Beynəlxalq maliyyə fənnindən imtahan suallarının cavabı : Beynəlxalq maliyyənin məzmunu



Yüklə 109,82 Kb.
səhifə4/44
tarix21.05.2023
ölçüsü109,82 Kb.
#118902
1   2   3   4   5   6   7   8   9   ...   44
bim imt sual cavab (1) yeni

4. Maliyyə sisteminin tipləri
Maliyyə sisteminin 3 tipini fərqləndirmək olar :

  1. Milli valyuta və ya pul sistemləri ;

Bu sistem qanunvericilik əsasında hər bir dövlətin ərazisində mövcuddur. Aydındır ki, bu sistem Beynəlxalq valyuta sistemi ilə bağlıdır. Burada beynəlxalq müqavilələr ,beynəlxalq sazişlər əsas götürülür.

  1. Regional valyuta sistemləri.

Burada müəyyən region üzrə yerləşən ölkələrin pul münasibətləri məcmusu əsas götürülür. Buna da başqa ərazilə nisbətən Avropa Valyuta sistemi daha təkmildir.

  1. Ümumdünya valyuta sistemi

Burada beynəlxalq maliyyə təşkilatlarının yaratdıqları qaydalar və beynəlxalq aktlar əsas götürülür.
Burada valyuta anlayışına aid bəzi açıqlama verilir :
Valyuta hər bir dövlətin pul sistemi əsasında duran pul vahididir. Yəni hər dövlətin özünün pul vahidi eyni zamanda valyuta da adlanır.

  1. Məsələn Azərbaycanda manat.Pul vahidi manatdır.

  2. Valyuta – Dövlətin pul sisteminin müəyyən tipidir.(Məsələn, qızıl valyuta,kağız valyuta)

  3. Valyuta beynəlxalq hesablaşmalarda istifadə olunan xarici ölkələrin pul nişanlarıdır.(əskinaslar,xəzinə biletləri,sikkələr,kredit və ödəmə sənətləri)

Xarici valyuta daha doğrusu, məsələn bizim ölkəmizdə olan xarici qiymətli kağızlar,pullar,veksellər,səhmlər və s. Burada valyuta dönərliliyi problemi də öyrənilir.
Dönərlilik dedikdə - hər bir valyutanın başqa ölkələrdə istifadə olunması dərəcəsi nəzərdə tutulur. Bu mənada tam və qismən dönərlik anlayışıdır və mövcuddur.
Məsələn, ABŞ ; Kanada ; Aİ-nin pulları tam dönərlidir. Qismən dönərli dedikdə isə nisbətən məhdud qaydada dönərlilik nəzərdə tutulur.
Bu problemdə valyuta pariteti (bərabərliyi) anlayışı istifadə edilir. Bu bərabərlik iki valyuta arasında qanunvericilik qaydasında müəyyən edilir.Buna valyuta məzənnəsi deyilir. Deməli , valyuta məzənnəsi hər hansı ölkənin pul vahidinin başqa ölkənin pul vahidində ifadə olunan qiymətidir.


Yüklə 109,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin