Xalis mənfəət (zərər) maddəsində təşkilatın hesabat dövründə və əvvəlki hesabat dövründə birja, qeyri-birja və sair əməliyyatlarından əldə edilmiş ümumi mənfəət (zərər) məbləğindən əmlakın əvəzsiz verilməsindən (alınmasından) və təşkilatın vəsaiti hesabına alınmış kapital ehtiyatları (xalis aktivlərin dəyəri) çıxılmaqla qalan mənfəətin (zərərin) məbləği “Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat” formasının 5-ci və 7-ci sütunlarında əks etdirilir;
təşkilatın xalis mənfəəti 801 №-li “Ümumi mənfəət (zərər)” sintetik hesabının debetində və 541 №-li “Hesabat dövrü üzrə xalis mənfəət (zərər)” sintetik hesabının müvafiq subhesablarının kreditində, zərər isə müvafiq olaraq 541
№-li “Hesabat dövrü üzrə xalis mənfəət (zərər)” sintetik hesabının müvafiq subhesablarının debetində və 801 №-li “Ümumi mənfəət (zərər)” sintetik hesabının kreditində əks etdirilir.
Xalis aktivlərdə (kapitalda) dəyişikliklər haqqında hesabat
“Xalis aktivlərdə (kapitalda) dəyişikliklər haqqında hesabat”ın forması Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 13 yanvar 2009-cu il tarixli İ-05 nömrəli əmri ilə təsdiq edilmiş Büdcə Təşkilatları üçün “Maliyyə hesabatlarının təqdimatı üzrə” 1 №-li Milli Mühasibat Uçotu Standartı ilə müəyyən edilmişdir.
Dövlət büdcəsindən maliyyələşən təşkilat tərəfindən əvvəlki və cari hesabat dövrü ərzində “Xalis aktivlərdə (kapitalda) dəyişikliklər haqqında hesabat” da xalis aktivlərin (kapitalın) aşağıdakı tərkib hissələri üzrə informasiya qruplaşdırılmaqla təqdim olunur:
Ödənilmiş səhmdar kapital;
Digər ehtiyat fondları;
Məzənnə fərqləri üzrə fondlar;
Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər).
Xalis aktivlərin (kapitalın) tərkib hissələri haqqında informasiya dövlət büdcəsindən maliyyələşən təşkilatın əvvəlki və cari hesabat dövrü ərzində aşağıdakı ardıcıllıqla ümumiləşdirilərək təqdim olunmalıdır.
Əvvəlki hesabat dövrünün əvvəlinə balans sətri üzrə:
– ödənilmiş səhmdar kapital sütununda təşkilatın əvvəlki hesabat dövrünün əvvəlinə 501 №-li “Nizamnamə (nominal) kapitalı” sintetik hesabında əks etdirilən məbləğdən 502 №-li “Nizamnamə (nominal) kapitalının ödənilməmiş hissəsi” sintetik hesabında uçota alınan məbləğ çıxılmaqla təqdim olunan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləği;
|