Beynəlxalq maliyyə fənnindən imtahan suallarının cavabı : Beynəlxalq maliyyənin məzmunu


Beynəlxalq maliyyə sisteminin təkamülü



Yüklə 109,82 Kb.
səhifə6/44
tarix21.05.2023
ölçüsü109,82 Kb.
#118902
1   2   3   4   5   6   7   8   9   ...   44
bim imt sual cavab (1) yeni

6. Beynəlxalq maliyyə sisteminin təkamülü
7. Bretton-Vuds maliyyə sistemi
8. Qızıl standartı maliyyə sistemi
9. Yamayka maliyyə sistemi
Dünya valyuta sistemi öz inkişafında bir neçə mərhələ keçmişdir. Hər bir mərhələnin özünəməxsus funksiyaları və prinsipləri vardır. Dünya valyuta sisteminin inkişafında aşağıdakı mərhələləri fərqləndirirlər:
1. Paris valyuta sistemi (1867-ci ildən XX əsrin 20-ci illərinə qədər);
2. Genuya valyuta sistemi (1922-ci ildən 1930-cu illərə qədər);
3. Bretton-Vuds valyuta sistemi (1944-cü ildən 1976-cı ilə qədər);
4. Yamayka valyuta sistemi (1976-1978-ci illərdən indiyə qədər).
Birinci dünya valyuta sistemi XIX əsr sənaye inqilabı və beynəlxalq ticarətin genişlənməsi nəticəsində öz-özünə formalaşan qızıl-monet standartıdır. Bu dünya valyuta sistemini onun funksiya göstərməsi prinsipləri üzrə danışıqların aparıldığı yerin adına uyğun olaraq Paris valyuta sistemi də adlandırırlar. Həmin dövrdə milli və beynəlxalq valyuta sistemləri oxşar idilər, qızıl dünya pulu funksiyasını yerinə yetirirdi, dünya bazarında ödəmələr onun çəkisinə görə həyata keçirilirdi.
Qızıl-monet standartının əsas prinsipləri aşağıdakılar idi:
1) milli pul vahidlərinin qızıl tərkibi müəyyən edilmişdi;
2) qızıl ümumi ödəmə vasitəsi funksiyasını və deməli, dünya pulu funksiyasını yerinə yetirirdi;
3) mərkəzi bankların mübadilədə olan əskinasları sərbəst surətdə qızıl monetlərinə mübadilə edilirdi; mübadilə onların monet paritetləri əsasında, yəni, əskinaslarda olan təmiz qızılın çəki kəmiyyətlərinə görə həyata keçirilirdi;
4) ölkələr arasında qızılın sərbəst hərəkəti valyuta məzənnələrinin nisbi sabitliyini təmin edirdi;
5) valyutanın məzənnəsi monet paritetlərindən “qızıl nöqtələri” çərçivəsində fərqlənə bilərdi;
6) milli qızıl ehtiyatı və pulun daxili təklifi arasında nisbətin müəyyən olunmuş səviyyədə saxlanmasına ciddi nəzarət edilirdi;
7) beynəlxalq dövriyyədə qızıldan başqa, ingilis funt-sterlinqindən də istifadə edilirdi;
8) tədiyə balansının kəsiri qızılla örtülürdü.
Birinci dünya müharibəsinin bitməsi və ölkələr arasında xarici iqtisadi əlaqələrin bərpası dünya valyuta sisteminin yeni prinsiplərinin işlənməsinə zərurət yaratdı. Beləliklə, dünya valyuta sisteminin təkamülündə ikinci mərhələ hesab edilən qızıl-deviz standartı və ya Genuya valyuta sistemi fəaliyyət göstərməyə başladı. 1922-ci ildə İtaliyanın Genuya şəhərində keçirilən iqtisadi və maliyyə məsələləri üzrə beynəlxalq konfransda qeyd olundu ki, ölkələrin malik olduqları qızıl ehtiyatları xarici ticarət və digər əməliyyatlar üzrə hesablaşmaları tənzimləmək üçün kifayət deyildir. Qızıl və ingilis funt-sterlinqindən başqa, ABŞ dollarından da istifadə etmək tövsiyə edildi. Beynəlxalq ödəmə vasitəsi rolunu öz üzərlərinə götürmüş hər iki valyuta “əsas valyutalar” adını aldılar.
Genuya valyuta sisteminin əsas prinsipləri əvvəlki Paris sisteminin prinsiplərinə oxşar idi. Qızıl dünya pulu rolunu saxlayırdı, qızıl paritetləri saxlanılırdı. Lakin, bəzi dəyişikliklər də tətbiq edilmişdi.
1924-1928-ci illərdə həyata keçirilən pul islahatları nəticəsində bərqərar olmuş nisbi sabitləşmə dövründə “qızıl monometallizmi” iki yeni modifikasiya olunmuş formada bərpa edildi: 1) qızıl-külçə; 2) qızıl-deviz.
Qızıl-külçə standartı böyük qızıl ehtiyatlarına malik iqtisadi cəhətdən güclü ölkələrdə qəbul edilmişdi: İngiltərə (1925), Fransa (1928), Yaponiya (1930). Yerdə qalan ölkələrin əksəriyyəti isə - Almaniya (1924), Avstraliya, Danimarka, Norveç (1928) qızıl-deviz standartını qəbul etdilər.
Qızıl-külçə standartı zamanı ölkədə əskinasların qızıl monetlərinə birbaşa dəyişdirilməsi praktikası mövcud olmur. Əskinasların qızıla dəyişdirilməsi müəyyən çəki və keyfiyyətə malik qızıl külçələrinə dəyişmə formasında həyata keçirilirdi. Məsələn, İngiltərədə 1700 funt-sterlinq məbləğində əskinas üçün 12,4 kq. qızıl ödənilirdi. Beləliklə, qızıl faktiki olaraq beynəlxalq hesablaşmalar üçün ehtiyat rolunu oynamağa başladı.
Qızıl-deviz standartı özündə qızıl standartının elə bir formasını əks etdirirdi ki, bu zaman milli əskinaslar qızıla deyil, digər ölkələrin valyutasına (sonradan qızıl külçələrinə dəyişdirilən devizlərə) dəyişdirilirdi. Beləliklə, milli valyutanın qızıla dəyişdirilməsinin iki əsas üsulu formalaşdı:
• birbaşa üsul – deviz rolunu yerinə yetirən valyutalar (funt-sterlinq, ABŞ dolları);
• dolayı üsul – sistemin yerdı qalan bütün valyutaları üçün.
Genuya valyuta sistemində sərbəst üzən valyuta məzənnələri prinsipindən istifadə edilirdi. Genuya sisteminin prinsiplərinə uyğun olaraq üzv-dövlətlərin mərkəzi bankları özlərinin milli pul vahidlərinin məzənnələrinin mümkün əhəmiyyətli tərəddülərinin qarşısını almalı idilər. Bu zaman onlar valyuta tənzimlənməsi metodlarından, ilk növbədə isə valyuta müdaxilələrindən istifadə edirdilər.
1944-cü ildən etibarən dünya valyuta sisteminin təkamülündə üçüncü mərhələ başlanmışdır. Həmin il keçirilən Bretton-Vuds konfransında qızıla və iki “əsas valyuta”ya – ABŞ dollarına və ingilis funt-sterlinqinə əsaslanan qızıl-deviz standartı qəbul edildi ki, ona da çox zaman qızıl-valyuta standartı deyilir. Bu standart yalnız beynəlxalq valyuta sisteminə aid idi, daxili pul sistemi qızılla ölçülməyən kredit pulları bazaslnda fəaliyyət göstərirdi.
Bretton-Vuds sisteminin əsas prinsipləri aşağıdakılar idi:
1) ehtiyat valyutaların (ABŞ dolları, ingilis funt-sterlinqi) istifadə edilməsi şərti ilə qızılın dünya pulu funksiyasını yerinə yetirməsinin saxlanması;
2) ehtiyat valyutaların qızıla rəsmi kurs üzrə (35 ABŞ dollarına görə 1 troya unsiyası, yəni 31,1 q. qızıl və ya 1 dollara görə 0,88571 q. qızıl) məcburi dəyişdirilməsi;
3) hər bir milli pul vahidinin valyuta pariteti qızıl və dollarda müəyyən edilirdi;
4) valyuta məzənnələrinin valyuta paritetindən ±1% həddində fərqlənməsinə icazə verilirdi;
5) valyuta münasibətlərinə nəzarət və tənzimləmə beynəlxalq valyuta-kredit təşkilatlarına – Beynəlxalq Valyuta Fonduna və Dünya Bankına tapşırılmışdı;
6) tədiyə balanslarının pozulması zamanı onların qızılla tənzimlənməsinə icazə verilirdi.
Bretton-Vuds valyuta sisteminin prinsiplərinin formalaşdığı müharibədən sonrakı dövrdə Böyük Britaniya kifayət qədər qızıl ehtiyatlarına malik deyildi və buna görə də funt-sterlinqin qızıla dəyişdirilməsinin təmin edə bilmirdi. Bu isə praktiki olaraq funt-sterlinqin deviz valyutası funksiyasından imtina edilməsinə gətirib çıxarmışdı.
Beləliklə, Bretton-Vuds valyuta sistemi dolları üstün mövqeyə çıxardı və ABŞ-a siyasi və iqtisadi üstünlük verdi. Dollar xarici ticarət hesablaşmalarını inhisarlaşdırdı. ABŞ-dan başqa istənilən ölkə tədiyə balansının kəsiri zamanı özünün qızıl-valyuta ehtiyatlarından istifadə etməli, daxili istehlakı azaltmalı, ixracı artırmalı idi. Yalnız ABŞ xarici kəsiri öz valyutası ilə ödəmək imkanına malik olduğundan bu barədə qayğılanmaya bilərdi.
Beləliklə, Bretton-Vuds valyuta sistemi dünya təsərrüfatının tələblərinə cavab verməməyə başladı. 1960-cı illərin sonu 1970-ci illərin əvvəllərində beynəlxalq iqtisadi sistemdə yeni böhran baş verdi. 1971-ci ildə BVF valyuta məzənnələrinin paritetdən fərqlənməsinənə yol verilən həddi ±2,25%-ə qədər artırdı, bir ildən sonra isə fiksə edilmiş məzənnələr sistemi tamamilə dağıldı.
1972-ci ildə dünya valyuta sisteminin islahatı ilə məşğul olan xüsusi Komitə yaradıldı ki, o da sistemin yeni prinsiplərinin işlənməsi və razılaşdırılması ilə məşğul idi. Dünya valyuta sisteminin müasir inkişaf mərhələsi öz başlanğıcını 1976-cı ildə Yamaykanın paytaxtı Kinqstounda keçirilən konfrans zamanı 20 ölkənin nümayəndəsinin dünya valyuta sistemində islahatlar keçirilməsi barədə razılığa gəlməsində götürür. 1978-ci ildə Yamayka sazişləri əksər BVF üzvləri tərəfindən ratifikasiya edildi. Həmin andan etibarən sistemin yeni prinsipləri qüvvəyə mindi və yeni dünya valyuta sistemi Yamayka valyuta sistemi adını aldı.
Yamayka sazişləri valyuta münasibətləri mexanizminə aşağıdakı dəyişiklikləri etdi:
1) qızıl-dollar standartının dağılması təsdiq edildi;
2) qızılın demonetləşdirilməsi, onun “rəsmi qiyməti”nin aradan qaldırılması və valyutaların qızıla istənilən cür bağlanmasının qadağan edilməsi təsdiq edildi;
3) mərkəzi banklara qızılı adi bir əmtəə kimi “azad” bazar qiymətləri əsasında almağa və satmağa icazə verilirdi;
4) dəyər etalonu kimi xüsusi iqtibas hüquqları (XİH) çıxış etməyə başladı. XİH BVF tərəfindən buraxılan və BVF-nin üzv ölkələrinin xüsusi hesablarında yazılma yolu ilə nağdsız beynəlxalq hesablaşmaların həyata keçirilməsi üçün istifadə edilən beynəlxalq ödəmə və ehtiyat vasitəsidir. XİH-in funksiyalarına daxildir: tədiyə balanslarının tənzimlənməsi, rəsmi valyuta ehtiyatlarının artırılması, milli valyutaların dəyərinin ölçülməsi;
5) dollar rəsmi olaraq digər ehtiyat valyutalarına (alman markası, isveçrə frankı, yapon ieni) bərabərləşdirildi;
6) sərbəst üzən valyuta məzənnələri rejimi, yəni valyuta məzənnələrinin dünya valyuta bazarında tələb və təklif əsasında formalaşması qanuniləşdirildi (BVF və DB çərçivəsində);
7) dövlətlər tərəfindən valyuta məzənnəsi rejimini müstəqil surətdə müəyyən olunmasına icazə verildi;
8) dövlətlərarası valyuta tənzimlənməsi sferası genişləndi;
9) valyuta məzənnələrinin tərəddüd sərhədlərinin tənzimlənməsi dayandırıldı;
10) qapalı valyuta bloklarının yaradılması beynəlxalq valyuta sisteminin tamhüquqlu iştirakçıları kimi qanuniləşdirildi; bununla belə, bu blokların daxilində iştirakçılar arasında xüsusi münasibətlər mövcuddur.


Yüklə 109,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin