Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilmiş ən ağır
cinayətdir Azərbaycan Respublikasının İnsan Hüquqları
üzrə Müvəkkilinin (Ombudsmanın) Xocalı soyqırımının
16-cı ildönümü ilə əlaqədar bəyanatı (22 fevral 2008-ci il)
Erməni millətçiləri tərəfindən tarix boyu Azərbaycan xalqına qarşı qanlı
cinayətlər, terror aktları, soyqırım törədilmişdir. Çoxsaylı tarixi sənədlər sübut edir
ki, erməni millətçiləri hələ 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü illərdə
Qafqazda öz tarixi ərazilərində etnik təmizləmə və soyqırımı siyasətinə məruz
qalan yüz minlərlə azərbaycanlını kütləvi surətdə qətlə yetirmiş, oz torpaqlarından
deportasiya etmişlər. Bu il işğalçı Eıınənistanın xalqımıza qarşı təcavüzünün 20 ili
tamam olur. Yürüdülən siyasət nəticəsində Azərbaycanın əzəli torpaqlarının 20
faizi zəbt edilmiş, 20 mindən çox soydaşımız həlak olmuş, 50 mindən artıq adam
yaralanmış, əlil və şikəst olmuşdur. Bir çox Azərbaycan hərbçisi əsir düşmüş, dinc
əhali girov götürülmüşdür. Bir milyondan artıq həmvətənimiz qaçqına və məcburi
köçkünə çevrilmişdir. 1988-ci ilin fevralından ermənilərin Dağlıq Qarabağın
Ermənistana birləşdirilməsi çağırışları ilə başlanan nümayişlərinə heç bir siyasi
qiymət verməyən keçmiş SSRİ rəhbərliyi tərəfindən zəruri tədbirlər görülməməsi
qısa müddət ərzində Dağlıq Qarabağ ərazisində və ətraf rayonlarda
azərbaycanlıların yurd yerlərinin yandırılması, əhalisinin qətlə yetirilməsi ilə
nəticələndi. Erməni millətçiləri Korkicahan, Malıbəyli, Quşçular, Qaradağlı
kəndlərində qətliamlar törətdilər.
Düz 16 il bundan əvvəl, fevralın 25-dən 26-na keçən gecə Xocalı
şəhərində erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı
alayı ilə birgə törətdiyi cinayət müharibələr tarixində bənzəri olmayan
hadisələrdəndir. Xankəndində yerləşdirilmiş, şəxsi heyətində erməni zabitlərin də
olduğu bu alayın çoxsaylı ağır texnikası üç istiqamətdə şəhərə yeridildi, yaşayış
evləri dağıdıldı və yandırıldı. Şəhəri tərk etmək məcburiyyətində qalan dinc əhali
Naxçivanik kəndi yaxınlığında erməni silahlıları ilə qarşılaşdı və əsl soyqırım baş
verdi. Qadınlar, qocalar, əlillər, uşaqlar xüsusi amansızlıqla qətlə yetirildi.
Soyqırımı törədənlər Xocalı sakinlərini misli görünməmiş qəddarlıqla öldürmüş,
diri-diri yandırmış, başlarının dərisini soymuş, gözlərini çıxarmışdılar. Erməni
təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri növbəti genosid - Xocalı
soyqırımı 613 nəfərin, o cümlədən 106 qadının, 63 azyaşlı uşağın, 70 qocanın
həyatına son qoydu, 487 nəfər şikəst oldu, 1275 dinc sakin əsir götürüldü, 150
nəfər itkin düşdü.
Bu soyqırım aktı nəticəsində bəzi ailələr bütünlüklə məhv edilmiş, mülki
əhali görünməmiş qəddarlıqla qətlə yetirilmiş, əsir götürülənlərə amansız işgəncə
verilmişdir. Bu zaman soydaşlarımızın əsas insan hüquqları, ən başlıcası isə
yaşamaq hüququ kütləvi şəkildə pozulmuşdur.
39
Qeyd olunmalıdır ki, münaqişə başlanandan bu günədək itkin düşmüş
4354 Azərbaycan vətəndaşından 783 nəfərinin əsir və girov kimi Ermənistanda və
işğal edilmiş ərazilərdə saxlanılması baradə əsaslı məlumatlar mövcuddur.
Ermənistanın təcavüzünə məruz qalmış Azərbaycan çox böyük itkilərlə, o
cümlədən əsir və itkin düşmüş, girov götürülmüş şəxslərin taleyi ilə bağlı
problemlərlə üzləşmişdir. Ermənistan tərəfi və separatçı Dağlıq Qarabağ rejimi
beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq, bu şəxsləri hələ də
beynəlxalq təşkilatlardan gizlədir.
Xocalı soyqırımı zamanı yol verilmiş zorakılıq əməllərinin qabaqcadan
düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv
edilməsi niyyətilə törədilməsi beynəlxalq və dövlətdaxili hüquqa əsasən məhz
genosiddir. Bu vəhşilik və vandalizm aktı Xatın və Sonqmi faciələri ilə eyni
səviyyədə qiymətləndirilməli, insanlığa qarşı törədilən qanlı cinayət öz layiqli
qiymətini almalıdır.
Beynəlxalq hüquqa görə, genosid sülh və bəşəriyyət əleyhinə yönələn
əməldir və ən ağır beynəlxalq cinayətlərdən biri hesab olunur. BMT Baş
Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsində qeyd olunur ki,
genosid, insan qruplarının yaşamaq hüququnu tanımamaqla insan mənliyini təhqir
edir, bəşəriyyəti insanlar tərəfindən yaradılan maddi və mənəvi dayaqlardan
məhrum edir. Belə bədnam əməllər BMT-nin məqsəd və vəzifələrinə tam ziddir.
BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul
edilmiş və 1951-ci ildə qüvvəyə minən Genosid cinayətinin qarşısının alınması və
cəzalandırılması haqqında Konvensiyada genosid cinayətinin hüquqi əsası təsbit
olunmuşdur. Konvensiyaya qoşulan dövlətlər sülh, yaxud müharibə dövründə
törədilməsindən asılı olmayaraq, genosidin beynəlxalq hüquq normalarını pozan
cinayət olduğunu təsdiq edərək, onun qarşısının alınması və səbəbkarlarının
cəzalandırılması üçün tədbirlər görməyi öhdələrinə götürmüşlər.
Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin konvensiyada
təsbit olunmuş genosid cinayətinin bütün əməlləri tətbiq olunmuşdur. Bu işğalçı
ölkənin yürütdüyü terrorçuluq siyasəti uzun illərdir ki, dünya ictimaiyyətinin gözü
qarşısında baş verir. Halbuki beynəlxalq hüquq normalarına, BMT-nin və ATƏT-
in prinsiplərinə görə, dövlətlərin sərhədlərinin toxunulmazlığına hörmət
edilməlidir, ərazi bütövlüyünün və suverenliyin pozulması yolverilməzdir. BMT
Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş torpaqlarının qeyd-şərtsiz azad
edilməsi barədə dörd qətnamə qəbul etsə də, işğalçı Ermənistan bunları hələ də
yerinə yetirmir.
Azərbaycan tərəfi bu münaqişənin sülh yolu ilə həllinə daim səy göstərir.
Ümummilli liderimiz Heydər Əliyev Xocalı soyqırımının əsl mahiyyətini
açıqlamış, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi
Xocalı soyqırımına hüquqi-siyasi qiymət vermişdir.
40
Prezident İlham Əliyev dünyanın nüfuzlu tribunalarından səslənən
çıxışlarında terrorla mübarizə aparan beynəlxalq birliyin bu məsələdə ikili
standartlara yol verməsinə qətiyyətlə etirazını bildirmişdir. Dövlət başçımız
Avropa Şurasında ilk dəfə olaraq Ermənistanın təcavüzkar tərəf kimi tanınmasına
nail olmuş, bu dövlətin Dağlıq Qarabağı və Azərbaycanın daha 7 rayonunu işğal
altında saxlaması faktı AŞPA-nın rəsmi sənədlərində öz əksini tapmışdır.
Hazırda Xocalı faciəsi dünyanın böyük dövlətlərinin parlamentlərində
müzakirəyə çıxarılır, bir sıra nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən Ermənistan
təcavüzkar dövlət kimi tanınır, işğal edilmiş Azərbaycan ərazilərini geri qaytarmaq
tələb olunur.
Məlum olduğu kimi, ötən il 1918-ci ilin mart-may aylarında Qubada
ermənilərin xüsusi qəddarlıqla törətdikləri kütləvi insan qətllərini aşkarlayan
faktlar üzə çıxarılmışdır. Tikinti ilə əlaqədar qazıntı işləri aparıldığı zaman iki iri
quyuda tapılmış saysız-hesabsız insan sümükləri erməni vandalizmini təsdiqləyən
əyani nümunələr, faktlardır. Artıq bunların 1918-ci ildə erməni silahlı
birləşmələrinin Qubaya basqını zamanı qəddarlıqla qətlə yetirilmiş yerli sakinlərə
məxsus olduğu müəyyən edilmişdir.
Tarixi olayların aşkar olunmasında Quba məzarlığı ilə bağlı üzə çıxmış
həqiqətləri dünya ictimaiyyətinin nəzərinə çatdırmaq son dərəcə önəmlidir. Bu
faktlar uydurma "erməni soyqırımı" əfsanəsini bir daha ifşa edərək yeni tarixin
ermənilər tərəfindən saxtalaşdırılmasını sübut edir.
Təəssüf ki, insan hüquqlarının kütləvi və kobud şəkildə pozulması ilə
nəticələnmiş Xocalı soyqırımına hələ də beynəlxalq miqyasda hüquqi qiymət
verilməmiş, terrorçu əməllərə qarşı qəti tədbirlər görülməmişdir. Dünya birliyinə,
mötəbər beynəlxalq qurumlara və dünya xalqlarına müraciət cdərək Azərbaycana
qarşı aparılan uzunmüddətli erməni təcavüzünə, terror siyasətinə, kütləvi şəkildə
insan hüquqlarının pozulmasına son qoyulacağına, bu münaqişənin sülh və
danışıqlar yolu ilə aradan qaldırılmasına dəstək veriləcəyinə, zəbt olunmuş
torpaqların qaytarılacağına, yüz minlərlə qaçqın və məcburi köçkünlərin öz
yurdlarına dönəcəyinə, onların konstitusion hüquqlarının bərpa ediləcəyinə
inanırıq. Ümid edirik ki, ölkəmizə qarşı təcavüzü, Xocalı soyqırımını törədən
erməni terrorçuları və onların havadarları cinayət məsuliyyətinə cəlb ediləcək,
işğalçı Ermənistan dövlətinə qarşı səlahiyyətli beynəlxalq qurumlar tərəfindən
sanksiyalar tətbiq olunacaqdır.
Elmira Süleymanova, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə
Müvəkkili, (Ombudsman) 22 fevral 2008-ci il.
Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin İnsan Hüquqları üzrə Ali
Komissarına, ATƏT-ə, Avropa Şurasına, Beynəlxalq və Avropa Ombudsmanlar
İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna,
Universal Sülh Federasiyasına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və
41
xarici ölkələrin respublikamızdakı səfirliklərinə, ombudsmanlara və Azərbaycan
diasporu təşkilatlarına göndərilmişdir.
Xocalı qaçqınlarının Birləşmiş Millətlər Təşkilatına,
Avropa Şurasına, Avropa Təhlükəsizlik
və Əməkdaşlıq Təşkilatına müraciəti
Dünyanın nüfuzlu beynəlxalq təşkilatları olan Birləşmiş Millətlər
Təşkilatı, Avropa Şurası və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına
müraciət etməkdə məqsədimiz 1992-ci ilin fevralında Azərbaycanın Dağlıq
Qarabağ bölgəsində ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı haqqında
həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq və bu qanlı cinayətə hüquqi-
siyasi qiymət verilməsinə nail olmaqdır.
Azərbaycanın tarixinə az-çox bələd olan hər bir şəxsə məlumdur ki,
Qarabağın dağlıq hissəsində yerləşən və eramızdan əvvəl 3-cü minillikdən mövcud
olan Xocalı yurdumuzun qədim yaşayış məskənlərindən biridir. Xocalı şəhərinin
ərazisində aparılmış arxeoloji qazıntılar zamanı əldə olunmuş eksponatlar, habelə
nadir tarixi abidəbr buna əyani sübutdur.
İrandan Azərbaycana köçmələrinin 150 illiyi münasibətilə 1978-ci ildə
Dağlıq Qarabağda abidə ucaltmış ermənilər tarixi Azərbaycan torpaqları hesabına
xəyali "Böyük Ermənistan" ideyasını reallaşdırmaq məqsədi ilə son iki əsrdə xarici
havadarlarının köməyi ilə Azərbaycana qarşı ardıcıl işğalçılıq siyasətini həyata
keçirmiş və bu məkrli məqsədə çatmaq üçün zaman-zaman dəhşətli terror, kütləvi
qırğın, deportasiya və soyqırımı kimi bəşəri cinayətlərdən belə çəkinməmişlər.
Çoxsaylı tarixi sənədlər şahidlik edir ki, 1905-1907, 1918-1920, 1948-
1953-cü illərdə Qafqazda öz tarixi torpaqlarında etnik təmizləmə və soyqırımı
siyasətinə məruz qalan milyonlarla azərbaycanlı kütləvi surətdə qətlə yetirilmiş,
dədə-baba yurdlarından zorla çıxarılmışdır. Nəhayət, 1988-ci ildən başlayaraq
Azərbaycana qarşı əsassız ərazi iddiaları və erməni separatizmi yenidən baş
qaldırmış, heç bir tarixi, siyasi, etnik əsası olmayan Dağlıq Qarabağ fitnəkarlığına
rəvac verilmişdir. 1988-1989-cu illərdə Ermənistandan - öz tarixi-etnik
torpaqlarından 250 mindən artıq azərbaycanlı son nəfərinə kimi deportasiya
edilmiş, bu zaman yüzlərlə dinc sakin vəhşicəsinə qətlə yetirilmişdir. Nəticədə
Ermənistan ermənilərin illərlə arzusunda olduqları monoetnik respublikaya
çevrilmişdir.
1988-ci ildən başlayan əsassız Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan
ərazilərində tüğyan edən erməni irticası və bu irticanın qurbanı olan günahsız
Azərbaycan əhalisinin acı iztirabları təəssüf ki, keçmiş SSRİ rəhbərliyinin və sivil
dünyanın biganə sükutu ilə qarşılandı. Belə vəziyyətdən ruhlanan və istifadə edən
ermənilər azərbaycanlılara qarşı soyqırımı siyasətini və misli görünməmiş tarixi
cinayətlərini bir-birinin ardınca həyata keçirməyə müvəffəq oldular. Azərbaycan
42
ərazisinin 20 faizi, o cümlədən Dağlıq Qarabağdan kənarda yerləşən daha 7 rayon
Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. 1 milyondan artıq
azərbaycanlı öz dədə-baba ocaqlarından vəhşicəsinə qovuldu, on minlərlə adam
qətlə yetirildi, şikəst edildi, girov götürüldü. Yüzlərlə yaşayış məskəni, minlərlə
mədəniyyət, təhsil və səhiyyə müəssisəsi, tarix-mədəniyyət abidələri, məscidlər,
müqəddəs sitayiş yerləri, qəbristanlıqlar yerlə-yeksan edilərək misli görünməmiş
erməni vandalizminə məruz qaldı.
Münaqişənin ilk illərində Qarabağın azərbaycanlılar yaşayan Kərkicahan,
Meşəli, Quşçular, Qaradağlı, Ağdaban və digər kəndlərində erməni silahlı
quldurlarının törətdikləri faciələr, nəhayət, Xocalı soyqırımı "məzlum və əzabkeş
erməni" vicdanında əbədi qara ləkə kimi yaşayacaq tarixi cinayətlərdir.
1992-ci ilin fevralında isə XX əsrin ən dəhşətli faciələri hesab olunan
Xatın, Xirosima, Naqasaki, Sonqmi kimi insan fəlakətləri sırasına Xocalı soyqırımı
da əlavə olundu.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri
keçmiş SSRİ-yə məxsus olan və o dövrdə Dağlıq Qarabağın Xankəndi
(Stepanakert) şəhərində yerləşən 366-cı sovet alayının bilavasitə iştirakı ilə 7 rain
nəfərə qədər azərbaycanlı əhalinin yaşadığı Xocalı şəhərinə 5 istiqamətdən hücum
etdilər (hücum zamanı şəhərdə 3 minə yaxın adam qalmışdı). Həmin vaxta qədər
Xocalı şəhəri 4 aydan artıq idi ki, erməni silahlı birləşmələri tərəfindən tam
mühasirə vəziyyətində saxlanılır, əhali tiləbi xidmət və ərzaq sarıdan ciddi əziyyət
çəkirdi. Şəhərdə çoxlu sayda xəstə, yaralı, qoca, qadın və uşaq var idi.
Azğınlaşmış erməni quldurları özlərinin muzdlu xarici havadarlarının
köməyi ilə həmin gecə Xocalı şəhərini yerlə-yeksan etdilər. 366-cı alaya məxsus
çoxsaylı ağır hərbi texnikanın köməyi ilə şəhər tamamilə dağıdıldı və yandırıldı.
Əliyalın dinc mülki əhali dəhşətli qırğına məruz qaldı - uşaqlar, qadınlar, qocalar,
xəstələr ağlasığmaz vəhşiliklə məhv edildi. Ermənilər XX əsrin sonlarında
sivilizasiyalı bəşəriyyət üçün üzqaralığı olan növbəti tarixi cinayəti - Xocalı
soyqırımını törətdilər. Bu vəhşi aksiyadan məqsəd şəhərin bütün əhalisini məhv
etmək idi. Ancaq sırf təsadüflər nəticəsində Xocalının xeyli sakini sanki tarixə
şahidlik etmək üçün sağ qaldı.
Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi növbəti soyqırımı Xocalı
faciəsi nəticəsində 613 nəfər məhv edildi, 1275 nəfər dinc sakin girov götürüldü.
Onlardan 150 nəfərinin taleyi bu gün də məlum deyildir. Faciə nəticəsində 1000-
dən artıq dinc sakin müxtəlif dərəcəli güllə yarası alaraq şikəst olmuşdur. Qətlə
yetirilənlərin 106 nəfəri qadın, 83 nəfəri azyaşlı uşaq, 70 nəfəri qocalar idi. Şikəst
olanların 76 nəfəri yetkinlik yaşına çatmamış oğlan və qızlardır.
Bu hərbi-siyasi cinayət nəticəsində 6 ailə tamamilə məhv edilmiş, 25 uşaq
hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Şəhid olanlardan
56 nəfəri xüsusi qəddarlıq və amansızlıqla diri-diri yandırılmış, başlarının
43
dərisi soyulmuş, başları kəsilmiş, gözləri çıxarılmış hamilə qadınların qarınları
süngü ilə deşik-deşik edilmişdir.
Təsəvvür etmək belə çətindir ki, tarixdə analoqu olmayan belə qəddarlıq
və vəhşilik insan tərəfindən törədilmiş, XX əsrin sonunda, dünyanın gözü
qarşısında baş vermişdir! Ancaq dünya bilib agah olmalıdır: təkcə azərbaycanlılara
deyil, bütün sivil bəşəriyyətə qarşı yönəlmiş bu tarixi cinayətin müəllifi "əzabkeş
və məzlum" ermənilərdir.
Artıq 11 ildir ki, qaçqınlıq həyatı yaşayan biz xocalılar dünyanın bütün
sülhsevər xalqlarına, beynəlxalq təşkilatlara ürək ağrısı ilə, eyni zamanda, böyük
ümidlərlə müraciətlər edirik. Sizlərdən xahiş edirik ki, bizim başımıza gətirilən
müsibətlərə, erməni hərbi təcavüzü nəticəsində düçar olduğumuz dərdlərə soyuq,
laqeyd münasibət bəsləməyəsiniz. Biz inanmırıq ki, dünyanın çox nüfuzlu
beynəlxalq təşkilatları olan BMT, AŞ və ATƏT, sülhsevər qüdrətli ölkələr
sivilizasiyalı bəşəriyyətə meydan oxuyan təcavüzkar bir dövləti - Ermənistanı
haqq-ədalətə, beynəlxalq hüquq normalarına əməl etməyə məcbur edə bilməsinlər!
Biz əmin olduğumuzu bildiririk ki, dünya birliyi Ermənistan dövlətinin
Azərbaycana qarşı hərbi təcavüzünü pisləyəcək, Azərbaycanın ərazi bütövlüyünün
təmin olunmasına, bir milyondan artıq qaçqın-köçkünün öz doğma yurd-yuvasına
qayıtmasına, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi-siyasi
ədalət kontekstində və sülh yolu ilə həllinə kömək edəcəkdir.
2001-ci il sentyabrın 11-də ABŞ-da minlərlə günahsız insanın ölümünə
səbəb olmuş dəhşətli terror aktlarını biz xocalılar dərin kədər hissi ilə qarşıladıq.
Bu ağır bəşəri faciə bizi, nə qədər ağır olsa da, 11 il əvvələ qaytardı. Çünki 11 il
bundan əvvəl belə bir acı müsibəti biz və on minlərlə azərbaycanlı qaçqın-köçkün
öz şəxsi taleyimizdə yaşamışıq və bu gün də çadırlarda, vaqonlarda, yeraltı
qazmalarda, zirzəmilərdə ağır qaçqınlıq həyatı sürməkdəyik.
Biz - Xocalı soyqırımının möcüzə nəticəsində sağ qalmış şahidləri
insanlığa qarşı yönəlmiş hər cür soyqırımı və terror aktını qətiyyətlə pisləyərək
BMT-yə, AŞ-yə və ATƏT-ə, dünyanın bülün mütərəqqi ictimaiyyətinə böyük
ümidlə növbəti müraciətimizi edir, Xocalı faciəsinə də hüquqi-siyasi qiymət
verilməsi zərurətini bir daha beynəlxalq birliyin nəzərinə çatdırırıq.
XX əsrin ən dəhşətli müsibətlərindən birini yaşamış biz xocalılar dünya
xalqlarını sülh və əmin-amanlıq uğrunda birgə mübarizəyə səsləyirik. Biz dünyanın
bütün beynəlxalq təşkilatları və sülhsevər, nüfuzlu dövlətləri qarşısında həyəcan
təbili çalaraq, hamını yer üzündə müharibə ocaqlarının söndürülməsi üçün səfərbər
olmağa, sülh və əmin-amanlıq şəraitində yaşayan, gündən-günə çiçəklənən azad,
xoşbəxt insan cəmiyyəti uğrunda mübarizəyə çağınnq.
Bakı şəhəri, lSfevräl 2003-cü il.
44
Xocalı soyqırımının 17-ci ildönümü ilə əlaqədar
Xocalı məcburi köçkünlərinin Birləşmiş Millətlər Təşkilatına,
Avropa Şurasına, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına
MÜRACİƏTİ
Biz - 1992-ci il fevralın 26-da Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin
Xocalı şəhərində erməni millətçiləri tərəfindən törədilmiş soyqırımının möcüzə
nəticəsində sağ qalmış şahidləri Birləşmiş Millətlər Təşkilatına, Avropa Şurasına,
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, eyni zamanda, dünyanın bütün
mütərəqqi ictimaiyyətinə növbəti dəfə böyük ümidlərlə müraciət edir, Xocalı
soyqırımına hüquqi-siyasi qiymət verilməsinin zəruriliyini bir daha sivilizasiyalı
beynəlxalq aləmin nəzərinə çatdırırıq.
İrandan Azərbaycana köçmələrinin 150 illiyi münasibətilə 1978-ci ildə
Dağlıq Qarabağda abidə ucaltmış ermənilərin millətçi və ekstremist dairələri tarixi
Azərbaycan torpaqları hesabına xəyali "Böyük Ermənistan" ideyasını reallaşdırmaq
məqsədi ilə son iki əsrdə xarici havadarlarının köməyi ilə Azərbaycana qarşı ardıcıl
işğalçılıq siyasətini həyata keçirmiş və məkrli niyyətlərinə çatmaq üçün zaman-
zaman çoxsaylı terror aksiyaları və kütləvi qırğınlar, deportasiya və soyqırımı kimi
bəşəri cinayətlər törətmişlər.
Çoxsaylı tarixi sənədlər şahidlik edir ki, 1905-1907, 1918-1920, 1948-
1953-cü illərdə Qafqazda öz tarixi-etnik ərazilərində etnik təmizləmə və soyqırımı
siyasətinə məruz qalan azərbaycanlılar kütləvi surətdə qətlə yetirilərək, dədə-baba
torpaqlarından deportasiya olunmuşlar.
1988-ci ildən Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları
yenidən baş qaldırmış, heç bir tarixi, siyasi, etnik əsası olmayan Dağlıq Qarabağ
fitnəkarlığına rəvac verilmişdir. Ermənistanda öz tarixi-etnik torpaqlarında yaşayan
250 mindən artıq azərbaycanlı 1988-1989-cu illərdə son nəfərinə kimi deportasiya
edilmiş, bu zaman yüzlərlə dinc sakin vəhşicəsinə qətlə yetirilmişdir. Nəticədə
Ermənistan ermənilərin illərlə arzusunda olduqları monoetnik dövlətə çevrilmişdir.
Artıq 20 ilə yaxındır ki, Azərbaycan ərazisinin 20 faizi, o cümlədən
Dağlıq Qarabağ inzibati-ərazi bölgüsünə daxil olmayan və 1990-cı illərin
əvvəllərinədək bütünlüklə azərbaycanlıların yaşadığı 7 rayon Ermənistan silahlı
qüvvələrinin işğalı altındadır. 1 milyondan artıq azərbaycanlı öz əzəli yurdlarından
vəhşicəsinə qovulmuş, on minlərlə adam qətlə yetirilmiş, şikəst edilmişdir.
Ermənistanın və Dağlıq Qarabağın həbs düşərgələrində qeyri-insani təhqir və
işgəncələrdən əziyyət çəkən 4500-dən çox azərbaycanlı əsir, girov və itkin düşmüş
insanın taleyi hələ də məlum deyildir. İşğal zonasında yüzlərlə şəhər və kənd,
minlərlə ictimai-mədəni tikili, təhsil və səhiyyə müəssisələri, tarix-mədəniyyət
abidələri, muzeylər, məscidlər, müqəddəs sitayiş yerləri, qəbiristanlıqlar yerlə-
yeksan edilərək, misli görünməmiş vandalizmə məruz qalmışdır. İyirminci əsrin
90-cı illərinin əvvəllərində Qarabağın azərbaycanlılar yaşayan Korkicahan, Meşəli,
45
Quşçular, Qaradağlı, Ağdaban və sair kəndlərində erməni silahlı quldurlarının
törətdikləri kütləvi qırğınlar, Bakıda və digər şəhərlərimizdə həyata keçirilmiş
qanlı terror aksiyaları, nəhayət, Xocalı soyqırımı "məzlum və əzabkeş ermənilərin"
vicdanında əbədi qara ləkə kimi qalacaq tarixi cinayətlərdir.
Acı təəssüf hissi ilə diqqətinizə çatdırırıq ki, XX əsrin ən dəhşətli faciələri
hesab olunan Xatın, Xirosima, Naqasaki, Sonqmi kimi insan fəlakətləri sırasına
1992-ci ildə törədilmiş Xocalı soyqırımı da əlavə olunmuşdur. Həmin il fevral
ayının 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-yə məxsus
olan və o dövrdə Dağlıq Qarabağın Xankəndi (Stepanakert) şəhərində yerləşən
366-cı alayın bilavasitə iştirakı ilə vaxtilə yeddi min nəfərə qədər azərbaycanlı
əhalinin yaşadığı Xocalı şəhərinə 5 istiqamətdən hücum etdilər (hücum zamanı
şəhərdə 3 minə yaxın adam qalmışdı). Həmin vaxta qədər Xocalı şəhəri artıq dörd
aydan çox idi ki, erməni silahlı birləşmələri tərəfindən tam mühasirə vəziyyətində
saxlanılır, əhali tibbi xidmət və ərzaq sarıdan ciddi əziyyət çəkirdi. Şəhərdə çox
sayda xəstələr, yaralılar, qocalar, qadınlar və uşaqlar var idi. Həmin gecə Xocalı
şəhəri yerlə-yeksan olundu. Əliyalın dinc mülki əhali kütləvi qırğına məruz qaldı -
uşaqlar, qadınlar, qocalar, xəstələr ağlasığmaz vəhşiliklə məhv edildi. Erməni
millətçiləri XX əsrin sonlarında sivilizasiyalı bəşəriyyət üçün üzqaralığı olan
növbəti tarixi cinayəti - Xocalı soyqırımını törətdilər. Bu vəhşi aksiyada məqsəd
şəhərin bütün əhalisini məhv etmək idi. Ancaq sırf təsadüflər nəticəsində
xocalılıların bir hissəsi sanki tarixə şahidlik etmək üçün sağ qaldı.
Xocalı soyqırımı nəticəsində 613 nəfər məhv edildi, 1275 nəfər dinc sakin
girov götürüldü. Onlardan 155 nəfərinin taleyi bu gün də məlum deyildir. Faciə
nəticəsində 487 dinc sakin müxtəlif dərəcəli güllə yarası alaraq şikəst oldu. Qətlə
yetirilənlərin 106 nəfəri qadın, 63 nəfəri azyaşlı uşaq, 70 nəfəri qocalar idi. Şikəst
olanların 76 nəfəri yetkinlik yaşına çatmamış oğlan və qızlardır.
Bu hərbi-siyasi cinayət nəticəsində 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq
hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Şəhid olanlardan
56 nəfəri xüsusi qəddarlıq və amansızlıqla diri-diri yandırılmış, başlarının dərisi
soyulmuş, başları kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınların qarnı süngü ilə
deşik-deşik edilmişdir.
Təsəvvür etmək belə çətindir ki, tarixdə analoqu olmayan beb qəddarlıq
və vəhşilik insan tərəfindən həyata keçirilmiş, XX əsrin sonunda, dünyanın gözü
qarşısında baş vermişdir! Ancaq dünya bilib agah olmalıdır: təkcə azərbaycanlılara
deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş bu tarixi cinayətin müəllifi özünü
bütün dünyaya "əzabkeş və məzlum millət" obrazında təqdim edən davakar erməni
millətçiliyidir. Artıq 17 ildir ki, məcburi köçkün həyatı yaşayan biz xocalılar
dünyanın bütün sülhsevər xalqlarına, beynəlxalq təşkilatlara ürək ağrısı ilə, eyni
zamanda, böyük ümidlərlə müraciət edirik. Biz inanırıq ki, dünyanın çox nüfuzlu
beynəlxalq təşkilatları olan BMT, AŞ və ATƏT, sülhsevər qüdrətli ölkələr
beynəlxalq hüquqa və bəşəri dəyərlərə məhəl qoymayan təcavüzkar bir dövləti -
46
Ermənistanı haqq-ədalət prinsipləri ilə yaşamağa, qonşu dövlətlərlə normal
münasibətlər qurmağa sövq edəcəkdir!
İşğal edilmiş Azərbaycan torpaqlarından erməni silahlı qüvvələrinin qeyd-
şərtsiz çıxarılması barədə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin indiyədək
icra edilməməsi, ilk növbədə, həmin təşkilatın nüfuzuna ciddi zərbədir.
Biz əmin olduğumuzu bildiririk ki, dünya birliyi Ermənistanın
Azərbaycana qarşı hərbi təcavüzünü pisləyəcək, Azərbaycanın ərazi bütövlüyünün
təmin edilməsi, bir milyondan artıq qaçqın-köçkünün öz doğma yurd-yuvasına
qayıtması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh və
danışıqlar yolu ilə həll olunması üçün ədalətli və obyektiv mövqe nümayiş
etdirəcəkdir.
Bakı şəhəri, 17 fevral 2009-cu il.
Dostları ilə paylaş: |