Bəybala xankiŞİyev şahrza əLİyev


№-li “Tələblərə əsasən verilən digər bank hesabları” subhesabında



Yüklə 0,67 Mb.
səhifə56/104
tarix02.01.2022
ölçüsü0,67 Mb.
#38265
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   104
Büdcə təşk. Uçot və Hesabat - Dərslik - 2013 WORD

104 №-li “Tələblərə əsasən verilən digər bank hesabları” subhesabında satılmış material qiymətliləri, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə malsatanlarla müqavilələr üzrə təşkilatın birja fəaliyyəti ilə bağlı cari hesabına daxil olan və qaytarılana qədər saxlanılan müxtəlif məbləğlər (müvəqqəti olaraq dövlət büdcəsindən maliyyələşən təşkilatların sərəncamına daxil olan və müəyyən şərtlər üzrə qaytarılası depozit məbləğlər, müəyyən olunmuş proqnozdan artıq kadr hazırlığı və ixtisasartırma məqsədilə texniki-peşə tədris müəssisələrinə daxil olan vəsaitlər, dövlət büdcəsindən maliyyələşən təşkilatlara xüsusi geyim formaları üçün hesablaşmalar üzrə daxil olmuş vəsaitlər) əks etdirilir.

Təşkilatın malsatanlarla müqavilələr üzrə satılmış material qiymətliləri, görülmüş işlər və göstərilmiş xidmətlər qəbul edildikdə 111 №-li hesabın müvafiq subhesabının debeti və 611, 631 №-li hesabların müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir. Təşkilatın hesabına malsatanlarla müqavilələr üzrə satılmış material qiymətliləri, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə daxil olmuş məbləğlər 104 №-li hesabın debeti və 111 №-li hesabın müvafiq subhesablarının kreditində əks etdirilir. Təşkilatın malsatanlarla müqavilələr üzrə kreditor borcları və öhdəliklər ödənildikdə 104 №-li subhesabın krediti və sintetik hesabların (301, 302, 304, 305, 306, 307, 308, 309, 311) müvafiq subhesabları üzrə mühasibat yazılışları verilir. Təşkilatdan malsatanlarla bağlanmış müqavilələr üzrə məbləğlərin qaytarılması tələb olunduqda (müqavilə şərtləri pozulduqda) geri qaytarılmış məbləğlər 104 №-li hesabın kreditində, 111 №-li hesabın müvafiq subhesabının debetində uçota alınır. Eyni zamanda, 611, 631 №-li hesabların müvafiq subhesablarının debeti və 111 №-li hesabın müvafiq subhesabının krediti üzrə mühasibat yazılışları verilir. Təşkilatın malsatanlarla bağlanmış müqavilələr üzrə əldə olunmuş gəlirinin xərclərdən artıq olan hissəsi onun müvafiq fond hesablarında əks etdirilir. Bu zaman 801 №-li hesabın debeti 533, 535 və ya 541

№-li hesabların müvafiq subhesablarının krediti ilə müxabirləşir. Təşkilatın malsatanlarla bağlanmış müqavilələr üzrə fondlarında yığılmış məbləğlər istifadə edildikdə 533, 535 və ya 541 №-li hesabların müvafiq subhesablarının debetində və 104 №-li subhesabın kreditində əks etdirilir. Təşkilatın malsatanlarla bağlanmış müqavilələr üzrə əldə olunmuş gəliri hesabına yaradılmış fond hesablarının istifadə edilməmiş qalıqları hesabat ilinin sonunda büdcəyə qaytarıldıqda 533, 535 və ya

541 №-li hesabların müvafiq subhesablarının debetində 104 №-li subhesabın krediti üzrə mühasibat yazılışı verilir.



  1. -li “Pul vəsaitlərinin ekvivalentləri” hesabında investisiya və digər məqsədlərdən daha çox qısamüddətli öhdəliklərin yerinə yetirilməsi üçün nəzərdə tutulan, qısa ödəniş müddətinə malik olan, pul vəsaitlərinin əvvəlcədən məlum olan məbləğinə asan çevrilə bilən və dəyərin dəyişməsi kimi cüzi riskə

məruz qalan yüksək likvidli qoyuluşlar uçota alınır. Bu hesaba aşağıdakı subhesablar açıla bilər:

    1. №-li “Akkreditivlər”;

    2. №-li “Limitləşdirilmiş çek kitabçaları”; 105-3 №-li “Pul sənədləri”;

105-4 №-li “Maliyyə qoyuluşları” və başqaları.

    1. -li “Akkreditivlər” subhesabında satılmış material qiymətlilərinə, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə sifarişçilər və malsatanlar (podratçılar) arasında bağlanmış müqavilələrə əsasən tələb olunan akkreditiv məbləğlər uçota alınır. Akkreditivlər birja və qeyri-birja fəaliyyəti ilə bağlı əldə olunmuş vəsaitlər hesabına da tələb oluna bilər. Akkreditivlərin rəsmiləşdirilməsi qaydası və onların fəaliyyət müddəti Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilir. Tələb olunan akkreditiv məbləğlər 105- 1 №-li subhesabın debetində, müvafiq pul vəsaitləri hesablarının kreditində əks etdirilir. İstifadə edilmiş akkreditiv məbləğlərə 105-1 №-li subhesabın krediti, müvafiq hesabların debeti üzrə mühasibat yazılışı verilir. İstifadə edilməmiş akkreditiv məbləğlər müvafiq pul vəsaitləri hesablarına hesablara qaytarılır.

    2. -li “Limitləşdirilmiş çek kitabçaları” subhesabında alınmış mal, görülmüş iş və göstərilmiş xidmətlərə görə limitləşdirilmiş çek kitabçaları üzrə hesablaşmalar üçün deponentləşdirilmiş məbləğlər uçota alınır. Təşkilat limitləşdirilmiş çek kitabçaları əldə etmək üçün kredit təşkilatlarına müvafiq ödəmə tapşırığı və limitləşdirilmiş çek kitabçaları alınması barədə ərizə təqdim etməlidir. Limitləşdirilmiş kitabçanın çekləri təşkilatın rəhbəri və ya baş mühasibi tərəfindən imzalanmalıdır. Mal-material qiymətliləri yerində alınarkən malın alınması üçün etibarnamə verilən vəzifəli şəxsə çeki imzalamağa icazə verilir. Vəzifəli şəxsin çeki imzalaması hüququ və mal alınması üçün tələb olunan məbləğ etibarnamədə qeyd edilir. Təşkilatın vəzifəli şəxsi tərəfindən etibarnaməyə əsasən çek imzalanarkən çekdə imzadan əvvəl «Etibarnamə əsasında» qeydi edilməlidir. Limitləşdirilmiş kitabçalardan çek mal satana malın buraxılması və ya xidmət

göstərilməsi ilə eyni vaxtda verilir. Çek üzrə hansı təşkilata, hansı hesab və ya onu əvəz edən sənəd üzrə köçürülən məbləğlər mütləq çekdə göstərilməlidir.

Çek kitabçası üzrə istifadə edilməmiş limit qalığı kredit təşkilatlarındakı hesaba qaytarılır.

Limitləşdirilmiş çek kitabçaları üzrə deponentləşdirilmiş məbləğlər 105-2

№-li subhesabın debetində 103 №-li hesabın müvafiq subhesabının kreditində əks etdirilir. Alınmış material qiymətliləri üçün çek üzrə ödənilmiş məbləğlər 105-2

№-li subhesabın kreditində və 309 №-li və digər müvafiq subhesabların debetində əks etdirilir. Ayın sonunda yekun hesablanır və ayın sonuna sərbəst limit qalığı çıxarılır. Bu qalıq limitləşdirilmiş çek kitabçaları üzrə limit qalığına uyğun gəlməlidir.


    1. -li “Pul sənədləri” subhesabında müxtəlif pul sənədləri: benzin, sürtkü yağı, ərzaq məhsulları və sairə üçün ödənilmiş talonlar, istirahət evləri, sanatoriya, turist bazalarına ödənilmiş göndəriş vərəqləri, poçt köçürmələrinə, poçt markalarına, dövlət rüsumu markalarının alınmasına bildirişlər, istiqraz vərəqələri və sairə uçota alınır. Müxtəlif pul sənədləri əldə edildikdə 105-3 №-li subhesabının debeti və 301, 309 №-li hesabın krediti üzrə mühasibat yazılışı verilir. Müxtəlif pul sənədləri silindikdə 703, 733, 743 №-li hesabların debeti və 105-3 №-li subhesabın kreditində əks etdirilir.

    2. -li “Maliyyə qoyuluşları” subhesabında təşkilatların birja fəaliyyətindən əldə olunmuş vəsaitlər hesabına həyata keçirilən bank depozitlərindəki pul (investisiya) qoyuluşlarının, qiymətli kağızların, faizli istiqrazların hərəkəti uçota alınır. Əldə olunmuş bank depozitləri, faizli səhmlər və qiymətli kağızlar 105-4 №-li subhesabın debetində, səhmlərin və digər qiymətli kağızların satışı üzrə məbləğlər isə 105-4 №-li subhesabın kreditində əks etdirilir.

Alınmış qiymətli kağızların dəyərinin ödənişi zamanı, onların alış dəyəri ilə nominal dəyəri arasında fərq yaranarsa, səhmdarlar alış və nominal dəyərləri arasındakı məbləğ fərqini hesabdan silir və ya əlavə hesablayır. Alış dəyərinin məbləği nominal dəyərdən artıq olduğu hallarda fərq 633-3 №-li hesabın debetində və 105-4 №-li subhesabın kreditində, nominal dəyərin məbləği alış dəyərindən

artıq olduğu hallarda isə bu 105-4 №-li subhesabın debetində və 633-3 №-li subhesabın kreditində əks etdirilir.

Eyni zamanda bu fərqlər üzrə aşağıdakı mühasibat yazılışları verilir:


  • Alış dəyərinin məbləği nominal dəyərdən artıq olduğu hallarda 801 №-li subhesabın debeti 633-3 №-li subhesabın krediti üzrə;

  • nominal dəyərin məbləği alış dəyərindən artıq olduğu hallarda 633-3 №- li hesabın debeti və 801 №-li subhesabın krediti üzrə.

  • 801 №-li “Mənfəət və zərərlər” subhesabı müvafiq fondlara silinmək yolu ilə bağlanılır.
    1. Qısamüddətli debitor borclarının uçotu

Qısamüddətli debitor borclarının uçotu Hesablar Planının 11-ci maddəsində əks etdirilir. Bu maddə “Qısamüddətli debitor borcları” hesabından ibarətdir. “Qısamüddətli debitor borcları” hesabı hesabat tarixindən sonra 12 ay müddətində əldə edilməsi gözlənilən borclar barədə məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulmuşdur.



  1. №-li “Qısamüddətli debitor borcları” hesabında təşkilatın mallarının satışı və müxtəlif xidmətlərin (işlərin) göstərilməsinə görə 12 ay ərzində alıcılar və sifarişçilər tərəfindən gözlənilən, gəlirin tanınma meyarlarına cavab verən, habelə işçi heyəti üzrə qısamüddətli debitor borclarının hərəkəti uçota alınır.

Hesabat dövrü ərzində gəlirin tanınma meyarlarına uyğun olaraq hesablanmış qısamüddətli debitor borcları 111 №-li hesabın müvafiq subhesablarının debeti və 611, 623, 624, 625, 631 №-li hesabların kreditində əks etdirilir.

Dövlət büdcəsindən mərkəzləşdirilmiş (yerli) xərclərin, kapital qoyuluşu üzrə mərkəzləşdirilmiş (yerli) xərclərin ödənilməsi üçün, habelə büdcədənkənar fondlardan maliyyələşmənin açılması üzrə dövlət büdcəsindən maliyyələşən təşkilat tərəfindən baş təxsisat sərəncamçılarına (baş kredit sərəncamçılarına) sifariş verildikdə 111-10 №-li subhesabın debeti və 334 №-li hesabların krediti üzrə mühasibat yazılışları verilir.

Dövlət büdcəsindən mərkəzləşdirilmiş (yerli) xərclərin, kapital qoyuluşu üzrə mərkəzləşdirilmiş (yerli) xərclərin ödənilməsi üçün, habelə büdcədənkənar fondlardan maliyyələşmənin açılması üzrə dövlət büdcəsindən maliyyələşən təşkilat tərəfindən baş təxsisat sərəncamçılarına (baş kredit sərəncamçılarına) maliyyələşmə açıldıqda 103 №-li hesabın müvafiq subhesablarının debeti və 111- 10 №-li hesabların krediti üzrə mühasibat yazılışları verilir.

Digər hallarda isə hesablanmış qısamüddətli debitor borclarına 111 №-li hesabın müvafiq subhesablarının debeti və 309 №-li hesabın krediti üzrə mühasibat yazılışları verilir.

Qısamüddətli debitor borclarının ödənilməsi zamanı 101, 103, 104 və 105

№-li hesabların müvafiq subhesablarının debeti 111 №-li hesabın müvafiq subhesablarının krediti ilə müxabirləşir.

Bu hesaba aşağıdakı subhesablar açıla bilər:


    1. №-li “Malların satışı üzrə qısamüddətli debitor borcları”;

    2. №-li “Xidmətlərin göstərilməsi üzrə qısamüddətli debitor borcları”; 111-3 №-li “Tikinti müqaviləsi üzrə qısamüddətli debitor borcları”;

111-6 №-li “Əməliyyat icarəsi üzrə qısamüddətli debitor borcları”; 111-7 №-li “Sair gəlirlər üzrə qısamüddətli debitor borcları”;

111-8 №-li “İşçi heyəti üzrə qısamüddətli debitor borcları”; 111-10 №-li “Digər qısamüddətli debitor borcları”.



    1. -li “Malların satışı üzrə qısamüddətli debitor borcları” subhesabında təşkilatın malların satışı ilə bağlı 12 ay ərzində alıcılar və sifarişçilər tərəfindən gözlənilən, gəlirin tanınma meyarlarına cavab verən qısamüddətli debitor borclarının hərəkəti uçota alınır.

    2. -li “Xidmətlərin göstərilməsi üzrə qısamüddətli debitor borcları” subhesabında təşkilatın xidmətlərin göstərilməsinə görə 12 ay ərzində alıcılar və sifarişçilər tərəfindən gözlənilən, gəlirin tanınma meyarlarına cavab verən qısamüddətli debitor borclarının hərəkəti uçota alınır.

    3. -li “Tikinti müqaviləsi üzrə qısamüddətli debitor borcları” subhesabında təşkilatın tikinti müqaviləsi üzrə yerinə yetirilmiş işlərə görə 12 ay ərzində alıcılar və sifarişçilər tərəfindən gözlənilən, gəlirin tanınma meyarlarına cavab verən qısamüddətli debitor borclarının hərəkəti uçota alınır.

    1. -li “Əməliyyat icarəsi üzrə qısamüddətli debitor borcları” subhesabında təşkilatın əməliyyat icarəsinə görə 12 ay ərzində alıcılar və sifarişçilər tərəfindən gözlənilən, gəlirin tanınma meyarlarına cavab verən qısamüddətli debitor borclarının hərəkəti uçota alınır.

    2. -li “Sair gəlirlər üzrə qısamüddətli debitor borcları” subhesabında təşkilatın adi fəaliyyətinə aid olunmayan xidmətlərin (torpaq, tikili, avadanlığın və digər uzunmüddətli aktivlərin satışından gəlirlər, yenidən

qiymətləndirilmədən gəlirlər, əvəzsiz olaraq alınmış aktivlər, keçmiş illər üzrə gəlirlər, ümidsiz borcların və silinmiş borcların bərpası üzrə gəlirlər, məzənnə fərqləri üzrə gəlirlər, digər əməliyyat gəlirləri) göstərilməsinə görə 12 ay ərzində alıcılar və sifarişçilər tərəfindən gözlənilən, gəlirin tanınma meyarlarına cavab verən qısamüddətli debitor borclarının hərəkəti uçota alınır.

    1. -li “İşçi heyəti üzrə qısamüddətli debitor borcları” subhesabında işçilərə təqdim edilmiş kreditlər və borclar üzrə, həmçinin işçilər tərəfindən dəymiş zərərin (çatışmazlıq, oğurluq, xarabolma və buna oxşar sair) ödənilməsi üzrə tələblər və işçilərlə yaranmış sair qısamüddətli debitor borcları əks etdirilir.


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin