Beynəlxalq magistratura və doktorantura məRKƏZİ



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə11/38
tarix14.10.2022
ölçüsü1,48 Mb.
#65149
1   ...   7   8   9   10   11   12   13   14   ...   38
Seyidzad-N-zak-t-Mirna-q-z-

1.4.1.5. İmic ünsürü 
İmic ünsürü həmçinin, bölgələrin və turizm müəssisələrinin turizm məhsulu olaraq 
müəyyən olunmuşdur. Məsələn, dünya miqyasında bir çox turizm bölgələrini nümunə 
göstərmək olar, ABŞ – da Las Vegas qumar mərkəzi, Türkiyədə Bodrum istirahət 
əyləncə mərkəzi, New York biznes turizmi üzrə, İstanbul, Roma mədəniyyət turizmi, 
Antalya dəniz –qum – günəş turizmi, habelə Azərbaycanda Naftalan müalicə turizmi, 
Bakı tarixi – mədəni, biznes, idman turizmi kimi turizm mərkəzləri turizm bölgəsi üçün 
imic yaradirlar. McDonald’s, Pizza Hut kimi restoran şəbəkələri də qida sahəsində imic 
yaradan şəbəkələrdir. 
Turizm müəssisləri baxımından imic önəmli amildir. Məsələn Hilton, Sheraton, 
Holiday İnn kimi otel şəbəkələri öz müştəriləri üçün imic yaradırlar [7,səh.130]. 


18 
1.5. Turizm Destinasiyası (turizm bölgəsi, yer) 
Turizmin nisbətən əhəmiyyətli bir sahəsi və turizmin iqtisadi, sosial və fiziki 
təsirlərinin ortaya çıxdığı coğrafi ərazidir. Turizmin əsas iqtisadi fəaliyyət növləri 
arasında yer aldığı ölkələr, regionlar, şəhərlər turizm destinasiyasıdır. 
Destinasiya, turistlərin ehtiyyaclarını qarşılamaq məqsədilə hazırlanmış xidmət 
və imkanların bazasını meydana gətirən coğrafi ərazidir. Dissertasiya işi yazılan zaman 
turizmdə destinasiya anlayışının araşdırılmasına və daha çox məlumat toplanılmasına 
diqqət verilib çünki mövzunun əsasını daşıyır. Destinasiya fransız sözü olub, “çatılacaq 
məkan” deməkdir və turizm fəaliyyətinin əsas ehtiyatlarını daxilində ehtiva edən, bu 
fəaliyyətlərin reallaşdığı, turistik mal və xidmətlər ilə istehlakçı təcrübələrinin bütöv 
bir 
əqdimatı 
təmin 
edildiyi 
əsas 
zəmindir.
Destinasiya turistlərin istirahət, gəzmək, zaman keçirmək istəyəcəkləri, 
destinasiyada iştirak edən turistik cazibədarlıqları, təbii gözəllikləri, tarixi elementləri, 
festivalları, fəaliyyətləri, gələn ziyarətçilərə təqdim etdiyi yemə - içmə imkanları, 
bölgəyə aid infrastruktur xüsusiyyətləri kimi ünsürlərdən ibarət olan turistik 
məhsulların gələn ziyarətçilərə təqdim edildiyi bir ölkə, bölgə, şəhər və ya bir yer 
olaraq təyin oluna bilər [20,səh.13]. 
Həmçinin, bir destinasiya, müxtəlif mədəni dəyərlərə və xüsusiyyətlərə sahib və 
ya turistin səyahəti müddətində ehtiyac duya biləcəyi turizm məhsulların hamısını və 
ya bir qismini təqdim edə bilən coğrafi bir məkan olaraq təyin oluna bilər. 
Destinasiya bölgələrini yaradan ünsürlər aşağıdakılardır: 
1. Münasib yerləşdirmə
2. Münasib qiymət amilləri ; 
3. Uyğun nəqliyyat növləri
4. Təbii mənzərə; 


19 
5. Restoran və kafelər yerləşdirmə məkanları; 
6. Əlverişli hava
7. Uyğun dəniz – qum – sahil; 
8. Gəzməli ərazilər; 
9. Alış – veriş; 
10. Məcəra üçün məkanlar; 
11. Əyləncə imkanları; 
12. Digər turizm bölgələrinə yaxın olması; 
13. Tarixi – mədəni imkanları üçün yerlər [20,səh.15]. 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin