Bəybala xankiŞİyev şahrza əLİyev


-9 №-li “Sair məsrəflər” subhesabında



Yüklə 0,67 Mb.
səhifə58/104
tarix02.01.2022
ölçüsü0,67 Mb.
#38265
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   104
Büdcə təşk. Uçot və Hesabat - Dərslik - 2013 WORD

122-9 №-li “Sair məsrəflər” subhesabında təşkilatın xidmət (istehsal) prosesində istifadə olunmuş sair məsrəflərin hərəkəti uçota alınır. Təşkilat tərəfindən digər təşkilatlara, onların görülmüş iş və göstərilmiş xidmətlərlə bağlı sair məsrəflərinə aid olunan müvafiq xidmət məbləğlərinin ödənilməsi tələb olunduqda 122-9 №-li subhesabın debeti, 301, 302, 304, 305 və 309 №-li hesabların, 308-3 №-li subhesabın krediti üzrə mühasibat yazılışları verilir.

Xidmətlərin göstərilməsi ilə bağlı xərc kimi tanınmış məsrəflər 703, 733, 743 №-li hesabların debeti və 122 №-li hesabın müvafiq subhesablarının krediti üzrə əks etdirilir. Məhsulların istehsalı ilə əlaqədar məsrəflər hazır məhsul kimi



tanındıqda 124 №-li hesabın debeti və 122 №-li hesabın müvafiq subhesablarının kreditində uçota alınır. Xidmət (istehsal) prosesi zamanı yaranmış məsrəflərin xərcə aid edilməyən hissəsi bitməmiş xidmət (istehsal) kimi 122 №-li hesabın müvafiq subhesablarında əks etdirilir.

  1. -li “Tikinti müqavilələri üzrə bitməmiş tikinti işləri” subhesabında tikinti müqavilələri üzrə bitməmiş tikinti işlərinə görə məsrəflər uçota alınır. Tikinti müqavilələrinə əsasən təşkilat tərəfindən görülmüş iş və göstərilmiş xidmətlərlə bağlı məsrəflər 123 №-li hesabın debeti, 121, 126, 301, 302, 304, 305, 307, 309 №-li hesabların və 308-2, 308-3 №-li subhesabların kreditində uçota alınır. Təşkilatın görülmüş iş və göstərilmiş xidmətləri alıcılar və sifarişçilər tərəfindən qəbul edildikdə 701, 731, 741 №-li hesabların debeti və 123

№-li hesabın krediti üzrə mühasibat yazılışı verilir. Təşkilat tərəfindən görülmüş iş və göstərilmiş xidmətlər nəticəsində hazırlanmış, istehsal olunmuş hazır məhsullar 124 №-li hesabların debeti və 123 №-li hesabın kreditində əks etdirilir.

  1. -li “Hazır məhsul” hesabında satış məqsədi üçün təşkilat tərəfindən hazırlanmış hazır məhsul (mallar) uçota alınır. Təşkilat tərəfindən görülmüş iş və göstərilmiş xidmətlər nəticəsində hazırlanmış, istehsal olunmuş hazır məhsullar uçota alındıqda 124 №-li hesabların debeti və 122, 123№-li hesabların krediti üzrə mühasibat yazılışı aparılır. Satılmış hazır məhsul (mallar) 701, 731, 741 №-li hesabların debeti və 124 №-li hesabın krediti üzrə əks etdirilir.

  2. -li “Satış məqsədilə saxlanılan digər aktivlər” hesabında təşkilat tərəfindən satış üçün saxlanılan uzunmüddətli aktivlər və ehtiyatlar əks etdirilir. Təşkilat tərəfindən uzunmüddətli aktivlər və ehtiyatlar satış üçün nəzərdə tutulduqda 125 №-li hesabın debeti uzunmüddətli aktivlərin və ehtiyatların müvafiq hesablarının krediti ilə müxabirləşir. Satılmış aktivlər üzrə hesablanmış gəlirlərdən xərclərin çıxılması 631№-li hesabın müvafiq subhesabının debeti və 741, 742, 743 №-li hesabların kreditində uçota alınır. Satılmış aktivlər üzrə xərclər tanındıqda 741, 742, 743 №-li hesabların debeti və 125 №-li hesabın krediti üzrə mühasibat yazılışı verilir. Təşkilatın fəaliyyətinin həyata keçirilməsi üçün istifadəsinə zərurət yaranmış satış məqsədi ilə saxlanılan aktivlər geri qaytarıldıqda

uzunmüddətli aktivlərin və ehtiyatların müvafiq hesablarının debeti və 125 №-li hesabın krediti üzrə mühasibat yazılışı verilir.

  1. -li “Digər ehtiyatlar” hesabında 121 №-li “Material ehtiyatları” hesabına daxil edilməyən sair ehtiyatların hərəkəti uçota alınır. Digər ehtiyatlar alındıqda 126 №-li hesabın müvafiq subhesablarının debeti 301, 309 №-li hesabların müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir. Digər ehtiyatların silinməsi 122-3 №-li subhesabının debeti və 126 №-li hesabların müvafiq subhesablarının kreditində əks etdirilir.

  2. -li “Ehtiyatların dəyərinin azalmasına görə düzəlişlər” hesabında ehtiyatların dəyərdən düşməsi səbəbindən həmin ehtiyatların dəyərinin azalmasına görə düzəlişlərin hərəkəti ilə bağlı əməliyyatlar əks etdirilir. Ehtiyatların dəyərinin azalmasına görə düzəlişlər müəyyən edildikdə 127 №-li hesabın debeti, 121, 124, 125, 126 №-li hesabların müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir. Həmin düzəlişlər hesabat dövrünün xərclərinə aid edilərək 701, 702, 703, 731, 732, 733, 741, 742, 743№-li hesabların debeti və 127

№-li hesabın kreditində əks etdirilir.
    1. Qısamüddətli maliyyə aktivlərinin uçotu

Sair qısamüddətli maliyyə aktivlərinin uçotu Hesablar Planının 13-cü maddəsində əks etdirilir. Bu maddədə təşkilatın birja və qeyri-birja fəaliyyətinin həyata keçirilməsi ilə bağlı verilmiş qısamüddətli borclar, digər qısamüddətli investisiyalar və sair qısamüddətli maliyyə aktivlərinin dəyərinin azalmasına görə düzəlişlər barədə ümumiləşdirilmiş məlumatlar təqdim olunur. Bu maddə aşağıdakı hesablardan ibarətdir:



131 №-li “Satış məqsədilə saxlanılan qısamüddətli investisiyalar”; 132 №-li “Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar”; 133 №-li “Verilmiş qısamüddətli borclar”;

  1. №-li “Digər qısamüddətli investisiyalar;

  2. №-li “Sair qısamüddətli maliyyə aktivlərinin dəyərinin azalmasına görə düzəlişlər”.

  1. -li “Satış məqsədilə saxlanılan qısamüddətli investisiyalar” sintetik hesabında təşkilat tərəfindən satış məqsədilə saxlanılan qiymətli kağızlar (digər təşkilatlara məxsus səhmlər, kapital alətləri) barədə hesabat dövrünün əvvəlinə və sonuna uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğləri göstərilir. Təşkilat tərəfindən satış məqsədilə saxlanılan qısamüddətli investisiyalar əldə edildikdə 131 №-li hesabın debeti və 301, 309 №-li hesabların krediti üzrə mühasibat yazılışı verilir. Satış məqsədilə saxlanılan qısamüddətli investisiyalar satıldıqda 611-6 №-li hesabın debeti və 703 №-li hesabların krediti üzrə mühasibat yazılışı verilir. Eyni zamanda, bu məbləğlər 703 №-li hesabın debeti və 131 №-li hesabların kreditində əks etdirilir.

  2. -li “Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar” hesabında ödəmə tarixinədək təşkilatın dəqiq əldə edə biləcəyi, müəyyən edilən ödənişlərlə və təsbit edilmiş ödəmə tarixi olan qiymətli kağızlar (qısamüddətli maliyyə aktivləri) uçota alınır. Təşkilat tərəfindən ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar əldə edildikdə 132 №-li hesabın debeti, 111 №-li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir. Ödənişə

qədər saxlanılan qısamüddətli investisiyaların dəyəri ödənildikdə həmin məbləğlər 103 №-li hesabın debeti və 132 №-li hesabın kreditində əks etdirilir.

  1. -li “Verilmiş qısamüddətli borclar” sintetik hesabında təşkilat tərəfindən verilmiş qısamüddətli borclar barədə hesabat dövrünün əvvəlinə və sonuna uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğlərinin cəmi göstərilir. Təşkilat tərəfindən verilmiş qısamüddətli borclar 133 №-li hesabın debeti, 101, 104 №-li hesabların və 103, 105 №-li hesabların müvafiq subhesablarının kreditində əks etdirilir.

  1. №-li “Digər qısamüddətli investisiyalar” sintetik hesabında təşkilat tərəfindən verilmiş digər qısamüddətli investisiyalar barədə hesabat dövrünün əvvəlinə və sonuna uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğlərinin cəmi göstərilir. Təşkilat tərəfindən digər qısamüddətli investisiyalar verildikdə 134 №-li hesabın debeti, 101, 104 №-li hesabların və 103, 105 №-li hesabların müvafiq subhesablarının kreditində əks etdirilir.

  2. №-li “Sair qısamüddətli maliyyə aktivlərinin dəyərinin azalmasına görə düzəlişlər” sintetik hesabında təşkilatın sair qısamüddətli maliyyə aktivlərinin dəyərdən düşməsi səbəbindən həmin aktivlərin dəyərinin azalmasına görə düzəlişlərin hərəkəti ilə bağlı əməliyyatlar əks etdirilir. Bu düzəlişlər müəyyən edildikdə 135 №-li hesabın debeti, 133, 134 №-li hesabların krediti üzrə mühasibat yazılışı verilir. Həmin düzəlişlər hesabat dövrünün xərclərinə aid edilərək 701, 702, 703, 731, 732, 733, 741, 742, 743 №-li hesabların debetində və 135 №-li hesabın kreditində uçota alınır.

Verilmiş qısamüddətli borcların, digər uzunmüddətli investisiyaların qaytarılması zamanı 101, 104 №-li hesabların və 103, 105 №-li hesabların müvafiq subhesablarının debeti, 133, 134 №-li hesabın krediti üzrə mühasibat yazılışı verilir.
    1. Sair qısamüddətli aktivlərin uçotu

Sair qısamüddətli aktivlərin uçotu Hesablar Planının 14-cü maddəsində əks etdirilir. Bu maddə əvvəlki bölmələrdə nəzərə alınmayan digər qısamüddətli aktivlər barədə məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulmuşdur. Bu maddə aşağıdakı hesablardan ibarətdir:

143 №-li “Verilmiş qısamüddətli avanslar”; 144 №-li “Təhtəlhesab məbləğlər”;

145 №-li “Digər qısamüddətli aktivlər”.



  1. -li “Verilmiş qısamüddətli avanslar” hesabında sifarişçi tərəfindən hesabat dövrü ərzində aktivlərin (malların) alınması, eləcə də hissə-hissə qəbul edilən məhsul, iş və xidmətlərin hissə-hissə qəbul edilməsi ilə əlaqədar icraçıya əvvəlcədən ödənilmiş məbləğlərin hərəkəti uçota alınır. Sifarişçi tərəfindən verilmiş qısamüddətli avanslar 143 №-li hesabın debeti, 101,104 №-li hesabların və 103 №-li hesabın müvafiq subhesablarının kreditində əks etdirilir. İcraçının qismən və ya tam təqdim etdiyi məhsullar, işlər və xidmətlər sifarişçi tərəfindən qəbul edildikdən sonra 301,302, 304, 305, 307, 308, 309 №-li hesabların debeti və 143 №-li hesabın krediti üzrə mühasibat yazılışı verilir. İcraçının təqdim etdiyi xidmətlərə (iş və məhsullara) görə sifarişçi tərəfindən həyata keçirilən artıq ödəmələr üzrə məbləğlərə ilin sonunda 301, 302, 304, 305, 307, 308, 309 №-li hesabların kreditindən 143 №-li hesabın debetinə mühasibat yazılışı verilir.

  2. -li “Təhtəlhesab məbləğlər” hesabında dəftərxana ləvazimatlarının, ezamiyyə xərclərinin və digər inzibati-təsərrüfat ehtiyaclarının ödənilməsi üçün təşkilatın işçilərinə verilmiş təhtəlhesab məbləğlər üzrə hesablaşmalar haqqında məlumatların ümumiləşdirilmiş hərəkəti uçota alınır. Təhtəlhesab şəxslərə hesablanmış təhtəlhesab məbləğlər 144 №-li hesabın debeti və 101, 103 №-li hesabların müvafiq subhesablarının kreditində əks etdirilir. Təhtəlhesab şəxslər tərəfindən təhtəlhesab məbləğlər üzrə hesabat təqdim olunduqda 121, 122, 126, 231, 234, 241, 251 №-li hesabların müvafiq

subhesablarının debeti və 144 №-li hesabın krediti üzrə mühasibat yazılışı verilir.

Təhtəlhesab şəxslər dedikdə inzibati-idarə xərcləri və xidmət ezamiyyəti xərcləri üçün təşkilatın kassasından avans və bu avansın xərclənməsi üçün mühasibat qarşısında yazılı hesabat verməli olan işçilər nəzərdə tutulur. Təltəlhesab üçün kassadan pul avans almağa ixtiyarı olan şəxslərin siyahısı təşkilat rəhbəri tərəfindən əvvəlcədən müəyyənləşdirilir. Təltəlhesab yolu ilə xərclənməli məbləğ qismən məhduddur. Onlar smetada az nəzərdə tutulurlar. Təsərrüfat xərcləri üçün verilmiş vəsait üçün təhtəlhesab şəxs üç gün ərzində, əgər idarənin yerləşdiyi ərazidən kənardırsa, on gün ərzində, ezamiyyətdə olan şəxslər isə iş yerinə qayıtdığı günün səhəri mühasibata hesabat təqdim etməlidir. Bu avansın məbləği təşkilat üçün nəzərdə tutulmuş gündəlik xərc məbləğindən artıq olmamalıdır.

Xidmət ezamiyyəti ilə əlaqədar xərclər üçün verilən avansın məbləği ezamiyyətin müddəti və yol xərcinin məbləğindən asılıdır. Xidmət ezamiyyətinə göndərilən şəxsə yol kirayəsi, sutkalıq xərc və kommunal xərcləri üçün avans verilir. Yol xərcini məbləği dəmir yolu, su yolu, hava yolu və yaxud avtomobil nəqliyyatı üzrə ezamiyyət yerinə və geri qayıtması üçün tələb olunan məbləğdə verilir. Sutkalıq xərc işçinin ezamiyyətdə olduğu bütün günlər üçün (istirahət və bayram günləri də daxil olmaqla) verilir. Kommunal xərclər ezamiyyətə getmiş şəxsin gecələmə üçün təqdim etdiyi qəbzə əsasən verilir. Xidmət ezamiyyəti dövrü işçinin əmək haqqı saxlanılır.

Təhtəlhesab üçün avans alası şəxs təşkilatın rəhbərinin adına ərizə yazır, burada avansın məqsədini və məbləğini göstərir. Əgər həmin şəxsin əvvəl almış olduğu avansdan təşkilata borcu yoxdursa, onda mühasib bu barədə ərizədə qeyd edərək qol çəkir. Eyni zamanda indi veriləsi xərcin hansı smeta maddəsinə aid olduğunu qeyd edir. Bundan sonra ərizə müəssisəsinin rəhbərinə verilir. Müəssisənin rəhbəri avansın verilməsinə yazılı qaydada icazə verir.

Bundan sonra kassadan avans verilməsi üçün kassa məxaric orderi yazılır. Burada kassa məxaric orderinin tarixi, nömrəsi, avans alan şəxsin familyası, adı, atasının adı, vəzifəsi, iş yeri, avansın məqsədi və məbləği göstərilir.

Kredit sərəncamçısı kimi kassa məxaric orderinə təşkilatın rəhbəri və baş mühasib imza edirlər. Bundan sonra kassa məxaric orderi kassirə verilir.

Təhtəlhesab şəxsə kassadan avans verildikdə kassa məxaric orderinə pulu buraxması barədə kassir və alması barədə təhtəlhesab şəxs imza edirlər.

Ezamiyyət xərcləri üçün avans əgər bu xərc üçün limit varsa verilir. Bu limit təşkilat üçün onun smetasında və yuxarı təşkilat tərəfindən müəyyən edilir. Bunun üçün limit arayış tərtib edilir və həmin arayışın bir nüsxəsi təşkilatın cari hesabı olan bank şöbəsinə verilir. Ezamiyyət xərci bankdan çek vasitəsilə, ancaq limit əsasında verilir. Təhtəlhesab üçün verilmiş avansı mütləq qaydada ancaq öz təyinatı üzrə xərcləmək olar. Xərclənməyən məbləğ vaxtında təşkilatın kassasına, oradan da təşkilatın bankda olan cari hesabına təhvil verilməlidir.

Təhtəlhesab şəxs almış olduğu avansın xərclənməsi barədə mühasibata hesabat təqdim edir. Avans hesabatında avansın nə məqsədə xərcləndiyi ayrıca göstərilir. Müəyyən olunmuş formada tərtib edilən avans hesabatına xərclərin istiqaməti və məbləğini təsdiq edən sənədlər əlavə edilir. Avans hesabatı mühasibatda yoxlanılır və ona baş mühasib imza etdikdən sonra büdcə təşkilatı rəhbərinin təsdiqinə verilir. Avans hesabatını büdcə təşkilatının rəhbəri təsdiq etdikdən sonra rəsmi mühasibat sənədi kimi uçota alınır.

Təhtəlhesab şəxs vəsait qalığını təşkilatın kassasına təhvil verməlidir. Əgər həmin şəxs aldığı avansdan artıq vəsait xərcləmişdirsə, həmin vəsait kassadan ona ödənilməlidir.

144 №-li “Təhtəlhesab məbləğlər” hesabı təsərrüfat ehtiyacları, dəftərxana ləvazimatları, ezamiyyə xərcləri və digər əməliyyatlar üçün idarə işçilərinə verilən təhtəlhesab məbləğlər üzrə hesablaşmalar haqqında məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulmuşdur.

İdarənin işçilərinə nağd verilmiş təhtəlhesab məbləğlər kassa əməliyyatlarının aparılması qaydaları, ezamiyyə haqqında hüquqi normativ aktlar bu təlimat və təhtəlhesab məbləğlər barədəki digər normativ sənədlərlə nizamlanır.

Təhtəlhesab məbləği almaq üçün işçi həmin məbləğin təyinatını göstərməklə idarə rəhbərinə yazılı ərizə ilə müraciət edir. Həmin ərizə kassa məxaric orderinə əlavə edilir və ya həmin orderin arxasında çap edilmiş olur.

Ərizəyə təhtəlhesab məbləğlərin uçotunu aparan mühasib avans almaq istəyən şəxsin borclu olmaması barədə əlavə qeydlər edir. Bundan sonra həmin orderi idarə rəhbəri və baş mühasib imzalayır.

Kassa məxaric orderində veriləsi avans məbləği və onun təyinatı aydın yazı ilə göstərilir və bu order əsasında kassir işçiyə avans məbləğini ödəyir.

Təhtəlhesab şəxslər aldıqları avansların təyinatından asılı olaraq (əmək haqqı, inzibati təsərrüfat ehtiyacları, dəftərxana ləvazimatları və digər qısamüddətli əməliyyatlar üzrə ödənişlər üçün alındıqda) beş iş günü müddətinə onların xərclənməsi barədə mühasibata avans hesabatı təqdim edilməlidir. İdarə rəhbərinin əmri ilə beş gündən çox müddətə verilən avans məbləğləri (ezamiyyə və digər uzunmüddətli işlərin yerinə yetirilməsi üçün verilmiş avans məbləğləri) üzrə avans hesabatları təhtəlhesab şəxs ezamiyyətdən qayıdıb idarədə işə başladıqdan sonra beş gün müddətində mühasibatlığa təhvil verilməlidir. Mühasibatda təhtəlhesab məbləğlərin uçotunu aparan mühasib avans hesabatına əlavə edilmiş sənədlərin, avansın təyinatı üzrə xərclənməsinin və avans hesabatının özünün düzgünlüyünü yoxlayır, imza edir və baş mühasibə təqdim edir. Baş mühasib həmin avans hesabatının doğruluğuna imza etdikdən sonra idarə rəhbərlərinə təsdiq edilmək üçün təqdim edir. İdarə rəhbəri avans hesabatını təsdiq etdikdən sonra mühasibatlıq avans hesabatını qəbul edir və təhtəlhesab şəxslə haqq-hesab aparır (kiçik həcmli mühasibatlıqlarda təhtəlhesab şəxslər tərəfindən təqdim edilmiş avans hesabatları üzrə yuxarıda göstərilən əməliyyatları baş mühasib həyata keçirir).

Kassir ştatı olmayan və ya pərakəndə struktura malik olan büdcədən maliyyələşən idarələrdə işçilərə əmək ödənişləri və digər təhtəlhesab məbləğlər üçün ödəmələr, həmçinin bu məqsədlərə bank və rabitə idarələri vasitəsilə edilən köçürmələr üzrə məlumatlar da 144 №-li “Təhtəlhesab məbləğlər” hesabında ümumiləşdirilir.

Əhalinin sosial müdafiəsi idarələrində bu subhesabda pensiyaçılara birdəfəlik müavinətlərin ödənilməsi üçün təhtəlhesab şəxslərə verilmiş avanslar üzrə hesablaşmalar uçota alınır.

Təhtəlhesab şəxslərə verilmiş qalığı həmin şəxslər tərəfindən avans hesabatı verildiyi tarixdən beş gün müddətindən gec olmayaraq qaytarılmalıdır. Təhtəlhesab şəxsə yeni avans məbləğləri ödənildikdən sonra verilə bilər.

Təhtəlhesab məbləğlərin artıq xərclənməsi və ya istifadə edilməmiş avansların qalıqlarının kassaya qaytarılmaması haqqında avans hesabatları müəyyən olunmuş müddətdə təqdim edilmədikdə, idarə və ya mərkəzləşdirilmiş mühasibatlıqlar bu borcları qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq, avansları alan şəxslərin əmək haqqından tuta bilərlər.

Təhtəlhesab şəxslərə verilmiş məbləğlər 144 №-li hesabın debetində, müvafiq hesabların kreditində əks etdirilir.

Artıq xərclənmiş avans məbləğlərinə və təhtəlhesab məbləğlərin qaytarılmış qalıqlarına 144 №-li hesabın krediti və müvafiq hesabların debeti üzrə mühasibat yazılışı verilir.

Təhtəlhesab şəxslərlə hesablaşmaların analitik uçotu əmlakın (qiymətlilərin) uçot kartı forma № 1Q-də aparılır.

Xüsusi vəsaitlər hesabına həyata keçirilən, təhtəlhesab şəxslərlə hesablaşmalar üzrə əməliyyatlar yuxarıda göstərilən registrlərdə ayrı-ayrılıqda aparıla bilər.


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin