Mövzu 11. Beynəlxalq nəqliyat əməliyytlarının gömrük tərtibatı P L A N
Beynəlxalq nəqliyyat əlaqələrinin əhəmiyyəti və ticarətin inkişafında rolu.
Nəqliyyat əməliyyatlarının gömrük tərtibatı haqqında anlayış.
Beynəlxalq nəqliyyat əməliyyatlarının gömrük tərtibatında idxal və ixrac sənədləri .
Qanunvericilik və beynəlxalq hüquq qaydalarına əsasən nəqliyyata dair müqavilələrin bağlanması.
1. Beynəlxalq nəqliyyat əlaqələrinin əhəmiyyəti və ticarətin inkişafında rolu. Dünya ölkələrinin iqtisadi inkişafında hər bir ərazinin təbii iqtisadi şəraitin müəyyən olunması və bu əsasda həmin şəraitdəki resusların istehasal dövriyyəsinə cəlb olunmasında məhsuldar qüvvələrin dövrün tələblərinə uyğun inkişafının xüsusi rolu vardır.Bu baxımdan XIX əsrin axırı və XX əsrin əvvəllərində məhsuldar qüvvələrin təsir dairəsi daha intensiv hal alır.Avropanın və eləcədə dünyanın qabaqcıl ölkələrində sənayenin inkişafı ölkələrarası iqtisadi əlaqələrin yaranmasında nəqliyyatın əvvəlki primitiv formasından yeni sənaye dövrünün tələblərinə uyğun inkişafına səbəb oldu.
Ölkələrarası iqtisadi əlaqələrin inkişafında mühüm rol oynayan nəqliyyat növlərinin dəniz, avtomobil, dəmiryolu, boru kəməri və hava nəqliyyatının inkişaf dövrü başladı. Bununla bağlı yolların səmərəli təşkili işi daha çox diqqət çəkdi.Bu məqsədlə Aralıq dənizi ilə Hind Okeanı hövzəsi ölkələri ilə qısa məsafədən keçməklə, yüklərin daşınmasını təmin edən Süveyş kanalı, Şimali Amerikanı Mərkəzi və Cənubi Amerika ilə qısa məsafədə birləşdirən Panama kanalı, Xəzər dənizini hövzəsi ölkələrarası əlaqə yaradan Volqa-Don kanalının çəkilməsi ölkələrarası yüklərin daşınması üçün həmin ölkələrin iqtisadi inkişafına təsir göstərməklə,külli miqdarda səmərəsiz nəqliyyat xərclərinin aradan qaldırılmasına şərait yarandı.
Beləliklə XXI əsrin əvəllərinə dünya ölkələri ərazisində ümumi dəmir yolunun uzunluğu 1250 min km, avtomobil yollarının uzunluğu 24000 min km, daxili su yollarının uzunluğu 550 min km, boru kəməri nəqliyyatının uzunluğu 1500 min km , hava yollarının uzunluğu isə 8000 min km təşkil etmişdir ki, bu daş ölkələr arası əlaqələrin genişləndirilməsini təmin etməklə, dünya ticarət sistemini təmsil etmişdir.
Dünya nəqliyyat xərclərinin 10% - i MDB ölkələrinin payına düşür.Ancaq MDB yük daşınmalarının həcminə və ticarət dövriyyəsinə görə birinci yeri Az Respublikası tutaraq, 140 dünya ölkəsi ilə ticarət əlaqəsi yaratmışdır.Ticarət əməliyyatlarının həcmi 11.6 milyard olmuş, beləki ixrac 6.4 milyard -2242 adda mal , idxal 5.2 milyard ABŞ $- 5935 adda mal.
Hər il bütün nəqliyyat növləri ilə 100 milyard tondan çox yük və 1(bir) trilyon sərnişin daşınmışdır. Bu daşınmalarda 650 min avtomobil, 40 min dəniz gəmiləri, 10 min təyyarə reysi, 200 min dəmir yolu lokomotivləri iştirak etmişdir.