10
1984-ci ildə isə ABŞ Marketinq Təşkilatı marketinqin aşağıdakı geniş tərifini
hazırlamışdır [10,səh.3].
“Marketinq, insanların və təşkilatların istəklərinə uyğun dəyişən mühit
amillərinin ətrafında mübadiləni təmin etmək üçün, əmtəələri, xidmətləri və ideyaları
yaratmaq, bunları böyütmək, qiymətlərini təyin etmək, bölüm proqramını yaratmaq,
stimullaşdırma vasitələrini planlaşdırmaq və reallaşdırmaqdır” [10,səh.6].
Turizm marketinqi ilə əlaqədar hal – hazırki dövrə kimi çoxlu anlayışlar
yaranmışdır. Bunların daxilində ən daha aydın olan: bir turizm destinasiyasının, turizm
müəssisəsinin yüksək gəlir əldə etmə hədəfinə müvafiq olaraq, turizm məhsulunun
bazarda yaxşı bir yer tutması məqsədilə turizm tələbinin xüsusiyyətlərini də nəzərə
alaraq turizm məhsulu ilə əlaqəli araşdırma, təxmin və seçim etməyi hədəfləyən
idarəetmə fəlsəfəsidir. Araşdırmalara əsasən müəyyən olundu ki, turizm marketinqi
anlayışı 20-ci əsrin sonlarında yerləşdirmə və səyahət idarəedilməsi ilə birlikdə
İngiltərə və avropa qitəsində yaranmağa başlamışdır. Turizm marketinqinin sistemli
şəkildə iböyüməsi 1951-ci illərə təsadüf edir [3,səh.5].
Dostları ilə paylaş: