Beynəlxalq magistratura və doktorantura məRKƏZİ



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə29/38
tarix14.10.2022
ölçüsü1,48 Mb.
#65149
1   ...   25   26   27   28   29   30   31   32   ...   38
Seyidzad-N-zak-t-Mirna-q-z-

3.3.1 Anket forması 
Tədqiqat zamanı istifadə edilən anket 22 sualdan ibarətdir. Burada sualların 7-si 
turistlərin demoqrafik, sosial – mədəni, əhalinin rifah halı kimi xüsusiyyətlərini ölçmək 
üçün hazırlanılmışdır. Bundan başqa anketdə Bakıya neçənci dəfə gəldikləri, 
İçərişəhərə gəlmək səbəbləri, ziyarətə sövq edən ünsürlər, İçərişəhərdə fərqli olan 
ünsürlər, İçərişəhərdə yerli əhalinin turistlərə münasibəti, paytaxtımızda turistlərin 
özlərini təhlükəsiz hiss edib etmədiklərini, burada sevmədikləri ünsürlər, İçərişəhəri 
destinasiya brendi kimi qebul edib etmediklerini, İçhərişəhəri brendləşdirən amillər, 
İçərişəhərə təkrar gəlib gəlmək istəmədikləri barədə, gəldikləri yer barədə yaxın dost 
və ya tanışlarına tövsiyyə edib etməmək istəkləri barədə və s kimi suallar qeyd 
edilmişdir. Əlavə olaraq İçərişəhəri hansı turist destinasiya dünya brendi ilə müqayisə 
etmələri barədə açıq sual da qeyd edilmişdir. 
3.3.2 Tədqiqat müddəti 


60 
Araşdırmanın müddətini 2018 – ci il aprel ayının sonunadək Bakıya səyahət etmiş 
turistlər və İçərişəhəri ziyarət edən yerli turistlər təşkil edir. Əsasən sorğu ölkəmizdə 
baş tutan Formula 1 Grand Pix yarışları müddətində keçirilmişdir. Tədqiqat zamanı 16 
yaş yuxarı istehlakçılar iştirak etmişdir. Tədqiqat Bakı şəhərinin ürəyi hesab edilən, 
mövzunun əsası olan İçərişəhər ərazisində edilmişdir. İçərişəhər ərazisində 50 –dən 
çox əcnəbi vətəndaşla birbaşa sorğu keçirilmişdir. Digər bir tərəfdən yerli turistlər ilə 
də online sorğu hazırlanaraq sosial şəbəkələr üzərindən sorğu qeydə alınmışdır. 
3.3.3 Verilənlərin analizi və dəyərləndirilməsi 
Verilənlər bazası SPSS Windows paket proqramı ilə dəyərləndirilmişdir. Yuxarıda 
qeyd etdiyim kimi anket sorğusu 22 sualdan ibarət 110 nəfər arasında keçirilmişdir. 
Yanlış və əksik anket doldurulmasına görə bəzi suallarda düzəlişlər edilmiş və yenidən 
hazırlanmışdır. 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin