Bəybala xankiŞİyev şahrza əLİyev


Cəmi xalis aktivlər (kapital)



Yüklə 0,67 Mb.
səhifə64/104
tarix02.01.2022
ölçüsü0,67 Mb.
#38265
növüDərs
1   ...   60   61   62   63   64   65   66   67   ...   104
Büdcə təşk. Uçot və Hesabat - Dərslik - 2013 WORD

Cəmi xalis aktivlər (kapital) sətri üzrə yekun məbləğlər “Maliyyə vəziyyəti haqqında hesabat” formasının müvafiq olaraq 5-ci və 7-ci sütunlarında əks etdirilir.

Cəmi xalis aktivlər (kapital) və öhdəliklər sətri üzrə yekun məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat” formasının 5-ci və 7-ci sütunlarında əks etdirilir.
XII FƏSİL. BÜDCƏ TƏŞKİLATLARININ MALİYYƏ FƏALİYYƏTİNİN NƏTİCƏLƏRİ HAQQINDA HESABATLAR

12.1. Gəlirlər üzrə maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat, 12.2. Xərclər üzrə maliyyə fəaliyyəti nəticələri haqqında hesabat, 12.3. Ümumi mənfəət (zərər) üzrə maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat, 12.4. Xalis aktivlərdə (kapitalda) dəyişikliklər haqqında hesabat.



    1. Gəlirlər üzrə maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat

“Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat”ın forması Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 13 yanvar 2009-cu il tarixli İ-05 nömrəli əmri ilə təsdiq edilmiş Büdcə Təşkilatları üçün “Maliyyə hesabatlarının təqdimatı üzrə” 1 №-li Milli Mühasibat Uçotu Standartı ilə müəyyən edilmişdir.

Dövlət büdcəsindən maliyyələşən təşkilat tərəfindən hesabat dövrü ərzində tanınmış bütün gəlir, xərc və mənfəət (zərər) haqqında informasiya “Maliyyə fəaliyyətinin nəticələri haqqında” hesabatda əks olunmaqla aşağıdakı bölmələr üzrə qruplaşdırılır:

Gəlirlər; Xərclər;

Ümumi mənfəət (zərər).

Təşkilat “Maliyyə fəaliyyətinin nəticələri haqqında” hesabatı daha etibarlı və standartın tələblərinə uyğun tərtib etmək üçün həmin hesabatda informasiyanı xərclərin xarakteri metodu əsasında təqdim etməlidir.

“Maliyyə fəaliyyətinin nəticələri haqqında” hesabatda gəlirlər aşağıdakı maddələr üzrə ümumiləşdirilir:



  • qeyri-birja əməliyyatlarından gəlir;

  • birja əməliyyatlarından gəlir;

  • sair əməliyyat gəliri.

Qeyri-birja əməliyyatlarından gəlir” maddəsində təşkilatın hesabat dövründə və əvvəlki hesabat dövründə 111 №-li “Qısamüddətli debitor borcları”nın müvafiq subhesabları və ya 334 №-li “Qısamüddətli məqsədli maliyyələşmələr və daxilolmalar” hesabının debeti və 621 №-li “Dövlət büdcəsindən alınmış vəsaitlər”, 622 №-li “Digər büdcələrdən alınmış vəsaitlər”, 623 №-li “Kapital ayırmaları kimi qeyd olunmamış köçürmələr”, 624 №-li “Digər təşkilatlardan köçürmələr”, 625 №-li “Sair gəlirlər” sintetik hesablarının krediti üzrə uçota alınmış məbləğlərin cəmi göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat” formasının 4-cü və 6-cı sütunlarında əks etdirilir.

Birja əməliyyatlarından gəlir” maddəsində təşkilatın hesabat dövründə və əvvəlki hesabat dövründə 111 №-li “Qısamüddətli debitor borcları”nın müvafiq subhesablarının debeti və 611 №-li “Satış” sintetik hesabının krediti üzrə uçota alınmış məbləğlərdən 612 №-li “Satılmış malların qaytarılması”, 613 №-li “Verilmiş güzəştlər” sintetik hesablarının kreditində əks etdirilmiş məbləğlər çıxılmaqla ümumiləşdirilmiş məlumatlar göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat” formasının 4-cü və 6-cı sütunlarında əks etdirilir.

Satış” sintetik hesabında təşkilatın hesabat dövründə və əvvəlki hesabat dövründə 111 №-li “Qısamüddətli debitor borcları”nın müvafiq subhesablarının debeti və 611-1 №-li “Xidmətlərin göstərilməsi üzrə gəlir”, 611-3 №-li “Tikinti müqavilələri üzrə gəlir”, 611-5 №-li “İcarə üzrə gəlir”, 611-6 №-li “Sair satış” sintetik hesablarının krediti üzrə uçota alınmış məbləğlərin cəmi göstərilir.

Sair əməliyyat gəlirləri” maddəsində təşkilatın hesabat dövründə və əvvəlki hesabat dövründə 111 №-li “Qısamüddətli debitor borcları”nın müvafiq subhesabları və ya 334 №-li “Qısamüddətli maliyyələşmələr və daxilolmalar” hesabının debeti və 631 №-li “Digər əməliyyat gəlirləri”, 632 №-li “Fəaliyyətin dayandırılmasından qazanclar”, 633 №-li “Maliyyə gəlirləri” sintetik hesablarının kreditində əks etdirilmiş məbləğlərin cəmi göstərilir. Həmin məbləğlər müvafiq

olaraq “Maliyyə fəaliyyətinin nəticələri haqqında” hesabat formasının 4-cü və 6-cı sütunlarında əks etdirilir.

Digər əməliyyat gəlirləri” sintetik hesabında təşkilatın hesabat dövründə və əvvəlki hesabat dövründə 111№-li “Qısamüddətli debitor borcları”nın müvafiq subhesabları və ya 334 №-li “Qısamüddətli maliyyələşmələr və daxilolmalar” hesabının debeti və 631-1 №-li “Torpaq, tikili, avadanlığın və digər uzunmüddətli aktivlərin satışından gəlirlər”, 631-2 №-li “Yenidənqiymətləndirmədən gəlirlər”, 631-3 №-li “Əvəzsiz olaraq alınmış aktivlər”, 631-4 №-li “Cərimələr və digər oxşar ödənişlər”, 631-5 №-li “Keçmiş illər üzrə gəlirlər”, 631-6 №-li “Ümidsiz borcların bərpası”, 631-7 №-li “Silinmiş ehtiyatların bərpası”, 631-8 №-li “Məzənnə fərqləri üzrə gəlirlər” sintetik hesablarının krediti üzrə uçota alınmış məbləğlərin cəmi göstərilir.

Maliyyə gəlirləri” sintetik hesabında təşkilatın hesabat dövründə və əvvəlki hesabat dövründə 111 №-li “Qısamüddətli debitor borcları”nın müvafiq subhesabları və ya 334 №-li “Qısamüddətli maliyyələşmələr və daxilolmalar” hesabının debeti və “633-1 №-li “Faiz gəliri”, 633-2 №-li “Qiymətdən düşmüş borclar üzrə faiz gəlirləri”, 633-3 №-li “Dividend üzrə gəlir” sintetik hesablarının krediti üzrə uçota alınmış məbləğlərin cəmi göstərilir.


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin