bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər) sütununda təşkilatın əvvəlki hesabat dövrünün əvvəlinə 541 №-li “Hesabat dövrü üzrə xalis mənfəət (zərər)”, 543 №-li “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, 544 №-li “Elan edilmiş dividendlər” sintetik hesablarında uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğlərinin cəmi göstərilir.
Uçot siyasətində dəyişikliklər sətri üzrə:
bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər) sütununda təşkilatın əvvəlki hesabat dövrünün əvvəlinə 542 №-li “Uçot siyasətində dəyişikliklər və əhəmiyyətli səhvlər ilə bağlı mənfəət (ödənilməmiş zərər) üzrə düzəlişlər” sintetik hesabında uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləği göstərilir.
Əvvəlki hesabat dövrünün əvvəlinə düzəliş edilmiş balans sətri üzrə:
– əvvəlki hesabat dövrünün əvvəlinə balans və uçot siyasətində dəyişikliklər sətirlərinə uyğun olaraq müvafiq sütunlarda əks olunmuş ümumiləşdirilmiş məlumatların qalıq məbləğlərinin cəmi göstərilir.
Əvvəlki hesabat dövrü üzrə xalis aktivlərdə (kapitalda) dəyişikliklər
Əmlakın yenidən qiymətləndirilməsindən qazanc və itkilər sətri üzrə: