1 və 9 maylarda (1988) ilk piketlərin keçirildiyi fəvvarələr meydanı Məhəmməd bəyin haqqında məlumat verdiyi 1-9 may piketləri «Çənlibel»çilərin üzərində işləməkdə olduqları 16 may mitinqinə hazırlıq xarakteri daşıyırdı. Fəvvarələr meydanında keçirilən bu piketlərə səbəb Tağı Xalisbəylinin qopardığı, Məhəmmə Hatəminin dəstəklədiyi, əslində əsassız olan hay-küy idi. Meydanda açılması gözlənilən sözügedən çoxfiqurlu abidə tuncdan şəbəkəli barelyef üslubunda hazırlanmışdı və Nizami Gəncəvinin əsərlərindən müxtəlif süjetləri əks etdirirdi. Tağı Xalisbəyli və Məhəmməd Hatəmi bəzək elementləri içərisində yer alan və dövrə üzrə bir neçə dəfə təkrarlanan 4 narın guya erməni xaçını ifadə etdiyini, meydandakı zibil yeşiklərinin üzərində də xaç çəkildiyini iddia edirdilər. Sözügedən yeşiklər boşaldılması asan olsun deyə sütuna bərkidilmiş xaçvari sadə mexanizmdən ibarət idi. Yeşiklər narıncı rəngdə, sütun və xaçvari mexaniki element qara rəngdə olduğundan müəyyən qədər xaçı xatırladırdı. Amma təbii ki, «erməni xaçı» ilə heç bir əlaqəsi yox idi.