digər ehtiyat fondları sütununda təşkilatın əvvəlki hesabat dövrünün əvvəlinə 531 №-li “Yenidən qiymətləndirmə üzrə ehtiyat”, 533 №-li “Qanunvericiliyə əsasən yaradılan ehtiyat fondları”, 535 №-li “Digər ehtiyat fondları” sintetik hesablarında uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğlərinin cəmi;
məzənnə fərqləri üzrə fondlar sütununda təşkilatın əvvəlki hesabat dövrünün əvvəlinə 535 №-li “Digər ehtiyat fondları” sintetik hesabının müvafiq subhesabında uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləği;