Beynəlxalq magistratura və doktorantura məRKƏZİ


 Destinasiya mərkəzində tarix və mədəniyyət



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə14/38
tarix14.10.2022
ölçüsü1,48 Mb.
#65149
1   ...   10   11   12   13   14   15   16   17   ...   38
Seyidzad-N-zak-t-Mirna-q-z-

1.5.1. Destinasiya mərkəzində tarix və mədəniyyət 
Bir turizm bölgəsinin mədəniyyəti və tarixi onun ən mühüm resurslarıdır. Öz tarixi 
dəyərlərini bügünə kimi qoruyub saxlayıb turistlərə təqdim edən destinasiyalar 
turizmin qaynar olduğu destinasiyalardır. Bununla yanaşı məşhur və olduqca tanınan 
destinasiyalar yerli əhalinin mədəni dəyərlərini itirmədən , zərər vermədən və bunu 
qoruyub saxlayaraq turistlərə catdıran, cəlb edən destinasiyalardır [27,səh.23]. 
Mədəniyyət turizmi ilk dəfə 1982 - ci ildə Avropada Avropa birliyinin mədəni 
nüfuzunu və mədəni mirasını ortaya çıxarmaq üçün edilən araşdırmalar zamanı ortaya 
çıxmış və beynəlxalq turizm bazarında yeni turizm məhsulu olaraq inkişaf etməyə 
başlamışdır. Buna səbəb olaraq turizmdə dəniz – qum - günəş turizminin doyum 
nöqtəsinə gəlməsi və təbii gözəlliklərin, resursların inkişafdan kənar qalması, fərdlərin 
tarixi dəyərlər barəsində məlumatsız qalması olmuşdur. 
Turistləri maraqlandıran mədəni anlayışlara tarix öncəsi və tarixi dövrlərə aid elm, 
din, əl işləri, yerlər (muzey, və s), dil, memarlıq, mətbəx, folklor, adət - ənənə, 
məshurlar, festivallar, sərgilər və s kimi anlayışlar aid ola bilər [27,səh.25]. 
Mədəniyyət turizmində bir bölgə beynəlxalq aləmdə özünü tanıtmış olur. Əlavə 
olaraq keyfiyyətli turistlər bölgəyə cəlb edilərək ölkə iqtisadiyyatına gəlir əldə edilir. 
Bunun üçün gələcəkdə mədəniyyət turizminin ən böyük resursu olan muzeylər inkişaf 
etdirilərək ölkə turizminin gəlirlərinin artirilması üçün həyata keçirilməlidir 
[1,səh.32].
 
 


26 
 1.5.2. Destinasiyada festivallar və sənət fəaliyyətləri 
Festival sözü “ feast ” sözündən yaranmış qeyd etmə vaxtı mənasına gəlir. 
Festivallar, xüsusilə yerli mədəni fəaliyyətlə bağlı tədbirlərdə qonaqpərvərlik
insanların bir –biriləri ilə mədəniyyət mübadiləsi və s kimi anlayışıları əhatə edir. 
Festivallar destinasiya markalaşması baxımından önəmli rol oynayırlar. Bəzi 
festivallar da vardır ki, sadəcə ev sahibliyi etdiyi üçün tanınan destinasiyalardır. 
Məsələn, Rio Karnavalı kimi. Festivalların digər bir müsbət cəhətlərindən biri turizm 
sezon müddətinin uzadılmasında, zəif turizm mövsümünün canlandırılmasında və ya 
yeni bir sezon yaradılmasında əhəmiyyət kəsb edir [29,səh.33]. 
Sənət fəaliyyətləri qismən festivallar içərisində dəyərləndirilə bilər. Sənət 
fəaliyyətləri görünən (rəsim, heykəl), performans ( musiqi, rəqs, drama kimi) 
sinifləndirilə bilər. Getz-in (1997) sənət fəaliyyətlərinin sinifləndirilməsinə dair bu 
formada ifadə etmişdir: 

Professional və həvəskar incəsənət adamlarının iştirak etdiyi fəaliyyətlər; 

Caz və ya bir çox musiqi növkəri ilə məşğul olan sənət adamları; 

Mütəmadi olaraq təşkil edilən və ya bir dəfə hazırlanılan incəsənət fəaliyyətləri; 

Daimi və müvəqqəti sənət fəaliyyətləri. 
Bir sözlə bir bölgənin turizm bölgəsi olabilməsi üçün turizm məhsulunu yaradan 
ünsürlərə sahib olunmalıdır. Yəni, cəlbedicilik, əlverişlilik, fəaliyyətlər, turizm 
müəssisələri, imic [7,səh.128]. 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin