10. Məzənnə(valyuta) siyasəti
Valyuta siyasəti (curency policy) – dövlət tərəfindən valyuta məzənnəsinin tənzimlənməsi məqsədilə həyata keçirilən hüquqi, iqtisadi, inzibati tədbirlərin kompleksi: valyuta siyasətinin həyata keçirilmə formaları:a) diskont siyasəti – mərkəzi bankın uçot dərəcəsinin dəyişdirilməsi yolu ilə valyuta məzənnəsinin tənzimlənməsi;b) valyuta müdaxiləsi – valyuta bazarlarında tələb və təklifin tarazlaşdırılması məqsədilə mərkəzi bankın valyutaların alqı-satqısı əməliyyatlarında müntəzəm iştirakı;c) devalvasiya (milli valyutanın xarici valyutalara nisbətən məzənnəsinin məsədyönlü uçotlaşdırılması) və revalvasiya (milli valyutanın xarici valyutalara nisbətən məzənnəsinin qaldırılması).ç) valyuta məhdudiyyətləri – valyuta əməliyyatlarının inzibati tədbirlər və qanunverici aktlarla qadağan olunması və ya limitləşdirilməsi nəzərdə tutulur.
Valyuta siyasəti (curency policy) – dövlət tərəfindən valyuta məzənnəsinin tənzimlənməsi məqsədilə həyata keçirilən hüquqi, iqtisadi, inzibati tədbirlərin kompleksi: valyuta siyasətinin həyata keçirilmə formaları:
diskont siyasəti – mərkəzi bankın uçot dərəcəsinin dəyişdirilməsi yolu ilə valyuta məzənnəsinin tənzimlənməsi;
valyuta müdaxiləsi – valyuta bazarlarında tələb və təklifin tarazlaşdırılması məqsədilə mərkəzi bankın valyutaların alqı-satqısı əməliyyatlarında müntəzəm iştirakı;
devalvasiya (milli valyutanın xarici valyutalara nisbətən məzənnəsinin məsədyönlü uçotlaşdırılması) və revalvasiya (milli valyutanın xarici valyutalara nisbətən məzənnəsinin qaldırılması).
valyuta məhdudiyyətləri – valyuta əməliyyatlarının inzibati tədbirlər və qanunverici aktlarla qadağan olunması və ya limitləşdirilməsi nəzərdə tutulur.
Diskont siyasət
Mərkəzi bank tərəfindən kreditlər üçün ssuda kapitalının tələb və təklifinin tənzimlənməsi məqsədli faiz dərəcələrinin azalmazı və artması ilə müşayiət olunan uçot pul-kredit siyasəti. Faiz dərəcəsini artırmaqla Mərkəzi bank kredit pulu üzrə tələbin azalmasına təsir göstərir, azaltmaqla isə tələbi fəallaşdırır.
Valyuta müdaxiləsi
Milli valyutanın məzənnəsini tənzimləmək məqsədilə Mərkəzi Bank tərəfindən valyuta bazarında həyata keçirilən xarici valyutanın alqı-satqısı əməliyyatıdır. Mərkəzi Bank valyuta bazarında satışlar həyata keçirərkən özünün xarici valyuta ehtiyatlarından istifadə edir.[3]
Devalvasiya və revalvasiya
Milli valyuta məzənnəsinin xarici valyutaya nisbətdə, yaxud milli pul nişanlarının real qızıl tutumunun (tərkibinin) aşağı düşməsi.
Devalvasiya ölkə iqtisadiyyatında baş verən müxtəlif maliyyə böhranları, yaxud qeyri-tarazlığı, o cümlədən inflyasiya, tədiyyə balansında uzun müddət davam edən kəsrli vəziyyətin nəticəsi kimi baş verir.
Devalvasiya prosesi dövlətin bu prosesə müdaxiləsi baxımından 2 qrupa ayrılır: açıq devalvasiya, qapalı devalvasiya.
Açıq devalvasiya – dövlət tərəfindən milli valyutanın əhə miyyətli həcm də dövriyyədən yığılması, ya xud dəyərdən düşmüş milli pul nişanələrinin yeniləri ilə əvəz edil məsi yolu ilə milli valyuta məzənnəsinin qaldırılması.
Qapalı devalvasiya – dövlətin məqsədli müdaxiləsindən kənar öl kə iqtisadiyyatında baş verən devalvasiya prosesi. Bu zaman köhnə pul nişanələrinin yeniləri ilə əvəz olunması, yaxud dövriyyədən zəruri miqdarda milli valyutanın yığılması həyata keçirilmir.
Bunlarla yanaşı, rəqabət devalvasiyasına da rast gəlinir. Bu, dünya bazarında milli məhsulların rəqabət qabiliyyətini artırmaq, beləliklə də milli ixracı stimullaşdırmaq üçün dövlət tərəfindən məqsədli şəkildə həyata keçirilən devalvasiyadır. Bu zaman xarici valyutaya nisbətdə milli valyuta məzənnəsi ucuzlaşır və ölkə daxilində istehsal olunmuş məhsul dünya bazarında daha aşağı qiymətə malik olur. Beləliklə, qiymət amilinə görə bu məhsullar dünya bazarında yüksək rəqabət qabiliyyəti qazanır.
Dostları ilə paylaş: |