Bəybala xankiŞİyev şahrza əLİyev


Cəmi uzunmüddətli aktivlər



Yüklə 0,67 Mb.
səhifə61/104
tarix02.01.2022
ölçüsü0,67 Mb.
#38265
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   ...   104
Büdcə təşk. Uçot və Hesabat - Dərslik - 2013 WORD

Cəmi uzunmüddətli aktivlər sətri üzrə yekun məbləğlər “Maliyyə vəziyyəti haqqında hesabat” formasının müvafiq olaraq 5-ci və 7-ci sütunlarında əks etdirilir.

Cəmi aktivlər sətri üzrə yekun məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat” formasının 5-ci və 7-ci sütunlarında əks etdirilir.
    1. Qısamüddətli öhdəliklər üzrə maliyyə vəziyyəti haqqında hesabat

Öhdəliklər aşağıdakı hallarda qısamüddətli öhdəlik kimi təsnifləşdirilir:



      • təşkilatın adi əməliyyat dövründə öhdəliklərin ödənilməsi nəzərdə tutulduqda;

      • hesabat tarixindən sonra 12 ay müddətində öhdəlik ödənilməli olduqda;

      • təşkilat öhdəliyin yerinə yetirilməsini hesabat tarixindən sonra ən azı 12 ay müddətində uzatmaq kimi müstəsna hüquqa malik olmadıqda.

      • Bütün digər hallarda öhdəliklər uzunmüddətli öhdəlik kimi təsnifləşdirilməlidir.

      • Qısamüddətli öhdəliklər aşağıdakı maddələr üzrə ümumiləşdirilmiş məlumatları əhatə edir:

      • Qısamüddətli kreditor borcları;

      • Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər;

      • Qısamüddətli qiymətləndirilmiş öhdəliklər;

      • Sair qısamüddətli öhdəliklər.

Qısamüddətli kreditor borcları” maddəsində 301 №-li “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”, 302 №-li “Törəmə (asılı) müəssisələrə qısamüddətli kreditor borcları”, 304 №-li “İcarə ilə bağlı qısamüddətli kreditor borcları”, 305 №-li “Tikinti müqavilələri ilə bağlı qısamüddətli kreditor borcları”, 306 №-li “Faizlər ilə bağlı qısamüddətli kreditor borcları”, 307 №-li “Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar”, 308 №-li “Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər”, 309 №-li “Digər qısamüddətli kreditor borcları” sintetik hesablarında hesabat dövrünün əvvəlinə və sonuna uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğlərinin cəmi göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 4-cü və 6-cı sütunlarında əks etdirilir. 308 №-li “Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər” sintetik hesabında uçota alınan qalıq məbləğləri bu hesab üzrə açılmış müvafiq

subhesabların qalıq məbləğlərinin cəmindən ibarətdir.

Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər” maddəsində 311 №-li “Qısamüddətli bank kreditləri”, 312 №-li “İşçilər üçün qısamüddətli bank kreditləri”, 314 №-li “Qısamüddətli borclar”, 317 №-li “Digər qısamüddətli faiz xərcləri yaradan öhdəliklər” sintetik hesablarında hesabat dövrünün əvvəlinə və sonuna uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğləri göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 4-cü və 6-cı sütunlarında əks etdirilir. Bu sintetik hesabda uçota alınan qalıq məbləğləri həmin hesab üzrə açılmış subhesabların qalıq məbləğlərinin cəmindən ibarətdir.

311 №-li “Qısamüddətli bank kreditləri” sintetik hesabında uçota alınan qalıq məbləğləri həmin hesab üzrə açılmış subhesabların qalıq məbləğlərinin cəmindən ibarətdir.

Qısamüddətli qiymətləndirilmiş öhdəliklər” maddəsində 321 №-li “İşdən azadolma ilə bağlı qısamüddətli müavinətlər və öhdəliklər”, 323 №-li “Qısamüddətli zəmanət öhdəlikləri”, 324 №-li “Digər qısamüddətli qiymətləndirilmiş öhdəliklər” sintetik hesablarında hesabat dövrünün əvvəlinə və sonuna uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğlərinin cəmi göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat” formasının 4-cü və 6-cı sütunlarında əks etdirilir.

Sair qısamüddətli öhdəliklər” maddəsində 331 №-li “Qısamüddətli pensiya öhdəlikləri”, 332 №-li “Gələcək hesabat dövrlərinin gəlirləri”, 333 №-li “Alınmış qısamüddətli avanslar”, 334 №-li “Qısamüddətli maliyyələşmələr və daxilolmalar”, 335 №-li “Digər qısamüddətli öhdəliklər” sintetik hesablarında hesabat dövrünün əvvəlinə və sonuna uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğlərinin cəmi göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat” formasının 4-cü və 6-cı sütunlarında əks etdirilir.




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin