Beynəlxalq nəqliyyat əməliyyatları


Azərbaycanın MDB respublikaları ilə aviasiya sərnişin və yük daşımaların təşkili



Yüklə 335 Kb.
səhifə8/34
tarix13.04.2023
ölçüsü335 Kb.
#97608
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   ...   34
[kitabyurdu.org]-Beynəlxalq nəqliyyat əməliyyatları

2. Azərbaycanın MDB respublikaları ilə aviasiya sərnişin və yük daşımaların təşkili – Azərbaycanın son illər MDB respublikaları ilə iqtisadi əlaqələri aktivləşməklə yanaşı, hava nəqliyyatı ilə yük və sərnişin daşınması tempi yüksəlmiş və hava nəqliyyatı əlaqələrinin coğrafi yanaşı genişlənmişdir.
XX əsrin son 10 ilində Azərbaycan MDB – nin 70 – dən çox şəhər və rayonları ilə hava nəqliyyatı ilə əlaqə yaratmışdır və daşınan ümumi sərnişinlərin 46%, o cümlədən respublikadan göndərilən sərnişinlər 59%, gələnlər isə 41% təşkil edir.
Yüksək sərnişin gərginliyi Bakı – Moskva, Bakı – Yekaterinburq, Bakı – Sankt Peterburq, Bakı – Krasnodar və digər şəhərlərarası sərnişin daşınmalarında müşahidə olunmuşdur. MDB respublikalarına daşınan sərnişinlərin 44% - i Bakı – Moskva marşurutunun payına düşür.
3. Azərbaycan Beynəlxalq ölkələrlə hava yolları əlaqələri, bu ölkələrlə sərnişin və yük daşınmaların təşkili – Azərbaycan müstəqillik qazandıqdan sonra əldə olunmuş müstəqillik bir sıra iqtisadi amillərlə yanaşı dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələri ilə beynəlxalq münasibətlərin formalaşmasına zəmin yaratmışdır. Əvvələr hava nəqliyyatı əlaqələri SSRi tərəfindən idarə olunduğundan Azərbaycan müstəqil hava yollarına malik deyildi. 1990 – cı ildən sonra müstəqil hava yollarına nail olmaqla bir sıra xarici ölkələrlə sərbəst şəkildə dünya bazarına çıxmaq imkanı qanzandı. İndiki şəraitdə Azərbaycanın Avropa, Asiya, Amerika, Avstraliya ölkələri ilə hava nəqliyyatı vasitəsilə əlaqələri yaradılmışdır. 1999 – cu ildə respublikanın hava nəqliyyatı ilə sərnişin daşımanın 52% - i xarici ölkələrin payına düşmüşdür. Ən gərgin sərnişin daşınan marşurutlar Bakı – İstanbul, Bakı – Tehran (25%), Bakı – Ankara (30%), Bakı – Kiş (4%), Bakı – Teləviv (7%), Bakı – Dehli (3%), Bakı – Karau (7%), Bakı – Dubay və s. marşurutlarda müşahidə edilmişdir.
Eyni zamanda şərq ölkələri ilə əlaqələrin formalaşmasında Bakı – Dəməşq, Bakı – Məşhəd, Bakı – Oman, Bakı – Qahirə, həmçinin Avropanın əksər ölkələrinin mərkəzləri ilə hava marşurutları fəaliyyət göstərir.
Dünyanın müasir hava limanlarının təhlili göstərir ki, bütün dünya ölkələrində 34 – dən çox nəhəng hava limanları fəaliyyət göstərir. İl ərzində dünya ölkələrində sərnişin daşınması 40 milyon sərnişindən – 60 milyon sərnişin daşınmaya malik 5 ədədi, 20 milyon sərnişin daşınmadan – 40 miliyon sərnişin daşınmaya malik 15 ədəd, 15 milyondan – 20 milyon sərnişin daşıyan 14 hava limanları mövcuddur.

Yüklə 335 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin