13.13.2. Atmosferdə qazların dövranı
Deyildiyi kimi karbon tərkibli qazlar əsasən atmosferə yerin dərin qatlarından gəlir. Yer üzərindəki karbonun toplandığı əsas mənbə yer səthindəki çöküntü qatlarıdır ki, karbonun miqdarı 1023 q, okeanlarda və digər su mənbələrində 35 x 10,8q təşkil edir.
Canlı orqanizmlərdəki karbonun əsas kütləsi meşələrdə toplanmışdır. Atmosferdəki karbon qazının miqdarı 0,7 x 10l8q-dır Karbon qazının bu mənbələri arasında daimi mübadilə prosesi gedir. Karbon dövriyyəsi zəncirinin bəzi həlqələri atmosferin kimyəvi tərkibinin təkamülünə təsir edir.
Atmosfer azotunun dövriyyəsi atmosferdəki karbon və oksigenin mübadiləsindən əsaslı surətdə fərqlənir. Bu azotun digər qazlara nisbətən daha az kimyəvi aktivliyi ilə bağlıdır. Azot da atmosferə yerin nisbətən dərin qatlarından deqazasiya prosesi nəticəsində qalxır.Ancaq vulkanik qazlarda azotun miqdarı CCh-nin miqdarından kəskin şəkildə azdır.Bununla əlaqədar olaraq atmosfer azotunun çökmə sürəti, atmosfer karbonunun çökmə sürətindən çox-çox aşağıdır.Çöküntülərdə azotun miqdarı təxminən 1021 q olduğu hesab edilir. Hesab etsək ki, azot çöküntülərin orta əmələ gəlmə sürəti verilmiş intervalda 1,7-1018 q/mln.il təşkil edir. Bu qiymət karbonun toplanma sürətindən təxminən 100 dəfə kiçikdir.Aparılmış hesablamalar göstərir ki, fanerozoy müddətində atmosferdə azotun miqdarı əhəmiyyətli dərəcədə dəyişməyib.Belə ki, azotun bu müddətdə atmosferə daxil olma miqdarı, litosferə keçmə miqdarı ilə təxminən eyni olub, bunu nəzərə alaraq deyə bilərik ki, o yerin dərinliklərindən atmosferə daxil olan karbon qazının 1%-ni təşkil edir.
Tədqiqatlar göstərmişdir ki, atmosfer qazının bir tam dövriyyəsi 2 milyard il təşkil edir. Ona görə də atmosfer tərkibi təbii yolla demək olar ki, dəyişilməz qalır.CO2 qazının atmosferdə balansını tədqiq edən Çamberlin belə hesab edir ki, litosferadan atmosferə keçməsi vulkanik aktivlikdən və bəzi ekoloji faktorlardan asılıdır.Çamberin hesab edir ki, buzlaşma prosesi dağəmələgəlmə və materiklərin qalxması ilə əlaqədar eroziyanın dərinləşməsi və eroziya zonaların artması ilə əlaqədar olaraq CO2 qazının intensivliyinin azalması ilə əlaqədar olaraq baş verir.
Dostları ilə paylaş: |