BəZİ ekoloji prosesləRİn riyazi modelləŞDİRİLMƏSİ MƏSƏLƏLƏRİ


Antropogen proseslərin modelləşdirilməsi



Yüklə 334,18 Kb.
səhifə11/15
tarix26.06.2022
ölçüsü334,18 Kb.
#62333
1   ...   7   8   9   10   11   12   13   14   15
ESM-22

13.11. Antropogen proseslərin modelləşdirilməsi

Bu modelləşmə monitorinqin təşkilində ən mürəkkəb mərhələlərindən biri hesab olunur.Müxtəlif sferalarda insan fəaliyyətini model dilinə çevirmək böyük zəhmət bahasına başa gəlir.Bəşəriyyətin ətraf mühitlə qarşılıqlı təsir qanununun formalaşdırılması bu məsələni nisbətən də olsa asanlaşdırır.Bu qanunun məğzi ondan ibarətdir ki, ətraf mühitə istənilən təsirin başlanğıcı, təsirin miqyasından asılı olmayaraq elmi əsaslarla proqnozlaşdırılmalıdır.


Antropogen təsirin qanunauyğunluğunun formalaşmasının əsasını əhalinin artımı ilə əlaqədar olaraq ətraf mühitə təsirin güclənməsidir. Ətraf mühitə təsir göstərən bir sıra kateqoriyalar, o cümlədən “enerji istehsalı”, “istehlak olunan mineral ehtiyatlar”, “kapital qoyuluşu” bilavasitə əhali artımı ilə əlaqədardır. Axırıncı 100 ildə müşahidə olunan bu asılılıq elə bir həddə gəlib çatmışdır ki, insanın özünün bir bioloji növ kimi mövcudluğu şübhə altına qoyulmuşdur.
Bunun təsdiqi kimi antropogen amillərin effektivliyinin mütləq və nisbi göstəricilərinin artımım göstərmək olar. Məsələn, ABŞ-da bir nəfərə düşən enerji istehsalı il ərzində 2,5% artmışdır. Ümumiyyətlə, dünya üzrə götürsək, enerji artımı əhali artımından 2,0% çoxdur. MDB ölkələrində axırıncı 10 ildə əhali 1,2% artdığı halda, enerji istehsalı 5% artmışdır.
Ümumilikdə eneıji potensialı cəmiyyətin inkişafının əsas göstəricilərindən biri hesab olunur.Bu göstəricidən asılı olaraq regionun digər iqtisadi parametrləri qiymətləndirilir.Başqa sözlə desək, iqtisadiyyat ilə enerjinin istehsalı arasında xətti asılılıqla müşahidə olunan korrelyasiya mövcuddur
V = ae + b,
buradaV - regionun büdcəsi, e - regionda istehsal olunan enerji, a,b- regionu səciyyələndirən reqressiya əmsallarıdır. MDB ölkələri üçün a=13,3%, 6=0,34%-dir. Beynəlxalq Sistem Analizi İnstitutunun müşahidələrinə görə dünyanın sosial-iqtisadi strukturu 7 regiona bölünür, a b əmsallarının qiyməti böyük olmasa da sosial-iqtisadi proseslərin modeli sadədir. Bu sadəlik qlobal proseslərin düzgünlüyünün bir növ təminatı hesab olunur.
Ətraf mühitin çirklənməsini səciyyələndirən antropogen amillərə - yer səthinin formasının dəyişdirilməsi, flora və faunanın məhv edilməsi, hidrosfer proseslərinə təsir və böyük miqyaslarda yer təkinin mineral ehtiyatların sərfini misal göstərmək olar.Bu dəyişkənliyin intensivliyi elə bir potensiala malikdir ki, onlar hökmən aparılan monitorinqdə nəzərə alınmalıdır.
Antropogen proseslərin modelləşmə amillərinin həllində müəyyən olunmuşdur ki, insan faktorunun təsirini birdəfəlik asılılıq kimi göstərmək mümkün deyil.Çünki insan fəaliyyətinin ətraf mühitə təsiri o qədər geniş və müxtəlifdir ki, onu bir asılılıqla ifadə etmək qeyri-mümkündür.Aşağıdakı şəkildə qlobal modelin struktur sxemi göstərilmişdir.



Yüklə 334,18 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin