4. Quru ilə əhatə olunmuş dövlətlərin ərazisi vasitəsilə tranzit yük daşınmaları haqqında Konvensiya - TİR (1975) Beynəlxalq Yük Daşınmaları Konversiyasına əsasən tranzit daşınmalarını həyata keçirən avtomobillər TİR lövhəsi ilə təchiz olunur. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1997-ci il tarixli 527 saylı sərəncamı ilə bağlı, DGK-nin 8 sentyabr 1997-ci il tarixli 825 saylı əmri ilə BYD kitabçası tətbiq edilməli BYD-ı haqqında gömrük konversiyası Azərbaycan ərazisində tətbiq edilməyə başlanmışdır.
nəqliyyat vasitələrinin (konteyerlərin) gömrük möhürləri və plombları ilə yük daşınmalarına buraxılması qaydası haqqında təlimata uyğun həyata keçirilməsi;
Gömrük möhürləri və plombları ilə yüklərin daşınmassından ötrü nəqliyyat vasitələrinin (konteyerlərin) təchizatı qaydaları təsdiq edilmişdir.
5. BYD kitabçası (karnet TİR-avtomobil yük daşınmaları zamanı BYD konversiyasına qoşulmuş Azərbaycan Respublikasında malların aralıq başlatma yükləmələri həyata keçirilməkdən yol nəqliyyat vasitələrində müqavilə tərəflərindən birinin göndərilmə gömükxanasından bir neçə sərhəddən keçməklə digər müqavilə iştirakçısı tərəfindən təyinat gömrükxanasına daşınmasına aiddir, bur şərtlə ki, əməliyyatın başlanğıcı və sonu arasındakı müəyyən bir hissəsi avtomobil nəqliyyatı ilə həyata keçirilmiş olsun.
Azərbaycan Respublikasında BYD prosedurasına əməl olunmaqla daşınan mallar aralıq gömrükxanasınada (idxal zamanı giriş, tranzit zamanı giriş və çıxış) idxal və ya ixrac rüsum vergilərinin ödənilməsindən depozitə qoyulmasından azad edilir. Həmin gömrükxanalarda BYD kitabçalarının rəsmiləşdirilməsi üçün yığımlar tutulmur. Həmçinin BYD prosedurasından istifadə olunmaqla plomblanmış yol nəqliyyat vasitələrində daşınan mallar bir qayda olaraq gömrükxanalarda gömrük baxışından azad olunurlar. Müstəsna hal kimi BYD kitabçasının manifestində göstərilməyən əşya olmasına kifayət qədər dəlil olan hallarda mallara müşaiət keçirilə bilər.
BYD kitabçası 4 səhifəli üz qabığından, kəsilməyən 1/2 nömrəli sarı vərəqdən və 1/2 nömrəli kötükdən, 1 nömrəli (kəsilən) vərəqlərdən və 1 nömrəli kötüklərdən (ağ rəngli), 2 nömrəli kəsilən vərəqlərdən və 2 nömrəli kötüklərdən (yaşıl rəngli) və yol nəqliyyat hadisəsinə dair protokollardan (sarı rəngli) ibarətdir.
Kəsilən vərəqlərin və onların kötüklərinin (1 və 2) birləşməsi (kombinasiya) bir qayda olaraq hər bir ölkədə (göndərilmə ölkəsində və giriş gömrükxanalarında) 2 nömrəli kəsilən vərəq və 2 nömrəli kötük isə çıxış və təyinat gömrükxanalarında istifadə olunmaq üçün nəzərdə tutulmuşlar.
Hal-hazırda istifadə edilən BYD kitabçaları 14 və ya 20 vərəqdən (yəni 7 və ya 10 komplekdən) ibarətdir. Bu müvafiq olaraq 7 və ya 10 dövlətin ərazisindən keçməklə daşınma üçün nəzarətdə tutulmuşdur.
Beləliklə ümumi yük daşınmalarında tranzit yük daşınmasının çəkisi 56 % təşkil edir. Daşınmalardan gələn ümumi gəlirin çəkisi 9,2 % təşkil etmişdir. Başqa formada desək son ildə tranzit yük daşımalarından əldə olunan ümumi gəlir 300 min manat təşkil etmişdir.
Respublikada dəmir yolu ilə daşınan ümumi yüklərin 24,5 % tranzit yüklə təşkil etmişdir.