Bəybala xankiŞİyev şahrza əLİyev


Cəmi qısamüddətli öhdəliklər



Yüklə 0,67 Mb.
səhifə62/104
tarix02.01.2022
ölçüsü0,67 Mb.
#38265
növüDərs
1   ...   58   59   60   61   62   63   64   65   ...   104
Büdcə təşk. Uçot və Hesabat - Dərslik - 2013 WORD

Cəmi qısamüddətli öhdəliklər sətri üzrə yekun məbləğlər “Maliyyə vəziyyəti haqqında hesabat” formasının müvafiq olaraq 5-ci və 7-ci sütunlarında əks etdirilir.
    1. Uzunmüddətli öhdəliklər üzrə maliyyə vəziyyəti haqqında hesabat

Uzunmüddətli öhdəliklər aşağıdakı maddələr üzrə ümumiləşdirilmiş məlumatları əhatə edir:

“Uzunmüddətli kreditor borcları”; “Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər”; “Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər”.

Uzunmüddətli kreditor borclar” maddəsində 401 №-li “Malsatan və podratçılara uzunmüddətli kreditor borcları”, 402 №-li “Törəmə (asılı) müəssisələrə uzunmüddətli kreditor borcları”, 403 №-li “Tikinti müqavilələri üzrə uzunmüddətli kreditor borcları”, 404 №-li “Faizlər üzrə uzunmüddətli kreditor borcları”, 405 №-li “Digər uzunmüddətli kreditor borcları” sintetik hesablarında hesabat dövrünün əvvəlinə və sonuna uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğlərinin cəmi göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 4-cü və 6-cı sütunlarında əks etdirilir.

Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər” maddəsində 411 №-li “Uzunmüddətli bank kreditləri”, 412 №-li “İşçilər üçün uzunmüddətli bank kreditləri”, 414 №-li “Uzunmüddətli borclar”, 416 №-li “İcarə üzrə uzunmüddətli öhdəliklər”, 418 №-li “Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər” sintetik hesablarında hesabat dövrünün əvvəlinə və sonuna uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğləri göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 4-cü və 6-cı sütunlarında əks etdirilir.

Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər” maddəsində 422 №-li “Uzunmüddətli zəmanət öhdəlikləri”, 424 №-li “Digər uzunmüddətli qiymətləndirilmiş öhdəliklər” sintetik hesablarında hesabat dövrünün əvvəlinə və sonuna uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğlərinin cəmi göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat” formasının 4-cü və 6-cı sütunlarında əks etdirilir.




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin