13.12. Atmosferin çirklənməsinin riyazi modelləşdirilməsi
İctimai elmlərdən fərqli olaraq təbiət elmlərində məsələlərin qoyuluşu və onların həlli üç mərhələdə aparılır - empirik (təcrübələrin qoyuluşu, müşahidə), nəzəri(qanunauyğunluqların təyini), riyazi (nəzəri konsepsiyam, təcrübələrin nəticələrini yoxlamaq metodlarım təkmilləşdirmək üçün riyazi modelləşdirmə aparılması).
Aydındır ki, atmosferin çirklənməsi və mühafizəsi problemləri əsasən aşağıdakı göstəriciləri əhatə edir: çirkləndirici inqrediyentlərin mənşəyi və xarakterinin təyini, çirkləndirici lərin müxtəlif komponentlərinin biosferaya, insan sağlamlığına təsiri ilə bağlı tədqiqatları, çirkləndiricilərin zaman-məkan dəyişkənliyindən asılı olan xüsusiyyətləri. Riyazi modelləşdirmə zamanı atmosferə atılan tullantıların hesablanması, sənaye tullantıları nəticəsində biokütlədə və biosferada itki dəyərinin hesablanması, çirkləndirici qarışıqların atmosferdə yayılma qanunauyğunluqları, sənaye müəssisələrinin yerləşdirilməsi və s. öyrənilir və müəyyənləşdirilir.
13.12.1. Atmosferə atılan tullantıların hesablanması
Tullantıların proqnozunu vermək üçün əhəmiyyətli informasiya xammalın tərkibi haqqında məlumatdır.Əgər aqreqata b*'r'i (f) m/san rejimində (t - cari zaman) kq - qarışığa malik yanacaq verilirsə və əgər nəzərdə tutulsa ki, bütün q qarışığının ona məxsus olan sqaz halına qədər yanması A t zaman ərzində baş verir və burada yanma zamanı alman e qazının tullantısı aşağıdakı tənliklə ifadə olunacaq:
burada //- xammalın tərkibindəki q- qarışığının molekul çəkisi, Uç- q qarışığının yanmasından alman ğ- qazının molekul çəkisidir.
Xammalın yanması zamanı qarışığın bir hissəsi atmosferə kül şəklində, qalan hissəsi isə qaz və ya başqa birləşmələr şəklində atılır.Yuxarıdakı düstur yalnız praktiki olaraq kül verməyən yüngül maye və qaz şəkilli yanacaqlar üçün ödənilir.
Dostları ilə paylaş: |