Bəybala xankiŞİyev şahrza əLİyev


Cəmi uzunmüddətli öhdəliklər



Yüklə 0,67 Mb.
səhifə63/104
tarix02.01.2022
ölçüsü0,67 Mb.
#38265
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   ...   104
Büdcə təşk. Uçot və Hesabat - Dərslik - 2013 WORD

Cəmi uzunmüddətli öhdəliklər sətri üzrə yekun məbləğlər “Maliyyə vəziyyəti haqqında hesabat” formasının müvafiq olaraq 5-ci və 7-ci sütunlarında əks etdirilir.

Cəmi öhdəliklər sətri üzrə yekun məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat” formasının 5-ci və 7-ci sütunlarında əks etdirilir.
    1. Xalis aktivlər (kapital) üzrə maliyyə vəziyyəti haqqında hesabat

Xalis aktivlər (kapital) aşağıdakı maddələr üzrə ümumiləşdirilmiş məlumatları əhatə edir:

“Ödənilmiş nominal (nizamnamə) kapitalı”; “Geri alınmış kapital (səhmlər)”;

“Kapital ehtiyatları”;

“Bölüşdürülməmiş mənfəət (ödənilməmiş) zərər”.

Ödənilmiş nominal (nizamnamə) kapital” maddəsində 501 №-li ”Nizamnamə (nominal) kapitalı” sintetik hesabında əks etdirilən məbləğdən 502

№-li “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi” sintetik hesabında uçota alınan məbləğ çıxılmaqla hesabat dövrünün əvvəlinə və sonuna təqdim olunan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğləri göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 4-cü və 6-cı sütunlarında əks etdirilir.

Geri alınmış kapital (səhmlər)” maddəsində 521 №-li “Geri alınmış kapital (səhmlər)” sintetik hesabında hesabat dövrünün əvvəlinə və sonuna uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğləri göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 4-cü və 6-cı sütunlarında əks etdirilir.

Kapital ehtiyatları” maddəsində 531 №-li “Yenidən qiymətləndirmə üzrə ehtiyat”, 532 №-li “Məzənnə fərqləri üzrə ehtiyat fondları”, 533 №-li “Qanunvericiliyə əsasən yaradılan ehtiyat fondları”, 535 №-li “Digər ehtiyat fondları” sintetik hesablarında hesabat dövrünün əvvəlinə və sonuna uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğlərinin cəmi göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat” formasının 4-cü və 6-cı sütunlarında əks etdirilir.

Bölüşdürülməmiş mənfəət (ödənilməmiş) zərər” maddəsində 541 №-li “Hesabat dövrü üzrə xalis mənfəət (zərər)”, 542 №-li “Uçot siyasətində

dəyişikliklər və əhəmiyyətli səhvlərlə bağlı mənfəət (zərər) üzrə düzəlişlər”, 543

№-li “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş) zərər” sintetik hesablarında hesabat dövrünün əvvəlinə və sonuna uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğlərinin cəmi göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat” formasının 4-cü və 6-cı sütunlarında əks etdirilir.




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin