3. 9. Qarabağ xanlığının Rusiyaya tabe edilməsi. Kürəkçay
andlaşması
Sisianov korluq çəkən qoşun üçün azuqə gətirtməyə çalışırdı. Ancaq onun göndərdiyi 150 əsgər Qara mayor (Montrezor) başda olmaqla üsyan etmiş tərəfindən məhv edildi. Rus qoşunu içinə qızdırma-titrəmə (tropik malyariya) azarı düşdü. 1804-cü il sentyabrın 4-də Çiçişnov aradan çıxıb Tiflisə döndü. Üsyan etmiş "Borçalı və sair Gürcüstan elatı"nın üsyanı yatırıldı.
Gəncə xanlığı işğal edilən kimi Sisianov Qarabağ xanlığına təzyiqi gücləndirmişdi. O, mayor Lisaneviçi Gəncədən birbaşa İbrahim xanın yanına göndərib, Rusiya tabeliyinə keçməyi təklif etmiş, xan da, Mirzə Cavanşirin sözləri ilə desək, "mayora xoş cavablar verərək, onu böyük ehtiramla və hörmətlə yazılmış məktublarla yola salmışdı"
Təbii ki, Gəncə faciəsi göz önündə idi. Bu zaman Qarabağda vəziyyət olduqca mürəkkəb idi.
Məlum olduğu kimi, Qarabağ xanlığı XVIII əsrin 40 - cı illərində yaranmış və 1822- ci ilə qədər mövcud olmuşdur. Səfəvilər dövründə isə bu ərazilər Gəncə – Qarabağ bəylərbəyinə daxil idi ki, buna da Qacarlar nəslindən olan Ziyadoğlular rəhbərlik etmişlər. Ərazisi Araz və Kür çayları arasındakı torpaqlar idi. Şəki, Gəncə, Irəvan, Naxçıvan, Qaradağ, Cavad, Şamaxı xanlıqları ilə sərhədləri vardı. Mərkəzi Bayat qalası, Şuşa şəhəri (1750 – ci il) idi. Xanları - Pənahəli (1748 – 1763), Ibrahim Xəlil (1763 – 1806), Mehdiqulu (1806 – 1822) olmuşdur.
Qarabağ xanı Ibrahim xan Fəthəli şah Qacara qarşı ruslarla yanaşı Osmanlılarla da əlaqə yaratmağa çalışırdı. O, Sultan III Səlimin (1789 – 1807) böyük vəzirlərindən birinə yazırdı:"...qızlbaşdan Ağa Məhəmməd xan ortaya çıxıb, Əcəm mülkünə daxil olan Iraq məmləkətini və fars şəhərlərini ələ keçiribdir. Onun indiki istəyi budur ki, Azərbaycan diyarına gedib, Araz çayını keçərək, əvvəlcədən mənim, sonra Irəvan xanı Məhəmməd xanın, daha sonra isə Gürcüstan üzərinə hücum edib öz niyyətini bu yolla həyata keçirsin. Indən belə məsləhət şövkəti əfəndinizindir. Sizdən rica budur ki, bizləri qoruyub, bizə kömək və inayətinizi əsirgəməyəsiniz. ".
Qarabağ xanı bu cür manevrlərlə öz müstəqilliyini qoruyub saxlamağa çalışsa da Gəncə xanlığının rus qoşunları tərəfindən işğalı və general Sisianovun rəhbərliyi ilə yerli əhaliyə qarşı törədilmiş dəhşətli cinayətlər onu təcili olaraq Rusiya ilə Kürəkçay müqaviləsi bağlamağa məcbur etdi.
1805 – ci ilin yazında Gəncə yaxınlığında düşərgə salmış Sisianov mayor Lisaneviçi Ibrahim xanın yanına göndərib ondan Rusiyanın təbəliyinə keçməyi tələb etdi. Gəncədə və Car – Balakəndə rusların etdiyi ağılasığmaz vəhşiliklər Qarabağ xanını bərk qorxutmuş və ruslarla ehtiyatlı davranmasına səbəb olmuşdu. Tarixçi Əhməd bəy Cavanşir yazır: "Bu zaman Qarabağ əyanları bir – birinə düşmən olan iki hissəyə bölünmüşdülər. Bu dəstələrdən biri rusların Zaqafqaziya işlərinə qarışmasını gözləyərək heç bir vəclə Irana tabe olmaq istəmir, digəri isə… qızılbaş hökümdarını hər vasitə ilə razı salmağa çalışırdı. Şuşa şəhəri qızılbaşlar üçün Zaqafqaziyanın açarı, ruslar üçün isə İranın qapısı hesab edilirdi."
Əhməd bəy Cavanşirin yazdığına görə, "... Şuşada əyanlar bir-birinə düşmən olan iki dəstəyə bölünmüşdülər. Bu dəstələrdən biri rusların Zaqafqaziyanın işlərinə qarışmasını gözləyərək” heç bir vəchlə qızılbaşlara tabe olmaq istəmir, digəri isə... qızılbaş hökmdarını hər vasitə ilə razı salmağa çalışır. Son anda Qarabağda ruslara rəğbət bəsləyən Məhəmmədhəsən ağanın dəstəsi üstün gəldi. Əhməd bəy Cavanşir burada ayrıca qeyd edir ki, "o zamankı qızılbaş sərkərdələrinin və o cümlədən şahın özünün rəyinə görə, alınmaz qala olan Şuşa şəhəri qızılbaşlar üçün Zaqafqaziyanın açarı, ruslar üçün isə İranın qapısı hesab edilirdi".
İrəvandan döndükdən sonra Fətəli şah Qarabağ xanlığını mərkəzi hökumətə tabe rtməyi qarşıya məqsəd qoymuşdu. Gəncə tutulduqdan sonra ruslar üçün Qarabağa yol açıq idi. Şah öz sarayında əmanət olan Əbülfət xanı beşminlik bir qoşunla "atasına yardım və kömək göstərmək adı ilə" (M.Camal Cavanşir) Qarabağa göndərdi. Tapşırdı ki, Məhəmmədhəsən ağanı və İrana qarşı olan bir neçə Qarabağ bəylərini şahın hüzuruna göndərsin. İbrahim xan şahın yardımını qəbul etməyib, oğlu Əbülfət xana ağır cavab göndərdi, Qarabağ torpağına girməyi ona yasaq etdi. Ancaq oğlu bu yasağı pozdu. Dizaq mahalının Tuğ kəndində olan İbrahim xan və Məhəmmədhəsən ağa şah qoşununu burada qarşılayıb məğlub etdilər. Qoşunun bütün at və heyvanı ələ keçirildi, qızılbaşlardan çoxu öldürüldü, bir çoxu əsir düşdü.
Fətəli şah özünü sındırmayıb, qulluğunda duran üç xanı Qarabağa göndərdi. Şah "bu elçiləri mülayim və şəfqətli sözlər, möhkəm təəhhüdlər və qəliz andlarla dolu fərman ilə İbrahim xanın yanına göndərib söz verdi ki, bütün Qarabağ mahalını, şah xəzinəsinə çatmalı olan mədaxili ilə birlikdə əbədi olaraq mərhum İbrahim xan nəslinə verəcək; övladlarından iki nəfərini də Şuşa qalasına, İbrahim xanın yanına girov göndərəcəkdir" (M.Camal Cavanşir). Bu eşidilməmiş güzəşt (şahlar və çarlar adətləri üzrə xanlardan oğlanlarını girov alardılar) qarşılığında Gəncə və Tiflis yolu üstündə çox önəmli yer tutan Əsgəran qalası qızılbaş qoşununa təhvil verilməli idi.
İbrahim xan şahın fərmanını cavabsız buraxdı, Tiflisə elçi göndərib Sisianovdan yardım istədi. Mayor Lisaneviç rus əsgəri bölüyü ilə Qarabağa göndərildi. 1805-ci ilin yazında Sisianov Qacar hökumətini qabaqlayıb Quzey Azərbaycan xanlıqlarını tabe etmək üçün Gəncəyə gəldi. Buradan İbrahim xana məktub yazıb, Rusiya ya Azərbaycan dövlətlərindən hansına tərəf olduğunu açıq bildirməyi ötkəmliklə tələb etdi. O yazırdı ki, bu iki yoldan "sizə yalnız yaxşısını seçmək qalır".
Onun anlayışında "yaxşı yol", təbii ki, Rusiya idi. Qoca Qarabağ xanı yaşamında belə bir kəskin vaxt azlığı ilə üz-üzə gəlməmişdi. Sisianov Gəncənin gündoğarında, Kürəkçay üzərində düşərgə salmışdı. İbrahim xan oğlanları Məhəmmədhəsən ağa, Mehdiqulu ağa, Xanlarağa və Qarabağın başqa əyanları ilə birlikdə buraya gəldi. Adam göndərib kürəkəni, Şəki hakimi Səlim xanı da əyanları ilə "böyük sərdarın" yanına çağırdı. Sonra andlaşma oldu: xanlar"Andlı öhdəlik" ("Klətvennoe obehanie") adlanan müqaviləyə möhürlərini basdılar.
Sözügedən sənədin məzmunu belə idi:
ANDLI ÖHDƏLİK
(Rus dilindən tərcümə)
Aşağıda adı çəkilən mən, qadir Allah, böyük peyğəmbərimiz Məhəmməd (s) qarşısında İ.Ə. (imperator əlahəzrəti) - nə; özümün həqiqi və əsl lütfkar [hamisi böyük Aleksandr Pavloviçə, Bütün Rusiyanın mütləq hökmdarına və bütün Rusiya taxt-tacının təyin olunacaq İ.Ə. vəliəhdə sədaqətlə və ürəkdən qulluq edəcəyimi və hər şeydə itaət göstərəcəyimi, öz canımı, son damla qanıma qədər əsirgəməməyi istəyirəm və buna borclu olduğum haqda söz verir və and içirəm...
Traktatın layihəsi
Qadir Allah naminə!
Biz, yəni Şuşalı və Qarabağlı İbrahim xan və Bütün Rusiya qoşunlarının infanteriya generalı, Qafqaz müfəttişliyinin infanteriya müfəttiıi kn. Pavel Sisianov olduqca mərhəmətli böyük İ.Ə. Aleksandr Pavloviçin verdiyi tam səlahiyyət və ixtiyarla Allahın köməyi ilə Şuşalı və Qarabağlı İbrahim xanın bütün ailəsi, nəsli və ölkəsi ilə Bütün Rusiya imperiyasının və indi bəxtiyarlıqla hökmranlıq edən böyük İ.Ə. Aleksandr Pavloviç və onun yüksək varislərinin əbədi təbəəliyini qəbul etməsi məsələsinə başlayaraq aşağıdakı şərtləri bağladıq, qərara aldıq və imzaladıq:
Birinci maddə
Mən, Şuşalı və Qarabağlı İbrahim xan öz adımdan, varislərim və vəliəhdlərim adından Persiya və ya hər hansı bir dövlətin hər cür vassallığından və ya hər hansı ad altında olsa da, hər cür asılılığından təntənəli surətdə həmişəlik imtina edirəm və bütün dünya qarşısında bununla bildirirəm ki, mən özüm və varislərim üzərində Bütün Rusiyanın böyük İ.Ə.-nin və onun yüksək varislərinin və vəliəhdlərinin ali hakimiyyətindən başqa heç bir dövləti hakimiyyətini tanımıram, həmin taxt-taca sədaqət vəd edirəm, çünki onun sadiq quluyam və bu haqda, adətə görə, müqəddəs Qurana and içməliyəm.
İkinci maddə
İ.Ə.zati-aliləri (xan) həzrətlərinin belə səmimi söz verməsini qəbul edərək, özünün və vəliəhdlərinin adından İmperator sözü ilə vəd edir və söz verir ki, onlar zati-aliləri Şuşalı və Qarabağlı İbrahim xandan və onun varislərindən öz sadiq təbəələri kimi mərhəmət və nəcib havadarlığını heç vaxt əsirgəmə-yəcəklər, buna sübut olaraq İ.Ə. zati-alilərinin (xanın) və onun varislərinin ölkəsinin bütövlüyünün saxlanılmasma öz imperator zəmanətini verir.
Üçüncü maddə
Zati-aliləri Şuşalı və Qarabağh İbrahim xanın Bütün Rusiya imperatorlarının və onların vəliəhdlərinin öz üzərində ali və yeganə hakimiyyətini belə səmimiyyətlə qəbul etməsi müqabilində qərara alınır ki, adı çəkilən xan, ondan sonra isə böyük oğlunun və bu qayda ilə nəslin yaşca sonrakı böyüyü irsən xanlığa keçərkən Gürcüstan Baş hakimi tərəfındən xanlıqda bərqərar olmaq haqqında dövlət möhürü ilə təsdiq edilmiş imperator fərmanından ibarət investitura aldıqdan sonra Bütün Rusiya imperiyasının təbəəliyinə sadiq olmasına, özü və varisləri üzərində Bütün Rusiya imperatorlarının ali və yeganə hakimiyyətinin tanınmasına təntənəli surətdə and içməlidirlər. Andın forması traktata əlavə olunur ki, indi hakim olan Şuşalı və Qarabağlı İbrahim xan bu mərasimi Gürcüstan Baş hakiminin və bu qətnaməni başa çatdıran inf. - gen. knyaz Sisianovun iştirakı ilə yerinə yetirsin.
Dördüncü maddə
Mən, Şuşalı və Qarabağlı İbrahim xan, mənim və varislərimin Bütün Rusiya imperiyasına sadiq təbəəliyimiz və həmin imperiyanın işıqlı ali və yeganə hakimiyyətini qəbul etməyinüz haqda mənim mövqeyimin təmizliyini göstərmək üçün Gürcüstan Baş hakimi ilə qabaqcadan qarşılıqlı razılıq olmadan qonşu hakimlərlə əlaqə saxlamağa, onlardan elçilər gələrsə və ya məktub göndərilərsə, onlardan məzmunca tutarlı olanları Baş hakimə göndərməyə və ondan icazə istəməyə, dəyəri az olanlar haqda isə məlumat verməyə və Gürcüstan Baş hakimi tərəfındən mənim yanıma təyin edilmiş şəxsə məlumat verməyə və onunla məsləhətləşməyə söz verirəm.
Beşinci maddə
İ.Ə.- i Şuşalı və Qarabağh İbrahim xanm ölkəsi üzərində özünün ali və yeganə hakimiyyətinin tanınmasmı razılıqla qəbul edərək, özünün və varislərinin adından söz vərir: 1) həmin ölkənin xalqlarını böyük Rusiya imperiyasının sakinlərindən az da olsa ayırmayaraq öz təbəələri sayacaqdır. 2) İbrahim xan zati-alilərinin və onun ocağından olan varislərin və arxasının Qarabağ xanlığı üzərində hakimiyyəti dəyişilməz saxlanılacaqdır. 3) Daxili idarəetmə ilə bağlı hakimiyyət işləri, məhkəmə və divanxana işləri, bununla yanaşı ölkədən yığılan gəlir zati-alilərin (xanın) səlahiyyətində qalacaqdır. 4) Zati-alilərinin və onun sülaləsinin, eləcə də onun ölkəsinin qorunması üçün Şuşa qalasına 500 nəfərlik Rusiya qoşunu qərargah və başqa zabitləri ilə, [habelə] toplarla birlikdə yeridiləcək, ciddi müdafıə üçün isə Gürcüstan Baş hakimi şərait və ehtiyaca görə bu dəstəni gücləndirəcək və zati-alilərinin ölkəsini Bütün Rusiya imperiyasına məxsus olan bir ölkə kimi hərbi qüvvə ilə müdafiə edəcəkdir.
Altıncı maddə
Mən, Şuşalı və Qarabağlı İbrahim xan, mənim sadiq təbəəlik istəyimin əlaməti olaraq söz verirəm: 1) istər indi, istərsə də sonralar yuxarıda adı çəkilən qoşuna lazım olan buğda və darı yarmasmı [Gürcüstan] Baş hakiminin müəyyən etdiyi qiymətlə tədarük edəcəyəm, çünki onların Yelizavetpoldan gətirilməsi ya çox çətindir, ya da tamamilə qeyri-mümkündür. 2) Qoşunların Şuşa qalasında yerləşməsi üçün qoşun rəisinin bəyəndiyi evləri ayıracaq və lazımi qədər odunla təmin edəcəyəm. 3) Şuşa qalasına Yelizavetpol tərəfdən yoxuşu sahmana salacaq və yolu arabaların gedişi üçün yararlı edəcəyəm. 4) Hökumət Şuşa qalasından Cavada gedən yolu qaydaya salmaq istəsə, onda bu iş üçün lazım olan işçilər hökumətin müəyyən etdiyi məzənnə ilə mənə verilməlidir.
Yeddinci maddə
İ.Ə.-nin zati-aliləri Şuşalı və Qarabağlı İbrahim xana və onun varislərinə böyük ehtiram və mərhəmət əlaməti olaraq onu və varislərini üzərində Bütün Rusiya imperiyasının gerbi olan bayraqla təltif edir, bayraq onun yanında saxlanmalı və bu ölkə üzərində əlahəzrət tərəfindən bəxş edilmiş xanlıq və hakimiyyət rəmzi kimi müharibəyə gedəndə özü ilə aparılmalıdır.
Səkkizinci maddə
Mən, Şuşalı və Qarabağlı İbrahim xan, İ.Ə.-nin yüksək razılığı ilə özümün gəlirimdən həmişəki kimi istifadə etməyə icazəm olduğundan I.Ə.-nin Tiflisdə yerləşən xəzinəsinə ildə 8.000 çervon bac vərməyi öhdəmə alıram, bac iki müddətə, yəni bir hissəsi fevralın 1-də, o biri hissəsi isə sentyabrın 1-də, özü də bu traktatın İ.Ə. tərəfındən təsdiqi zamanı birinci hissənin, yəni 4.000 çervonun ödənişi ilə başlanır. Bundan başqa Asiya qayda-qanunu ilə and içməklə yanaşı, mən böyük oğlum Məmmədhəsən Ağanın ikinci oğlu Şükürallahı həmişəlik Tiflisdə yaşamaq üçün girov verməliyəm.
Doqquzuncu maddə
İ.Ə. özünün xüsusi mərhəməti ilə, Tiflisdə sədaqət bildirmək üçün saxlanılmalı olan zati-aliləri (xamn) nəvəsinin dolanışığı üçün Rusiya pul vahidi ilə gündə 10 gümüş manat iltifatla bəxş edir.
Onuncıı maddə
Bu müqavilə əbədi müddətə bağlamır və bundan belə həmiəlik heç bir dəyişikliyə uğramamalıdır.
On birinci maddə
Bu traktın İ.Ə. tərəfindən onun dövlət möhürü vurulmuş Ali Fərman ilə təsdiqi bu sənədin imzalanmasından 6 ay keçənədək və ya mümkün olsa, daha tez olmalıdır.
Yuxarıdakılarm həqiqətə uyğun olduğunu [bildirmək] üçün aşağıda imza edənlər Yelizavetpol dairəsinin düşərgəsində, Kürək çayı yaxınlığında, miladın 1805-ci ilinin yazında, mayın 14-də (müsəlman təqvimi ilə 1220-ci il səfər ayırda) bu maddələrə qol çəkərək öz möhürlərini vurdular.
Məlumat üçün bildirək ki, biz bu sənədin tərcüməsini 2007-ci ildə Bakıda, akademik S. Əliyarlının redaktəsi ilə nəşr edilmiş “Azərbaycan tarixi üzrə qaynaqlar kitabından əxz etmişik və tərcüməçilər kimi orijinaldan, yanlış olaraq, “İran” kimi tərcümə edilmiş “Persiya” kəlməsini olduğu kimi saxlamağa üstünlük vermişik. Sənəddəki “Gürcüstan” termininə gəldikdə, burada heç bir səhv yoxdur. Məsələ burasndadır ki, Tiflis xanlığı işğal edildikdən sonra onun ərazisi ruslar tərəfindən məhz belə (Грузия) adlandırılmağa başlanmışdı.
Tarixi ədəbiyyatda Kürəkçay müqaviləsi kimi bəlli olan bu sənəd XIX yüzilin başlanğıcında Rusiya-Azərbaycan siyasi münasibətlərinə dair mühüm rəsmi qaynaqlardan biridir. Onun mətni ilk dəfə general Sisianovun çar I Aleksandrın adına 22 may 1805-ci il tarixli «tam sədaqətli» raportunda olduğu kimi gətirilmişir. Raportun mətni isə öz növbəsində «Qafqaz Arxeoqrafıya komissiyasınm topladığı aktlar»ın II cildində çap edilmişdir (bax: Акты собранные Кавказскои Архоаграфическои Комиссей, т. II. Под ред. А. Берже. Тифлис, 1868, sənəd 1436, səh. 702-705).
3. 10 Abbas Mirzənin Azərbaycan hakimi təyin edilməsi və uğursuz Gəncə yürüşü
Abbas Mirzənin arzusunda olduğu reformaları gerçəkləşdirə bilməsi üçün sadəcə Azərbaycan ordusunun komandanı olması kifayət etmirdi. Bunun üçün o, həm də bütün Azərbaycanın hakimi olmalı idi. Odur ki, bu vəzifəni də atasından almaq istəyirdi. Bu statusu aldıqdan sonra ilk arzusu Təbrizdə güclü hərbi sənaye kompleksi qurmaq idi. Şah da oğlunun bu arzusunu bilirdi. Oğlu artıq tam yetişmiş bir sərkərdə və diplomata çevrilmişdi. Amma Fəthəli şah müharibəyə özü başçlıq ermək, sevimli oğlunu isə Tehrana göndərərək səltənətin bütün idarəsini ona tapşıqmaq barədə düşünürdü.
Abbas Mirzə başa düşdü ki, belə getsə o, Azərbaycandan həmişəlik ayrıla bilər. Azərbaycanla bağlı bütün arzu və istəkləri ürəyində qalar. O, ömründə atasının iradəsinə qarşı çıxmamışdı. Ancaq eşidəndə ki, atası onun üçün Loristanda bir ovçuluq əyləncəsi təşkil edib, içini iztirab sarmağa başladı. Abbas Mirzə din adamlarının və rəqiblərinin atasını yoldan çıxartdıqlarını anladı. Din xadimləri və rəqiblər məsələsini istədikləri kimi həll etmək üçün yalnız bircə yolun olduğunu, Abbas Mirzənin Azərbaycandan uzaqlaşdırmaq lazım olduğunu fikirləşir və buna da çalışırdılar, Çünkü Azərbaycandan ayrılarsa, Abbas Mirzənin islahatlarının artıq heç bir mənası qalmaz..
Vəliəhd üçün isə Azərbaycandan ayrılmaq ölümə bərabər bir şey idi. Çünkü onu bu səviyələrə gətirən Azərbaycan xalqı olmuş və o da Azərbaycana könüldən bağlanmışdı. Azərbaycansız bir əyləncə Abbas Mirzə üçün anlamsız idi. Doğrudur şahın Abbas Mirzəyə olan məhəbbətində və sevgisində bir dəyişiklik baş verməmişdi, lakin o, sarayda hər hamsı kiçicik bir nifaq və qarşıdurmanın olmasını da istəmirdi. Odur ki, şahzadə bütün cəsarətini toplayaraq atasına müraciət eməyə qərar Verdi. Bunun üçünsə məqam gözləmək lazım idi.
“Tarix-e Əzodi”də bildirilir ki, Qacar sarayının özəl bir süfrə mədəniyəti var idi. Gözəl qadınlar padşahın yemək işləri ilə məşğul olurdular. Bu qadınlar böyük yemək sarayının özəl xidmətçiləri idilər. Burada Padşah, şahzadələr, şah ailəsinə mənsub digər insanlar və bəzi məhrəm adamlar yemək yeyirdilər. Şahdan bir istəyi olan şahzadələr daima bu anı gözləyərdilər ki, arzularını atalarına bildirsinlər:
“Bir gün şam yeməklərinin birində şah, Abbas Mirzənin çox dalğın və ruhən düşgün göründüyünü hiss etdi. 1805-ci ilin sevimli bahar günlərində Abbas Mirzənin ruhunu saran və onu yorğun göstərən yalnız bircə şey vardı ki, o da Azərbaycandan ayrılmamaq, əksinə Azərbaycanın hakimi vəzifəsini alaraq, arzusunda olduğu islahatlara başlamaq idi. Şah bu durumu həftələr öncə sezmiş olsa də, sanki, bunun səbəbini bilirmiş kimi Abbas Mirzədən heç nə soruşmurdu. Amma həmin gecə ən çox sevdiyi oğlunun kədərli çöhrəsi onu bir ata kimi narahat etməyə başlamışdı və ondan nədən bu qədər bikef olduğunu soruşdu. Abbas Mirzə
sonsuz ədəb və ehtiramla atasının hüzurunda göz yaşları ilə bu sözləri söylədi:
-Ata, məni Azərbaycandan ayırmayın lütfən. Məni Azərbaycandan ayıracaqsınızsa, o zaman fərman verin məni öldürsünlər. Çünkü mənim üçün Azərbaycandan ayrı qalmaqla ölümün heç bir fərqi yoxdur. Lütfən məni Azərbaycandan ayırmayın.
Abbas Mirzənin bu sədaqəti atasını çox etkilədi. Atasının da gözləri dolmuşdu. Fəthəli şah “Səni Azərbaycandan ayırmayacağam” dedi. Bu anda Abbas Mirzə ömründə ilk dəfə atasından bir xahiş edi və “Ata, mənə Azərbaycanın hakimliyini də verin lütfən” dedi. Şah bütün saray dedi-qodularına rəğmən, Abbas Mirzənin sədaqəti qarşısında yəslim oldu və onun bu istəyi ilə də razılaşdı”.
Beləliklə, Abbas Mirzə rəsmən Azərbaycanın hakimi oldu. Bu dönəmdən etibarən Abbas Mirzənin əsl həyatı başladı. Azərbaycan onun evinə dönüşdü. Azərbaycan onun düşüncələrinin, istəklərinin həyata keçiriləcəyi mərkəzə çevrildi.
Ata-babalarnın bu qədim yurduna o qədər bağlanmışdı ki, ömrünün sonlarında tale onu başqa yerə, Xorasana apardığında qürbət hissi canını sıxmağa başlayacaqdı.
Əminə Pakrəvann yazdığına görə, Abbas Mirzə Azərbaycanda ilk öncə hərbi islahatlara başladı. Şah, baharın sonlarında təkrar Sultaniyəyə, Abbas Mirzə isə yeni görəvlərlə Qarabağa gəldi:
“...Budəfəki səfərində Azərbaycanın digər yerlərini də görsün deyə yolunu Qaradağdan saldı. Xudafərin körpüsündən keçərək Qarabağa vardı. Abbas Mirzə hər şeydən öncə eynən əski İrəvan xanı kimi onu rahatsız edən bir xanla hesablaşmaq fikrində idi. Ruslarla iş birliyi içində olan İbrahim Xəlil Cavanşirin rəftarı onu rahatsız etməkdə idi. İbrahim Xan Qarabağda əsgəri birlik toplayaraq kiçik bir ordu düzəltmiş və ruslardan da yardım istəmişdi. Amma ruslar ona tam dəstək verməmiş, sadəcə bir neçə yüz təlim görmüş ancaq kazak olmayan süvarilərlə onun istəyinə cavab vermişdi.
Rusların təlim görmüş əsgəri birliklərinə “kazak” deyirdilər. Ancaq rusların kazaklardan başqa kazaklar qədər tam təlim görmüş birlikləri də var idi. İbrahim Xəlil Xan Cavanşirin oğlu bu birliklərin başını çəkirdi. O, Abbas Mirzənin yolunu Xudafərindən keçərkən kəsib və onunla savaşmaq istəyirdi. Abbas Mirzə körpüdən keçər-keçməz savaş başladı, Vəliəhd bu zəif ordunu çox qısa bir müddətd darmadağın etdi. Bu zəif əsgəri birlik zərərsizləşdirildikdən sonra Abbas Mirzə öz ordusunu iki sütun şəklində Şuşaya doğru yönləndirdi. Bu on il sürən savaş dövründə və bütün savaş yolları Şuşadan keçir və bəzən də Gəncəyə yönəlirdi. Bu savaş da bir irəliləyiş olmadan davam edirdi. Yəni meşənin içində pusqu durub və uyğun zamanlarda qarşı tərəfə zərbə endirilirdi.
Gəncliyinin ilk çağlarında hər kəsə rahatca və çox tez inanan Şahzadə yavaş-yavaş etimadsızlıq dərsi öyrənmiş və siyasiləşmişdi. Dərbənd, Quba və Lənkəran xanlıqları vəfadarlıq peymanlarını yeniləyirdilər. Lakin nə zamana qədər? Mustafa Xan Şirvani yenidən ruslara üz tutmuşdu. Baqration xanzadələrinin vəfadarlıqlarına rəğmən Gürcüstanda Rusiya tərəfdarları güclənməyə başlamışdı. İrəvanın hakimi Məhəmməd Xan təkrar düşmənlə gizli irtibata girmişdi. Rusların müttəfiqi olan Cəfər Xan Dənbəli açıq şəkildə vasitəçilik rolunu oynayırdı”.
İşğalçı rus ordusunun Gəncədə bulunan komandanı Kotlyarevski rus ordusunun məğlubiyətini eşitdikdən və Abbas Mirzənin Qarabağın kilid nöqtəsi olan Şuşanı mühasirə etməyə hazırlaşdiğını bildikdən sonra Qarabağdaki rus ordusunun və müttəfiqlərinin yardımına gəldi. Altı gün şiddətlə davam edən bir savaş başladı. Ruslar qəbristanlıqların birində mövqe tutmuşdular. Bu dyüşdə Abbas Mirzənin önəmli komandanlarından biri Sadiq xan Qacar ağır yaralandı. Azərbaycan ordusuna bir sra öndə gələn şəxsləri öldülər ya da yaralandılar. Hər iki tərəf yorulmuş və savaş səngimişdi. Fürsətdən istifadə edən Kotlyarovski ordusunu Tərtərə tərəf çəkməyə başladı. Bu an Gəncəni geri almaq üçün çox gözəl bir fürsət yaranmışdı. İki il öncə Gəncəni işğal edən ruslar bölgəni yağmalamış və insanları bezdirmişdilər. Bu arada Abbas Mirzənin şöhrəti bütün Azərbaycanda yayılmışdı. Gəncəlilər də onun gəlişini səbirsizliklə gözləyir və Abbas Mirzəyə yardımçı olmaq üçün tam hazır idilər. Şahzadə Cahangir Mirzə xatirələrində yazır ki, Abbas Mirzəyə bütün Azərbaycanda məzlumlarının hamisi və işğalçılardan intiqam alan bir şəxsiyət kimi baxılırdı. O, bu fürsəti dəyərləndimək amacı ilə Şuşanın muhasirəsini yarımçıq buraxıb Gəncəni ələ keçirmək üçün bu şəhərə tərəf hərəkət etdi:
“Gəncəyə yaxınlaşdıqca rus zülmündən bezmiş minlərcə kəndli Abbas Mirzənin ordusuna qatılmaq üçün can atır, müraciətdə bulunurdular. Ancaq Fəthəli şah Şuşanın alınmasında israrlı idi. Şahzadə və şah arasındaki bilgi alış-verişi zamanın itirilməsinə səbəb oldu. Bu fürsətdən yararlanan Kutlerovski yardımçı güc cəmləməyə və güclü topxana qurmağa nail oldu”.
Fürsət əldən verilmişdi. Abbas Mirzə anladı ki, geri çəkilməkdən başqa çarə yoxdur. Çünkü hərbi sursat baxımından özündən qat-qat güclü olan bir ordu ilə savaşa girmək məğlubiyətdən başqa bir nəticə verməzdi. Bu da xalqın Abbas Mirzəyə olan güvənini zədələrdi. Əminə Pakrəvanın yazdığına görə, baxmayaraq ki, Abbas Mirzə ordunun səssizcə geri çəkilməsini əmr etmişdi, ancaq ordunun geri çəkilməsi duyulduqdan sonra insanlar nalə və fəryad edərək dəstə-dəstə Azərbaycan ordusuna tərəf hərəkət etdilər. Onlar Abbas Mirzəyə yalvarırdılar ki, onları da özü ilə aparsın və rus ordusunun zülmü altında qoymasın:
“Amma düşmən çox güclü idi və ağır silahlarla əchiz edilmişdi. Abbas Mirzə bilirdi ki, bu insaların istəklərinə uyaraq, qalıb savaşacaq olarsa, bütün ordunu qırğına verə bilər. Bu üzdən də geri çəkilməkdən başqa bir çarə yox idi. Abbas Mirzə bu geri çəkilmə mərhələsində başqa bir önəmli hadisəyə də şahid oldu. Bir neçə gün öncə qələbə uğrunda ölümə hazır olan ordusu, geriçəkilmə əmri gəldikdən sonra xəyal qırıqlığına uğramış və ordudan fərrarilik hadisələri başlamışdı. Bəzi bölgə xanları da bu geriçəkilmədən istifadə edərək ruslarla açıq şəkildə iş birliyinə girmişdilər”.
Vəziyyət o qədər pis hal almışdı ki, hətta ordunun içində xəyanət edənlər belə ortaya çıxmağa başlamışdı. “Tarixi-e Əzodidə yazılanlardan belə anlaşılır ki, isti iyul günlərinin birində Abbas Mirzə yorğun ordusu ilə bərabər açıq və heç bir ağaclığı olmayan bir yerdə durdu. Vəliəhdə içməsi üçün yenicə su gətirmişdilər ki, qəfildən açılan bir güllə Abbas Mirzənin ayağına tuş gəldi. Abbas Mirzənin ayağını sıyırıb keçən güllə orduda ruh düşgünlüyünü daha da artırdı:
“Abbas Mirzə ayağını sarıtdıraraq təmkinlə ata mindi və ordunun geri çəkilməyə davam etməsi əmrini verdi. İrəvandan sonra yolda hər hansı bir təhlükənin olacağı gözlənilməsə də şahzadə Pirqulu Xan Qacarı qaçqınları Arazın o tərəfinə keçirmək barədə təlimatlandrdı. Hərbi karvan Gəncə ətrafını tərk etdikdən üç həftə sonra Xudafərin körpüsünə çatdı. Abbas Mirzə müdafiə sistemini gücləndirmək məqsədi ilə bir neçə gün İrəvanda qaldı. Sonra da ordusunun Əhərdə düşərgə salmasını istədi”.
Dostları ilə paylaş: |