3.1.3. İçərişəhərin brend kimi formalaşmasına təsir edən amillər İçərişəhərin turist brendi kimi formalaşmasında buradakı olan hələ də sirləri tam
açılmayan simvol və işarələr, tunel və yeraltı keçidlər böyük maraq doğurur.
İçərişəhərdə gəzdiyiniz qala divarları, qala qapısı və çox yerlərdə öküz başı və iki şir
görə bilərsiniz.Tarixi məlumatlara əsasən, burada öküz simvolu şəhəri təmsil edir iki
şir isə qoşa qala divarlarını göstərir. Yəni, iki şir (qala divarları) öküzü (şəhəri)
əhatəsinə alaraq düşmənlərdən qoruyurlar. Digər bir tərəfdən, şir güc, qüdrət rəmzi
öküz isə bolluq, bərəkət nişanəsidir. Qüdrətli Şirvanşahlar dövlətinin adı şirlərlə
bağlıdır yəni, şirlər diyarı, dövləti. Qədimdə Şirvaşahlar dövləti şahları şirvanşah titulu
alırdılar yəni, şirlər şahı demək idi. Digər bir əfsanəyə görə buradan şir sümükləri aşkar
edildiyindən bura şirlər diyarı adlanır [1, səh 28].
Ümumiyyətlə İçərişəhər çoxlu simvollara malikdir. Şirvaşahlar sarayı tikili
kompleksində özünəməxsus simvol və işarələr mövcuddur. Digər bir yandan yeraltı
tunellər məlumatlara əsasən bir çox yerlərə çıxış imkanı verir. Deyilənə görə Qız
Qalası abidəsindən yeraltı tunellər vasitəsilə Şirvanşahlar sarayına, Buxara və Multanı
karvansaralarına, Ramana qalasına çıxışlar olmuşdur.İçərişəhərin bu kimi, sirli,
maraqlı hələdə üstü tam açılmayan sirləri buranın turist brendi kimi formalaşması üçün
tam imkanlar yaradır [1, səh 29].
3.2. İçərişəhərin turizm baxımından SWOT analizi 3.2.1.Güclü tərəflər
Üç dinə mənsub tarixi-memarlıq abidələrinə ev sahibliyi etməsi
Mədəni – tarixi abidələrin mövcudluğu
UNESCO dünya mədəni irsinə daxil edilmiş abidələrin olması
Bir çox məşhur sənətkarların ev muzeyinin yerləşməsi
58
Adı bir çox əfsanələrlə adlandırılan əfsanəvi Qız qalası
Şəhərin marka turizm destinasiyası kimi formalaşdırmağa yardımcı olan bir çox
simvolların varlığı
Dörd səfirliyin burada yerləşməsi [7].