[kitabyurdu.org]-Beynəlxalq nəqliyyat əməliyyatları
Mövzu 7: Gömruk sistemində yüklərin Respublika sərhədindən çıxaran zaman gömrük baxışından keçirilməsi. Plan:
Nəqliyyat vasitələrinin Resublika sərhədindən çıxaran zaman gömrük qanunvericiliyi;
Gömrük Məcəlləsi muəyyən edir ki, nəqliyyat vasitələrinin Az. R-nın gömrük sərhədindən keçirilməsi gömrük bəyənnamsində göstərilən konkret gömrük rejiminə uyğun olaraq reallaşdirilir.
Həm əmtəə kimi gömrük sərhdindən keçirilən nqliyyat vasitələri, həm də sərnişin və yüklərin beynəlxalq daşinmasinda istifadə olunan nəqliyyat gömrük qanunvericiliyinin tənzimlnməsinin predmentidir.
Nəqliyyat vasitələri, Az. R-nın gömrük sərhədindən onlar barəd tətbiq olunan gömrük rejiminə uyğun olaraq keçirilir.
Az. R-nın gömrük sərhədindən keçirilən nəqliyyat vasitələri, həmçinin mal qismində Az. R-nın gömrük sərhədindən keçirilən nəqliyyat vasitələri Az. R-nın gömrük orqanı tərəfindən müəyyən olunana yerdə saxlanılmalıdır.Bu tələbə riayyət etmədikdə Az. R-sı gömrük orqanı nəqliyyat vasitələrini məcburi saxlamaq hüququna malikdir.Nəqliyyat vasitələri saxlama müddəti daşıyıcı ilə birlikdə Az. R-sı gömrük orqanı tərəfindən müəyyən olunur və gömrük nəzarətinin gömrük rəsmiləşdirilməsinin zərərinə olaraq azaldıla bilməz.
Nəqliyyat vasitələri saxlanıldıqlari yerdən ancaq Az. R-sı gömrük orqanının icazəsi ilə yola düşə bilər.
Daşıyıcı nəqliyyat vasitələrinin Az. R-nın gömrük sərhədindən keçirilməsi vaxti və yeri Az. R-nın müvafiq gömrük orqanı ilə razılaşdırılır.
Gömrük Məcəlləsinə görə nəqliyyat vasitələrinin daşıyıcısı:
məsi vaxtınGömrük sərhədindən keçirilı və yerini gömrük orqanı ilə razilaşdirmalidir;
Sərhəddən keçirilən nəqliyyat vasitəsini gömrük orqanlarının müəyyən etdiyi yerdə saxlamalidir.Bu vəzifənin yerinə yetirilnəsi gömrük orqanlarına həmin nəqliyyat vasitəsinin məcburi salanılması hüququnu verir;
Nəqliyyat vasitəsinin dayanacaq yerini yalniz gömrük orqanının icazəsi ilə tərk etməlidir.
Gömrük rəsmiləşdirilməsi və nəzarəti aparılarkən nəqliyyat vasitəsinin dayanacaq muddəti daşiyici ilə razılaşdırılmaqla gömrük orqanı tərəfindən müəyyən olunur.Bu zaman gömrük rəsmiləşdirilməsinin bütün məsələləri nəzərə alinir.