Bəxtiyar Tuncay azərbaycan imperatorluğU


«Nə hədlə belə danışırsan, mən ki, sənə tabe deyiləm



Yüklə 2,82 Mb.
səhifə25/36
tarix03.02.2017
ölçüsü2,82 Mb.
#7378
1   ...   21   22   23   24   25   26   27   28   ...   36

«Nə hədlə belə danışırsan, mən ki, sənə tabe deyiləm. «Elə bu gün cavab ver!» Bu, nə deməkdir? Heç nökərlə də belə rəftar etməzlər, həddini bil. Məktubu haçan istəsəm, onda yollayaram. Bu bir! O ki, qaldı şəhərin təhvil verilməsinə, xam xəyaldan əl çək, Gəncəyə yalız meyidimin üstündən keçə bilərsən. Bildin? Mən öləndən sonra. Özgə cür yox!»

Cavab məktubundan sonra Sisianovun Cavad xana sonuncu, 29 dekabr 1803 – cü il tarixli məktubu unvanlamışdı:

Qalanı xoşluqla vermək meylinizin olmadığını görüb axırıncı dəfə təslim şərtlərini Sizə göndərməyi özümə borc bilirəm… Məktubuma təcili cavab istəməyim isə heç də o demək deyildir ki, mən düşmənimi nökər, qul hesab edirəm. Bu, ona görədir ki, insanlar arasındakı qarşılıqlı hörmətə riayət olunmalıdır: yəni mən Sizin məktubunuza həmin gün cavab verirəmsə, əvəzində Siz də belə hərəkət etməlisiniz. Buna görə də ümidvaram ki… sabah günortadan qabaq məktubumun cavabını ala biləcəyəm.”

Məktubda daha sonra təslim şərtləri irəli sürülür: “Gəncə şəhərinin təslimi aşağıdakı maddəlrə görə qəbul edilə bilər:

1.Cavad xan Gəncəli tabeliyindəki bütün əhali ilə birgə Ümumrusiya padşahının təbəəliyinə and içir;

2. Qala tamamilə təmizlənir və ora rus qoşununun topları, hərbi sursatı yerləşdirilir;

3. Cavad xan Gəncəli Rusiya imperiyasının tabeliyində olaraq əvvəlki ixtiyarla öz ərazisini idarə edir və Rusiyaya ildə 20 min anta xərac verir. Bu maddələri imzalayan zaman 1804 – cü ildə həmin məbləği təcili ödəyir;

4. Qaladakı və Şəmşəddil yolundakı ordunu ərzaqla təmin edir;

5. Şəmşəddilin və onun əyalətinin əhalisini sıxışdırmaq olmaz, çünki onlar artıq Gürcüstan hökümətinin idarəsinə keçirlər;

Yuxarıdakılara sədaqətlə əməl etmək üçün Cavad xan Gəncəli öz oğlu Hüseynqulu ağanı Gürcüstanın baş idarəedicisinin yanında həmişəlik qalmaq üçün əmanət verir».


3. 3. Gəncənin işğalı və Gəncə əhalisinin misilsiz şücaəti
Azərbaycanın Quba, Qarabağ və Lənkəran xanlıqları kimi mərkəzi hakimiyyətə tabe olmaq istəməyən və separatist siyasət yürüdən bəzi feodal hakimləri – xanlar yaxşı başa düşürdülər ki, öz qüvvələri ilə Rusiyaya müqavimət göstərə bilməyəcəklər. Odur ki, Rusiyanın guya onların istiqlaliyyətini qoruyacağı barədə verdiyi yalançı vədlərə uyaraq, öz xanlıqlarını bu yolla qoruyacaqlarını zənn edərək, rus himayəsini qəbul etməyə meyilli idilər. Mərkəzi hakimiyyətə qarşı çıxmayan Gəncə və Bakı xanları isə cənubdan gələcək köməyə ümid edərək, tam əks mövqe nümayiş etdirirdilər.

Çar hökuməti Şərqi Gürcüstan ərazisindən hücum meydanı kimi istifadə edərək, özünün Azərbaycan barəsindəki planlarını həyata keçirməyə başladı. Bu siyasətin keçiricisi general Sisianov Car-Balakən bölgəsinin ələ keçirilməsinə böyük önəm verirdi. Çünki bu ərazi rus qoşunlarının Gürcüstandan Azərbaycanın içərilərinə doğru uzanan yolun üstündə idi. Rus qoşunları 5 minlik gürcü qoşunu ilə birlikdə Car-Balakəndə yerli əhalinin müqaviməti ilə rastlaşdı. Gürcüstanda antirus, iranpərəst dairələrə başçılıq edən və öz hakimiyyətinin bərpasına çalışan gürcü şahzadəsi Aleksadr isə silahlı dəstəsi ilə Cara gəldi. Qanıq (Alazan) çayı sahilində döyüş baş verdi. Müqaviməti qırdıqdan sonra general Qulyakov heç bir hərbi ehtiyac olmadan Balakəni yandırdı. Martın 29-da Car fəth olundu. 1803-cü ilin aprelin 12-də Car-Balakənin 9 nəfərdən ibarət səlahiyyətli nümayəndə heyəti Tiflisə general Sisianovun yanına getdi. Burada onlarla Car-Balakən camaatının Rusiyanın hakimiyyəti altına alınması barədə saziş bağlandı

Sazişin şərtlərinə görə, carlılar çar xəzinəsinə ipəklə xərac ödəməli, sədaqət əlaməti olaraq verməli, öz ərazilərində rus qoşunlarının yerləşdirməli idilər. Carlıların şahzadə Aleksadrı və onun əlaltılarını qəbul etməmək və öz içərilərində gizlətməmək barədə tərəddüdü sazişdə xüsusi qeyd olunurdu. Lakin camaatın iradəsinin dəyişməz olaraq qaldığını və əhalinin itaət şərtlərini yerinə yetirmədiyini görən general Qulyakov 1804-cü ilin yanvarında yenidən Cara soxuldu. Car yenidən fəth olundu və yandırıldı. Sonra rus qoşunları Zaqatalaya doğru yeridilər və Zaqatala yaxınlığındakı dərədə carlılar tərəfindən hücuma məruz qaldılar. Qanlı döyüşdə carklılar üstünlük qazanıb qələbə çaldılar. Rus qoşunlarının salamat qalmış hissəsi Muxax kəndinə geri çəkildi, general Qulyakov isə öldürüldü.

1803-cü ilin martında müqavimət göstərmiş adamların əfv olunması barədə carlıların xahişini rədd etmiş Sisianovun şəxsi hərəkəti Carda baş vermiş hadisələrdə az rol oynamadı. O, nəinki əfv etmədi, əksinə öz məktubunda yerli xalqı həqarətlə “kafir əclaflar” adlandırdı və belə dedi:

"Dinsiz alçaqlar! Mən sizi çox dilə tutdum, siz isə dağıstanlıları çağırdınız, sonra da ürəklənib elə bir şey yazdınız ki, ləyanətimə toxunur. Siz doğru deyirsiniz, mən gürcüyəm, amma nə ağızla bunu yazmağa cəsarət edirsiniz? Mən Rusiyada doğulmuş, orada böyümüşəm, ruhum da rus ruhudur. Gözləyin qoy gəlib ora çıxım, onda evlərinizi deyil, sizin özünüzü oda yaxacaq, cocuq və qadınlarınızın içalatını çəkib çıxardacağam."

Carlılar yenidən hücuma keçmiş rus qoşunlarına müqaviməti davam etdirməyin qeyri-mümkünlüyünü və faydasızlığını görərək təslim oldular.

Car-Balakən bölgəsinin fəthindən sonra qonşu İlisu soltanlığı da Rusiya təbəəliyini qəbul etməli oldu, Soltanlıqda 40-cı illərin ortalarınadək soltan öz torpaqlarının daxili idarəsində hakimiyyətini qoruyub saxlamışdı.

Azərbaycanın, Dağıstan və bugünkü Gürcüstan əraziləri də daxil olmaqla, bir hissəsinin Rusiya tərəfindən işğalı Qacar hökumətinin və Türkiyənin, eləcə də bölgədə öz maraqları olan İngiltərə və Fransanın dərin narahatlığına səbəb oldu. Təbii ki, ən çox narahat olan Azərbaycanın özü idi. Çökməkdə olan səltənətin (imperatorluğun) taxt-tacına yiyələnən, fəqət mərkəzi hakimiyyəti möhkəmləndirməyə nail ola bilməyən Qacar hökuməti mövqelərini gücləndirməkdə olan Rusiyanın hərbi uğurları qarşısında aciz görünürdü. Buna baxmayaraq şah Güney Qafqaz sərhədlərində 70 minlik qoşun cəmləşdirə bildi. Şah sarayı Rusiya ilə müharibəyə hələ 1801-ci ilin yazından – İngiltərə ilə müqavilə bağladıqdan sonra hazırlaşırdı. Elə həmin ilin sentyabrında Ənzəlidə sahil istehkamları qurulmuşdu. Fətəli şah Qacar itirilmiş torpaqları geri qaytarmağa hazırlaşaraq, öncə Tiflis və Gəncə ilə həmsərhəd olan bütün xanlıqları mərkəzi hökumətə tabe etmək niyyətində idi. O, bu məqsədlə 1802-ci ilin iyulunda 20 minlik qoşunu şimala göndərməyi qərara aldı, Avropa kralları və imperatorlarına məktubla müraciət edərək kömək istədi.

General Sisianov Gəncə xanlığının ələ keçirilməsinə böyük əhəmiyyət verirdi. Çünki Gəncə qalası rus qoşunlarının Azərbaycanın içərilərinə doğru sonrakı irəliləyişinin açarı idi. O, 11 topu olan piyada batalyonu, 3 eskadron və 2 kazak yüzlüyündən ibarət qoşunu Gəncə üzərinə yeritdi. Bütün bu qoşunlara general Portnyakin komandanlıq edirdi. Gəncəyə doğru yolda, şəhərin iki verstliyindəki Quluqobu adlı yerdə, rus qoşunları ilə gəncəlilər arasında ilk vuruşma baş verdi. 1804 - cü il yanvar ayının 3- ü, orucluq bayramı günü qəhrəman Gəncə əhalisi öz igid sərkərdələri Cavad xanın başçılığı ilə, təkbaşına rus imperiyasının işğalçı ordusuna qarşı mübarizəyə başladı. Digər xanlar daxili çəkişmələr və düşmənçilik nəticəsində Cavad xanın köməyəinə gəlmədilər. Onlar öz ərazilərində oturuaraq gözləməyi qərara aldılar və bununla da Gəncənin işğalına və özlərinin sonrakı faciələrinə şərait yaratdılar.

Qüvvələr nisbəti qeyri bərabər olmasına baxmayaraq gəncəlilər qəhramanlıqla müdafiə olunurdular. Çar qoşunu sayca Cavad xanın qoşunundan 10 dəfə çox idi. 20 minlik rus qoşununa qarşı 2 min gəncəli qəhrəmanlıqla vuruşurdu. Cavad xan, Tağı və Həsən adlı iki oğlu, Mahmud və Bağır adlı iki qardaşı və 2 minə qədər əsgər Gəncənin müdafiəsi uğrunda döyüşlərdə qəhrəmanlıqla həlak oldular.

Tarixçi Rəşid bəy Ismayılov gəncəlilərin qəhrəmanlığı barədə yazırdı:

"…Gəncəlilər həqiqətən şir kimi müqavimət göstərir, rusların üzərinə dolu kimi güllə, daş və ox yağdırırdılar. Əsgərləri görmək qəsdilə gəncəlilər yapıncıları neftlə isladıb onlara qarşı atırdılar. Topların sədası, güllələrin vıyıltısı, qalanın içindən çıxan ah – nalə ərşə dayanmış, ətrafa dəhşətli vahimə salmışdı… Qala bürclərindən birində Cavad xan topun üzərinə qalxaraq əlində siyrmə qılınc rusların hücumunu fövqəladə dərəcədə mətanətlə dəf edirdi."

Rusiya tarixçisi A.Kaspari özünün "Pokorennıy Kavkaz" (SPb, 1904) kitabında gəncəlilərin ölüm-dirim savaşından yayınmadıqlarını bildirir:



"Xanın ölümü duyulunca Gəncə qüvvətlərinin mənəviyyatı sarsıldı; beləliklə, savaş ruslar tərəfindən qazanılmış oldu. Savaş şəhər içinə keçirildi. Gəncəlilər şəhəri ev-ev müdafiə edirdilər. Buna görə çox ağır tələfat verdilər".

Cavad xanın qəhrəmanlığını ruslar özləri də etiraf edirdilər. Məsələn, rus qoşunlarının baş komandanı markiz Pauliççi Abbas Mirzəyə 20 fevral 1812 – ci il tarixli məktubunda yazırdı:



"Mərhum Cavad xanın qohum – əqrəbasına rast gəldim. Öz vətəninə layiqincə xidmət edən adamları sevdiyim üçün Cavad xana haqq qazandırıram. O, şəhəri müdafiə edərək əlində silah həlak olmuşdur. Mənim Cavad xana olan dərin hisslərimi və xüsusi hörmətimi nəzərə alaraq onun nəslindən olanların hamısına azadlıq verdim ki, Persiyaya köçsünlər."

Çar höküməti döyüş bitən günü, 1804 – cü il yanvarın 3 – də Imperatorluq zərbxanasında Gəncənin alınmasında iştiraka görə döş medalı təsis edildi. Minillik tarixi olan Gəncənin adı dəyişdirilərək, ona I Aleksandrın arvadı Yelzavetanın şərəfinə Yelzavetopol adı verildi. Yeni qaydaya görə Gəncə sözünü dilinə gətirən hər bir kəs bir qızıl cərimə ödəməli idi. Gəncə qırğınıdan məmun qalan I Aleksandırın Sisianova 5 fevral 1804 – cü ildə göndərdiyi məktubda deyilirdi:



"…Asiya qürur qarşısnda güzəştə getmək pis olardı və belə bir örnək o ölkənin başqa hakimlərini də dikbaşlığa gətirərək… sizə tapşırılan planın yerinə yetirilməsində sonralar çətinlik doğura bilərdi".

Cavad xanın böyük oğlu Uğurlu xan 1804 – cü ilin yayında Gəncəbasarda işğalçılara qarşı üsyan qaldırsa da məğlub olub Irana getməyə məcbur oldu. O, 1826 – cı ildə Abbas Mirzənin və yerli əhalinin köməkliyi ilə yenidən Gəncəyə qayıtsa da 40 gündən sonra yenidən şəhəri tərk etməli oldu. 1826 – cı il sentyabrın 13 – də baş vermiş Gəncə döyüşündə əsir düşən Uğurlu xan bir müddət ruslar tərəfindən Stavropolda sürgündə saxlanıldı. Yalnız Türkmənçay müqaviləsindən sonra o, azadlıq əldə edərək, Qacarların əlində qalan torpaqlara keçə bildi.

Gəncənin tutulması və Rusiyanın getdikcə Azərbaycanın içərilərinə doğru irəliləməsi Qacar hökumətini qəti tədbir görməyə məcbur edirdi. İtirilmiş mövqelərini bərpa etmək istəyən Qacarlar öz ərazilərində Rusiya imperiyasının hökmranlıq etməsi ilə heç cür barışa bilmirdi. Beynəlxalq durum çökməkdə olan Azərbaycan səltənətinin Rusiya işğalına qarşı çıxması üçün şərait yaradırdı. Rusiya çarlığı indiyə qədər Mərkəzdən heç bir yardım ala bilməyən xanlıqlara qarşı savaş aparır, onları ələ keçirərək yerli xalqı kölə halına salır, ələ keçirdiyi torpaqları bütöv bir etnik toplum, etnik birliyi olan bir torpaq kimi özünə qatmır, Balkanlarda

olduğu kimi dövlət qurumları yaratmırdı. Əksinə, Azrbaycanın tərkib hissəsi olan Tiflis və ətraf ərazilər hesabına sayca az olmalarına rəğmən xristian gürcülər qondarma bir etnik ərazi vahidi yaratmağa çalışırdı. Bu isə müsəlman türk torpaqlarının hüquqsuz bir müstəmləkə kimi imperiyanın sömürgə sisteminə qatılması demək idi.

Fətəli şah hələ Gəncə təhlükədə olarkən Cavad xanın köməyinə göndərmək üçün güclü silahlı bir orduya malik olmadığına görə çarəsiz qalıb ətrafdan kömək istədi. Fətəli şahın ordusu 7 aydan sonra Tehrandan Rusiya qoşunları ilə vuruşmaq üçün Azərbaycana tərəf yola düşdü. Bu orduya cəsur sərkərdə, o zaman cəmi 15 yaşı olan Azərbaycan hakimi, şahzadə Abbas Mirzə rəhbərlik edirdi.
3. 4. Abbas Mirzənin uşaqlıq dövrü haqqında bir neçə söz
Burada Azərbaycan tarixinə böyük qəhrəman kimi düşməli olsa da, xalqımız tərəfindən hələ də lazımnca tanınmayan və qiymətləndirilməyən, qara taleli vəliəhd Abbas Mirzə haqqında bir – iki kəlmə deməyə ehtiyac var. Əminə Pakrəvanın yazdığına görə, Ağaməhəmməd şah Qacar çox ehtiyatlı hökmdar olub və öz yerinə canişin təyin etməsinə rəğmən, daima bu gənc adamın hökmdara qarşı erkən baş qaldırıb, iqtidarı ələ keçirməsindən ehtiyat edirdi. Bu üzdən də padşahın casusları Şirazda yaşayan Fətəli Xanın həyatı və davranışları ilə ilgili sürəkli bilgi verirdilər:

Ağaməhəmməd Xan Qacar sonsuz, evladsız olduğu üçün qardaşı oğlu Baba Xanın (Fətəli Xanın) iki oğlunu öz yanında saxlayırdı. Baba Xanın ayrı-ayrı qadınlardan iki oğlu var idi. Bu iki evladın arasında sadəcə bir neçə həftə yaş fərqi var idi. Birinci oğlan Məhəmmədəli, soyu bəlirsiz olan Xeyvəli bir qadından idi. Qacar yasasına görə Məhəmmədəlinin padşah olması mümkün deyildi. Çünkü bütün siyasi davranışlarında Çingiz Xanı örnək alan Ağaməhəmməd Xan ölkə yönətimində və dövlətin yazqısı baxımından da Çingiz Xanın yasalarını uyqulamaqda idi. “Qacar Yasası”na görə vəliəhdin sadəcə atası deyil, anası da Qacar soyundan olmalı idi. Məhəmmədəlinin atası Qacar soylu olmadığı üçün vəliəhd olma şansı yox idi.



Baba Xanın ikinci oğlu Abbas Mirzə idi. Abbas Mirzənin anası Qacar soyunun Dollu boyundan idi. Dollu boyu Ağaməhəmməd Xanın iqtidara yüksəlməsinə yardım etmişdi. Ağaməhəmməd Xan Qacar, bu soydan olan Asiya xanımı qardaşı oğlu Baba Xanla evləndirmişdi. İmperatorluq mirasını bu qadının doğuracağı çocuğa buraxmaq istəyirdi. Toy günü padşah özü gəlinin dəvəsinin cilovunu çəkmişdi. Qacar törəsinə görə gəlin gəldiyi evin varıb ocağının daşını öpməli idi. Bütün bu mərasim sürəsincə gəlinə padşah eşlik etmişdi.

Bəzi rəvayətlərə görə Ağaməhəmməd Xan Qacar, Dollu Asiyanı, hətta mövcud vəliəhd Baba Xanın anasından da daha artıq dəyərləndirirmiş. Zəif bünyəsi olan Dollu Asiya, Baba Xana iki oğul doğurduqdan sonra vəfat etmişdir. Asiyanın doğurduğu ilk çocuk Abbas Mirzə idi. Abbas Mirzə hələ südəmər çocuqkən Ağaməhəmməd Xanın iradəsi üzərinə fərzi vəliəhd olaraq duyurulmuş və ta çocuq yaşlarından Naib-ül Səltənə (səltənətin varisi) kimi tanınmışdır”.

Tarixçinin yazdığına görə, Abbas Mirzə dörd yaşında ikən naməlum bir xəstəliyə tutulur. Bu xəstəlik onu çox zəiflədir. Uşağın sağalması üçün Ağaməhəmməd şah Qacar ölkənin ən məşhur həkimlərini saraya çağrıtdırır. Fəqət bunun uşağa heç bir xeyri olmur. Bununla belə, həkimlərin müalicə edə bilmədikləri bu xəstəlik Abbas Mirzənin yetkinlik çağında öz-özünə sağalır. Qaspar Druvilin (Gaspard Drouville) yazdığına görə isə, Abbas Mirzə Mütəmadi olaraq idman etmək və zorxanada məşq eməklə bu xəstəliyi özü məğlub etməyi bacarır. Qeyd edək ki, Abbas Mirzə yeddi yaşından etibarən süvarilik, ox atma, qılınc və güləş kimi bir çox savaş fənlərini öyrənməyə başlamışdı.

Yeni salınmış Tehran, digər şəhərlərdən ağ torpaqdan yapılmış qala divarları ilə seçilirdi. Abbas Mirzə və qardaşları səkkiz yaşlarına qədər Tehrandan başqa bir şəhər görməmişdilər. Hər kəs belə düşünürdü ki, Ağaməhəmməd şah Qacar tərəfindən tərcih edilən Abbas Mirzə, özündən bir neçə həftə böyük olan ögey qardaşı Məhəmmədəli ilə iqtidar və vəliəhdlik uğrunda rəqabət aparacaqlar. Bu üzdən də ər iki şahzadənin həm üzdə olan, həm də gizli çox sayda tərəfdarları peyda olmuşdu. Məhəmmədəlinin tərəfdarları Abbas Mirzənin xəstəliyini daim gözə soxaraq Ağaməhəmməd şah Qacara təsir eməyə, onu Abbas Mirzə haqqında verdiyi Naib-ül Səltənəlik qərarından vaz keçirməyə çalışırdılar. Məhəmmədəli, Abbas Mirzə qədər yaraşıqlı və qanışirin olmasa da özbək anasından irs olaraq iri cüssəlilik almışdı və damarlarında fərqli bir igid türk soyunun qanını daşıyırdı. O, hələ beş yaşında süvariliyi öyrənmişdi təkbaşına at üstündə oturub müxtəlif akrobatik hərəkələr etməyi bacarrdı. Beş yaşında ikən işlərini gərəyincə yerinə yetirə bilməyən bəzi xidmətçilərini padşahsayağı bir şəkildə cəzalandırmaqla diqqət çəkmişdi.

1797-ci ilin baharında Ağaməhəmməd şah Tiflisə hücum etmək üçün hazırlıq işlərinə başladı. İmperatriça Yekatirina yenicə ölmüşdü və Ağaməhəmməd Xan düşünürdü ki, onun varisi olan I Pavel Qafqazlarla ciddi ilgilənməməkdədir. Bu üzdən də Ağaməhəmməd şaha görə xəyanət yolunu tutmuş Qarabağ xanlarının dərsini vermə zamanı gəlmişdi. Ağaməhəmməd şah Dərbənd, Quba, Şirvan, Gəncə, Bakı və Qarabağ xanlıqlarını özünə tabe edib, mərkəzi hakimiyyəti möhkəmləndirmək, Azərbaycan imperatorluğunu əski sərhədlri içərisində bərpa etmək fikrində idi. Ağaməhəmməd Xan casusları vasitəsi ilə Tiflisdə hökm sürən Baqration Şahzadələrindən birisi ilə gizlincə ilişki qurmuş, onu Tiflisin xanı edəcəyini vəd etmişdi.

Quzey Azərbaycanın xanlarından Qarabağlı İbrahim Xəlil Xan özünü bağımsız bir ölkənin sultanı kimi aparırdı.Qacarlara qarşı için-için nifrət etməsinə baxmayaraq, məcburən və siyasət icabı qızlarından biri olan Ağabacı xanımı Baba Xana (o dövrdə şahzadə və vəliəhd olan Fəthəli şaha) vermək zorunda qalmışdı.

Baba Xan (Fətəli) ilə Ağabacı xanım arasındaki evlilik çox maraqlı olmuşdur. Özəl bir şahlıq tərzi ilə Qarabağdan Tehrana gəlin gətirilən Ağabacı xanım əri tərəfindən qətiyyən sevilməmişdir. Ağabacı xanımın isə, sonuna qədər bakirə qalmasına rəğmən, Baba Xanı gerçək bir sevgi ilə sevdiyi söylənilir. Bu xanım sonralar Qacar dövləti ilə Qarabağ xanlığı arasında münasibətlərin yaxşılaşması üçün çox işlər görmüşdü.

Ağaməhəmməd şah Şuşanı ələ keçirmək istəyirdi, çünkü bu qala strateji önəm daşıyırdı və buradan rahatca Tiflis üzərinə yürüş etmək, ardınca rusların əlində olan Dərbəndi ələ keçirib, dəniz tərəfindən daima təhdid edilən Bakını da nəzarət altına Almaq olardı. Əgər yay fəslində savaş Ağaməhəmməd şahın istəyi və planları istiqamətində getsəydi, qış fəslini Qarabağda keçirməyi düşünürdü. Bu səbəbdən də Abbas Mirzəni da özü ilə bərabər apardı. Çünkü onun yanında olmasından xoşlanırdı. Digər tərəfdən, ona savaş fənləri də öyrətmək istəyirdi. Naib-ül Səltənə Abbas Mirzədən başqa Məhəmmədqulu Mirzə adında digər bir şahzadə də bu səfərdə Ağaməhəmməd şahı müşayiət edirdi. Uşaqların mühafizəsi Ağaməhəmməd şahın yaxın qohumu olan Pirqulu Xana tapşırılmışdı.

Beləliklə, Abbas Mirzə kəyatında ilk dəfə Tehranı tərk edir və ana yurdu olan Azərbaycanı ziyarət etmək imkanı qazanır və o, Əminə Pakrəvanın yazdığı kimi, bu ölkənin ətirli baharının heyranına çevrilirdi:

Sanki gizlin bir güc Abbas Mirzənin yazqı və taleyinin Azərbaycana əbədiyyən bağlandığını onun könül qulağına pıçıldayırdı. Beləcə Abbas Mirzənin Azərbaycan sevdası, macərası bu torpağı çocuqluq yaşlarında qarış-qarış gəzərək başlayacaq və bütün ruhunu, vücudunu saracaqdı. Tehranda heç bir zaman çay görməyən Abbas Mirzə qarların əriməsi ilə çılğınca axan Araz çayının heyranı olmuşdu. Sonralar ruslarla savaşarkən məğlub olan Abbas Mirzə içini və dərdini batılı danışmanlarına açacaqdı ki, nədən sevdiyim Araz çayı yurdumun bölünmüşlüyünün rəmzi olmalıdır?!

Abbas Mirzənin Araz çayına olan heyranlığı ömrünün sonuna qədər onu tərk etmədi. Bəlkə bunun yurdsevərlik duyğusunun ötəsində başqa bir səbəbi də ola bilər, bəlkə də Araz çayı Abbas Mirzənin həyatında gördüyü ilk böyük çay olaraq onun çocuqluq xatirələri ilə qaynayıb qarışmış və fərdi həyatındaki dəyərlərin bir parçasına dönüşmüşdür. Bəlkə də Araz çayı onun iç dünyasını dış dünya ilə və doğa gözəllikləri ilə bağlayan bir rəmzə çevrilmişdir. Bəlli və bəlirsiz səbəblərdən dolayı Araz çayı Abbas Mirzə üçün çox önəmli olmuşdur. Qacarlar ərazisində çox çaylar vardı, yalnız Abbas Mirzə üçün çay deyildiyində ancaq Araz xatırlanırdı”.

Ağaməhəmməd şaha xəbər verildi ki, Qarabağın kiçik xanları İbrahim Xəlil Cavanşirə qarşı birləşərək onu Qarabağdan qaçmağa zorlamışlar. Şah fürsəti əldən verməyərək, çox sürətli bir əməliyatla Şuşanı almaq üçün ordunu hərəkətə keçirdi. Ağaməhəmməd Xan Şuşanın gözəlliyi qarşısında heyran qalmışdı. Şuşa o zaman Qacar imperatorluğunun başkəndi Tehrandan daha böyük və şəhər mədəniyəti baxımından daha üstün səviyyədə idi. Bütün ordu mənsubları da dağların qoynunda və ormanlıqda yerləşən bu şəhərin gözəlliyinə heyran olmuşdular.

Qarabağ xanlığnın əsasını qoyan Avşar-qzılbaş ordusuna mənsub olan Pənah Xan adında bir tümənbaşı idi. O, 1747-ci ildə, Nadir şah öldürüldükdən sonra sərkərdəliyini etdiyi ordusu ilə Qrabağa gəlmiş və Şuşa şəhərinin yaxınlığında yurd salmışdı. Pənah Xan Şuşanın qorunması və inkişafı üçün çox səy göstərdi. Onun səyləri ilə Şuşa Qafqazın ən böyük ticarət şəhəri halına gəldi. Bu üzdən Şuşaya Pənahabad da deyirdilər. Xanın oğlu və varisi İbrahim Xəlil Cavanşir ondan sonra bu şəhərin hakiminə çevrilmişdi və müstəqilliyə can atır və mərkəzi hökumtə tabe olmaqdan imtina edirdi.

Ağaməhəmməd şahın Şuşaya vardığı üçüncü günün sabahında xəbər yayıldı ki, şah qətl edilib. Şaha sadiq olan xidmətçiləri özlərini itirmiş və nə edəcəklərini bilmirdilər. Belə olan halda Pirqulu Xan böyük zəhmətlərə qatlaşaraq bir neçə mahir süvari seçib şahzadələri Tehrana yola saldı.


3. 5. Fəthəli şah Qacar (Baba Xan): Odla qan arasında
Şirazda ikən əmisinin ölümündən xəbər tutan Baba xan özünü təcili olaraq paytaxt Tehrana çatdırdı. Ağaməhəmməd şahın yaşlı və təcrübəli baş vəziri Etimad-üd Dövlənin yardımı ilə əmisinin şahlıq mirasına sahib çıxdı.

Etimad-üd Dövlə öncə Zəndiyə xanədanının vəziri olmuş, fəqər sonra onlara qarşı çıxıb, Ağaməhəmməd xanın tərəfinə keçmişdi. Şahın ölüm xəbəri gələr-gəlməz, o, əmr etmişdi ki, padşahın varisi Baba Xan paytaxta çatmayınca Tehranın darvazaları heç kimə açılmasın. Bu şəkildə Baba Xan Tehrana varana qədər mərkəzdə çıxa biləcək hər cür iğtişaş və xaosu önləyə bilmişdi. Baş vəzirin tədbirləri və uzaqgörən siyasəti sayəsində həm bəzi xanlıqların, həm də bəzi Zəndiyyə şahzadələrinin Qacar hökumətini devirmək planları baş tutmamış, hamısı məğlub edilib öldürülmüşdü.

Tehranda Fəthəli şah adı altında hakimiyyə kürsüsünə oturan Baba xanın rastlandığı ilk təhlükə Nadir şah soyundan olan Nadir Mirzə məsələsini həll etməsi

idi. Nadir Mirzənin tərəfdarı olan Avşar elləri onu İkinci Nadir olaraq tanıyırdılar. Fəthəli şah anlaşma yolu ilə məsələni savaşsız həll etmək istəyirdi. Lakin sonra mövqeyini dəyişdi və Nadir Şahın soyundan olan və padşahlıq iddiasında bulunan son Avşar sultanı da məhv edildi. Ancaq Fəthəli şahı daha çox narahat edən qardaşı Hüseynqulu Xan idi ki, Kiçik Xan ləqəbi ilə tanınırdı. O da varislik iddiasında idi. Mübarizədə məğlub edilən Hüseynqulu Xanın gözlərini kor edib buraxdılar.

Fəthəli şahın səltənətinin ilk illərində Fransa və İngiltərə ona yaxınlaşmağa başlamışdı. Bu illərdə İngiltərə Hindistanın işğalı prosesini başa çatdırmaqda idi. Hindistanda fəaliyət göstərən bir ingilis ticarət kompanisi həm də siyasi işlərlə məşğul olurdu. Birinci Napoleon Bonapart da Hindistandan pay qopartmaq istəyirdi və bu məqsədlə çar I Pavellə gizlincə anlaşmışdı. Bu gizlin anlaşmadan xəbər tutan İngiltərə Tehrana təcili elçi göndrdi. Öncə elçinin sözçüsü gəldi. O, yarırəsmi şəkildə, amma dəbdəbə ilə qəbul edildi. Mehdi Xan adlı bu elçi sözçüsü Ağaməhəmməd şahın ölümü münasibəti ilə başsağlığı verməyi bəhanə edərək, əslində durumu öyrənməklə vəzifələndirilmişdi. Həm başsağlığı vermək, həm də Fəthəli şahın başına tac qoyması münasibəti ilə İngiltərəni təmsilən xoş diləklərini çatdırmaq üçün gəlmişdi. Gerçək elçi, ingilis albayı Molkolm isə öz elçilik missiyasına 1801-ci ildə başladı. Hind ordusuna mənsub olan bu gənc albay 1798-1805-ci illəri arasında Hindistanın hakimi olan Lord Velzli tərəfindən himayə olunurdu. O, Qacar hökuməti ilə, biri siyasi, digəri ticari olmaqla, iki müqavilə bağlamağa nail oldu.

Fəthəli Şahın səltənətinin ilk illərində sənət aləmində bir renesans yaşanmağa başladığı və elm aləmində “Qacar üslubu” adı ilə məşhur olan sənət əsərləri, xüsusən də memarlıq və rəssamlıq şedevrləri yarandığı danılmaz bir həqiqətdir.. Şahın özü də gözəl, dəbdəbəli binalar yaptırmağa olduqca həvəsli idi. Bu memari əsərlər Pəhləvi dönəmində bilərəkdən xüsusi amanszlıqla məhv edilmişlər ki, Qacarlardan miras olaraq bir əsər-əlamət qalmasın. Çünkü fars-Pəhləvi sülaləsi eynən sələfləri Zəndilər kimi türk-Qacarlara ifrat düşmənçilikləri lə seçilirdilər. Onların bu Qacar düşmənçiliyi sonralar ümumn bütün türklərə qarşı açıq həqarət şəklində ortaya çıxacaqdı.

Fəthəli şahın ilk yapdırdığı saray “Qacar Taxtı” idi. O da əmisi Ağaməhəmməd şah kimi ovçuluğu çox sevir, ov ovlamaqdan zövq alırdı. Hara getsə idi yalnız olmazdı. Bəlli şəxslər hər zaman yanında olardı. Tiflis məsələsi Fətəli şahı çox narahat etməkdə idi. Tiflis bu coğrafiyada iqtidara gələn bütün hökumətlər üçün həmişə strateji önəm daşımaqda idi. Üstəlik də Azərbaycan şahları bütün dönəmlərdə gürcü şərabına, balına və gözəl qızlarına heyran olmuşlar. Rusiyaya meylliliyi ilə tanınan Erkli1 xan (İrakli) öldükdən sonra onun oğulları və nəvələri Fəthəli şaha ümidlə baxmağa, sıcaq münasibət göstərməyə başlamışdılar. Şah da onlara hörmətlə yanaşırdı. O onlara özünün əbii müttəfiqlri kimi baxırdı. Çünkü Baqration xanədanı əskilərə dayanan soylu bir ailə idi.

Fəthəli şah Tiflis xanlığını isər zorla, isərsə də şirinikdirmə yolu ilə yenidən Azərbaycan sınrları içərisinə qaytarmaq haqqında düşünürdü. 1800-cü ilin baharında Gürcüstan xanzadələrinin Xoya gəlmələri qərarlaşdırılmışdı. Burada onlar Rusiyanın ölkəlrinə uyquladığı ağır şərtləri dilə gətirib, Fəthəli şahdan yardım istəyəcəklərdi. Ancaq Xorasandaki olaylar Fəthəli şahın Xoya gəlməsini əngəllədi. O, Xorasanda baş qaldıran qiyamları yatırmaq üçün bu bölgəyə getmək zorunda qaldı. Bu bölgədə Nadir Mirzə ilə Zaman Xan Abdali Qacarlara qarşı ortaq hərəkət etmək istəyirdilər. Zaman Xan vaxtilə Nadir şahın ordusunda böyük mənsəb sahibi olmuş Əhməd Xan Dəvəraninin nəvəsi idi. Nadir şah öldükdən sonra Türküstanın, Xorasanın və Hindistanın bir bölümünü əlində bulundurmaqda idi. Fəthəli şah təhlekəni ortadan qaldırmaqda qərarlı idi.

Şah humanist bir təbiətə sahib idi, həyatın gözəlliklərinə inanır və həyatdan zövq almağı bacarırdı. Amma bütün bunlara rəğmən, bəzi yaxın adamlarını uzaqlaşdırmağı və hətta cəzalandrmağı da çox yaxşı bacarırdı. Ağa Məhəbbəd şah Qacar öldükdən sonra Fəthəli şahın iqtidara gəlməsinə yardımçı olan baş vəzir, Fars vilayətinin əski xanı Etimad-üd Dövlənin davranışları da Fəthəli şahda şübhə oyatmağa başlamışdı. Qacar sarayında və bir çox çevrələrdə şayiə yayılmışdı ki, guya Fəthəli Şah sadəcə isim olaraq şahdır, əslində isə ölkəni idarə edən Etimad-üd Dövlədir. Bu şayiənin yayılışına Etimad-üd Dövlənin bilavasitə özü səbəbkar idi. Etimad-üd Dövlə sadəcə öz yaxınlarını saraya yerləşdirməklə yetinməmiş, həm də müxtəlif vilayətlərdə də öz adamlarını xan və ordu komandanı kimi yerləşdirə bilmişdi. Bu azmş kimi, ölkənin ticarət işlərini də əlinə keçirmişdi. Əlbəttə, Etimad-üd Dövlə şahın ona qarşı artmaqda olan şübhələrindən xəbərsiz deyildi. O da iqtidara gəlməsinə yardım etdiyi bu gənc padşahdan xoşlanmırdı, ancaq iqtidarın dəyişik mərkəzlərində yerləşdirdiyi adamlarına güvəndiyi üçün qorxmurdu. Fürsət gözləyirdi ki, bir həmlə ilə ölkənin idarəçiliyini ələ keçirsin. Digər tərəfdən, Etimad-üd Dövlə İngiltərənin Hindistandaki tacirləri ilə də ticari və gizlin siyasi əlaqələr qurmuşdu.

Səfəvilərin son şahı Şah Sultan Hüseyn zamanından bu yana heç bir xarici ölkə səfiri indiyədək dövlət başçısı tərəfindən qəbul edilməmişdi. Nə Nadir şah dönəmində, nə də Ağaməhəmməd şah dönəmində. Odur ki, 1800-cü ilin yayında albay Molkolmun Fəthəli şahla görüş istyində bulunması hər kəsi çox təəccübləndirdi. Molkolm, Hindistanın hökmdarını təmsilən və Hind kompaniyasının elçisi kimi şahla görüşmək istəyirdi. Padşah Xorasandaki qiyamı yatırmaq üçün Tehrandan çıxdığına görə Molkolmun şahla görüşü dekabr ayına ertələndi. 1801-ci ilin yanvar ayında Molkolmun vasitəçiliyi ilə Qacar hökuməi və İngiltərə arasında anlaşmalar imzalandı. Molkolm bu xəbəri mərkəzə böyük bir zəfər müjdəsi kimi çatdırdı, çünki bu anlaşma ilə İngiltərənin Azərbaycana ayağı açılırdı. O, böyük bir ustalıqla Qacar məmurlar arasında “İngiltərə altunundan daha dəyərli bir şey yoxdur” fikrini formalaşdırmağı bacarmışdı.

Həmin dövrdə Abbas Mirzə Azərbaycanda idi. Azərbaycanın bəzi xanlarının qiyamlarını yatırmaqla məşğul idi. Xorasanda bulunan Fəthəli şah, Con Molkolmu qəbul etmək üçün Abbas Mirzənin Tehrana gəlməsini istəyir.


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin