13.7. Hidrosferin modeli
Yerin süni peyklərinin yaradılmasına kimi yerin qlobal su sirkulyasiya modelinin qurulması haqqında hətta fikirləşmək belə mümkün deyildi.Bunun əsas səbəbləri göstərilən sistemin çox mürəkkəb olması ilə yanaşı mövcud məlumatların dağınıq olmasında idi.Ətraf mühitin parametrlərinin peyk vasitəsilə ölçülməsi qısa müddət ərzində biosferanm müxtəlif rezervuar- lannda, o cümlədən atmosferdə suyun miqdarını təyin etməyə imkan verdi. Bu ölçmələr zamanı sinxron olaraq temperatur, küləyin sürəti və istiqaməti, atmosfer təzyiqi, səthi istilik balansı, yer relyefinin xarakteri təyin olunur ki, bunlar da qlobal nəmlik mübadiləsinin modelini yararmağa imkan verir.Belə ölçmələr “Космос-243”, “Космос-324”, “Nimbus-7”, “Skayleb”, “Tuppos-11”, “Blok-5D” və digər peyklər vasitəsilə həyata keçirilmişdir.
Biosferdə suyun davranış modelinin qurulması üçün xüsusi sxem işlənib hazırlanmışdır.Müasir elmi potensial su ehtiyatları ilə və onun hərəkəti haqqında belə bir sxemin hazırlanması üçün bütün imkanlara malikdir.Su ehtiyatı müxtəlif formalarda vahid səth üzərində su təbəqəsinin orta hündürlüyü ilə qiymətləndirilir.Bu halda fəza qeyri-bircinsliyi regional struktur ilə qeydə alınır.Xüsusi hallarda regional struktur kimi qlobal modellərdə 4° enlik və 5° isə coğrafi uzunluq arasında qalan sahə nəzərdə tutulur.Qeyd etmək lazımdır ki, atmosferin fəza və zamana görə sirkulyasiyası daha mürəkkəbdir.Bunun üçün xarakterik cəhət zonalar və meridianlar üzrə hərəkətin növbələşməsidir.Bu halda dörd xarakterik sirkulyasiya zonası seçilir - ekvator, subtropik, polyar və orta qurşaqlar.
Qlobal nəmlik strukturunun formalaşması əsasən okeanlar arası su mübadiləsinin dinamikasından asılı olur.Okeanları əlaqələndirən ən güclü axın Antarktika dairəvi axınıdır.Bu axının gücü saniyədə (l83 h- 215)-106 m3 təşkil edir.
Qlobal nəmlik mübadilə modelinin qurulması üçün digər nəzərə alınmalı vacib şərtlərdən biri təsərrüfat məqsədləri üçün sudan istifadənin tendensiyasıdır. Suyun əsas istifadəçiləri əhali, sənaye və kənd təsərrüfatıdır. Su istifadəçiləri hiss olunan nəticələri kimi çay axınlarının fkuktuasiyası və suyun bir hissəsinin suyun dövranına qaytarılmasıdır. Bu haqda qlobal nəmlik mübadiləsi modeli demoqrfik modellə sıx əlaqədardır.
Modeldə bir sıra komponentlər, o cümlədən - Antarktidanın, Qrenlandiyanın, Arktikanın və yüksək dağ ərazilərinin su ehtiyatının akkumulyasiya xüsusiyyətləri ilə xarakterizə olunur.
Modelin yazılışı mürəkkəbləşməsin deyə, biz su balansını donmuş halda qiymətləndirək
burada dW - donmuş halda su ehtiyatı; War - buzun əriməsi; Wx - buzun ərimə sürəti; Wbux- buxarlanmanın qiyməti.
Analoji struktur digər su rezervuarlan üçün də doğrudur.
Qlobalmonitoringinformasiyasistemində suyundövrü bloklar şəklində verilir, hərbirblokdasuyunfazavəziyyətinəzərə almır. Bunun nəticəsində modelin funksional xüsusiyyəti genişlənir və faza vəziyyətlərində olan su ehtiyatlarını qiymətləndirmək imkanları əldə olunur.
Dostları ilə paylaş: |