1.3.1.Turizm marketinq ünsürü – Məhsul
Turizm məhsulu səyahət edənlərin ehtiyyac duyduqları xidmətlərdən ibarətdir.
Turizm məhsulu turistlərin daimi yaşadıqları məkandan ayrılmalarından başlayaraq və
təkrarən eyni yerə qayıtmaları ilə başa çatan həmçinin, səyahət müddətində
yararlanılan bütün xidmətlər yer tutur. Turoperatorlar, turargentlər, yerləşdirmə
müəssisələri, restoranlar, əyləncə yerləri, muzeylər, shopping üçün əlverişli olan
mağazaların təqdim etdikləri bütün xidmətlər turizm məhsulu anlayışını ifadə edir.
Həmçinin, turizm məhsulu toxunulmayan, eyni zamanda istehsal olunub istehlak
olunan və müştərinin istehsal prosesinə daxil olması, xidmət keyfiyyəti anlayışını çox
önəmli anlayış halına gətirməsidir [12,səh.11].
1.3.2.Turizm marketinq ünsürü – Qiymət
Turizm marketinqində ən önəmli anlayışlardan biri qiymətdir. Müəssisələrin
qazancını müəyyən edən ən önəmli məvhumdur. Çünki qiymət istənilən faydanın əldə
edilməsi üçün vacib olan maliyyənin bütünüdür. Digər yandan, tələbatının bir çox
ölkədə həm turizm xidmətlərinə, həm də digər məhsullara çox olması qiymət
anlayışının əhəmiyyətini artırmaqdadır [12,sə.11].
1.3.3.Turizm marketinq ünsürü – Bölgü
Turizm
marketinqində
xidmətlərin
paylanılması adi məhsulun bazara
çıxarılmasından fərqlidir. İlk növbədə, turizm məhsullarından yararlanmaq istəyən
müştəri, xidmətin təqdim olunduğu məkana gəlməlidir. Turizm marketinqində
yayılma ünsürü məhsulu müştəri üçün əldə ediləbilən bir fəliyyətdir [12,səh.12].
13
1.3.4.Turizm marketinq ünsürü – stimullaşdırma
Turizm marketinqində stimullaşdırma müştəriləri cəlb etmək məqsədilə mövcud və
ya yeni xidmətlər və imkanlar üçün pozitiv imic və ya maraq yaratmaqdan ibarətdir.
Məhsulun bazara çıxarılmasında istifadə olunan reklam turizm xidmətlərində fərqlidir
[12,səh.13].
“7P”-ə daxil edilmiş ünsürlər barəsində məlumat versək;
İnsan amili, turizm marketinqinin ən təməl ünsürlərindən biri də insandır çünkü
turizm ünsürlərini yaradanlar, yəni iş qüvvəsi birbaşa insanların özləridir. Eyni
zamanda yaradılan məhsulları və ya xidmətləri istehlak edən də elə insanların özləridir.
Müştərilər eyni zamanda istehlak müddətinin də bir hissəsidirlər. Qeyd etmək lazımdır
ki, işçilər və müştərilər arasındakı münasibət və ünsiyyətin sağlam qurulması turistlərə
göstərilən xidmət keyfiyyətinə təsir etməkdədir. Digər tərəfdən müəssisədə idarəetmə
qaydalarına riaət etmə, həmçinin xidmət keyfiyyətinə yaxından təsir edir. Yaradılacaq
müştəri mədəniyyəti öz növbəsində insan münasibətlərindən təsirlənir. İstər turistlər
olsun, istər də daxili müştərini əmələ gətirən işçilər və idarəetmə heyyətinin xidmət
keyfiyyətinin yaradılmasında və qorunub saxlanılmasındakı təsirləri turizm
marketinqində insan amilinin önəmini daha da artırmaqdadır.
Fiziki sübutlara, turizm məhsulunun istehsal olunduğu bütün yerlər və sübutlar
aid edilməkdədir. İstər səyahət argentliklərinin sahib olduqları avadanlıqlar, braşuralar,
kataloqlar, avtobus, qatar, təyyarə bileti, yerləşdirmə müəssisələrində istifadə edilən
ön büro ləvazimatları, nömrələrdəki lazımi avadanlıqlar, pərdələr, duş kabinalar,
sanitar ləvazimatlar, işçilərin uniformaları, restoranlardakı süfrələr, çəngəl, bıçaq,
nimçələr, hovuz, dəniz sahillərindəki ləvazimatlar və s vasitələr fiziki sübut anlayışına
aiddirlər. Bunlara əlavə olaraq müəssisələrin rahatlığı, atmosferası, səs – küy olmayan
yerləri və mövcud olan digər fiziki sübutlar aid ola bilər.
14
Müddət, turizm məhsulunun istehsalı və müştəriyə təqdimatı əsnasındakı bu amil
mühüm olaraq qiymətləndirilməkdədir. Buna misal olaraq, bir turizm müəssisəsinə
giriş (check – in), və çıxış (check – out) proseduralarının müştərini gözlətmədən
edilməsi və ya restoranda sifarişi verilən bir yeməyin hazırlanması müddətində
müştərinin sıxılmasının qarşısının alınması üçün (məsələn: aperatiflərin təqdimatı)
tədbirlərin görülməsi aiddir. Digər yandan, müştəriyə təqdim edilən xidmətlərin
standartlara uyğun istehsalı, işçilərin davranışları, səs tonları da müddət ünsürünə
aiddir. Müddət amilinə aid olan digər amil isə məhsulun hazırlanma və təqdimatı
mərhələlərində birbaşa iştirakıdır. Müştərinin özünə təqdim edilən məhsul ilə bağlı
təcrübəsi , həmçinin zaman ünsürünə təsir etməkdədir [12,səh.24].
Dostları ilə paylaş: |