Bundan sonra demək olar ki, erməni terrorizmi zorla SSRİ-nin tərkibinə qatılmış Azərbaycan Respublikasının vətəndaşlarına,əlaxüsus müsəlmanlara qarşı kriminal formada özünü büruzə vermiş imkan düşdükcə fürsət tapıb öz cirkin niyyətlərini həyata kecimişlər.
Erməni terrorçuları tərəfindən əsrin əvəllərində türklərə qarşı həyata keçirilən terror aktları 1973-cü ildən başlayaraq yenidən baş qaldırmışdır.
1974-cü il yanvarın 27-də ABŞ-ın Kaliforniya ştatının Santa-Barbara şəhərində Türkiyənin Los-Ancelesdəki baş konsulu Mehmet Baydar və onun köməkçisi Bahadır Dəmir ABŞ-da yaşayan 77 yaşlı erməni terrorçusu Mkirdiç Yanıkyan tərəfindən öldürülüb. Yanikyan Türkiyə Konsulluğuna telefon zəngi edərək qiymətli bir tarixi rəsm əsərini Türkiyəyə bağışlamaq istədiyini bildirnıişdir. Baş konsul vəonun köməkçisi həmin şəxsin qaldığı Santa-Barbaradakı otelə gəlib otağa daxil olan zaman erməni terrorçu onlara atəş açmışdır. Hər iki toxunulmazlıq hüququ olan şəxsin yerindəcə ölməsi ilə nəticələnən terror aktından sonra həbs olunmuş 77 yaşlı erməni terrorçusunun Türkiyədə anadan olduğu aydınlaşmışdır.