11
Turizm bazarında istehsal və istehlak eyni zamanda
baş verər;
Turizm sənayesində marka imicinə bağımlılıq azdır. Ənənəvi bazarda isə
firmalar imic yaratmaga çalışır;
Turizm məhsulları üçün yaranan tələb günlük, həftəlik, aylıq
və illik olaraq
çox fərqlilik göstərən dəyişkən tələbdir;
Turizm bazarında istehlakçı istəyi ön plandadır;
Turizm marketinqi riskli bazardır. Məsələn: bir restoran və ya
oteli başqa bir
yerə daşıya
bilmərik;
Turizm məhsuluna yönəlmiş tələb həm mikro səviyyədə,
həm də makro
səviyyədə ölkə rəhbərliyinin idarə etdiyi təbliğat səylərindən təsirlənir;
Turizm məhsulların olan tələb mövsümi dalğalanmalar göstərə bilər. Bu hal
həm turizm marketinqi fəaliyyətlərinin uğurlu olmasının qarşısını ala bilər ,
həm də müştərinin müxtəlif xüsusiyyətlərini ayırmaq imkanına malikdir.
Turizm bazarının mücərrəd olması, onun stoklanabilməməsi ilə nəticələnir.
Stok edilməməyi turizm marketinqinin fəaliyyətlərinin önəmini artırmaqdadır.
Turizm marketinqində insan amili önəmlidir [12,səh.10].
1.3. Turizm marketinqi 4P ünsürləri
Marketinq anlayışı 1950 - 1951 – ci illərdə meydana gəlmişdir. Buna, həmçinin
“4P” adı da verilmişdi; məhsul, qiymət, yayılma və stimullaşdırma. Sonralar xidmət
sektorunun inkişafı ilə bağlı xidmət bazarı üçün lazimi olan yeni
ünsürlər meydana
çıxmışdır. Xidmət bazarı üçün mühüm olan bu ünsürlər
turizm marketinqi üçün də
istifadəsi uyğun hesab edilmişdir. Qeyd edilən ünsürlərə aiddir:
insan amili,
fiziki
sübutlar, müddət. Bu ünsürlər özlüyündə ‘’7P’’ adını almışdır [12,səh.11].