[kitabyurdu.org]-Beynəlxalq nəqliyyat əməliyyatları
Mövzu 8: Gömrük rəsmiləşdirilməsi qaydaları. Plan:
Gömrük rəsmiləşdirilməsinin əsas prinsipləri.
Gömrük rəsmiləşdirilməsi icraatının yeri və vaxtı.
Gömrük rəsmiləşdirilməsinin aparıldığı yer və vaxt.
Gömrük rəsmiləşdirilməsinin aparıldığı dil.
Gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydası. Gömrük rəsmiləşdirilməsinin əsas prinsipləri.
Gömrük rəsmiləşdirilməsi-Mal və nəqliyyat vasitələrinin Gömrük Məcəlləsinin tələblərinə uyğun olaraq müəyyən gömrük rejimi altında yerləşdirilməsi və bu rejimin fəaliyyətinin bitirilməsi əməliyyatlarının məcmusudur.
Gömrük rəsmiləşdirilməsi həmçinin, mal və nəqliyyat vasitələrinin Az-nın gömrük sərhədindən keçirilmsinə gmrük nəzarətinin təmin olunması və bu cür keçirilməyə dövlət tənzimlənmə vasitələrinin tətbiq olunması məqsədi ilə gömrük orqanının vəzifəli şəxsləri tərəfindən aparılan əməliyyatların məcmusu kimidə anlaşıla bilər.
Gömrük rəsmiləşdirilməsi qaydaları həm Gömrük Məcəlləsinin müddəaları, həmdə Az. R-sı Qanunvericiliyinin digər aktları ilə müəyyən olunur.Qanunvericilik dedikdə,yalnız qanunlar deyil, həmdə Az. R-nin icra hakimiyyəti orqanlarının, ilk növbədə DGK-nin qanun qüvvəli aktları nəzərdə tutulur.
Məsələn: “Az. R-nın gömrük buraxılış məntəqələrindən istehsalat və ya kommersiya fəaliyyəti üçün nəzərdə tutulmayan malların keçirilmsi qaydaları üzrə təlimat”.
Gömrük rəsmiləşdirilməsinin hüquqi tənzimlənməsi qanunvericilik aktları ilə yanaşı beynəlxalq Konvensiyalarda nəzərdə tutulmuş normalarla da həyata keçirilə bilər.Buna misal olaraq BYD kitabçası tətbiq olunmaqla Beynəlxalq yük daşımaları Konvensiyası avtonəqliyyat vasitələri və konteynerlərlə daşınan yüklərin rəsmiləşdirilməsinin tənzamlənməsində ümumi qəbul olunmuş normalar kimi mühum əməhəmiyyət kəsb edir.
Maddə 124. Gömrük rəsmilşdirilməsinin aparılması qaydası. Gömrük rəsmiləşdirilməsi bu Məcəllə və Az. R-nın digər qanunvericilik aktları, ocümlədn Az. R-nın gömrük işini aparan icra hakimiyyəti orqanını normativ aktları ilə müəyyən olunmuş qaydada aprılır. Maddə 130. Gömrük rəsmiləşdirilməsinin başlanması. Bu Məcəllədə nəzərdə tutulan ilkin əməliyyatların aparılması qaydasına riayyət etməklə, Az. R-sı gömrük orqanının vəzifəli şəxsi konkret mallar və nəqliyyat vasitələrinin gmrük rəsmiləşdirilməsini aparmağa hazır olduğunu bildirdiyi vaxtdan gömrük rəsmiləşdirilməsi başlayır 2.Gömrük rəsmiləşdirilməsi icraatının yeri və vaxtı. GM-nə görə gömrük rəsmiləşdirilməsi, bu iş üçün gömrük orqanını fəaliyyət göstərdiyi, mal göndərən və ya müəssisənin, yaxud onun struktur bölməsinin yerlşdiyi ərazidə, xüsusi müəyyən olunuş yerlrd icra olunur.Gömrük rəsmiləşdirilməsi gömrük orqanının etdiyi iş vaxtı ərzind həayata keçirilir.Gömrük orqanının iş rüjimi DGKilə razılaşdırılmalıdır.Bunula belə, Gömrük Məcəlləsi gömrük rəsmiləşdirilməsini digər yerdə və gömrük orqanının iş vaxtından kənar vaxtlarda da icra olunmasını mümkün sayır.Bunun üçün maraqlı şxs gömrük rəsmiləşdirilməsini aparan gömrük orqanının razılığını almalıdır və bu halda meydana çıxan bütün xərcləri maraqlı şəxs ödəyir.Başqa yerlərdə iş vaxtından kənar vaxtda da aparılan gömrük rsmilşdirilmələri üçün iki qat haqq alınır.DGK ayrı-ayrı koteqoriyalı malların və nəqliyyat vasitələrinin rəsmiləşdirilməsinin aparılmasını müəyyən gömrük orqanına həvalə edə bilr.Məsələn, DGK-nin 20/02/1998 tarixli 002 saylı əmri ilə idxal olunan aksizli malların mərkəzləşdirilmiş qaydada gmrük rəsmiləşdirilməsini təşkil etmək, aksiz markalarının tətbiqinə nzarəti gücləndirmək məqsədi ilə fəaliyyət zonası bütövlükdə Az. R-nın gömrük ərazisi olan yeni struktur vahidi – Aksiz gömrük postu yaradılmışdır.
Xarici iqtisadi fəaliyyət iştirakçıları tərəfindən, idxal olunan və gömrük ərazisindən keçiriln etlil spirtinin, alkaqollu içkilərin və tütün məmulatlarının gömrük rsmiləşdirilməsini bu post həyata keçirir.
Gömrük rəsmiləşdirilməsinin yerinin və vaxtının müəyyən olunması bir sıra faktorılardan asılıdır:
keçirilən malın xarakter xassələri;
malların daşındığı nqliyyat növü;
keçirilən malların rəsmiləşdirildiyi gömrük rejimləri;
keçirilən malların mənşə ölkəsi;
malların göndəricisinin, yaxud alıcısının yerləşdiyi yer.
Gömrük rəsmiləşdirilməsi yerləri müvaviq gömrük rejimləri üzrə hazırlanan təlimatlara da müəyyən oluna bilər.
Az. R-sı gömrük sərhədindən boru kəməri nəqliyyatı və elektrik ötürücüsü xətləri üzrə keçirilən malların gömrük rəsmiləşdirilməsi haqqında təlimat DGK-nin 03 iyun 1997-ci il tarixli 561 saylı əmri ilə tsdiq olunmuşdur.
Dəmir yolu ilə daşınan yüklərin gömrük rəsmiləşdirilməsi zamanı gömrük orqanlarının və dəmir yolunun qarşılıqlı münasibətlərinin müvəqqəti texnalogiyasının təqribi nümunəsi 9 saylı əlavədə göstərilir.
Əgər mallar gömrük sərhəddindən keçənədək iki və daha çox nəqliyyat növündən istifadə olunursa, gömrük rəsmiləşdirilməsi malların dodurulub – boşaldığı son yerin fəaliyyət zonasına daxil olduğu gömrük orqanı tərəfindən icra olunur.
Əgər faktiki ixrac (idxal) dəniz nəqliyyatı ilə həyata keçirilirsə, gömrük rəsmiləşdirilməsi dəniz nəqliyyatının yükləndiyi əraziyə nəzarət edən gömrük orqanı tərəfindən icra olunmalıdır.