tərəf rus ordusu tərəfindən mühasirəyə alındı və Kristini kazaklara əsir düşdü. onun Azərbaycan ordusunda savaşan bir ingilis zabiti olduğunu bilən ruslar albay dərhal güllələdilər. Rus ordusundan qaçmış çox sayda polyak və gürcü də azərbaycanlılarla çiyin-çiyinə döyüşməkdəydilər. Onların çoxu qəhrəmancasına şəhid oldu, amma təslim olmadılar. Sağ qalanlar isə sülh imzalandıqdan sonar da Abbas Mirzənin xidmətində qaldılar. Artıq Abbas Mirzənin ordusu bir-biri ilə irtibatsız dağınıq dəstələr halına gəlmişdi”.

1812 – ci ilin yayında Napoleonun Rusiyaya hücumu Abbas Mirzənin Qafqazda fəal hərbi əməliyyatları bərpa etməsinə səbəb oldu. Iyun ayında onun qoşunları Qarabağ ərazisinə daxil olaraq Şahbulağı tutdular. Bundan sonra Gəncə, Şəki xanlığı istiqamətində də hücumlarını genişləndirdilər. Lakin bir qədər sonra geri çəkilməyə məcbur oldular. 1813 – cü il yanvarın 1 – də Lənkəran ruslar tərəfindən işğal olundu.

Rusların bu qədər irəliləməsinə rəğmən, Abbas Mirzə hələ də alçaldıcı sülh təklifini qəbul etmk istəmirdi. Təbrizdə xalq böyük bir canfəşanlıqla çalışır, silah silah istehsal edirdi. Şahzadə bu yolla topxanasının əksikliklərini ortadan qaldırmağa çalışırdı. O, yeni bir ordu təşkil etmişdi.

Baharın vvəlində əks-hücuma başlayan şahzadə Arazın sahillərində ruslara böyük zərbə endirib Rus ordusunu bölgədən uzaqlaşdırmağı başardı. Yayın əvvəllərində Şah Azərbaycan ordusuna mənəvi dəstək vermək üçün Ucana gəldi. Yeni və geniş bir hücum üçün hazırlıq gedirdi, ancaq Xorasandan pis xəbərlər gəlirdi. Türkmən xanları mərkəzi hökumətə qarşı baş qaldırmışdılar.Fəthəli şah Azərbaycanı tərk etdi və ingilislərin təkidi ilə sülhün əldə edilməsi üçün lazımi göstərişlrini verdi. Bir il öncə olduğu kimi, bu dfə də ingilis səfiri vasitəçilik rolunu öz üzərin götürdü. Ancaq Abbas Mirzə ilə məsləhətləşməyi lazım bilmədi. Onun nəzərində Abbas Mirzə Aslanduz savaşının məğlub komandanı idi.

James Morierin yazdığına görə, səfirin bu cür davranışları Abbas Mirzəyə çox pis təsir edirdi. Sir Qor Ozli albay Arsini Arazın o tayına ezam etmişdi. O, Qafqaza gedib və oranın rus hakimi ilə danışmalı, Qacar hökuməti ilə Rusiya arasında barış məsələsini müzakirə etməli idi:

Bütün bunlar Abbas Mirzəni narahat etməyə bilməzdi. Odur ki, omründə ilk dəfə bir elçi ilə yüksək tonda, bağıraraq danışırdı. O, səfirdən soruşdu ki, bəlkə İngiltər-Rusiya barış anlaşmasında Rusiyanın Azərbaycanı işğal etməsinə yardımçı olmanızı da boynunuza götürmüşsünüz?! Özünü kontrol edə bilməyən Şahzadə elçinin üstünə bağıraraq dedi:



-Albay Arsini Qafqaz hökmdarına göndərməkdə israr etsəniz, gözətçilərə əmr edəcəyəm sınırdan keçdiyində ona atəş açsınlar.”

James Morierin sözlərinə görə, səfir onu başa salmağa çalışdı ki, bu cür hərəkətləri ilə ölkəsinə altından çıxması çtin olan ziyanlar vura bilər. Bu o demək idi ki, belə bir hadisə baş verərsə, İngiltərənin Hindistandaki ordusu Bəsrə körfəzindən hücuma keçə bilər. Səfir çox diplomatik dillə və üstüörtülü bir şəkildə şahzadəni təhdid edirdi:

Şahzadə ölkəsinin geriqalmışlığından və zəifliyindən xəcalət çəkərək, təslim olmaq məcburiyyətində qalmışdı. Səfir soyuq bir əda ilə Abbas Mirzəni tərk etdi. Onun vasitəçiliyi artıq vasitəçilik missiyasından o yana keçmirdi”.

1812 – ci il də ruslar Napoleonu məğlub etmələrinə baxmayaraq iki cəbhədə müharibə aparmağa imkanları yox idi. Onlar bəzi uğurlar qazanmalarına baxmayaraq tezliklə sülh müqaviləsi bağlanmasında maraqlı idilər. Iran da öz qüvvələrini bərpa etmək üçün Ingiltərənin vasitəçiliyi ilə sülh danışıqlarına başlamağa razı oldu. 1813 – cü il oktyabrın 12 – də Qarabağın Gülüstan kəndində Zeyvə çayı yaxınlığında 11 maddədən ibarət müqavilə bağlandı. Bu müqaviləni Qacarlar tərəfdən şahın vəkili Mirzə Əbdülhəsən xan Şirazi, Rusiya tərəfindən isə Qafqazın yeni baş komandanı Ratişev imzaladılar.

Gülüstan müqaviləsinin şərtlərinə görə Dağıstan, Tiflis, Lənkəran, Şirvan, Quba, Bakı, Gəncə, Qarabağ, Şəki xanlıqları Rusiyanın tərkibinə qatılırdı. Azərbaycan dövləti Gürcüstan, Qazax və Şəmşəddil sultanlıqlarına, həmçinin Dağıstana olan iddialarından əl çəkdiyini bildirdi. Xəzər dənizində donanma saxlamaq hüququ yalnız Rusiyaya verildi. Rus tacirləri daxili kömrük vergisindən azad edildilər. Lakin Iravan və Naxçıvan xanlıqları şahın hakimiyyəti altında qaldı.

Fransız tarixçisi Jan Junior yazır:



"Çarla Fəthəli şahın müharibəsinin birinci on ili dövründə hərdən perslər, hərdən də çar qoşunları qalib gəlirdi və o zaman 1812 – ci ilin baharında, müharibənin sonuncu dövründə Fətəli şah münasib şərtlərlə çarla sülh bağlaya bilərdi, amma bunu etmədi. Əgər o bunu etsəydi Gürcüstandan başqa heç yeri əldən verməzdi və Araz çayının şimalındakı Pers vilayətləri onun əlində həmişəlik qalardı."

Fransa tədqiqatçısı Henri Brou yazmışdır ki, Ingiltərə Fransanın Rusiyaya həmlə etdiyini bilməsinə baxmayaraq, bu hadisəni Fəthəli şaha çatdırmadı ki, bir hazırlıq görə bilsin:

Sülh bağlamaq tələbi Fəthəli şahdan deyil, çar komandanı tərəfindən edildi və o, Ingilislərin vasitəçiliyi ilə Fəthəli şahdan sülh bağlamağı tələb etdi. Əgər bu doğrudursa, çar komandanı Fətəli şahdan sülh istəyirdisə, sülhün şərtləri Fətəli şah üçün münasib olmalı idi; amma bilirik ki, Gülüstan müqaviləsində öz əksini tapmış bu şərtlər Irəvan və Naxçıvandan başqa Araz çayının şimalında yerləşən bütün pers ərazisi Fətəli şahın əlindən alınıb çara verildi”.

Henri Brouna görə, ingilislər bu əraziləri ruslara rüşvət verdilər ki, onlar Hindistanı işğal etmək fikrindən daşınsınlar. Bununla belə, Rusiyanın 1804-1813-cü illər müharibəsində qələbəsi, Qafqazın böyük bir hissəsinin Rusiya tərəfindən istilası ingilisləri tam məmnun edə bilməzdi.


4. 2. İslahat illəri və Yermolovun Abbas Mirzəni məhv etmək planı
Gülüstan müqaviləsini özü üçün rüsvayçılıq hesab edən və Qafqazı yenidən ələ keçirmək üçün yeni planlar hazırlayan Azərbaycan hakimi Abbas Mirzə Rusiyanın Qafqazı zəbt etməsi ilə barışmaq istəmirdi. Şahzadənin bu planları İngiltərənin Qafqazdakı planlarına tam uyğun gəlirdi və buna görə ingilis diplomatiyası hər vasitə ilə yeni münaqişələr törədir, Qacarları Rusiya ilə yeni müharibəyə təhrik edirdi. Bu məqsədlə Tehrana yeni Britaniya səfiri göndərildi. O, şahı inandırmağa çalışırdı ki, Qacarlar Qafqazı qaytara bilər, ancaq bunun üçün güclü ordu yaratmaq lazımdır. Səfir öz hökumətinin yaxşı təlim görmüş və silahlanmış 50 minlik korpus yaratmaqda Azərbaycana kömək göstərməyə hazır olduğunu bildirdi.

I Azərbaycan-Rusiya müharibənin qurtarmasından cəmi bir il sonra, 1814-cü il noyabrın 25-də Tehranda İngiltərə ilə Qacarlar arasında müqavilə bağlandı. Bu müqavilə Rusiyaya qarşı yönəldilmişdi. Azərbaycan şahı qızılbaş sərkərdələri tərəfdən Hindistanın təhlükəsizliyini təmin etməyi öz öhdəsinə götürürdü. Böyük Britaniya isə İrana hər il, 1809-cu il müqaviləsi üzrə müəyyən olunmuş məbləğdə maliyyə yardımı göstərmək, ordu və hərbi gəmilər ayırmaq haqqında öz öhdəliyini bir daha təsdiq etdi.

Doğrudur, 1815-ci ildən etibarən, yəni Napoleonun tarix səhnəsindən sıxışdırılmasından sonra, artıq İngiltərə Hindistandakı müstəmləkəsi barədə ciddi narahay olmaya bilərdi. Bu üzdən də Qacarlar İngiltərə üçün əski önəmini itirmişdi. Napoleonun Qacarların ərazilərindən platsdarm kimi istifadə edərək Hindistana həmlə edəcəyi İngiltərəni daim rahatsız etməkdə idi. Bu səbəbdən də İngiltərə Qacariyə ilə ittifaqa önəm verir və onu Fransanın müttəfiqi olmaqdan kənar tutmağa çalışırdı. Napoleonun Fransadaki siyasi həyatına son verilməsi Azərbaycanın da taleyinə çox pis təsir etmişdi.

Hindistandan arxayın olan İngiltərə başqa yerlərə göz tikməyə başlamışdı. İngiltərə Hindistan kimi zəngin müstəmləkəsini yad təsirlrdən qorumaq üçün ətraf əraziləri də işğal etmək və tompon bölgə yaratmaq istəyirdi. Bu şəkildə gələcəkdə də Hindistanı hər hansı bir kəbar gücün müdaxiləsindən etibarlı şəkildə qorumuş olardı. Bu üzdən də Xorasanın böyük bir bölümünü işğal etməyi düşünürdü.

İngiltərənin Qacarlara olan nisbi laqeydliyi Rusiyanın iştahın daha da artırmışdı. Bu səbəbdən də Abbas Mirzə, istəməsə belə, İngiltərə ilə olan anlaşmaların davam etmsində maraqlı idi. Xüsusən də hind ordusunda xidmət etmiş ingilis zabitlərini öz yanında görmək istəyiridi. Ancaq İngiltərə Abbas Mirzənin bu istəklərinə soyuq yanaşırdı, çünkü anlaşmada üzərinə götürdüyü maddələri heyata keçirməmək istəmirdi. İngiltərə Qacarlarla bağladığı müqavilələrdən yaynmağa çalışırdı. Bununla belə, hazır ki, şəraitdə Azərbaycan-Rusiya savaşınnın yenidn alovlanmasına ehtiyac var idi.

İngiltərə Qacarlara Gülüstan müqaviləsi ilə müəyyənləşdirilmiş Rusiya-Azərbaycan sərhədlərinə yenidən baxmağa nail olmaq barədə söz verdi və ardınca da yeni təlimatçı zabitlər, sursat, Təbrizdə fəalliyyət göstərən silah zavodu üçün avadanlıqlar göndərməyə başladı. Qafqazdakı rus qoşunlarının baş komandanı A.P.Yermolov 1817-ci ildə nümayəndə heyyətinin başçısı kimi Azərbaycanda olarkən çoxlu ingilis zabitinin qızğın fəaliyyətinin şahidi olmuşdu.

Vəliəhd, Azərbaycanın hakimi Abbas Mirzə Rusiyaya qarşı yeni müharibənin hazırlanmasında yenə də mühüm rol oynayırdı. İngilis diplomatiyası hər vasitə ilə onu İngiltərənin daimi nəzarəti altında saxlamağa çalışırdı. Abbas Mirzə isə, öz növbəsində, özünü ingilis zabitləri və siyasi məsləhətçiləri ilə əhatə etmişdi və onların köməyi ilə öz ordusunu yenidən qururdu. Azərbaycanın anbar və cəbbəxanaları ingilis tüfəngləri və döyüş sursatı ilə dolu idi. General Yermolov Cankt-Peterburqa göndərdiyi raporunda belə yazırdı:

Padşahın ikinci oğlu Abbas Mirzə İngiltərənin yardımı ilə uğurlu islahatlar həyata keçirməkdədir.Yüksək səviyyədə təşkil edilmiş hərbi birliklər yaratmaqdadır. Topxanası qüsursuzdur və böyük bir sürətlə də rəkmillşdirilir. Təbrizdə bir dəmirəritmə mərkəzi yapdırmışdır. Ayrıca bir silah istehsalı mərkəzi də çalışmaqdadır. Savaş qalaları Avropa modelinə uyğun yapılmaqdadır. Azərbaycanın mədənləri istifadəyə tam hazır vəziyyətdədir. Abbas Mirzə atasının xəsisliyi üzündən maddi çətinliklərlə üz-üzə olsa da, ancaq özü sadə həyat tərzini tərcih etdiyi üçün şəxsi gəlirinin çoxunu orduya və başqa sosial xidmətlərə sərf etməkdədir...”

Yermolovun raporunda daha sonra deyilirdi:

Reformlar davam edir. Belə getsə, yaxın gələcəkdə Qacar hökuməti Avropa piyada qoşunları səviyyəsində hərbi təşkilat yaradacaq.”

E. Batovun yazdığna görə, Qacarların özünü müdafiə edə bilməsini mümkün edəcək bu reformlar Yermolovu narahat edirdi. Yermolov bu islahatlar prosesinə mane olmaq üçün Abbas Mirzənin əsas rəqibi olan qardaşı Məhəmmədəli Mirzə (Dövlətşahi) ilə əlaqə qurmağı düşündü. Məhəmmədəli Mirzə yaxşı ilə pis arasında fərq qoymadan Abbas Mirzəyə qarşı düşmənçilik edirdi. Nə olursa-olsun, hər bir msələdə Abbas Mirzə qarşı çıxırdı:

Dövlətşahi Abbas Mirzənin yeniliklərindən narazı olan, onu sevməyən bütün din adamlarını, narazı xanları öz ətrafına toplamış və Qacar soyuna mənsubiyyət duyğusundan da daha üstün bir hədəf təqib edirdi. Çünkü bu duyğudan çxış etsəydi, Qacar soyundan olmayan xanları və mollaları öz müttəfiqinə çevirə bilməzdi.



Abbas Mirzənin şahzadəlik məsələsi Ağaməhəmməd Xan Qacardan miras qalan “Qacar Yasası”na görə dəyişilməsi qeyri-mümkün qanun olduğu üçün Yermolovun Abbas Mirzəni devirmə planları baş tutmurdu. Əyyaşlıqla və digər bu kimi keflərlə başını qatmış yaşlı Fəthəli şah isə ölümündən sonra nə olacağı haqda heç düşünmürdü də. Dövlətinin özündən sonraki taleyi ilə bağlı heç bir planı yox idi. Bəziləri belə deyirdilər ki, şah, “taxt-tac onu əldə edə bilənin olacaqdır”,- deyə söyləmişdir. Şah artıq çox yaşlanmışdı və hər an ölə bilərdi. Bu da Rusiyanı çox narahat etməkdə idi. Çünkü Şahın ölümündən sonra Abbas Mirzə taxt-taca sahib olarsa, durum dəyişə bilərdi. Abbas Mirzə ölkənin digər yerlərində olan, xüsusən də Məhəmmədəli Mirzənin əmrindəki ordunu da Rusiya ilə savaşa sövq edib, əldən getmiş torpaqları geri qaytara bilərdi”.

E. Batovun sözlrinə görə, Yermolov bütün bu ehtimalları əngəlləmək üçün bir plan işləyib hazırlamşdı. Plana görə, Rusiyanın Gürcüstandakı hərbi birlikləri İrəvanı işğal edəcək, bu işğalı durdurmaq üçün Abbas Mirzə öz birliklərini savaşa sövq etmək məcburiyətində qalacaqdı. Bu fürsətdən istifadə edərək onun payraxta dönüş yolunu qapatacaqdı və digər tərəfdən, də Məhəmmədəli Mirzənin şahlığa gedən yolunu din xadimlərinin və digər Abbas Mirzə düşmənlərinin yardımı ilə açacaqdı:

Yermolov Abbas Mirzədən birdəfəlik qurtulmaq üçün belə bir plan tasarlamışdı.”

Əminə Pakrəvan yazır:

Qacar sarayı İngiltərə ilə yeni müqavilə bağlamaq və ordunu müharibəyə hazırlamaqla yanaşı, eyni zamanda belə hesab edirdi ki, Rusiyadan müəyyən güzəştlərə nail olmaq üçün əlverişli şərait yaranmışdır. 1815-ci ildə Gülüstan müqaviləsinə yenidən baxmağa Rusiyanın razılığını almaq və Qafqazın, əsasən Azərbaycan ərazisinin heç olmazsa bir hissəsinin qaytarılmasına nail olmaq üçün İngilrətə ilə sıx bağlı olan və çoxdan onun təlimatından istifadə edən Mirzə Əbdül Həsən xanın başçılığı ilə Peterburqa nümayəndə heyəti göndərildi. İngiltərə və Qacarlarla münasibətləri kəskinləşdirməyi istəməyən çar hökuməti sərhədlərin müəyyənləşdirilməsində bəzi xırda güzəştlərə getməyi qərara aldı və bu məqsədlə 1817-ci ildə A.P.Yermolovun başçılığı ilə Azərbaycana (Güney Azərbaycana) nümayəndə heyəti göndərdi. Nümayəndə heyətinə Rusiya ilə Azərbaycan arasında möhkəm dostluq və qardaşlıq əlaqələri üçün əsas ola biləcək xüsusi müqavilə bağlamağa səlahiyyət verilmişdi”.

A.P.Yermolovun səfirliyi Azərbaycanda soyuq qarşılandı. İngilislər tərəfindən qızışdırılan vəliəhd Abbas Mirzə, hətta Yermolovun səfirliyindən ölkədə hərbi əhval-rihiyyəni qızışdırmaq üçün istifadə etməyə çalışdı. Bu zaman o belə bir şayiə yaydı ki, rus səfiri Azərbaycanın qalan hissəsini də işğal etmək üçün 12 minlik korpus gətirmişdir.

Abbas Mirzə rus səfirliyini qorxutmaq məqsədilə Təbrizə, onların qarşısına on minlərlə əsgərdən ibarət hərbi birləşmə göndərdi. Yermolovun keçdiyi bütün yol boyu onu ingilis zabitləri müşayiət edirdi. Tərəflərin elə ilk görüşündə Qacar hökuməti Gülüstan müqaviləsinə görə Rusiyaya keçmiş torpaqların Qacarlara qaytarılmasını tələb etdi. Şah sarayının mübahisəli məsələləri danışıqlar yolu ilə həll etmək fikrində olmadığına və İngiltərənin köməyi ilə müharibəyə hazırlaşdığına əmin olan general Yermolov Azərbaycanı tərk etdi və öz hökumətinə belə bir məktub göndərdi:

İngilislər ehtiyat edirdilər ki, Persiya bizim hakimiyyət və nüfuzumuz altına düşə bilər”.

O daha sonra qeyd edirdi ki, vəliəhdin sarayında ingilislərsiz heç bir iş görülmür.

Ordusunu modernləşdirən və sərt nizam-intizama tabe edən, Azərbaycanda böyük reformlar gerçəkləşdirən Abbas Mirzə, savaş nə qədər gec başlarsa, o qədər ölkəsinin xeyirinədir deyə düşünürdü. Çünkü gün keçdikcə müxtəlif sahələrdə reformlar gerçəkləşdirir və güclənirdi. Güclənməsini böyük savaşın başlanacağı gün üçün hazırlıq kimi dərk edirdi. Yermolov da bunları görür və onun məqsədini çox gözəl anlayırdı.


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin