5
GİRİŞ
Mövzunun aktuallığı. Azərbaycan Respublikasında
təsərrüfat fəaliyyətinin
başlıca dairəsi kimi turizm böyük vacibiyyət kəsb edir və bir sıra xarakterik cəhətlərə
malikdir. Turizm əhalinin, bütövlükdə cəmiyyətin istəklərin ifadəçisi, mikro və makro
səviyyələrdə gəlirlərin əsası kimi çıxış edir.Turizm sahəsi qeyri - neft sektoru kimi
dəyərləndirilə bilər və neftden sora region iqtisadiyyatı üçün ən gəlirli sferadır. Bu
səbəbdən, ölkələr dünya turizm bazarından daha çox
pay əldə etmək üçün rəqabət
içərisindədir. İnkişaf etmiş bir dövrdə müştərilərlə əlaqə vasitələrinin artması,
istehlakçının alıcılıq qabiliyyətinin artması, bir çox ölkələrin oxşar turizm fəaliyyətləri
təklif etməsi, turizmdə rəqabətin daha da artmasına səbəb olmuşdur. Buna səbəblə də
hər bir ölkə rəqiblərindən önə keçmək və özünü fərqli şəkildə mövqeləndirmək üçün
“markalaşma” – ya doğru yönəlmişdir. Artıq, digər məhsul və xidmətlər kimi turizm
destinasiyaları (turizm mərkəzləri) da brendləşmə stategiyaları həyata keçirirlər.
Ölkəmizdə turizm üzrə brendləşmə hələ yeni öz inkişaf yolunu keçirir. Qeyd etmək
lazımdır ki, Azərbaycan turizm inkişafı üçün zəngin potensiala malikdir. Həm maliyyə
ehtiyyatları, həm də turizm imkanlarımız bunu deməyə əsas verir ki, ölkəmizdən gözəl
bir turizm brendi çıxa bilər. Lakin, burda ən önəmli məqam düzgün planlaşdırılmış
fəaliyyət və böyük maliyyə ayrılışıdır. Müasir dövrdə bir çox xarici ölkə
vətəndaşlarından Azərbaycan barəsində
soruşanda ya Orta Asiya ölkəsi, və ya da
səhralardan ibarət bir ölkə,
vəhşi qafqaz kimi cavabları eşidirik və
hətta ilk dəfə bu ad
barəsində eşidənlər də olur. Burada problemin mahiyyətinin əsas səbəbi isə ölkəmizin
düzgün brendinq fəaliyyətinin aparılmaması, imic fəaliyyətinin zəif olmasıdır. 2014-ci
il tarixindən başlayaraq ölkəmizdə birinci avopa oyunları, İslam oyunları, Formula 1
Grand Prix maşın yarışlarının keçirilməsi turist axınında canlanma yaratmışdır. Bu
tanıtım vasitələri vahid bir brendin, ”Azərbaycan” brendinin, “İçərişəhər” brendinin
gücləndirilməsinə gətirib çıxarmalıdır.
6
Qədim şəhər Azərbaycan əhalisinin mədəni irs nadir incisi, hər bir Azərbaycanlı
fərdinin qürur mənbəyidir. Onun tarixi abidələri və turizm potensialının geniş spektri
İçərişəhəri turizm üçün maraqlı məkanlardan birinə çevirilmişdir. İçərişəhər istirahət
üçün
çox romantik bir yerdir ki, siz orta əsrlər dövrünə səyahət edəcək,
o dövrün
ruhunu duyacaq və müsbət enerjialacaqsınız.
Dostları ilə paylaş: