Beynəlxalq danışıqların aparılmasında milli təcrübə və şəxsiyyət amili


Danışıqlarda davranış xüsusiyyətləri



Yüklə 29,81 Kb.
səhifə4/6
tarix02.01.2022
ölçüsü29,81 Kb.
#39953
1   2   3   4   5   6
Muhazire 9

Danışıqlarda davranış xüsusiyyətləri. Müvafiq qrup parametrlər danışıqların aparılmasının hər bir mərhələsinin spesifik xüsusiyyətləri ilə müəyyən olunur; mərhələlərdən keçməyin ardıcıllığına meyllilik; nisbətən səciyyəvi taktiki üsullarla; ünsiyyətin qeyri-verbal komponent xüsusiyyətləri, onların danışıqlar prosesində rolu. Danışıqlarda davranış xüsusiyyətləri tədqiqatçılar və praktiklər tərəfindən nisbətən incəliklərinədək təsvir olunub.

Belə ki, danışıqların hazırlıq mərhələsinə almanlar daha çox diqqət yetirir və öz mövqelərini diqqətlə işləyib hazırlayırlar. İngilislər isə danışıqlara o qədər də əsaslı şəkildə hazırlaşmırlar. Daha çox praqmatik düşünən ingilislər hesab edirlər ki, partnyorun mövqeyindən asılı olaraq, danışıqların gedişində ən yaxşı həlli tapmaq mümkün ola bilər.

Bu və ya digər mədəniyyətin davranış xüsusiyyətlərini araşdırarkən kontekstin (mətnin mənaca bitmiş olan hissəsi) rolunu nəzərə almaq vacibdir. Tədqiqatçılar çox vaxt politologiyada fərqləndirilən iki tip mədəniyyətdən istifadə edirlər: yüksək və aşağı kontekst. Aşağı kontekstli mədəniyyətlərdə (məsələn, amerikan, alman) praktiki olaraq gizlin məna ehtiva olunmur. Digər mədəniyyətlərdə (o cümlədən, rus, fransız, yapon) kontekstin əhəmiyyəti çox böyük olub, söylənmiş məna zidd fikrə çevrilə bilər. İkinci tip mədəniyyətlərdə ünsiyyətin qeyri-verbal amilləri kimi xüsusi əhəmiyyət kəsb edir. Bununla əlaqədar danışıqlarda anlaşılmazlığa gətirib çıxaran situasiyalar mümkündür. Məsələn, yapon mədəniyyətində imtina birbaşa ifadə oluna bilməz.

Sonda qeyd etmək lazımdır ki, milli üsulları bilmək, onlar arasında fərqləri görməyi bacarmaq zəruridir, lakin partnyorun üsulunu kor-koranə mənimsəyərək danışıqların yaxşı sonluğuna ümid etmək olmaz.




Yüklə 29,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin