Beynəlxalq maliyyə fənnindən imtahan suallarının cavabı : Beynəlxalq maliyyənin məzmunu


Beynəlxalq maliyyənin funksiyaları



Yüklə 109,82 Kb.
səhifə3/44
tarix21.05.2023
ölçüsü109,82 Kb.
#118902
1   2   3   4   5   6   7   8   9   ...   44
bim imt sual cavab (1) yeni

3. Beynəlxalq maliyyənin funksiyaları
Maliyyənin mahiyyəti onun funksiyaları ilə daha da geniş xarakterizə olunur. Maliyyənin funksiyası dedikdə onun təyinatı, vəzifələri, icrası əhəmiyyəti və s. başa düşülür.
Maliyyə əsasən iki funksiyanı yerinə yetirir. Nəzarət və bölüşdürücü funksiya . Bu hər iki funksiya eyni iqtisadi prosesin iki tərəfini əks etdirir. Nəzarət vasitəsilə maliyyə sistemi maliyyəpul resurslarının hərəkətini tənzimləyir.Nəzarət vasitəsi ilə ÜDM –in eləcə də dövlət büdcəsinin məqsədli təyinatı həyata keçirilir. Burada istehsal qeyri istehsal dairələri birlikdə əhatə olunur. Nəzarət vasitəsi ilə məhsuldar və qeyri məhsuldar xərclər müəyyənləşdirilir.
Maliyyə nəzarəti vasitəsilə qanunvericilik aktlarına əməl edilməsi yoxlanılır. Maliyyə nəzarəti maliyyə orqanlarının fəaliyyəti ilə idarə edilir.
2. Bölüşdürücü funksiya –Məlumdur ki, hər bir vəziyyətin iqtisadi imkanları ÜDM və eləcə də Milli məhsulun həcmi ilə müəyyənləşir. ÜDM əsasən maddi istehsal sahəsi olan 1) sənaye,2)kənd təsrrüfatı,inşaat,balıqçılıq,ovçuluq və s. sahələrdə yaradılır. Bununla yanaşı 3-cü sahədə olan xidmət sahələrində böyük xüsusi çəkiyə malikdir. Bölgü vasitəsilə həmin sahələrdə yaradılan məhsulların bir qismi işçilərə - fəhlə və qulluqçular əmək haqqı,fermerlərin gəlirləri və s. kimi verilir.Digər qismi isə maddi istehsal sahələrinin gəlirləri hesab edilir. Buna milli məhsulun ilkin bölgüsü deyilir. Bu maliyyənin bölüşdürücü funksiyası vasitəsi ilə həyata keçirilir.
Həmin məhsulun bir qismi dövlət büdcəsi vasitəsi ilə ayrı- ayrı sahələrə yeridilir. Məsələn, səhiyyə,təhsil,idman və bədən tərbiyəsi uşaq bağçaları,sosial sahələr (pensiya, uşaq pulu və s.) və s.. bütün bunlara Milli Məhsulun yenidən bölgüsü deyilir. Bütün bunlarla yanaşı, maliyyənin tənzimləyici funksiyası və iqtisadi həvəsləndirmə funksiyası deyilən funksiyaları da vardır.Əslində bu hər iki funksiya qeyd etdiyimiz nəzarət və bölüşdürücü funksiyaların tərkibinə daxildirlər.Yəni o qədər də müstəqil şəkildə izah edilmişdir. Aydındır ki,maliyyənin bölgü funksiyası kortəbii deyil, hüquqi normalara əsaslanır. Müəyyən qayda əsasnamələr həyata keçirilir.
Xüsusi maliyyə orqanları, dövlət orqanları tərəfindən həyata keçirilən iqtisadi siyasət vasitəsilə tənzimlənir. Buna eyni zamanda özünü tənzimləmə və eləcə də iqtisadiyyatın tənzimlınməsinə kifayət qədər yer verir.
Maliyyənin funksiyalarının araşdırılmasında iqtisadi həvəsləndirmə funksiyası deyilən tədbirdən də istifadə edilir. Bütün başqa sahələrdə olduğu kimi maliyyə sahəsində də iqtisadi həvəsləndirmə metodu həyata keçirilir. Məsələn :

  1. Ehtiyyatlarından investisiya kimi səmərəli istifadə edilməsi

  2. Mükafatlandırma faktlarının yaradılması

  3. Bəzi büdcə metodlarından istifadə edilməsi

  4. Maliyyə güzəştləri və sanksiyalar

Maliyyə sistemi – bütün bu funksiyalar ilə beynəlxalq maliyyə münasibətlərinin inkişafını və qarşılıqlı əlaqələrini həyata keçirmiş olur.Maliyyə sisteminin bu funksiyaları istər ölkə miqyasında, istərsə də beynəlxalq miqyasda həyata keçirilir. Belə ki, ayrı – ayrı ölkələrin Böyük TMK-ların başqa ölkələrdə fəaliyyət göstərməsi, iri miqyaslı investisiya həyata keçirməsi onların maliyyə vəsaitlərinin bölüşdürülməsi kimi görünə bilər. Hazırki şəraitdə elə bir ölkə yoxdur ki, ayrı –ayrı ölkələrin və ya beynəlxalq təşkilatların maliyyə vəsaitlərindən – kredit şəklində ,borc şəklində istifadə etməsin. Eləcə də ayrı- ayrı ölkələrin digər dövlətlərə borc,kredit verməklə öz maliyyə vəsaitlərini daha sərfəli şəkildə yerləşdirmiş olurlar. Bunun müqabilində daha yüksək mənfəət götürməklə öz maliyyə vəsaitlərini artırmaq imkanı əldə edirlər. Beləliklə, Dünya maliyyə ehtiyyatlarının bölgüsü və yenidənbölgülsü həyata keçirilmiş olur.

Yüklə 109,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin