İlk terror aktını 1975-ci ilin yanvarında Beyrutda Ümumdünya Kilsələr İttifaqının ofisini partlatmaqla həyata keçirən ASALA (həmçinin onun "Orli", "9 iyun", "3 oktyabr" və digər qrupları) terrorçuları çoxlu sayda türk diplomatlarını səfir və diplomatik işçilərini öldürmüş, geniş maddi ziyana yol açan dağıntılar törətnıişlər. ASALA ilə yanaşı Erməni İnqilabçı Ordusu (EİO) kimi tanınan terror təşkilatının tərkibində birləşmiş Erməni Soyqırımı Ədalət Döyüşçüləri (ESƏD) qrupu da erməni terrorizminin simvolu kimi türklərə qarşı terror aktları həyata keçirilmişlər.
• 1975-ci il 22 oktyabr - (Vyana) Türkiyənin Vyanadakı səfiri Danış Tunaligil səfirliyə hücum edən 3 erməni terrorçusu tərəfindən öldürülüb. Terror aktının məsuliyyətini ASALA və ESƏD terror təşkilatları birlikdə öz üzərlərinə götürüblər.
1975-ci il 24 oktyabr - (Paris) Türkiyənin Parisdəki səfıri İsmayıl Erez və sürücüsü Talib Yener səfirliyin yaxınlığında səfirinxidməti maşınına atəş açılması nəticəsində öldürülüblər. Terror aktının məsuliyyətini ASALA və ESƏD terror təşkilatları birlikdə öz üzərlərinə götürüblər.