Bu hadisədən sonra erməni avantüristləri zorakılıq mübarizəsini daha effektli və kompleks həyata keçirmək və "daha böyük arzulara" çatmağı təmin etmək məqsədilə 1975-ci ildə Livanın paytaxtı Beyrutda Ermənistanın Azadlığı üçün Erməni Gizli Ordusu (Armerican Secret Army for the Liberation of Armenia -ASALA) terror təşkilatını yaratdılar.
Tədqiqatçı K.V.Jarinov ASALA-nın məqsədlərini belə açıqlayır: "ASALA-nın əsas məqsədi Türkiyənin şərq vilayətləri, Şimali İran və indiki Ermənistan da daxil olmaqla müstəqil erməni dövləti yaratmaq və iddia etdikləri genosid məsələsini qabartmaq idi".