56
edir, hətta məhz onlar üçün inşa edilirdi. Karvansaraların yanında bu tacirlərin dini
etiqadınlarına uyğun məbədlər tikilirdi. Bakıda Buxara, Pakistan, Hindistan tacirləri
üçün tikilmiş karvansaralar qalmışdı. Məsələn, Buxara və Multanı karvansaralarını
göstərmək olar. Ona görə də İçərişəhər qədimdə bir çox yerlərə ev sahibliyi edərək
xalqların tarixi və mədəniyyətlərini miras olaraq əldə etmişdir [1,səh 25].
İşərişəhər təkcə mədəni –
tarixi turizmi deyil həmçinin, üç din üçün mühüm
mərkəzlərdən biridir. Hansıki, islam dininin varlığını, önəmliliyini göstərən bir sıra
dini mərkəzlər, obyektlər mövcuddur. İçərişəhərin ən qədim islam dövrü abidəsi olan
həmçinin, UNESCO irsinə daxil edilmiş Məhəmməd məscidini misal göstərmək olar.
Bundan
başqa Cümə məscidi, Aşur məscidi və Bəylər məscidi və digər came və
mədrəsələri nümunə olaraq göstərmək olar. Xristian dininin nümunəsi oan müqəddəs
Varfolomey kilsəsi. Varfolomey İsa Peyğəmbərin 12 apostolundan biri olmuşdur. O,
Suriya,
Kiçik Asiya, Hindistanda xristianlığı müvəffəqiyyətlə yaydıqdan sonra
Qafqaza gəlmişdi.Onun təbliğatları Ordubad
və başqa şəhərlərdə uğurla
nəticələnmişdir. Lakin, dərindən kök salmış atəşpərəstlik ənənələri mövcud olan
Bakıda onu düşməncəsinə qarşılamışlar. 71-ci ildə apostol Varfolomey Qız Qalasının
qarşısında İsa Peyğəmbər kimi edam edirlər - onu çarmıxa çəkilir, dərisini soyur və
boynunu vururlar. Sonralar onun edam və dəfn edildiyi yerdə alban kilsəsi tikilir. 508-
ci ildə onun müqəddəs sümükləri Mesopotamiyaya aparılır
və sonralar X əsrdə
Romaya gedib çıxır. Xristian kilsəsi apostol Varfolomeyi müqəddəslər siyahısına daxil
edib. Hər il 24 iyun Müqəddəs Varfolomey günü kimi qeyd olunur. 1892-ci ildə Qız
Qalası yanındakı qədim məbədin yerində müqəddəs Varfolomey kilsəsi tikilir. Lakin,
Sovet dövründə bu kilsə bir çox başqa kilsələr kimi dağıdılmışdır.Hal - hazırda onun
yalnız qalıqları qalıb. Bildirildiyi kimi islam, xristian
dinlərindən öncə ölkəmizdə
atəşpərəstlik mövcud olmuşdur. Qız qalası özü vaxtilə mühüm atəşpərəstlik
məbədlərindən biri olmuşdur [1, səh 26].