Beynəlxalq nəqliyyat əməliyyatları


Beynəlxalq hava daşınmaları hüququnun konvension təsbiti



Yüklə 335 Kb.
səhifə9/34
tarix13.04.2023
ölçüsü335 Kb.
#97608
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   34
[kitabyurdu.org]-Beynəlxalq nəqliyyat əməliyyatları

4. Beynəlxalq hava daşınmaları hüququnun konvension təsbiti.
Azərbaycan Respublikası üçün nəqliyyat, o cümlədən də aviasiya nəqliyyatı sahəsində daha sıx əməkdaşlıq üçün, həm nəqliyyat bazarlarının açılması, həm də müasir dövlətlərin bazar iqtisadiyyatı prinsiplərinin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb edir. Regionlar səviyyəsində bu məsələlər son illərdə keçirilimiş ayrı – ayrı beynəlxalq nəqliyyat konfranslarında, məsələn: Nəqliyyata dair ümumavropa konfransının (Krit mart 1994 – cü il; Helsinki iyun 1997 – ci il), BMT AİK nəqliyyat və ətraf mühitə dair konfransının (Vyana noyabr 1997 –ci il) Bəyannamələrində, İnfrastruktur məsələləri üzrə nazirlər səviyyəsində konfransın (Nyu – Dehli oktyabr 1996 – cı il) və 1997 – 2006 – cı illər üçün Asiya – Sakit okean regionunda infrastrukturun inkişafı üzrə hərəkətlər planı haqqında Dehli konfransının, “Avropa – Qafqaz – Asiya” dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında sazişin imzalanması ilə başa çatan tarixi İpək yolunun bərpası üzrə Bakı Beynəlxalq konfransının (sentyabr 1998 – ci il) qərarlarında, Avropa – Qafqaz – Asiya nəqliyyat dəhlizi” nin yaranması üçün təsis olunmuş və qəbul olunmuş müxtəlif beynəlxalq – hüquqi sənədlərdə öz əksini tapmış və təsbit edilmişdir
5. Beynəlxalq hava yük daşınmaların rəsmiləşdirilməsi prinsipləri –Hava gəmilərinə Gömrük nəzarəti və onların rəsmiləşdirilməsi Beynəlxalq mülki aviyasiya barədə 1944 – cü il Çikaqo Konvensiası ilə reqlamentləşdirilir. Bu konvensiya ilə nəzərdə tutulan vəsiqə və digər sənədlərin yoxlanmasını təşkil edə bilər. Konvensiyanın 29 – cu maddəsinə görə belə sənədlərə ekipajın hər üzvünə şəhadətnamə, yollanmış və təyinat məntəqəsi göstərilməklə bütün sərnişinlərin soyadlarının siyahısı, yük üçün manifest və ətraflı bəyannamə, bort lurnalı, bort radiostansiyası siyahısı üçün icazə aid edilir.
Bununla bərabər Konvensiya hava gəmilərinə gömrük nəzarətinin daha geniş beynəlxalq – hüquqi reqlamentasiyasını nəzərdə tutur. Bu Konvensiyaya görə nəzərdə tutulur ki, tərəfdaşlar elə şərait yaratmalıdır ki, rəsmiləşdirilmə prosedurları hava nəqliyyatına xas olan sürət üstünlüyünə xələl gətirilməsin, odur ki, aşağıdakı sənədlərin vahid formaları müəyyən edilir:
a) əsas (baş) bəyannamə. Bu bəyannamədə digər məlumatlarla birgə hava gəmisinin istismarçısı, onun milli mənsubiyyəti, qeydiyyat nişanları, reysin nömrəsi, tarix uçub getmə məntəqəsi, uçub gəlmə məntəqəsi, uçuş marşurutu, ekipaj üzvlərinin ümümi sayı, uçuş mərhələsində sərnişinlərin sayı göstərilir;
b) yük cədvəlləri, bu cədvəldə hava gəmisinin istismarçısı, yüklənmə məntəqəsi, yükü boşaltma məntəqəsi, qaimə nömrəsi, yerlərin sayı, yükün növü qeyd olunur;
v) sərnişinlərin hava gəmisinə mindirilmə və düşürülmə kartları;
q) Ekipaj üzvlərinin şəhadətnaməsi, azuqə ehtiyyatı; hava gəmisi qəbul edilərkən gəmi kapitanından bu sənədlər tələb olunur; əsas bəyannamənin 3 nüsxəsi, yük cədvəlinin 3 nüsxəsi, bort ehtiyatları siyahısının 2 nüsxəsi. Uçuşa hazırlandıqda isə əsas bəyannamənin 2 nüsxəsi, yük cədvəlinin 2 nüsxəsi, bort ehtiyyatı siyahısının 2 nüsxəsi tələb olunmaqla rəsmiləşdirilir.

Yüklə 335 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin