Xocalı soyqırımının ildönümü ilə əlaqədar
Azərbaycan Xalqına Müraciət
Əziz həmvətənlər! Hörmətli soydaşlar!
Bu gün Sizə xalqımızın tarixində kədərli və faciəli bir səhifə, insanlığa
qarşı ən qəddar və amansız kütləvi terror hadisələrindən olan Xocalı soyqırımı
münasiləətilə müraciət edirəm.
Xocalı faciəsi iki yüz ilə yaxın bir müddət ərzində erməni millətçilərinin
və onların havadarlarının xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı
siyasətinin davamı və qanlı səhifəsi idi. Bu mənfur siyasət xalqımıza saysız-
hesabsız müsibətlər və əzab-əziyyətlər gətirmişdir.
Ötən əsrin 80-ci illərinin ikinci yarısında təcavüzkar erməni millətçilərinin
xalqımıza qarşı irəli sürdüyü yeni ərazi iddiaları azərbaycanlıların doğma
19
torpaqlarından kütləvi surətdə zorla qovulmasına, çoxsaylı terror aktları ilə
müşayiət olunan geniş miqyaslı amansız müharibəyə gətirilə çıxardı. Nəticədə on
minlərlə insan həlak oldu, yüz minlərlə soydaşımız qaçqın və məcburi köçkün
vəziyyətinə düşdü. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri
tərəfindən qədim Xocalı şəhərinin misli görünməmiş qəddarlıqla məhv edilməsi,
onun müdafiəçilərinə və dinc sakinlərə qanlı divan tutulması bu faciələrin ən
dəhşətlisi idi. Yüzlərlə insan - qadın, uşaq, qoca xüsusi vəhşiliklə qətlə yetirildi və
işgəncələrlə öldürüldü. Xocalı faciəsi öz qəddarlığına, kütləviliyinə və törədilən
cinayətlərin ağırlığına görə bəşəriyyətə qarşı ağır cinayətlər sırasına daxil
olmuşdur.
Xocalı soyqırımın törətməklə erməni millətçiləri məkrli məqsədlər
güdürdü: xalqımızı qorxutmaq, vahimə yaratmaq, onun mübarizə əzmini qırmaq,
torpaqların işğalı faktı ilə barışmağa məcbur etmək. Lakin hiyləgər və amansız
düşmən məqsədinə çata bilmədi. Xocalı müdafiəçiləri qəddar düşmənlə
mübarizədə əyilmədilər, qəhrəmanlıqla vuruşaraq Vətənə sədaqət nümunəsi
göstərdilər.
Xocalı faciəsindən danışarkən о zamankı rəsmi Azərbaycan rəhbərliyinin
və ölkədə vəziyyətə ciddi təsir edən siyasi qüvvələrin acizliyini, səriştəsizliyini,
xalqın taleyinə biganəliyini xüsusi qeyd etmək lazımdır. Dövlət rəhbərliyi xalqın
qəzəbindən qorxaraq, hadisənin miqyasını kiçiltməyə cəhd etmiş, bu qanlı cinayət
barədə beynəlxalq ictimaiyyətə operativ və ətraflı məlumat vermək üçün heç bir iş
görməmişdi. О zamankı müxalifət isə faciədən xalqın narazılıq dalğası üzərində
hakimiyyətə gəlmək üçün istifadə etdi. О zaman Azərbaycanda hökm sürən hərc-
mərclik, hakimiyyətin nüfuzsuzluğu, lidersizlik bu qanlı fəlakətin baş verməsinə
şərait yaratdı.
1994-cü ildən ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə
Azərbaycan hökuməti və parlamenti erməni millətçilərinin azərbaycanlılara qarşı
törətdiyi cinayətlər, о cümlədən Xocalı soyqırımı haqqında həqiqətləri bütün
miqyası və dəhşətləri ilə dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırmaq,
bunların soyqırımı siyasəti kimi tanınmasına nail olmaq üçün inadlı və ardıcıl
fəaliyyət göstərir. Məqsəd Xocalı faciəsinə beynəlxalq hüquqi-siyasi qiymət
verilməsinə, onun təşkilatçılarının, ideoloqlarının və icraçılarının dünya
ictimaiyyətinin gözündə ifşasına və cəzalandırılmasına nail olmaqdır. Bu, bir
tərəfdən Xocalı müdafiəçilərinin və şəhidlərinin ruhu qarşısında bizim insanlıq və
vətəndaşlıq borcumuzdur. Digər tərəfdən isə, insanlığa qarşı yönəlmiş bu cür
qəddar cinayətlərin gələcəkdə təkrar olunmaması üçün mühüm şərtdir.
Hazırda Azərbaycan rəhbərliyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun, Azərbaycanın suverenliyi və
ərazi bütövlüyü çərçivəsində həll olunması üçün ardıcıl fəaliyyət göstərir.
Aparıcı dünya dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar getdikcə daha
artıq dərəcədə Azərbaycanın ədalətli mövqeyini qəbul edir, ərazilərimizin işğalı
20
faktını etiraf edir, Ermənistandan Azərbaycan torpaqlarını azad etməyi tələb
edirlər. Biz dövlətimizin iqtisadi, siyasi qüdrətinə və qazanılmış təcrübəyə
arxalanaraq, problemin ədalətli həlli istiqamətində səylərimizi inadla davam
etdirəcəyik.
Vətəndaşlarımız,
soydaşlarımız
unutmamalıdırlar
ki,
erməni
millətçilərinin anti-Azərbaycan təbliğatı getdikcə daha incə, daha mənfur
formalarda davam etdirilir, ərazi iddialarını əsaslandırmaq üçün yeni-yeni əsassız
tezislər uydurulur. Buna görə də belə ideoloji təxribatlara qarşı ayıq olmalı, onları
vaxtında ifşa etməliyik.
Hazırda Azərbaycan dövləti, vətəndaşlarımız, xaricdəki soydaşlarımız
Xocalı həqiqətlərinin dünyaya çatdırılması, onun əsl soyqırımı aktı kimi
tanıdılması istiqamətində ardıcıl tədbirlər görürlər. Belə tədbirlər hər il daha əhatəli
və peşəkar səviyyədə keçirilməli, xaricdəki soydaşlarımız isə öz fəallığını daha da
artırmalıdırlar.
Bu kədərli matəm günlərində Xocalı şəhidlərinin və qəhrəmanlarının əziz
xatirəsini bir daha dərin hüznlə yad edərək Allahdan rəhmət diləyir, onların
yaxınlarına, bütün xalqımıza başsağlığı verirəm. Uğrunda çalışdığımız müstəqil,
güclü, firavan Azərbaycan onların ruhu üçün ən böyük təsəlli olacaqdır.
İlham Əliyev, Azərbaycan Respublikasınm Prezidenti. Bakı şəhəri,
24fevral 2004-cü il.
Milli Məclisin dünya parlamentlərinə
və beynəlxalq təşkilatlara müraciəti
Dövlət səviyyəsində qeyd edilən Xocalı soyqırımının (genosidinin)
fevralın 26-da üçüncü ildönümü tamam olur. Keçən il parlamentin qərarı ilə Xocalı
soyqırımı günü elan edilmiş həmin matəm xalqımız tərəfindən dərin hüznlə yad
edilir və artıq bu tarix millətin qəlbinə yaddaş günü kimi daxil olmuşdur.
Erməni tarixçiləri və siyasətçiləri guya erməni genosidi olan 1915-ci il
hadisələrini ildən-ilə şişirtmək və təbliğ etməklə, əslində, əsrin əvvəlindən həyata
keçirilən azərbaycanlıların kütləvi qırğınını unutdurmağa, dünya ictimaiyyətini
çaşdırmağa çalışırlar.
Xocalı faciəsi XX əsrdə "Böyük Ermənistan" və monoetnik dövlət
yaratmaq kimi şovinist siyasət müəllifləri olan ermənilərin Azərbaycan xalqının
başına gətirdiyi ən dəhşətli cinayətlərdən biridir. İndiyədək dünya ictimaiyyəti və
beynəlxalq təşkilatlar tərəfindən dərk olunub pislənilməməsi və qarşısının
alınmasına cəhd göstərilməməsi nəticəsində 1905-ci ildən başlayaraq Azərbaycan
torpaqlarının ilhaqını davam etdirən erməni qəsbkarları XX əsrin sonunda,
sivilizasiyalı dünyanın gözünün qabağında bütün insanlığa silinməz ləkə olan
dəhşətli cinayət və vəhşilik törətmişlər.
21
Həmin gün qısa bir vaxt ərzində erməni silahlı dəstələri şəhərin dinc
əhalisindən 613 nəfəri qəddarcasına, ağır işgəncə verməklə məhv etmiş, 421 nəfərə
ağır xəsarət yetirmişlər. Bu zaman 1275 nəfər itkin düşmüş və girov götürülmüş,
10 min əhalisi olan şəhər talan edilmiş, tikililər dağıdılmış və yandırılmışdır.
Xocalıdan sonra bu vəhşiliyi davam etdirən erməni quldurlan düşünülmüş surətdə
Dağlıq Qarabağın onlarla yaşayış məntəqəsini dağıtmış, Meşəli kəndini tamamilə
yer üzündən silmiş, Qaradağlı kəndində yaşayanların əksəriyyətini məhv etmişlər.
Biz dünyanın bütün parlamentlərinə və beynəlxalq təşkilatlarına müraciət
edərək xalqımızın başına gətirilən bu dəhşətli müsibət barədə, bütövlüklə əsrin
əvvəlindən bu günə kimi 500 mindən artıq azərbaycanlının ermənilər tərəfindən
öldürülməsi, azərbaycanlılar yaşayan 6 min kvadratkilometrlik əzəli azəri
torpaqlarının zorla boşaldılması, həmin ərazidən 1 milyon nəfərdən çox
azərbaycanlının qovulması, 2 minə yaxın Azərbaycan mənşəli yaşayış yerlərinin
tarixi adının dəyişdirilməsi, ərazimizin 20 faizinin (12 rayonun) erməni hərbi
birləşmələrinin işğalı altında olması, bunun nəticəsində 1 milyon nəfərin qaçqın
kimi yaşaması faktlarını bütün dünya ictimaiyyətinə çatdırmağı və beynəlxalq
prinsiplərə və hüquq normalarına uyğun olaraq bu vəhşilikləri pisləmələrini,
Azərbaycanın işğalçılardan azad edilməsi üçün haqq səslərini qaldırmalarını xahiş
edirik.
Qoy heç bir xalqın həyatında Xocalı faciəsinə bənzər hadisə olmasın!
Azərbaycan Respublikası Milli Məclisi. 24fevral 1995-ci il.
Xocalı Soyqırımının 10-cu ildönümünün anılması ilə əlaqədar
Azərbaycan Respublikası Мilli Məclisinin Bəyanatının təsdiq edilməsi
haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: Xocalı
soyqırımının 10-cu ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Milli
Məclisinin Bəyanatı təsdiq edilsin.
Xocalı Soyqırımının 10-cu ildönümü ilə əlaqədar Azərbaycan
Respublikası Milli Məclisinin Bəyanatı
Xocalı soyqırımının 10-cu ildönümü bu günlər Azərbaycanda dərin hüzn
içərisində qeyd edilir. Bu qəddar və amansız soyqırımı aktı insanlığın tarixinə
dəhşətli terror hadisələrindən biri kimi daxil olmuşdur.
1992-ci il fevralın 26-da Ermənistan Respublikasının silahlı birləşmələri,
Dağlıq Qarabağdakı yerli erməni yaraqlıları və keçmiş Sovet ordusunun 366-cı
motoatıcı alayı Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın Xocalı
şəhərini sakinləri ilə birlikdə büsbütün məhv edərək insanlığa silinməz ləkə olan
soyqırımı aktı törətmişlər. Cəmi bir neçə saat ərzində 613 nəfər dinc azərbaycanlı,
22
о cümlədən 63 uşaq, 106 qadın, 70 qoca yalnız azərbaycanlı olduğuna görə
qəddarcasına, dözülməz işgəncə verilməklə öldürülmüş, 487 nəfərə ağır xəsarət
yetirilmiş, 1275 sakin - köməksiz qocalar, uşaqlar, qadınlar girov götürülərək
ağlasığmaz zülmə, təhqirlərə və həqarətə məruz qoyulmuşlar. Erməni hərbçiləri
öldürdükləri insanların başlarının dərisini soymuş, müxtəlif əzalarını kəsmiş, körpə
uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarınlarını yarmış, adamları diri-diri
torpağa basdırmış və ya yandırmışlar.
Azərbaycan Respublikasının о dövrdəki prezidenti Ayaz Mütəllibovun və
digər rəhbərlərinin cinayətkar səhlənkarlığı erməni millətçilərinin bu ağır cinayət
əməlini törətməsinə şərait yaratmışdır. Hakimiyyətlə müxalifətin qarşılıqlı
ittihamları və siyasi mübarizəsi nəticəsində Xocalının müdafiəsi lazımi səviyyədə
təşkil edilməmiş, şəhərin dinc əhalisinə heç bir köməklik göstərilməmişdir.
Xocalı şəhərində törədilmiş müdhiş cinayətin xarakteri və miqyası bu
soyqırımı aktının BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı
qətnaməsi ilə qəbul edilmiş "Soyqırımı cinayətinin qarşısının alınması və
cəzalandırılması haqqında" Konvensiyada ifadə olunmuş müddəalara tam uyğun
gəldiyini sübut edir.
Bu kütləvi və amansız qırğın aktı Azərbaycanın dövlət müstəqilliyinə və
ərazi bütövlüyünə qarşı çevrilmiş terror siyasətinin təzahürü olmaqla, təkcə
azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlıq əleyhinə törədilmiş qəddar
cinayət aktıdır. Erməni millətçiləri Xocalıda bu soyqırımı əməlini törədərkən
doğma torpağını qəsbkarlara vermək istəməyən Azərbaycan xalqını qorxutmaq,
onun mübarizə əzmini qırmaq və məhv etmək niyyəti güdmüşlər.
Təəssüf doğuran haldır ki, dövlətlər arasında sivil birgə yaşayış
qaydalarının hakim olduğu XX əsrin sonlarında Ermənistan Respublikasının
Azərbaycanın ərazi bütövlüyünə qəsd etməsinə, qonşu dövlətə torpaq iddialarını
həyata keçirmək üçün işğalçılıq müharibəsi və etnik təmizləmə aparmasına, Xocalı
soyqırımı kimi dəhşətli cinayətlər törətməsinə dünya birliyi biganə yanaşmış,
təcavüzkarın cilovlanması üçün təsirli beynəlxalq tədbirlər görməmişdir. Qəsbkar
dövlət olan Ermənistan ətrafında yaradılmış bu cəzasızlıq mühitinin nəticəsidir ki,
indiyədək ölkəmizin ərazisinin 20 faizi, yəni Dağlıq Qarabağ və onun ətrafındakı 7
rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş, 1 milyondan çox
azərbaycanlı yerindən-yurdundan didərgin salınmışdır. İşğal olunmuş torpaqların
azad edilməsinə dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə (822, 853,
874 və 884 nömrəli qətnamələr), Avropa Şurası Parlament Assambleyasının,
ATƏT-in Budapeşt, Lissabon və Istanbul sammitlərinin sənədlərinə məhəl
qoymayan Ermənistan Respublikası Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan
imtina edir. Dağlıq Qarabağ ərazisində təkcə Ermənistandan deyil, digər ölkələrdən
də gələn terrorçuların hazırlanması, Azərbaycan xalqına qarşı yeni cinayətlərin
təşkil edilməsi üçün düşərgələr yaradılmışdır. Burada narkotik vasitələrin
23
dövriyyəsindən və nəqlindən, silah alverindən əldə edilən gəlir terror məqsədləri
üçün istifadə olunur.
Azərbaycan xalqına və digər qonşu dövlətlərə qarşı soyqırımı və terror
Ermənistanda dövlət siyasəti səviyyəsinə qaldırılmışdır. Erməni millətçiliyinin
məqsədlərinə nail olmaq üçün heç bir çirkin vasitədən çəkinməyən yerli və
beynəlxalq terrorçu təşkilatların bu ölkədə sərbəst fəaliyyətinə hər cür şərait
yaradılmışdır.
Son yüz ildən artıq bir dövrdə erməni xalqının bir neçə nəsli milli
müstəsnalıq, Azərbaycan və digər xalqlara qarşı düşmənçilik ruhunda tərbiyə
edilmişdir. Bu nifrət ideologiyasının törətdiyi faciəli nəticələr tarixdən yaxşı
məlumdur.
XIX əsrin sonlarından etibarən böyük dövlətlərin himayəsindən istifadə
edən erməni millətçiləri "Böyük Ermənistan" yaratmaq xülyasına düşmüş, iddia
etdikləri əraziləri yerli sakinlərdən təmizləmək niyyəti ilə Qafqazda kütləvi terror
aktları və qırğınlar törədərək, yüz minlərlə günahsız azərbaycanlını qətlə
yetirmişlər.
1905-1907-ci illərdə İrəvanda və Zəngəzurda (müasir Ermənistan
Respublikası ərazisində), Tiflisdə, Bakıda, Naxçıvanda, Gəncədə, Qarabağda,
1918-1920-ci illərdə Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda dinc
əhaliyə amansızcasına divan tutulmuşdur.
Azərbaycan xalqına qarşı düşmənçilik siyasəti Sovet hakimiyyəti illərində
də davam etdirilmiş, SSRİ-nin ermənipərəst rəhbərliyinin köməyi ilə 1948-1953-cü
illərdə, habelə 1988-1989-cu illərdə qısa bir vaxt içərisində Ermənistandan yarım
milyona yaxın azərbaycanlı deportasiya edilmiş, yaxud qovulmuş, yüzlərlə
azərbaycanlı milli mənsubiyyətinə görə öldürülmüşdür. Ermənilərin bu qanlı və
avantürist siyasəti iki milyondan çox azərbaycanlının ayrı-ayrı vaxtlarda etnik
təmizləmə və soyqırımı siyasətinə məruz qalması ilə nəticələnmişdir. Bu gün
Ermənistanda bir nəfər də azərbaycanlı qalmamışdır. Erməni millətçiləri
qarşılarına qoyduqları məqsədə nail olmuş, Ermənistanı monoetnik dövlətə
çevirmişlər.
Azərbaycan xalqına qarşı soyqırımı və deportasiya siyasəti lap əvvəldən
geniş miqyaslı informasiya müharibəsi ilə müşayiət olunmuşdur. Erməni
"alimlərinin" səyləri ilə bütün Qafqazın tarixi saxtalaşdırılmış, ermənilərin tarixi
şişirdilərək qədimləşdirilmiş, azərbaycanlılara qarşı kəskin mənəvi təcavüz
kampaniyası aparılmışdır. Qafqazda baş verən hadisələr şüurlu surətdə təhrif
olunmuş, dünya ictimaiyyətinin nəzərində "əzabkeş, məzlum və incidilmiş erməni
xalqı" obrazı yaradılmışdır. Azərbaycan xalqına qarşı düşmənçilik və soyqırımı
siyasətini pərdələmək, qonşu dövlətlərə ərazi iddialarına və bunun vasitəsi kimi
seçdikləri işğalçılıq müharibəsinə, erməni beynəlxalq terrorizminə haqq
qazandırmaq üçün erməni millətçiləri guya 1915-ci ildə ermənilərin soyqırımına
məruz qaldıqları barədə uydurmaları ortaya atmışlar. Beləliklə, təcavüzkar və
24
cinayətkar özünü təcavüzün və cinayətin qurbanı kimi qələmə verərək beynəlxalq
ictimaiyyəti çaşdırmağa səy göstərmişdir.
Nə qədər qəribə olsa da, Xocalı faciəsi kimi real soyqırımına göz yuman
bəzi ölkələrin parlamentləri "erməni soyqırımı" əfsanəsini müzakirə predmetinə
çevirmiş, hətta tarixi həqiqətlərə etinasızlıq göstərərək bu barədə ədalətsiz qərarlar
da qəbul etmişlər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh
yolu ilə nizama salınması səylərinin Ermənistan tərəfindən indiyədək boşa
çıxarılmasının səbəblərindən biri də məhz budur.
Azərbaycan Respublikasının Milli Məclisi hesab edir ki, dünya
ictimaiyyəti, nəhayət, təcavüzkarı öz adı ilə çağırmalı, Ermənistan Respublikası
tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsinə, qaçqın və
köçkünlərin doğma yurdlarına qaytarılmasına kömək göstərməlidir.
Azərbaycan Respublikasının Milli Məclisi Birləşmiş Millətlər Təşkilatına,
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, Avropa Şurasına, Müstəqil
Dövlətlər Birliyinə, digər beynəlxalq təşkilatlara, dünya ölkələrinin
parlamentlərinə və hökumətlərinə müraciət edir ki, Ermənistan Respublikasının
rəhbərliyi tərəfindən təşkil edilmiş və onun köməyi ilə Dağlıq Qarabağda
hakimiyyəti qanunsuz zəbt etmiş erməni millətçiləri tərəfindən Azərbaycan xalqına
qarşı törədilmiş Xocalı soyqırımını tanısınlar və pisləsinlər, Ermənistan-
Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və
prinsipləri əsasında ədalətli həlli üçün əllərindən gələni əsirgəməsinlər.
Xocalı soyqırımı kimi dəhşətli cinayətlər cəzasız qalmamalıdır.
Azərbaycan Respublikasının Milli Məclisi bəyan edir ki, Azərbaycan dövləti
mövcud imkanların hamısından istifadə edərək ərazi bütövlüyünün bərpasını təmin
edəcək, Xocalı faciəsinin əsl beynəlxalq hüquqi-siyasi qiymət almasına, onun
ideoloqlarının, təşkilatçılarının və icraçılarının layiqincə cəzalandırılmasına nail
olacaqdır.
(Bəyanat Azərbaycan Respublikası Milli Məclisinin 2002-ci il 26 fevral
tarixli iclasmda qəbul edilmişdir.)
Azərbaycan Respublikası. Milli Məclisinin sədri M. Ələsgərov. Bakı
şəhəri, 26 fevral 2002-ci il.
Xocalı soyqırımının 15 illiyi ilə əlaqədar Azərbaycan
Respublikası Milli Məclisinin qərarı
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan Respublikasının
Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində azərbaycanlılara qarşı soyqırımı
aktı törədilmişdir. Təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün insanlığa
qarşı yönəlmiş bu müdhiş cinayətin iştirakçıları məlumdur. Bunlar Ermənistan
Respublikası silahlı qüvvələrinin bölmələri, Dağlıq Qarabağdakı erməni terrorçu
25
dəstələri və keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı
alayının şəxsi heyətinin üzvləridir.
Əvvəlcə Xocalı toplardan və digər hərbi texnikadan şiddətli atəşə
tutularaq darmadağın edilmişdir. Şəhər ərazisində yanğınlar başlanmışdır. Sonra
piyada qüvvələr bir neçə istiqamətdən şəhərə girmişlər, Sağ qalmış sakinlərə
vəhşicəsinə divan tutulmuşdur. 613 nəfər dinc azərbaycanlı, о cümlədən 63 uşaq,
106 qadın işgəncə ilə öldürülmüşdür. 8 ailə bütünlüklə məhv edilmişdir. 487 nəfər
şikəst edilmişdir. 1275 sakin - qocalar, uşaqlar, qadınlar girov götürülərək
ağlasığmaz təhqirlərə, zülmə və həqarətə məruz qalmışlar. Girov götürülənlərdən
150 nəfərin, о cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum
deyildir.
Mühasirədən çıxmağı bacarmış dinc sakinləri yollarda, meşələrdə pusqu
quran erməni hərbçiləri xüsusi amansızlıqla qətlə yetirmişlər. Azğınlaşmış
cəlladlar insanların başlarının dərisini soymuş, müxtəlif əzalarını kəsmiş, кörpə
uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarınlarını yarmış, adamları diri-diri
torpаğа basdırmış və ya yandırmış, cəsədlərin bir qismini minalamışlar.
Xocalı şəhərinə hücum əməliyyatına 366-cı alayın ikinci taqımının
komandiri Seyran Ohanyan, üçüncü taqımının komandiri Yevgeni Nabokix, birinci
taqımının qərargah rəisi Valeri Citcyan rəhbərlik etmişlər. Əməliyyata alayın 90-
dan çox tankı, piyada döyüş maşını və digər hərbi texnikası cəlb edilmişdi. Dinc
əhaliyə qarşı soyqırımı cinayətlərində alayın hərbi qulluqçularından Slavik
Arutyunyan, Andrey İşxanyan, Sergey Beqlaryan, Movses Akopyan, Qriqori
Kisebekyan, Vacik Mirzoyan, Vacaqan Ayriyan, Aleksandr Ayrapetyan və
başqaları, erməni silahlı birləşmələrinin üzvlərindən Karo Petrosyan, Vitali
Balasanyan, Seyran Tumasyan, Valerik Qriqoryan və digərlori fəal iştirak etmişlər.
Dinc əhaliyə qəddarcasına divan tutanlar arasında Xankəndi şəhər daxili işlər
şöbəsinin rəisi işləmiş Armo Abramyanın, Əsgəran rayon daxili işlər şöbəsinin
rəisi işləmiş Mavrik Qukasyanın, onun müavini Şaqen Barseqyanın, Dağlıq
Qarabağda erməni xalq cəbhəsinin sədri olmuş Vitali Balasanyanın, Xankəndi
şəhər həbsxanasının rəisi işləmiş Serjik Kocaryanın və başqa şəxslərin də olduğu
müəyyən edilmişdir.
Bu gün cinayətkarlardan 30 nəfərinin adları Azərbaycanın istintaq
orqanlarına məlumdur. Xocalı soyqırımı zamanı mayor rütbəsində olan S.Ohanyan
indi general paqonları gəzdirir və işğal edilmiş Dağlıq Qarabağ bölgəsində
Ermənistan Respublikasının yaratdığı oyuncaq qurumun "müdafiə naziridir".
Cinayətin bir sıra digər iştirakçıları da oyuncaq qurumda və Ermənistan
Respublikasının dövlət orqanlarında müxtəlif vəzifələr tuturlar.
Xocalı şəhərində hərbi əməliyyatdan sonra 366-cı alayın cinayətdə
iştirakının izlərini itirmək üçün alay tələm-tələsik Dağlıq Qarabağdan çıxarılıb
Gürcüstana aparılmış, bu zaman hərbi texnikanın böyük hissəsi, yəni 9 tank, 4
zirehli transportyor, 70 piyada döyüş maşını, 4 "Strela-10" raket qurğusu, 8 top, 57
26
minaatan və digər silah-sursat erməni birləşmələrinə təhvil verilmiş və
azərbaycanlı əhaliyə qarşı sonrakı cinayət əməllərində istifadə edilmişdir.
Xocalı faciəsi son yüz ildən artıq dövrdə davakar erməni millətçilərinin
azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı və etnik təmizləmə siyasətinin
yeni bir səhifəsi olmuşdur. XIX əsrin sonlarından etibarən çar Rusiyasının və digər
dövlətlərin gizli və açıq himayəsindən istifadə edən erməni millətçiləri "böyük
Ermənistan", yaratmaq xülyasına düşmüş, ələ keçirmək istədikləri əraziləri yerli
sakinlərdən təmizləmək niyyəti ilə müxtəlif dövrlərdə Şərqi Anadoluda və
Cənubi Qafqazda soyqırımı və terror aktları törədərək, 2 milyona qədər günahsız
türkü və azərbaycanlının vəhşicəsinə qətlə yetirmişlər. 1905-1907-ci illərdə,
habelə 1918-1920-ci illərdə Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada,
Lənkəranda, Qarabağda, Muğanda və Azərbaycanın digər yerlərində, habelə
Tiflisdə dinc azərbaycanlı əhali soyqırımına məruz qalmışdır. Qeyd etmək yerinə
düşər ki, 1918-ci ildə Ermənistan Respublikasının yaradılması elan edilərkən
onun ərazisi 9,8 min kvadrat kilometr olmuşdur. Əslində bu süni dövlət qurumu
Azərbaycanın əzəli torpaqlarında, yəni keçmiş İrəvan xanlığının (çar Rusiyası
dövründə İrəvan quberniyasının) ərazisində təşkil edilmişdir. Sonralar İrəvanda,
Göycədə və Zəngəzurda törədilən kütləvi qırğınlar nəticəsində bölgənin
demoqrafik vəziyyəti erməni əhalinin xeyrinə dəyişdirilmiş, azərbaycanlılardan
təmizlənən yeni ərazilər Ermənistan Respublikasına qatılmışdır. Ermənistanda və
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bolşevik rejiminin əli ilə
Azərbaycan torpaqlarının daha bir hissəsi Ermənistanın tərkibinə daxil edilmiş,
nəticədə onun sahəsi 30 min kvadrat kilometrə çatdırılmışdır.
Ermənistan ərazisində qalan, ata-baba torpaqlarında yığcam halda yaşayan
yüz minlərlə azərbaycanlıya muxtariyyət verilmədiyi halda, Azərbaycan ərazisində
ermənilər üçün qondarma "Dağlıq Qarabağ Muxtar Vilayəti" təşkil edilmişdir.
Beləliklə, davakar erməni millətçilərinin Azərbaycana qarşı gələcək ərazi iddiaları
üçün zəmin yaradılmış, Cənubi Qafqazda baş verəcək yeni faciələrin əsası
qoyulmuşdur.
Davakar erməni millətçilərinin azərbaycanlılara qarşı soyqırımı
cinayətlərinin cəzasız qalması, bu cinayətlərə heş bir siyasi-hüquqi qiymət
verilməməsi sovet hakimiyyəti dövründə də xalqımıza qarşı düşmənçilik siyasəti
yeridilməsinə gətirilə çıxarmışdır. SSRİ rəhbərliyinin köməyi ilə Ermənistan SSR-
in hakim dairələri 1948-1953-cü illərdə Ermənistandan yüz minlərlə
azərbaycanlının deportasiya edilməsinə nail olmuşlar.
1988-ci ildə keçmiş SSRİ mərkəzi hökumətinin ermənipərəst siyasətindən
istifadə edən davakar erməni millətçiləri Ermənistan ərazisində etnik təmizləməni
başa çatdırmaq niyyəti ilə azərbaycanlıların yaşadıqları rayon və kəndlərə basqınlar
etməyə, azərbaycanlıları doğma toıpaqlarından qovmağa başladılar. Cinayət
əməllərinə əsas yaratmaq üçün SSRİ xüsusi xidmət orqanlarının birbaşa iştirakı və
təşkilatçılığı ilə Azərbaycanın Sumqayıt şəhərində məlum fitnəkarlıq törədildi.
27
Əvvəlcədən hazırlanmış plana əsasən bu hadisələr bəhanə gətirilərək, qısa müddət
ərzində Ermənistandan 250 minə yaxın azərbaycanlı kriminal ünsürlərlə əlbir olan
hakimiyyət orqanlarının nümayəndələri və silahlı quldurlar tərəfindən qovulub
qaçqın salındı. Bu zaman yüzlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi.
Ermənistan
ərazisinin
azərbaycanlılardan
təmizlənməsini
başa
çatdırdıqdan sonra Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağı Ermənistana
ilhaq etmək üçün fəal döyüş əməliyyatlarına başlandı. Qarşı duran tərəflərin
qüvvələri heç də bərabər deyildi. Nizami ordusunu təşkil etməyə macal tapmamış
əliyalın azərbaycanlı əhali əvvəlcədən xüsusi hazırlıq keçmiş erməni silahlı
birləşmələri, xarici ölkələrdən gətirilmiş muzdlu dəstələr və keçmiş sovet
ordusunun tör-töküntüləri ilə üz-üzə dayanmışdı. Nəticədə Azərbaycan
Respublikası ərazisinin 20 faizi, yəni Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı
daha yeddi rayon - Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan
rayonları işğal olunmuş, 18 mindən сох azərbaycanlı qətlə yetirilmiş, 20 mindən
çox dinc sakin yaralanmış, 50 mindən çox adam əlil olmuşdur. 4750 adam əsir və
itkin düşmüş, girov götürülmüşdür. 877 şəhər, kənd və qəsəbə qarət edilmiş,
dağıdılmış və yandırılmışdır. Ermənistan ərazisindən və Azərbaycanın işğal
edilmiş bölgəsindən qovulub didərgin salınmış azərbaycanlıların sayı 1 milyondan
çoxdur.
Eıməni təcavüzkarları işğal olunmuş ərazilərdə Azərbaycanın mədəni-
tarixi irsini təşkil edən obyektləri xüsusi qəddarlıqla məhv etmişlər. Ələ
keçirdikləri ərazilərdə onlar vandalizm aktları törədərək, 500-э qədər tarixi və 100-
dən çox arxeoloji abidəni, 22 muzeyi və 4 rəsm qalereyasını, tarixi əhəmiyyətli 9
sarayı qarət etmiş və yandırmış, 44 məbədi və 9 məscidi təhqir etmişlər. Dağıdılan
və yandırılan 927 kitabxanada 4,6 milyon kitab və misilsiz əlyazma məhv
edilmişdir.
XX əsrin əvvəllərində azərbaycanlıların məruz qaldıqları fəlakətlərin əsrin
sonlarında yenidən təkrar olunmasının bir çox səbəbləri vardır. Əlbəttə, başlıca
səbəb 1920-ci ildə Azərbaycanda və Ermənistanda sovet hakimiyyətinin qurulması,
yeni nəsillərin saxla beynəlmiləlçilik ruhunda tərbiyə olunması, "xalqlar
dostluğu"nun tərənnüm edilməsi olmuşdur. Azərbaycan xalqının başına gətirilmiş
faciələri unutdurmaq üçün sovet ideoloqları xalqımızın xeyirxahlıq, alicənablıq,
rəhmdillik, sülhsevərlik, düşmənçiliyi unutmaq kimi yüksək mənəvi
keyfiyyətlərindən məharətlə istifadə etmişlər.
Lakin davakar erməni millətçiləri Azərbaycan xalqına nifrət hissini sovet
hakimiyyəti illərində də yaddan çıxarmamışlar. Ümumiyyətlə, son yüz ildən artıq
dövrdə erməni xalqının bir neçə nəsli milli müstəsnalıq, Azərbaycan xalqına qarşı
düşmənçilik ruhunda tərbiyə edilmişdir. Erməni "alim"lərinin səyləri ilə bölgənin
tarixi saxtalaşdırılmış, ermənilərin tarixi şişirdilərək qədimləşdirilmiş,
azərbaycanlılara qarşı kəskin mənəvi təcavüz kampaniyası aparılmışdır. Cənubi
28
Qafqazda baş verən hadisələr bilərəkdən təhrif edilmiş, dünya ictimaiyyətinin
nəzərində "əzabkeş və məzlum" erməni xalqı obrazı yaradılmışdır.
Qonşu dövlətlərə, о cümlədən Azərbaycan Respublikasına qarşı ərazi
iddialarına haqq qazandırmaq, bunun vasitəsi kimi seçdikləri işğalçılıq, soyqırımı
və dövlət terrorizmi siyasətini pərdələmək üçün davakar erməni millətçiləri guya
1915-ci ildə ermənilərin soyqırımına məruz qaldıqları barədə uydurmalara rəvac
vermişlər. Beləliklə, təcavüzkar və cinayətkar özünü təcavüzün və cinayətin
qurbanı kimi qələmə verərək beynəlxalq ictimaiyyəti çaşdırmağa cəhdlər
göstərmişdir. Təəssüf ki, Xocalı faciəsi kimi real soyqırımına göz yuman ayrı-ayrı
dövlətlərin parlamentləri bir sıra hallarda yalançı erməni təbliğatının təsiri altına
düşərək, yaxud siyasi konyunkturaya əsaslanaraq "erməni soyqırımı" əfsanəsini
müzakirə mövzusuna çevirmiş, hətta bu barədə əsassız və ədalətsiz aktlar qəbul
etmişlər.
Davakar erməni millətçilərinin azğın təbliğat kampaniyasına qarşı
mütəşəkkil müqavimət Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev
hakimiyyətə qayıtdıqdan sonra başlanmışdır. "Azərbaycanlıların soyqırım
haqqında" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 26 mart tarixli
Fərmanı tarixi həqiqətlərin üzə çıxmasına və öz yerini tutmasına təkan vermişdir.
Bu mühüm sənəddə tariximizdə ilk dəfə olaraq azərbaycanlılara qarşı törədilmiş
kütləvi qırğınların - soyqırımlarının rəsmən adı çəkilmiş, Cənubi Qafqaz
miqyasında xalqımıza qarşı aparılmış etnik düşmənçilik siyasətinin kökləri
açılmışdır. "Böyük Ermənistan" xülyasını həyata keçirməyin əsas yolunu tarix
boyu bu ərazilərin yerli sakinləri olmuş azərbaycanlıların məhv edilməsində,
köçürülməsində, onların tarix və mədəniyyət abidələrinin dağıdılmasında, yer
adlarının dəyişdirilməsində görmüş davakar erməni millətçilərinin mənfur
fəaliyyətinə siyasi qiymət verilmişdir. Fərmana əsasən 31 mart günü son yüz ildən
artıq dövrdə davakar erməni millətçilərinin xalqımıza qarşı törətdikləri
vəhşiliklərin qurbanı olmuş günahsız insanların xatirəsinə ehtiram əlaməti olaraq
azərbaycanlıların soyqırımı günü elan edilmişdir.
Azərbaycan Respublikasının Milli Məclisi bu məsələ ilə əlaqədar dəfələrlə
xüsusi bəyanatlar və müraciətlər qəbul etmiş, beynəlxalq təşkilatlardan, dünya
ölkələrinin parlamentlərindən və hökumətlərindən XIX-XX əsrlərdə erməni
millətçiliyinin və onun havadarlarının azərbaycanlılara qarşı törətdikləri soyqırımı
cinayətlərini tanımağı, gələcəkdə bu cür cinayətlərin cəzasız qalmasının qarşısının
almaqdan ötrü təsirli beynəlxalq hüquq mexanizmlərinin yaradılması işini
tezliklə başa çatdırmağı, azərbaycanlılara qarşı yeni soyqırımı cinayətlərinə yol
verilməməsi üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc
yolla ədalətli həllinə kömək göstərməyi xahiş etmişdir. Milli Məclisin müvafiq
qərarına əsasən 26 fevral Xocalı soyqırımı günü elan edilmiş və bu barədə
beynəlxalq təşkilatlara məlumat verilmişdir.
29
Xocalı şəhidlərinin xatirəsinin, əbədiləşdirilməsi üçün dövlət tərəfindən
bir sıra tədbirlər görülmüşdür. Bakı şəhərində, ölkəmizin digər şəhər və
rayonlarında Xocalı qurbanlarına abidələr ucaldılmış, Xocalı faciəsi haqqında
məlumatlar orta məktəb proqramlarına daxil edilmişdir.
Məlum
olduğu kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün ATƏT-in Minsk qrupunun
vasitəçiliyi ilə danışıqlar aparılır. Erməni tərəfi sülh arzusunda olduğunu
göstərməyə çalışsa da, münaqişənin dinc vasitələrlə həllini çətinləşdirən
bəyanatlara və hərəkətlərə yol verir, о cümlədən "erməni soyqırımı" haqqında
əfsanənin daha çox ölkədə yayılmasına cəhdlər göstərir. Xocalı şəhərində dinc
əhaliyə vəhşicəsinə divan tutanların təmizə çıxarılması üçün iddia olunur ki, guya
Xocalıda erməni hərbçiləri tərəfindən dinc əhaliyə qarşı heç bir zorakılıq əməlinə
yol verilməmişdir. Faciənin yaraları hələ qaysaq bağlamamış vəhşilik əməlini
unuldurmağa cəhdlər göstərilir. Üzdəniraq təbliğatçıların həyasızlığı ildən-ilə daha
da artır, Xocalı soyqırımı haqqında həqiqətlərin dünya birliyinə çatmasına yol
verməmək üçün yeni-yeni yalanlar uydurulur.
Davakar erməni millətçilərinin və onların havadarlarının Azərbaycan
xalqına qarşı törədilmiş faciələri, о cümlədən Xocalı soyqırımını ört-basdır etmək
və unutdurmaq, qondarma "erməni soyqırımı"nı qəbul etdirmək üçün beynəlxalq
miqyasda apardıqları təbliğat kampaniyasının qarşısının alınması sahəsində
göstərilən səylərin artırılması indiki dövrün ən aktual vəzifələrindən biridir. Bu
sahədə parlamentin hər bir üzvünün də üzərinə vəzifələr düşür.
Azərbaycan Respublikasının Milli Məclisi yuxarıda şərh edilənləri nəzərə
alaraq, qərara alır:
Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına bir vəzifə olaraq
tapşırılsın ki, xarici ölkələrə səfərlər zamanı, о cümlədən beynəlxalq təşkilatların
tədbirlərində iştirak edərkən son yüz ildə azərbaycanlıların məruz qaldıqları
soyqırımı aktları, о cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin daha geniş
yayılmasını təmin etsinlər, bu məqsədlə Milli Məclisin xarici ölkələrin
parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının imkanlarından dolğun və səmərəli
istifadə etsinlər.
Ermənistan Respublikasının ölkəmizə silahlı təcavüzü, ölkəmizin Dağlıq
Qarabağ bölgəsini və ətraf rayonların işğal etməsi gedişində azərbaycanlılara qarşı
törədilmiş soyqırım aktları, xüsusən Xocalı faciəsi ilə bağlı materialların
toplanılması, öyrənilməsi, ümumiləşdirilməsi və yayılması məqsədi ilə Azərbaycan
Respublikasının Milli Məclisi yanında informasiya-tədqiqat mərkəzi yaradılsın.
3.Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarına tövsiyə edilsin ki,
Xocalı şəhərində soyqırımı aktının törədilməsində iştirak etmiş şəxslərin hamısının
müəyyən edilməsi, onların cinayət məsuliyyətinə cəlb olunması üçün
görülən tədbirləri gücləndirsinlər.
30
4.Azərbaycan Respublikasının müvafiq dövlət və qeyri-dövlət qurumlarına, о
cümlədən qeyri-hökumət təşkilatlarına tövsiyə edilsin ki, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatların geniş yayılması, yalançı erməni
təbliğatının ifşa edilməsi üçün səylərini birləşdirsinlər.
Oqtay Əsədov,Azərbaycan Respublikası Milli Məclisinin sədri, Bakı
şəhəri, 27 fevral 2007-ci il.
Dostları ilə paylaş: |