Seymdə iştirak edən və müxtəlif millətlərdən olan nümayəndələr arasındakı daxili ziddiyyətlər və xarici orientasiya məsələlərindəki əksiliklər onların ümumi dil tapmasına imkan vermirdi. Zaqafqaziya Seymində və hökumətində fəaliyyət göstərən hər üç millətin nümayəndələrindən hər biri öz millətinin mənafeini ümumzaqafqaziya mənafeindən üstün tuturdu. Onların ümumi platforması yox idi.
1918-ci il may ayının 25-də Zaqafqaziya Seyminin son iclası keçirilir. Gürcüstan Zaqafqaziya Seymindən çıxaraq may ayının 26-da öz istiqlaliyyətini elan edir. Gürcüstanın ardınca Ermənistan da öz istiqlaliyyətini elan etməyə hazırlaşır. Belə bir şəraitdə Zaqafqaziya Seyminin müsəlman fraksiyası da hərtərəfli müzakirədən sonra belə bir qərara gəlir ki, "Əgər Gürcüstan öz istiqlaliyyətini elan edərcə, onda bizim tərəfimizdən də Azərbaycanın istiqlaliyyəti elan olunmalıdır".
Zaqafqaziya Seymi dağıldıqdan bir gün sonra, mayın 27-də Azərbaycanın istiqlaliyyətini elan etmək və ilk Azərbaycan hökuməti yaratmaq üçün Seymin bütün müsəlman nümayəndələri Tiflisdə toplanır. Hərtərəfli müzakirədən sonra onlar belə ağır bir zamanda Azərbaycanın idarə olunmasını öz üzərlərinə götürmək qərarına gələrək özlərini Azərbaycanın Milli Şurası elan edirlər. Bu iclasda Milli Şuranın rəyasət heyəti seçilir. Rəyasət heyətinə "Müsavat" partiyası və partiyasızların demokratik qrupu tərəfindən M.Hacınski, N.Yusifbəyov, X.Xasməmmədov, M.Y.Səfərov, müsəlman sosialist partiyalarından X.Məlik Aslanov, C.Hacınski, sosial-demokrat (menşevik) "Hümmət" qrupundan Ə.Şeyxülislamov, Rusiya müsəlmanlarının "İttihad" partiyasından isə doktor X.Sultanov daxil olur. Gizli səsvermə yolu ilə M.Ə.Rəsulzadə Azərbaycan Milli Şurasının sədri seçilir.
May ayının 28-də keçmiş Qafqaz canişininin iqamətgahında doktor Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının iclası keçirilir. Uzun və hərtərəfli müzakirədən sonra Milli Şura çox böyük ruh yüksəkliyi ilə, ayaq üstə və sevinc yaşları içərisində Azərbaycanın istiqlaliyyəti haqqında bəyannaməni qəbul edir. Bəyannamədə deyilirdi:
"Böyük Rusiya inqilabının cərəyanı ilə dövlət vücudunun ayrı-ayrı hissələrə ayrılması ilə Zaqafqaziyanın rus orduları tərəfindən tərkinə mövcub bir vəziyyəti-siyasiyyə hasil oldu. Kəndi qəvayi-məxsusələrinə tərk olunan Zaqafqaziya millətləri müqəddəratlarının idarəsini bizzat kəndi əllərinə alaraq Zaqafqaziya Qoşma Xalq Cumhuriyyətini təsis etdilər. Vəqayi-siyasiyənin inkişaf etməsi üzərinə gürcü milləti Zaqafqaziya Qoşma Xalq Cumhuriyyəti cüzindən çıxıb öz müstəqil Gürcü Xalq Cumhuriyyəti təsisini səlah gördü. Rusiya ilə Osmanlı imperatorluğu arasında zühur edən müharibənin təsviyyəsi üzündən hasil olan vəziyyət hazireyi-siyasiyyə və məmləkət daxilində bulunan misilsiz anarxiya Cənubi-Şərqi Zaqafqaziyadan ibarət bulunan Azərbaycana, dəxi bulunduğu daxili və xarici müşkülatdan çıxmaq üçün xüsusi bir dövlət təşkilatı qurmaq lüzumunu təlqin ediyor. Buna binaən arai-ümumiyyə ilə intixab olunan Azərbaycan Şurai milliyeyiislamiyyəsi bütün cəmaətə elan ediyor ki:
1.Bu gündən etibarən Azərbaycan xəlqi hakimiyyət həqqinə malik olduğu, Cənubi-Şərqi Zaqafqaziyadan ibarət Azərbaycan dəxi kamil-əl-hüquq müstəqil bir dövlətdir.
2.Müstəqil Azərbaycan dövlətinin şəkili-idarəsi Xalq Cumhuriyyəti olaraq təqərrür ediyor.
3.Azərbaycan Xalq Cumhuriyyəti bütün millətlər və bilxassə həmcüvar olduğu millət və dövlətlərlə münasibəti-Həsənə təsisinə əzm edər.
4.Azərbaycan Xalq Cumhuriyyəti millət, məzhəb, sinif, silk və cins fərqi gözləmədən qələmrəvində yaşayan bütün vətəndaşlarına hüquqi-siyasiyyə və vətəniyyə təmin elər.
5.Azərbaycan Xalq Cumhuriyyəti ərazisi daxilində yaşayan bilcümlə millətlərə sərbəstanə inkişafları üçün geniş meydan buraxır. 6.Məclisi-müəssisan toplanıncaya qədər Azərbaycan idarəsinin başında arai-ümumiyyə ilə intixab olunmuş Şurai-Milli və Şurai-Milliyə qarşı məsul hökuməti-müvəqqəti durur"
Sonra Milli Şura bitərəf Fətəli xan Xoyski başda olmaqla Azərbaycan Xalq Cumhuriyyətinin ilk hökumətini təşkil edir. Azərbaycan Milli Şurasının və hökumətinin yaranmasını, onların məqsəd və vəzifələrini izah etmək məqsədilə Zaqafqaziyanın azərbaycanlılar yaşayan şəhər və qəzalarına nümayəndələr göndərmək qərara alınır. N.Yusifbəyov, Ş.Rüstəmbəyov və doktor X.Sultanovdan ibarət ilk nümayəndə heyəti Gəncəyə göndərilir.
Azərbaycan Xalq Cumhuriyyəti Azərbaycan üçün çox mürəkkəb bir tarixi şəraitdə fəaliyyətə başlayır. Bu vaxt Bakıda S.Şaumyan başda olmaqla Azərbaycana qarşı düşmənçilik mövqeyi tutan Bakı Xalq Komissarları Soveti fəaliyyət göstərirdi. S.Şaumyanın rəhbərliyi ilə 1918-ci ilin martında Bakıda, Şamaxıda, Qubada törədilən azərbaycanlı qırğınlarından sonra Bakı kommunası azərbaycanlı əhali arasında öz nüfuzunu tamamilə itirmişdi. Onların hakimiyyəti Bakıdan kənara çıxa bilməmişdi. Azərbaycanın qəzalarında isə tam hakimiyyətsizlik idi və hərc-mərclik hökm sürürdü. Öz təsir dairəsini bütün Azərbaycan ərazisində yaymaq məqsədi ilə 1918-ci il iyunun 16-da Azərbaycan Milli Şurası və hökuməti Tiflisdən Gəncəyə köçür. Bu vaxt Gəncədə real hakimiyyət hələ may ayının axırlarında 300 nəfərlik hərbi təlimatçılarla Gəncəyə gəlmiş Türkiyənin Qafqaz ordusunun baş komandanı Nuru Paşanın əlində idi. O, tezliklə Gəncədə hərc-mərcliyə son qoymuş, şəhərdə ciddi qayda-qanun yarada bilmişdi. Azərbaycan Milli Şurası və hökumətinin həyata keçirməyə çalışdıqları tədbirlərin "həddindən artıq demokratik istiqamətindən" narazı qalan Azərbaycan burjuaziyası və mülkədarlarının müəyyən dairələrinin təsiri ilə Gəncədə real hakimiyyətə malik olan Nuru paşa buraya gəlmiş Azərbaycan Milli Şurası və hökumətini şübhə ilə qarşılayır. Hətta o, milli şura və hökumətin rəhbərlərini qəbul etməkdən belə imtina edir. Nəticədə Azərbaycanın müstəqilliyi məsələsi böyük təhlükə qarşısında qalır. Uzun danışıqlardan sonra Nuru paşanın müşaviri və onun yanında böyük nüfuz sahibi olan Əhməd bəy Ağayev qarşılıqlı güzəştlər əsasında ümumi razılığa gəlməyi təklif edir. Bu təklifə görə Milli Şura buraxılmalı və bütün hakimiyyət yeni yaradılacaq hökumətə həvalə olunmalı idi. Bu məsələlərin müzakirəsi üçün 1918-ci il iyunun 17-də keçmiş şəhər idarəsinin binasında M.Ə.Rəsulzadənin sədrliyi ilə Milli Şuranın növbəti yeddinci iclası keçirilir.
Həmin iclasda Azərbaycan Milli Şurasının buraxılması, bütün qanunverici və icraedici hakimiyyətin Azərbaycan müvəqqəti hökumətinə verilməsi haqqında iki mühüm qətnamə qəbul edilir. Milli Şuranın buraxılması haqqındakı birinci sənəddə göstərilirdi ki, həm daxili və həm də xarici siyasət sahəsində Azərbaycanda yaranmış ağır vəziyyəti nəzərə alaraq Azərbaycan Milli Şurası bütün hakimiyyəti F.X.Xoyskinin sədrliyi ilə yaradılmış hökumətə həvalə edir və ona tapşırır ki, öz hakimiyyətini qısa müddətdə çağırılacaq Müəssislər Məclisindən başqa heç kimə güzəştə getməsin.
Müvəqqəti hökumətin hüquq və səlahiyyətlərinə aid ikinci sənəddə isə qeyd olunurdu ki, Azərbaycan hökuməti Azərbaycanın dövlət istiqlaliyyətini və mövcud siyasi azadlıqları ləğv edə bilməz, aqrar və digər bu kimi mühüm inqilabi əhəmiyyətli qanunların dəyişdirilməsinə hökumətə səlahiyyət verilmir. Azərbaycan hökuməti altı aydan gec olmayaraq Müəssislər Məclisi çağırmalıdır. Qalan məsələlərdə hökumətə bütün hüquqlardan istifadə üçün səlahiyyət verilir.
İclasda çıxış edən F.X.Xoyski bildirir ki, onun yaratdığı yeni hökumətin başlıca vəzifəsi Azərbaycana azadlığı və istiqlaliyyəti uğrunda mübarizə olacaqdır. F.X.Xoyski hökuməti Gəncədə çox çətin bir şəraitdə fəaliyyətə başladı. Yaranmış mürəkkəb şəraitdə hökumətin ilk tədbiri iyunun 19-da bütün Azərbaycanda hərbi vəziyyətin elan edilməsi haqqında qərar oldu. Avqustun 11-də isə hərbi mükəlləfiyyət haqqında qərar qəbul olundu. Eyni zamanda Azərbaycan hökuməti Gəncədə dövlət aparatının təşkili işini də davam etdirir. Azərbaycan dili dövlət dili elan olunur. F.Xoyski hökumətinin mühüm tədbirlərindən biri də 1918-ci il iyul ayının 15-də Fövqəladə Təhqiqat Komissiyasının yaradılması haqqındakı qərarıdı. Həmin iclasda Azərbaycan Milli Şurasının buraxılması, bütün qanunverici və icraedici hakimiyyətin Azərbaycan müvəqqəti hökumətinə verilməsi haqqında iki mühüm qətnamə qəbul edilir.
Milli Şuranın buraxılması haqqındakı birinci sənəddə göstərilirdi ki, həm daxili və həm də xarici siyasət sahəsində Azərbaycanda yaranmış ağır vəziyyəti nəzərə alaraq Azərbaycan Milli Şurası bütün hakimiyyəti F.X.Xoyskinin sədrliyi ilə yaradılmış hökumətə həvalə edir və ona tapşırır ki, öz hakimiyyətini qısa müddətdə çağırılacaq Müəssislər Məclisindən başqa heç kimə güzəştə getməsin.
Müvəqqəti hökumətin hüquq və səlahiyyətlərinə aid ikinci sənəddə isə qeyd olunurdu ki, Azərbaycan hökuməti Azərbaycanın dövlət istiqlaliyyətini və mövcud siyasi azadlıqları ləğv edə bilməz, aqrar və digər bu kimi mühüm inqilabi əhəmiyyətli qanunların dəyişdirilməsinə hökumətə səlahiyyət verilmir. Azərbaycan hökuməti altı aydan gec olmayaraq Müəssislər Məclisi çağırmalıdır. Qalan məsələlərdə hökumətə bütün hüquqlardan istifadə üçün səlahiyyət verilir.
İclasda çıxış edən F.X.Xoyski bildirir ki, onun yaratdığı yeni hökumətin başlıca vəzifəsi Azərbaycana azadlığı və istiqlaliyyəti uğrunda mübarizə olacaqdır. F.X.Xoyski hökuməti Gəncədə çox çətin bir şəraitdə fəaliyyətə başladı. Yaranmış mürəkkəb şəraitdə hökumətin ilk tədbiri iyunun 19-da bütün Azərbaycanda hərbi vəziyyətin elan edilməsi haqqında qərar oldu. Avqustun 11-də isə hərbi mükəlləfiyyət haqqında qərar qəbul olundu. Eyni zamanda Azərbaycan hökuməti Gəncədə dövlət aparatının təşkili işini də davam etdirir. Azərbaycan dili dövlət dili elan olunur. F.Xoyski hökumətinin mühüm tədbirlərindən biri də 1918-ci il iyul ayının 15-də Fövqəladə Təhqiqat Komissiyasının yaradılması haqqındakı qərarıdı. Sənaye müəssisələri üzərində də xüsusi mülkiyyət hüququnun qorunub saxlanılması hökumətə və parlamentə bu sahədə də az-çox köklü dəyişikliklər həyata keçirməyə imkan vermirdi. Dəfələrlə sosialistlər fraksiyası parlamentdə bununla əlaqədar məsələlər qaldırır, onların həll olunmamasından istifadə edərək fəhlələr arasında təbliğat aparır, fəhlə tətilləri təşkil edirdilər. Sovet Rusiyasında torpağın, sənaye müəssisələrinin milliləşdirildiyi, onların fəhlə və kəndlilərə verildiyi haqqında sosialistlər fraksiyası açıq-açığına təbliğatla Azərbaycan Xalq Cumhuriyyəti hökumətinə və Parlamentinə qarşı pozuculuq siyasəti yeridir, Azərbaycanın nicatını yalnız Sovet Rusiyası ilə birləşməkdə olduğunu açıq və gizli şəkildə təbliğ edirdilər. Bütün bunlara baxmayaraq Azərbaycan Xalq Cumhuriyyəti və onun Parlamentinin xalqımızın dövlətçilik və ictimai-siyasi fikir tarixində rolu əvəzsizdir.
Azərbaycan Parlamentinin yaranması və fəaliyyətində Azərbaycan Xalq Cumhuriyyətinin liderləri - M.Ə.Rəsulzadənin, Ə. M. Topçubaşovun, F. X. Xoyskinin, N. Yusifbəylinin, H. Ağayevin, M. Y. Səfərovun, M. H. Hacinskinin və başqalarının böyük xidmətləri olmuşdur.
Dostları ilə paylaş: |