BəZİ ekoloji prosesləRİn riyazi modelləŞDİRİLMƏSİ MƏSƏLƏLƏRİ


,10. Geokimyəvi dövrün modeli



Yüklə 334,18 Kb.
səhifə10/15
tarix26.06.2022
ölçüsü334,18 Kb.
#62333
1   ...   7   8   9   10   11   12   13   14   15
ESM-22

13,10. Geokimyəvi dövrün modeli

İnsan fəaliyyətinin ən ağrılı aspektlərindən biri ətraf mühitin çirklənməsidir.İnsan fəaliyyətinin miqyası elə bir həddə çatıb ki, təbiət artıq özündə baş verən dəyişiklikləri tənzimləmək imkanına malik deyil.Bunun nəticəsi əks - əlaqə prinsipinə uyğun olaraq ətraf mühitə göstərilən təsir insanın özünə qarşı yönəlmiş olur.Buna görə də çirklənmə monitorinqi ətraf mühitin mühafizəsində aparıcı sahələrdən biri hesab olunur.Burada ən vacib şərtlərdən biri çirklənmənin qeydə alman konsentrasiyasının kəmiyyətcə qiymətləndirilməsi yox, bütün geokimyəvi proseslərin nəzərə alınması ilə ətraf mühitdə təkamül prosesinin proqnozlaşdırılmasıdır.Başqa sözlə desək, geoinformasiya monitorinqinin təşkili üçün bir sıra kimyəvi elementlərin biosfera tsiklini xarakterizə edən modellərin qurulması tələb olunur.


Geokimyəvi tsikllərin modelləri yüksək səviyyədə tərtib edilmişdir.Avropanın meteoroloji sintez mərkəzi və NATO atmosferdə onu çirkləndirici maddələrlə transsərhəd ötürmələr çirkləndirə bilən bir sıra həssas və çox səviyyəli proseslərində riyazi modellər yaratmışdırlar.Bu məqsədlə Avropada çirkləndiricilərin inventarizasiyası aparılmış, bütün dünya üzrə çirkləndirici maddələrin mənbələrin təsnifatı işlənib hazırlanmış, azot və kükürd oksidlərinin, metanın, müxtəlif yuyucu üzvi maddələrin xarakteristik göstəriciləri təyin edilmişdir.
Yaradılmış modellərdən Almaniyada atmosferin çirklənməsini qiymətləndirən modelini və ətraf mühitin üçölcülü çirklənmə modelini xüsusilə qeyd etmək olar.Sonuncu modelin köməyi ilə bir sıra məsələlər operativ surətdə həll oluna bilmişdir.Məsələn, Çemobıl qəzasının nəticələrinin qiymətləndirilməsi buna misal ola bilər.
Bunöqteyi-nəzərdəngeokimyəvimonitorinqdə aerokosmik üsullarıntətbiqininböyükhəyatı əhəmiyyətivardır. Bu üsulun tətbiqi nəticəsində bir sıra kimyəvi maddələrin hərəkətinə böyük miqyasda nəzarət etmək imkanı əldə olunur.
Geokimyəvi tsikllərin təyinində modelin qurulma prinsipini nəzərdən keçirək. Əgər S mühitində A elementinin t anında mövcudluğu/l5(t) kimi göstərsək, bu halda eneıji və maddələrin saxlanılması qanununa uyğun olaraq balans tənliyini yaza bilərik:

burada HjS Hsı- uyğun olaraq giriş və çıxış axınları adlanır. Cəmləmə j i mənbələrinin hesabına gedir. Belə modellər karbonun, azotun, kükürdün, fosforun və oksigenin qlobal dövrünün modelləşməsində reallaşdırılıb. Oxucuda bu modellərin mürəkkəbliyi haqqında fikir formalaşdırmaqdan ötrü kükürdün bəzi birləşmələrinin siyahısını nəzərdən keçirək (cədvəl 13.4).


Kükürdtərkibli əsaskimyəvibirləşmələrinyerüstü və okeanaxınlarındaxarakteristikaları, mln.t/il


Geokimyəvitsikllərinmodellərininmüxtəlifliyi çirkləndiricilərinfiziki, kimyəvivə biolojixüsusiyyətləriilə əlaqədarolur. Çirkləndiricilərin təsnifatının verilməsi göstərilən müxtəlifliyi əks etdirdiyindən tədqiqatçının probleminin həllinin yanaşma xüsusiyyətindən asılı olur. Hamı üçün yeganə olan prinsip ondan ibarətdir ki, modellərin seçilməsində obyektivlikdən uzaq olmamaq üçün sistemli yanaşmadan istifadə edilməlidir.





Yüklə 334,18 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin