"Azərbaycanlıların soyqırımı haqqında" Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi
keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli
saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr
özünün əsl qiymətini alır.
Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz
siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən
biridir.
1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay
müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın
bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi
onun torpaqlarının zəbti başlandı. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək
10
ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi.
Soyqırımı Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildi.
İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan
ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə
baxmayaraq öz havadarlarının himayəsi altında «Erməni vilayəti» adlandırılan
inziləati bölgünün yaradılmasına nail oldular. Belə süni ərazi bölgüsü ilə, əslində,
azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin
bünövrəsi qoyuldu. «Böyük Ermənistan» ideyaları təbliğ olunmağa başlandı. Bu
uydurma dövlətin Azərbaycan torpaqlarında yaradılmasına «bəraət qazandırmaq
məqsədi ilə» erməni xalqının tarixinin saxtalaşdırılmasına yönəlmiş geniş miqyaslı
proqramlar reallaşdırıldı. Azərbaycanın və ümumən Qafqazın tarixinin təhrif
olunması həmin proqramların mühüm tərkib hissəsini təşkil edirdi. «Böyük
Ermənistan» yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci
illərdə azərbaycanlılara qarşı açıq şəkildə geniş miqyaslı qanlı aksiyalar həyata
keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki
Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış
məntəqəsi dağıdılıb yerlə yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə
yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona
düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların
mənfi obrazını yaratmış, özlərinin avantürist torpaq iddialarını pərdələmişlər.
Birinci dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və
oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik
bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci ilin mart ayından etibarən
əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən
ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən
mənfur plan həyata keçirilməyə başlandı.
Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının
yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli
mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-
diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və
digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər.
Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda,
Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi
qəddarlıqlarla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə
yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv
edilmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart
hadisələrinə xüsusi diqqət yetirilmişdir. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu
faciənin tədqiqi məqsədi ilə Fövqəladə İstintaq Komissiyasının yaradılması
haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını, ilkin mərhələdə
Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır
11
cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici
İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 1919 və 1920-ci ilin mart ayının
31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü
kimi qeyd edilmişdir. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir
əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi
qiymət vermək cəhdi idi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin
başa çatmasına imkan vermədi.
Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən
ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını
Ermənistan SSR-in ərazisi elan etdilər. Sonrakı dövrdə bu ərazilərdəki
azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədi
ilə yeni vasitələrə əl atdılar. Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr
1947-ci il «Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin
Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında» xüsusi qərarına və
1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə
deportasiyasına dövlət səviyyəsində nail oldular.
Erməni millətçiləri öz havadarlarının köməyi ilə 50-ci illərdən etibarən
Azərbaycan xalqına qarşı kəskin mənəvi təcavüz kampaniyasına başladılar.
Keçmiş sovet məkanında müntəzəm şəkildə yayılan kitab, jurnal və qəzetlərdə
milli mədəniyyətimizin, klassik irsimizin, memarlıq abidələrimizin ən nəfis
nümunələrinin erməni xalqına mənsub olduğunu sübut etməyə çalışırdılar. Eyni
zamanda onlar tərəfindən bütün dünyada azərbaycanlıların mənfi obrazını
formalaşdırmaq cəhdləri də güclənirdi. «Yazıq, məzlum erməni xalqı»nın surətini
yaradaraq əsrin əvvəllərində regionda baş verən hadisələr şüurlu surətdə təhrif
olunur, azərbaycanlılara qarşı soyqırım törədənlər soyqırım qurbanları kimi qələmə
verilirdi.
Əsrin əvvəllərində əksər əhalisi azərbaycanlı olan İrəvan şəhərindən və
Ermənistan SSR-in digər bölgələrindən soydaşlarımız təqilələrə məruz qalaraq
kütləvi surətdə qovulur. Azərbaycanlıların hüquqları ermənilər tərəfindən
kobudcasına pozulur, ana dilində təhsil almasına əngəllər törədilir, onlara qarşı
repressiyalar həyata keçirilir. Azərbaycan kəndlərinin tarixi adları dəyişdirilir,
toponimika tarixində misli görünməyən qədim toponimlərin müasir adlarla
əvəzolunma prosesi baş verir.
Saxtalaşdırılmış erməni tarixi gənc ermənilərin şovinist ruhunda
böyüməsinə zəmin yaratmaq üçün dövlət siyasəti səviyyəsinə qaldırılır. Böyük
humanist ideallara xidmət edən Azərbaycan ədəbiyyatı və mədəniyyəti ruhunda
tərbiyə olunmuş yeni nəslimiz ekstremist erməni ideologiyasının təqilələrinə məruz
qalır. Azərbaycan xalqının mənəviyyatına, milli qüruruna və mənliyinə yönəlmiş
böhtanlar siyasi və hərbi təcavüz üçün ideoloji zəmin yaradırdı. Xalqımıza qarşı
aparılan soyqırım siyasəti özünün siyasi-hüquqi qiymətini tapmadığı üçün tarixi
faktlar sovet mətbuatında ermənilər tərəfindən təhrif olunur və ictimai fikir
12
çaşdırılırdı. Ermənilərin Sovet rejimindən bəhrələnərək həyata keçirdikləri və 80-ci
illərin ortalarında daha da güclənən antiazərbaycan təbliğatına Azərbaycan
Respublikasının rəhbərliyi vaxtında lazımi qiymət vermədi.
1988-ci ildən ortaya atılan qondarma Dağlıq Qarabağ konfliktinin ilkin
mərhələsində yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından qovulmasına da
respublikada düzgün siyasi qiymət verilmədi.
Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-in
tərkibinə daxil edilməsi haqqında ermənilərin qeyri-konstitusion qərarını və
Moskvanın əslində bu vilayəti Xüsusi İdarəetmə Komitəsi vasitəsi ilə
Azərbaycanın tabeliyindən çıxarmasını xalqımız ciddi narazılıqla qarşıladı və
mühüm siyasi aksiyalara əl atmaq məcburiyyəti qarşısında qaldı. Respublikada
keçirilən mitinqlər zamanı torpaqlarımızın işğalı siyasəti qətiyyətlə pislənsə də,
Azərbaycan rəhbərliyi öz passiv mövqeyindən əl çəkmədi. Məhz elə bunun nəticəsi
olaraq, 1990-cı ilin yanvar ayında getdikcə güclənən xalq hərəkatını boğmaq
məqsədi ilə Bakıya qoşunlar yeridildi, yüzlərlə azərbaycanlı məhv və şikəst edildi,
yaralandı, digər fiziki təzyiqlərə məruz qoyuldu.
1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli
görünməyən divan tutdu. Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı
faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə yeksan
edilməsi ilə qurtardı.
Millətçi-separatçı ermənilərin Dağlıq Qarabağda başladığı avantürist
hərəkətin nəticəsi olaraq bu gün bir milyondan artıq soydaşımız erməni qəsbkarları
tərəfindən öz doğma yurd-yuvalarından didərgin salınmış, çadırlarda yaşamağa
məhkum edilmişdir. Ərazimizin 20 faizinin erməni silahlı qüvvələri tərəfindən
işğalı zamanı minlərlə vətəndaşımız şəhid olmuş, xəsarət almışdır.
Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının
zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı
surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil
etmişdir. Bu hadisəbrin yalnız birinə -1918-ci il mart qırğınına siyasi qiymət
vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq cümhuriyyətinin varisi kimi
Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi
qərarların məntiqi davamı olaraq soyqırım hadisələrinə siyasi qiymət vermək
borcunu tarixin hökmü kimi qəbul edir.
Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd
etmək məqsədi ilə qərara alıram:
1.31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilsin.
2.Azərbaycan
Respublikasımn
Milli
Məclisinə
tövsiyə
olunsun
ki,
azərbaycanlıların soyqırımı ilə bağlı hadisələrə həsr olunmuş xüsusi sessiyanın
keçirilməsi məsələsinə baxsın.
Heydər ƏLİYEV, Azərbaycan Respublikası Prezidenti Bakı şəhəri, 26
mart 1998-ci il.
13
Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi
haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
1992-ci il fevral ayının 26-da Ermənistan silahlı qüvvələri Azərbaycan
xalqına qarşı misli görünməmiş Xocalı soyqırımı törətmişlər. Bu kütləvi və
amansız qırğın aktı erməni qəsbkarlarının Azərbaycan dövlət müstəqilliyini, ərazi
bütövlüyünü hədəf almış məqsədyönlü irticaçı siyasətinin növbəti qanlı səhifəsi
olmaqla, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı cinayətdir və bəşər
tarixində qara ləkə kimi qalacaqdır.
Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə qərara
alıram: Hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikası ərazisində
Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi
elan edilsin.
Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 25
fevral 1997-ci il.
Azərbaycan Respublikasının Cinayət
Məcəlləsindən Çıxarış
1
Maddə 103. Soyqırım: Hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir
qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədi ilə qrup üzvlərini
öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli
qabiliyyətinə ciddi zərər vurma, qrupun bütövlükdə və ya qismən fiziki məhvinə
yönəlmiş yaşayış şəraiti yaratma, qrup daxilində doğumların qarşısını almağa
yönəlmiş tədbirləri həyata keçirmə, bir qrupa mənsub olan uşaqları zorla başqa
qrupa keçirmə on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya
ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 104. Soyqırımın törədilməsinə təhrik etmə: Bu Məcəllənin 103-
cü maddəsi ilə nəzərdə tutulmuş hər hansı bir əməlin törədilməsinə bilavasitə və
açıq təhrik etmə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
1
Səhifə 77-də bu maddənin şərhi verilmişdir.
14
Beynəlxalq Cinayət Məhkəməsinin
Statutundan Çıxarış
2
Maddə 6. Soyqırım: Bu Statuta görə «soyqırım» hər hansı milli, etnik,
irqi və уa dini qrupun qismən və ya bütövlükdə məhv edilməsi niyyəti ilə törədilən
aşağıdakı hərəkətlərdən biridir:
a)bu cür qrup üzvlərinin öldürülməsi;
b)bu cür qrup üzvlərinə ağır bədən xəsarətlərinin və yaxud əqli qabiliyyətinə ciddi
zərər yetirilməsi;
c)qəsdən hər hansı bir qrupun tam və ya qismən fiziki məhvini nəzərdə tutan həyat
şəraiti yaradılması;
d)bu cür qrup daxilində doğumun qarşısını almağa yönəlmiş tədbirlərin həyata
keçirilməsi;
e)bir insan qrupuna mənsub olan uşaqların zorla başqa qrupa verilməsi.
Azərbaycan Respublikası Prezidentinin
səlahiyyətlərini həyata keçirən Azərbaycan
Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin
BMT Təhlükəsizlik Şurasının sədrinə yazılı müraciəti
(26iyul 1993-cü il)
1988-ci ildə Azərbaycan Respublikasının ərazisi olan Dağlıq Qarabağda
azərbaycanlılarla yanaşı yaşayan Ermənilərin Dağlıq Qarabağın Ermənistana
birləşdirilməsi iddiaları ilə yaranan süni problem artıq müharibə şəklini alaraq
1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən Azərbaycan ərazilərinin zəbt
edilməsinə gətirilə çıxardı.
1992-ci il fevralın 26-da Xocalı, mayın 8-i və 18-də isə Şuşa və Laçın
rayonları işğal edildi. Azərbaycan hökumətinin münaqişənin dinc yollarla aradan
qaldırılması sahəsindəki səylərinə baxmayaraq Ermənistan tərəfi sülhün
yaranmasına əngəllər törədirdi.
ATƏM-in münaqişənin həllindəki vasitəçiliyi isə heç bir nəticə vermirdi.
Artıq bu arada Azərbaycan ərazisinin 17 faizindən çoxu erməni təcavüzkarları
tərəfindən qəsb edilmişdi. BMT Təhlükəsizlik Şurasının Kəlbəcər rayonunun zəbt
edilməsi ilə bağlı işğalçı qonşuların birmənalı şəkildə Azərbaycan ərazilərindən
çıxarılmasını tələb edən 822 saylı qətnaməsinə əməl etməyən Ermənistan öz
təcavüzkar siyasətini davam etdirərək 1993-cü ilin iyul ayında Ağdam rayonunu
işğal edir.
2
Международный Уголовный Суд (сборник документов) - Казань. Центр
инновационных технологий. 2004.
15
1993-cü il iyulun 26-da Azərbaycan Respublikası Prezidentinin
səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri
Heydər Əliyev erməni təcavüzünün qarşısının alınması məqsədilə təcili tədbirlər
görülməsi üçün BMT Təhlükəsizlik Şurasının dərhal çağrılması xahişi ilə
Təhlükəsizlik Şurasının sədrinə yazılı müraciət edir.
26 iyul 1993-cü il.
Azərbaycan Respublikasının Prezidentinin
səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası
Ali Sovetinin sədri Heydər Əliyevin BMT Təhlükəsizlik
Şurasının sədrinə və BMT-nin baş Katibinə məktubu
1991-1992-ci illərdə hərbi əməliyyatlar geniş vüsət almağa başladı. 1992-
ci ilin fevral ayında erməni işğalçıları Azərbaycanın Dağlıq Qarabağ bölgəsində
800 nəfərin ölümü ilə nəticələnən Xocalı soyqırımını həyata keçirdi. Həmin ilin
may ayında isə bu hücumlar Şuşanın, sonra da Laçının süqutu ilə nəticələndi.
BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə məhəl
qoymayan erməni silahlı birləşmələri Azərbaycan torpaqlarını işğal etməyə davam
edirdilər.
Yaranmış gərgin vəziyyətlə bağlı 1993-cü il avqustun 18-də Azərbaycan
Respublikası prezidentinin səlahiyyətlərini həyata keçirən Azərbaycan
Respublikası Ali Sovetinin sədri Heydər Əliyev BMT Təhlükəsizlik Şurasının
sədrinə yazılı müraciət edir.
BMT Təhlükəsizlik Şurasının sədrinə: Hörmətli cənab sədr!
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən 822 və
853 nömrəli qətnamələrin qəbul edilməsindən artıq kifayət qədər vaxt keçmişdir.
Lakin indiyədək heç bir əsər-əlamət yoxdur ki, Ermənistan Respublikası, Dağlıq
Qarabağ ennənilərinin uydurma rəhbərliyi belə yüksək hörmətli beynəlxalq
təşkilatın qərarını yerinə yetirmək niyyətindədirlər.
Tamamilə aydındır ki, nəinki işğal olunmuş, yandırılmış və talan edilmiş
Kəlbəcər və Ağdam rayonları, həm də digər Azərbaycan əraziləri tərk
edilməmişdir. BMT Təhlükəsizlik Şurasının qərarlarına və bütün beynəlxalq hüquq
normalarına təcavüzkar həyasızcasına məhəl qoymur. Füzuli rayonunda
azərbaycanlılar yaşayan dinc kəndləri zəbt etməkdə və yandırmaqdadır, Füzuli
şəhəri üzərinə güclü hücum əməliyyatı aparır, Cəbrayıl, Qubadlı istiqamətində
orazimizin içərilərinə doğru hücumu genişləndirir. Bərdə şəhərini və başqa yaşayış
məntəqələrini ələ keçirməyə çalışır.
Acıq təcavüz faktı о dərəcədə aşkardır ki, hər hansı əlavə faktlar gətirmək
lüzumsuzdur, əminəm ki, onlar sizə BMT-nin Bakıdakı nümayəndəsi, bu
yaxınlarda Füzulidə olmuş cənab Mahmud Əl-Səidin məruzələrindən məlumdur.
16
İzah olunanlarla əlaqədar xahiş edirəm, Təhlükəsizlik Şurası dərhal
çağırılsın və təcavüzkarı dayandırmaq, qan tökülməsinə son qoymaq, Azərbaycan
Respublikasının yüz minlərlə müdafiəsiz dinc sakinini qorumaq üçün, nəhayət,
kəsərli və təxirəsalınmaz tədbirlər görülsün.
Heydər ƏLİYEV, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini
həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri, 18 avqust 1993-cü il.
Xocalı soyqırımı qurbanlarının ailələrinə
(1 mart 1994-cü il)
Əziz xocalılar! Hörmətli həmvətənlər!
İki il öncə, 26 fevral 1992-ci ildə Xocalı şəhərində dünya misli
görünməyən dəhşətli bir vəhşiliyin şahidi oldu. Erməni hərbi quldurları aylarla tam
mühasirədə saxlanan Xocalı şəhərini yerlə yeksan etdilər. Köməksiz mülki əhali
azğın bir amansızlıqla qətlə yetirildi. Südəmər körpələrə, əlsiz-ayaqsız qocalara,
qadınlara, uşaqlara belə aman verilmədi. Bütövlükdə Azərbaycan xalqına qarşı
yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza
üsulları ilə bəşər tarixində tayı-bərabəri olmayan bir vəhşilik aktıdır. Bu soyqırımı
eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.
Mənəvi fiziki itkimiz əvəzolunmaz dərəcədə ağırdır. Təəssüf ki, son altı
ildə Azərbaycanın siyasi həyatında mövcud olmuş hərc-mərcliklər, anarxiya, milli
taleyimizə biganə siyasi ambisiyalar, hakimiyyət oyunları və siyasi qruplar
arasında münaqişələr də həyatımızda baş vermis bütün faciələrdə az rol
oynamamışdır. Nəticədə tariximizə qara səhifələr yazılmış, xalqımızın qəlbinə
sağalmaz yaralar vurulmuşdur. Respublikanın hüquq-mühafizə orqanları
günahkarların aşkar edilməsi istiqamətində ardıcıl iş aparır. Əmin ola bilərsiniz ki,
törədilmiş cinayətin məsuliyyətindən heç kəs yaxa qurtara bilməyəcəkdir.
Dünyada hər şeyin, dərdin də, əzabların da bir sonu var. О cümlədən,
məcburən qatıldığımız müharibənin də. Xalqımızı əmin etmək istəyirəm ki,
müqəddəs vətənimizin real müstəqilliyi və torpaqlarımızın düşmən tapdağından
tam azad olacağı gün uzaqda deyildir. Hamımızın sıx birliyimizlə biz bu ağır tale
sınağından qələbəylə çıxacağıq və hər kəs öz doğma od-ocağına qayıdacaqdır.
Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 26 fevral "Xocalı
soyqırımı və milli matəm günü" elan olunmuş, bu barədə bütün beynəlxalq
təşkilatlara məlumat verilmişdir. Bu gün ölkəmizin hər yerində Xocalının günahsız
qurbanlarının əziz xatirəsi ehtiramla yad edilir. Xocalı soyqırımı qurbanlarının
müqəddəs ruhu qarşısında bir daha baş əyir, onların qohumlarına və bütün
Azərbaycan xalqına başsağlığı verirəm.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Heydər ƏLİYEV, Azərbaycan Respüblikasının Prezidenti. 1 mart 1994-cü il.
17
Xocalı soyqırımının ildönümü ilə
əlaqədar Azərbaycan xalqına müraciət
Əziz həmvətənlər! Hörmətli soydaşlar!
Bu gün mən Sizə insanlığın tarixində ən qəddar və amansız kütləvi terror
hadisələrindən biri olan Xocalı soyqırımı münasibətilə müraciət edirəm.
Xocalı faciəsi iki yüz ildən çox müddətdə davakar erməni millətçiləri
tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin qanlı
səhifəsidir. Müxtəlif vaxtlarda fərqli şəkildə, xüsusi incəliklə yeridilən bu mənfur
siyasət və düşmənçilik heç zaman dayanmamış, gah açıq qarşıdurma və qanlı
toqquşmalar şəklini almış, gah da dövrün tələblərinə uyğun ideoloji forma ilə
pərdələnmişdir.
15 il əvvəl təcavüzkar erməni şovinistlərinin irəli sürdükləri ərazi iddiaları
azərbaycanlıların qədim torpaqlarından kütləvi deportasiyasına, çoxsaylı terror
aktlarına və tam miqyaslı amansız müharibəyə səbəb oldu. Nəticədə on minlərlə
insan həlak oldu, əlil vəziyyətinə düşdü, yüz minlərlə soydaşımız qaçqın və
məcburi köçkünə çevrildi. Dağlıq Qarabağ və onun ətrafında olan 7 rayonumuz
erməni hərbi birləşmələri tərəfindən işğal edildi. Lakin 1992-ci il fevralın 26-da
qədim Xocalı şəhərinin misli görünməmiş qəddarlıqla məhv edilməsi bu faciələrin
ən dəhşətlisi oldu. Erməni hərbi birləşmələri 366-cı sovet alayı ilə birlikdə
qadınlara, uşaqlara, qocalara aman vermədən yüzlərlə insanı xüsusi vəhşiliklə qətlə
yetirdi, onları hərb tarixində analoqu olmayan işgəncə verməklə öldürdü, təhqirlərə
məruz qoydu. Öz amansızlığına, vəhşiliyinə, kütləviliyinə və törədilən cinayətlərin
ağırlığına görə Xocalı faciəsi insanlığın tarixində qara ləkə kimi qalacaqdır.
Xocalı soyqırımını törətməkdə erməni şovinistlərinin məqsədi xalqımızı
qorxutmaq, vahimə içində saxlamaq, onun mübarizə əzmini qırmaq, işğal faktı ilə
barışmasına nail olmaq idi. Lakin düşmən öz məkrli niyyətlərinə çata bilmədi.
Xocalı müdafiəçiləri təpədən dırnağa qədər müasir silahlarla təchiz olunmuş
düşmən qarşısında özünü itirmədi, əyilmədi, qəhrəmanlıq və rəşadət nümunələri
göstərdi. Onlar qeyri-bərabər döyüşdə igidliklə vuruşaraq, əsl fədakarlıq və
vətənpərvərlik nümayiş etdirdilər. Xocalı faciəsindən danışarkən о zaman
Azərbaycana rəhbərlik edən şəxslərin və xalqa rəhbərliyə iddialı olan qüvvələrin
siyasi və mənəvi məsuliyyətini ayrıca qeyd etmək lazımdır. Öz vəzifə borcuna görə
vətəndaşların asayişini və təhlükəsizliyini qorumalı olan dövlət orqanları şəhərin
müdafiəsini təşkil etmək üçün heç bir əməli tədbir görməmiş, şəhər sakinlərini
taleyin ümidinə buraxmışdılar. Uzun müddət mühasirə şəraitində qalan güclü
düşmənlə mərdliklə vuruşan şəhərin müdafiəçilərinə heç bir kömək
göstərilməmişdir. Respublikanın rəsmi rəhbərliyi baş vermis ağır cinayət və
soyqırım aktının miqyasları və ağırlığı haqqında dünya dövlətlərinə və beynəlxalq
ictimaiyyətə məlumat vermək, həqiqəti çatdırmaq əvəzinə, real vəziyyəti
gizlətməyə cəhd etmiş, tam fəaliyyətsizlik, məsuliyyətsizlik və xalqın taleyinə
18
biganəlik nümayiş etdirmişdi. Sonradan da Xocalı soyqırımının mahiyyətini
açmaq, onun təşkilatçılarını və icraçılarını ifşa etmək üçün heç bir iş
görülməmişdir. Xalqımızın faciəsi, yüzlərlə insanın məhv olmuş həyatı о zamankı
hakimiyyət və müxalifət tərəfindən yalnız siyasi mübarizədə qarşılıqlı ittihamlar
üçün vasitə rolunu oynamışdır. 1994-cü ildən başlayaraq Azərbaycan hökuməti və
parlamenti Xocalı soyqırımı və bütövlükdə erməni şovinist-millətçilərinin
azərbaycanlılara qarşı törətdiyi cinayətlər haqqında həqiqətləri olduğu kimi bütün
miqyası və dəhşətləri ilə dünya dövlətlərinə, parlamentlərinə, geniş ictimaiyyətə
çatdırmaq, bütün bunların soyqırımı siyasəti kimi tanınmasına nail olmaq xətti
yeridir. Bu, Xocalı şəhidlərinin, Vətən müdafiəçilərinin ruhu qarşısında bizim
vətəndaşlıq və insanlıq borcumuz olmaqla bərabər, həm də faciənin beynəlxalq
hüquqi-siyasi qiymət almasına, onun ideoloqlarının, təşkilatçılarının və
icraçılarının layiqincə cəzalandırılmasına yönəlmişdir. Azərbaycanın dövlət
rəhbərliyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq
hüquq prinsiplərinə uyğun ədalətli həlli, ərazilərimizin işğaldan azad edilməsi üçün
məqsədyönlü və ardıcıl iş aparır. Haqq-ədalət, beynəlxalq hüquq bizim
tərəfimizdədir, zaman bizim xeyrimizə işləyir. Bu gün dövlətimiz və xalqımız
iqtisadi, siyasi və mənəvi cəhətdən müqayisə olunmaz dərəcədə güclənilə, müstəqil
Azərbaycan dövləti dünya siyasətinin mühüm faktoruna çevrililə. İnanıram ki,
Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmlənməsi, sərhədlərinin
toxunulmazlığının və ərazi bütövlüyünün təmin edilməsi Xocalı şəhidlərinə və
xalqımızın bütün qəhrəman övladlarına ucaldılan möhtəşəm abidə olacaqdır!
Bu milli matəm günündə Xocalı şəhidlərinin və qəhrəmanlarının
müqəddəs ruhu qarşısında baş çəkərək, Allahdan onlara rəhmət diləyir, onların
yaxınlarına, bütün xalqımıza başsağlığı verirəm!
Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti. Bakı şəhəri, 25
fevral 2003-cü il.
Dostları ilə paylaş: |