Cəmi gəlirlər sətri üzrə məbləğlər “Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat” formasının 4-cü və 6-cı sütunlarında əks etdirilmiş gəlir məbləğlərinin cəmindən ibarət olmaqla müvafiq olaraq həmin formanın 5-ci və 7- ci sütunlarında göstərilir.
Xərclər üzrə maliyyə fəaliyyəti nəticələri haqqında hesabat
“Maliyyə fəaliyyətinin nəticələri haqqında” hesabatda xərclər aşağıdakı maddələr üzrə ümumiləşdirilir:
əmək haqqı xərcləri və dövlət sosial sığorta ayırmaları;
“Əmək haqqı xərcləri və dövlət sosial sığorta ayırmaları” maddəsindətəşkilatın hesabat dövründə və əvvəlki hesabat dövründə birja və qeyri-birja əməliyyatlarından əldə edilmiş gəlirləri üzrə tanınmış əmək haqqı və dövlət sosial sığorta ayırmaları xərcləri əks etdirilir. Bu zaman aşağıdakı mühasibat yazılışları verilir: