Bəzi tfh ilə insanlar hələ qədim zamanlardan qarşılaşsalar da, digər bir qismi antroporgen fəaliyyətin genişlənməsi ilə yaranmış və yalnız son 100 ildə diqqəti cəlb edir



Yüklə 2,03 Mb.
səhifə9/14
tarix28.04.2017
ölçüsü2,03 Mb.
#16043
1   ...   6   7   8   9   10   11   12   13   14

y= -6761 + 9900x,

Burada, y-ərazinin dəyəri (man/h): x- əhalinin sıxlığıdır (adam/h).

Yuxarıda söyləndiyi kimi, əsil asıllılıq informasiyanın məhdud massivi- Azərbaycanın iri şəhərləri və inzibati rayonlar üzrə əhalinin sıxlığı və torpaqların dəyəri əsasında əldə olunur. Modelləşdirmə zamanı istifadə olunan ilkin informasiya zəngin olduqda, əldə olunan asılılıq öyrənilən hadisəni daha yaxşı təsvir etmiş olur. Daha kiçik informasiyanın varlığı zamanı əldə olunmuş nəticələri təkmilləşdirmək mümkündür. Birincisi, kənd və şəhər ərazisi üçün reqresiyanın bərbabərliyinin əldə olunması məqsədəuyğun hesab olunur. İkincisi, başqa ərazi təsərrüfat sisteminə malik regionlar üçün yuxarıda sadalanan göstəricilərin asılılığını yoxlamaq böyük əhəmiyyət kəsb edir.

Bunun kimi reqresiya bərabərliyinin köməyi ilə ərazinin dəyərini müəyyən etmək mümkündür. Ona görə əhalinin sıxlığı məlum olmalıdır. Belə ki, bərabərlik Azərbaycan üzrə toplanan bütün məlumatların əsasında qurulur. Dəyərin modelləşdiriləmsi isə yalnız respublikanın hüdudları daxilində mümkündür. Lakin öyrənilən ölçülər arasında əlaqənin varlığı analoji olaraq başqa ərazilərə də tətbiq oluna bilər. Oxşar şəraitdə torpağın dəyərini, əhalinin sıxlığını xarakterizə edən faktiki məlumatların əsasında, başqa regionlar üçün də modellər qurula bilər.

Əldə olunan asılılıq imkan verir ki, sadələşmiş iqtisadi-coğrafi hesablamalar aparmaqla, müəyyən tezliyə və qüvvəyə malik TFH-nin əhalinin sıxlığına təsirini qiymətləndirib, bunu böyük ərazilər səviyyəsində müqaisə etmək mümkün olsun.
2.4. TFH-nın iqtisadi-coğrafi baxımdan tədqiqində kartoqrafik metoddan istifadə.

TFH-nın kompleksli şəkildə öyrənilməsinin vacib vasitələrindən biri də onların xəritələşdirilməsi metodudur. Bu metodun imkanları genişdir. Ondan obyekt və təbii proseslərin bu və digər məkanda yerləşdirilməsi qanunauyğunluğunun müəyyənləşdirilməsi, onların xassələrinin səciyyəsi, TFH-ri arasında qarşılıqlı əlaqə və fəaliyyətin öyrənilməsində istifadə olunur. Bundan müəyyən zaman ərzində baş vermiş dəyişiklikləri təhlil etmək üçün istifadə etmək olar. TFH-nə aid müxtəlif zamanlarda tərtib olunmuş bir neçə oxşar və ayrı-ayrı təbii hadisələrin dinamikliyini əks etdirən xəritələri təhlil etməklə onların baş vermə müddətini, yayılmasını və təkrarlanmasını öyrənmək mümkündür. TFH-nin yayılması, təkrarlanması və intensivliyinə aid xəritələrin tərtib olunması həm yaxın, həm də gələcək zaman üçün xalq təsərrüfatı sturukturunun optimal variantlarının seçimi və inkişaf etdirilməsi baxımdan zəruridir.

TFH-nin iqtisadi və sosial-coğrafi baxımdan tədqiqi zamanı istifadə olunan xəritələri 3 qrupa bölmək olar:


  1. Bu və ya digər TFH-nin təzahür etdiyi zonaları aşkar etməyə imkan verən fiziki-coğrafi xəritələr.

  2. TFH-nin müəyyən ərazidə yayılmasını, təkrarlanmasını və digər cəhətlərini əks etdirən xəritələr.

  3. TFH-ni iqtisadi və sosial coğrafi baxımdan əks etdirən xəritələr.

Ən adi fiziki coğrafi xəritələrin təhlili TFH-nin bu və ya digər rayonlarda təzahür etməsi haqqında bəzi təsəvvürlər yaratmağa imkan verinr, məsələn: sel- müstəsna şəkildə yalnız dağlıq ölkələrə xas olan təbiət hadisəsidir. Landşaft xəritələri özündə bir çox TFH-nin yayılmasının əks etdirməklə böyük maraq doğurur. TFH-ə aid nəticələri, ayrı-ayrı təbiət hadisələrinə həsr olunmuş xəritələrdən istifadə etməklə də almaq olar. A.A.Mədətzadə tərəfindən tərtib olunmuş «Küləyin istiqaməti və sürəti» xəritəsinin köməyi ilə küləklərin harada və nə vaxt TFH-nə çevrildiyini müəyyən etmək olar. Bu xəritədə Azərbaycanın 25 məntəqəsi üçün müəyyən istiqamətli və sürətli küləklərin orta illik təkrarlanmasını müəyyən etməklə, Azərbaycanın əsas küləkli rayonlarını müəyyən etmək olar. Həmçinin, Abşeron üçün xarakterik sayılan, saniyədə gücü 15 m-dən çox olan güclü şimal və şimal-şərq küləklərinin təkrarlanmasını da müəyyən etmək ollar.

Bilavasitə TFH-nə həsr olunmuş xüsusi xəritələr böyük maraq kəsb edir. Belə xəritələr bir qayda olaraq bu və ya digər TFH-nin coğrafi baxımdan yayılmasından bəhs edən monoqrafiyalarda, eləcə də bir çox məqalələrdə öz əksini tapmışdır.

İnqilaba qədərki Azərbaycanın ərazisində TFH-nin xəritəyə köçürülməsi demək olar ki, çox məhdud olmuşdur. Mövcud xəritələr isə əsasən zəlzələlərə həsr edilmişdir. Buna Akademik Q.V.Abix tərəfindən tərtib olunmuş Şamaxı və Ərzurum zəlzələlərinnin xəritəsini misal göstərmək olar.

Sovet dövründə zəlzələlərə həsir olunmuş ilk xəritə E.İ.Byüs tərəfindən tərtib olunmuşdur; Q.V.Abixin də zəlzələlərə həsr etdiyi xəritələri bu dövrə təsadüf edir. E.İ.Byüsün tərtib etdiyi xəritə 1830-1930-cu illərdə, yəni 100 il ərzində Zaqafqaziyada baş vermiş zəlzələlərə həsr olunmuşdur. Zaqafqaziyada sel hadisəsinə həsr olunmuş xəritə 1931-ci ildə İ.Roşin tərəfindən tərtib olunmuşdur.

Sonrakı illərdə TFH-nin ayrı-ayrı növləri üzrə bir sıra xəritələr tərtib olunmuşdur. Onlardan ümumilikdə respublikaya həsr olunmuş bir qismi Azərbaycan SSRİ-nin atlasında (1963) yerləşdirilmişdir. Bu xəritələrə:

- 7, 8 və 9 bala qədər zəlzələlərin baş verdiyi zonaların, eləcə də 1X əsrdən başlayaraq gücü 7, 8, 9 bal olan zəlzələlərin episentirlərini əks etdirən seysmik rayonlaşdırma xəritəsi (Ş.S.Rəhimova, V.P.Kuznetsova, E.Ş.Şıxəlibəyli, Z.Z.Sultanova); il ərzində 1-3, 3-5, 5-7, 7-dən çox dolu düşən günlərin sayını əks etdirən xəritə (A.A.Mədətzadə);



  • - Quraqlıq müddətini (aprel-sentyabr) və quuraqlığa məruz qalan əraziləri əks etdirən xəritə. Burada quraqlığın davam etdiyi 10, 10-30, 30-50, 50-70 günlər ayrılmışdır. Bu xəritədə, həmçinin həmin dövrün nisbi rütubətliyi xətlər vasitəsilə, şimal qasırğasının – Xəzri küləyinin təkrarlandığı ərazilər müəyyən edilmişdir.

- Sürüşmələrə (B.Budaqov, N.Kərimov), bəzi iqlim hadisələrinə (E.M.Şıxlinski, A.A.Mədətzadə), seismik hadisələrə (E.Ş.Şıxəlibəyli, Z.Z.Sultanova) aid çoxsaylı xəritələr tərtib olunmuşdur. Lakin, ümumilikdə Azərbaycanda sırf TFH-nə həsr olunmuş xəritələr kifayət qədər olmadığından, onlar xalq təsərrüfatının bu problemlə əlaqədar olan ehtiyaclarını tamamilə ödəmir. Belə xəritələr əsasən kiçik miqyaslı olduqlarından onlar praktik əhəmiyyət kəsb etmirlər (I:3000000). Miqyası 1:100000-1:200000 olan, ayrı-ayrı TFH-nin elementlərini ətraflı təsvir edən xəritələr demək olar ki, yoxdur. Respublikada olan belə xəritələr isə məqsədli istifadə üçündür. Konkret tikililərin layihələşdirilməsi və inşa olunması üçün miqyası 1:10000 olan xəritələrdən istifadə edirlər. Bu xəritələr müəyyən təşkilatların tələblərinə görə tərtib olunduğundan, iqtisadi və sosial coğrafi tədqiqatlarda yalnız məhdud məqsədlər üçün istifadə edilir.

Bu kitabın müəlliflərindən biri tərəfindən Azərbaycan SSRİ-də baş verən sel hadisələrinin yayılmasına dair xəritə tərtib olunmuşdur. Əvvəllər Azərbaycanın ərazisində baş vermiş sellər xəritəsi O.Q.Rüstəmov tərəfindən tərtib olunmuşdur. (Azər.SSRİ-nin Atlası, 1963, səh 77). Müəllif bu xəritələşdirmə işində əsasən sellərin fiziki-coğrafi xüsusiyyətlərinə əsaslanmışdır. Sel axınlarını turbulent və struktur növlərə bölmüşdür. Bizim tərəfimizdən tərtib olunmuş xəritədə isə sellərin təhlükəliliyi əsas götürülmüşdür. Bu göstəriciyə görə aşağıdakı 3 rayon ayırılmışdır: 1. Selə ən çox məruz qalan rayonlar. Buraya Böyük Qafqazın cənub yamacında yerləşən Balakən, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay rayonları və Naxçıvan MR-nin Ordubad şəhəri aid edilir. Güclü sellər göstərilən ərazilərdən demək olar ki, hər il keçir. 2. Orta sel təhlükəli rayonlar. Buraya Dəvəçi və Şamaxı (Böyük Qafqazın şərq yamacı), Şəmkir və Xanlar (Kiçik Qafqazın şimal yamacı), Fizuli və digər rayonların (Kiçik Qafqazın cənub yamacı) əraziləri aid edilir. Bu rayonlardan sellər nadir hallarda keçsələr də hər dəfə dağıntılara səbəb olurlar. 3. Zəif sel təhlükəli rayonlarına əsasən Lənkəran zonası və Şamaxı rayonununun şərq hissəsi daxildir. Buradakı sel ocaqları böyük olmasa da, onların baş verməsinə tez-tez rast gəlinir. Xəritədə respublikada «potensial sel təhlükəli rayonları» da ayrılır. Bu rayonlarda sellərin baş vermə ehtimalı çox azdır, bəzi rayonlarda isə sel tamamilə yoxdur.

Tərtib olunmuş xəritədə sellərin Azərbaycanın əraziləri üzrə yayılması da daha ətraflı əksini tapmışdır, bu xəritə digərlərindən əsas prinspial fərqi iqtisadi coğrafi yönümlü olmasıdır.

TFH-nin iri miqyaslı xəritələrə köçürülməsi xalq təsərrüfatı baxımından vacib əhəmiyyət kəsb edir. Çünki yalnız bu cür xəritələr TFH haqqında daha tam təsəvvür yarada bilər. Xüsusilə də bu müxtəlif TFH-nin (sel, sürüşmə və uçqunların) bir neçəsinin müşahidə olunduğu, antropogen təsirin əlverişsiz və arzuolunmaz təbii proseslərinin fəallaşmasına şərait yaratdığı dağlıq ərazilər üçün xüsusilə aktualdır.

TFH-n geniş yayıldığı dağ rayonlarının ilk dəfə iri miqyaslı xəritələrə köçürülməsi 1950-ci illərdə Avstriya, İsveçrə və ABŞ-da başlanmışdır (C.D.Ayvz. 1983). 1979-cu ildə BMT-nin Universiteti Niapolun təhlükəli dağ rayonlarının eksperiment yolu ilə xəritəyə köçürülməsi işinə başlamışdır. Burada 1:50000 və 1:100000 miqyaslı xəritələr işlənib hazırlanır. Xəritələrdə dərc olunmuş kiçik hissələrə əsasən burada insan həyatı üçün təhlükə yarada bilən TFH-nin bütün elementləri (yarğanlar, sürüşmələr və s.) xəritəyə köçürürlür. Xəritənin varlığı qərarların qəbulu zamanı istifadə olunan məlumatlar bankının komponentdlərindən biri kimi nəzərdən keçirilməlidir.

Çox təəssüflər olsun ki, Azərbaycanda TFH-nin dinamikliyi və fəal antropogen təsiri ilə xarakterizə olunan dağ və dağətəyi rayonlarında bu cür işlər demək olar ki, aparılmır.

İlk dəfə olaraq Azərbaycanda müəlliflərdən biri tərəfindən TFH təsirinə məruz qalmış ərazilərin iri miqyaslı iqtisadi coğrafi xəritəsi tərtib olunmuşdur. Bu xəritələrdən biri İsmayıllı rayonunun Kirdmançay hövzəsində baş verən TFH-ə həsr olunmuşdur. Xəritəyə köçürülən ərazi daha çox sürüşmə təhlükəsi ilə qarşılaşır. Xəritədə 8-9 ballıq zəlzələ, sel, sürüşmə və daş üçqünlarının təsirinə məruz qalan ərazilər əksini tapmışdır.

Mövcud vəziyyətdə tədqiqat metodunun köməyi ilə bir sıra ərazilərin sürüşməyə məruz qalan kənd təsərrüfatı torpaqlarından istifadənin perspektivlini müəyyənləşdirməyə imkan verir. Deməli, müdafiə tədbirlərinə sərf olunan məsrəflər nəzərə almaqla, bu torpaqların mənimsənilməsinin məqsədəuyğunluğu əsaslandırılmalıdır. Əlbəttə ki, həm torpaqların mənimsənilməsi, həm də onların TFH-dən müdafiə olunmasında ərazi üçün xarakterik sayılan zəlzələ, sel, sürüşmə və daş uçqunları kimi hadisələrin hər birinə qarşı xüsusi mübarizə metodu işlənib hazırlanmalıdır.

Yüksək seysmik ərazidə yerləşmiş Şamaxı inzibati rayonunun hüdudları daxilində 8-9 ballıq yüksək zəlzələ zonaları, sel, sürüşmə və daş uçqunlarının təzahür etdiyi ərazilər, eləcə də yaşayış məntəqələri nəzərə alınaraq xəritəyə köçürülmüşdür. Burada yaşayış məntəqələrinin səciyyəsi bir qədər başqa mövqedən verilmişdir. Yəni son 100-150 il ərzində zəlzələlərin təkrarlanması və onların yaşayış fonduna vurduğu zərərin dərəcəsi əksini tapmışdır (50%-ə qədər və 50%-dən çox). Zəlzələlərin təkrarlanma göstəriciləri və məntəqələrin təbii fəlakətə məruz qalma dərəcəsi burada məskunlaşan əhaliyə xəbərdarlıq edilməsini məqsədəuyğun hesab edir. Beləliklə, Şamaxı rayonunun qərb hissəsi əhali tərəfindən daha sıx məskunlaşmış, mənimsənilən, həm də zəlzələ hadisəsindən daha çox ziyan çəkən ərazidir. Bu cür vəziyyət tarixən təhlükəli ərazilərin təbii şəraitlərinə görə kənd təsərrüfatının mənimsənilməsi üçün daha əlverişli olması ilə əlaqədardır. Daha nadir və zəif dağıntılar tarixən köçəri maldarlıqla məşğul olan rayonun şərqi və cənub hissələrində müşahidə olunurdu. Belə ərazilərdə əhalisinin seyrəkliyi və təşəkkül tapmış təsərrüfyat sahələri TFH nəticəsində dəyə biləcək ziyandan qorunmağa imkan vermişdir. Hal-hazırda burada əhali oturaq həyat tərzinə keçmiş və burada son on ildə zəlzələ dözümlü yeni yaşayış binaları inşa edilmişdir.

Müəlliflər TFH-nin təsirinə məruz qalan ərazilərin xəritələşdirilməsi zamanı müxtəlif metodiki yanaşmalardan istifadə etmişlər. Bu cür xəritələrdən əhalinin müxtəlif bölgələrdə məskunlaşması və kənd təsərrüfatının ərazi təşkili zamanı istifadə oluna bilər. TFH-nə həsr olunmş xəritələrinin tərtib olunmasında sosial-iqtisadi amillər əsas yer tutduğundan onların sifarişçilərə vaxtında çatdırılması nəzərə alınmalıdır. Məsələn: Azərbaycanın seismik hadisələr xəritəsindən əsasən dövlət tikinti təşkilatları istifadə etsələr də, bundan fərdi tikinti sahələrində demək olar ki, istifadə etmirlər. Bütün deyilənlər respublikada daşqınların fasilələrlə baş verdiyi ərazilərdə aparılan tikinti-inşaat işlərinə şamil edilə bilər. Bizim müşahidələrimizə əsasən daşqınların tez-tez baş verdiyi bir sıra inzibati rayonlarda bu cür xəritələrə rast gəlinmir. Belə xəritələri tərtib edərkən onları ilk növbədə daşqın təhlükəsi gözlənilən rayonlara göndərmək lazımdır. Bu növ xəritələrə əlavə edilmiş tövsiyyə və izahatların olmaması ucbatından aparılan tikinti işlərinin bir qismi bəzən daşqın təhlükəsi altında fəaliyyət göstərir. Nəticədə təhlükəli ərazilərdə tikilmiş obyektlər bəzən dağıntılara məruz qalır. Yüksək seismikli ərazilərdə və rayonlarda tikinti işləri apararkən zəlzələlərin gücünün nəzərə alınmaması, sonradan böyük fəlakətlərə səbəb olur. Bunu nəzərə alaraq, seismik xəritələri dərc edərək, onları riski böyük olan rayonlara göndərmək və orada istifadə edilməsi lazımdır. Bu cür xəritələrin izahedici hissəsində 7-9 ballıq zəlzələlər haqqında geniş tövsiyyə səciyyəli informasiya vermək lazımdır. Belə praktiki məsələlərin həlli üçün hər il əlaqədar təşkilatlar bu sahə üçün ayrıca vəsait ayırmalıdır.


2.5. TFH-nin təsərrüfata təsirinə görə ərazilərin rayonlaşdırılması.

Ərazilərin rayonlara bölünməsi bir tərəfdən onun öyrənilməsinin nəticəsi, digər tərəfdən isə onun təhlili metodudur. Burada söhbət TFH-nin bəzi növlərinin yayılmasından asılı olaraq öyrənilməsi və onların təsərrüfata təsirinə görə rayonlaşdırılmasından gedir. Müəyyən təkrarlanma və gücə malik olan bu və ya digər TFH-nin baş verdiyi ərazilərin fiziki-coğrafi baxımdan rayonlaşdırılması onların təsərrüfata təsir xarakterinə əsasən iqtisadi-coğrafi baxımdan rayonlaşdırılması üçün əsas kimi götürülə bilər.

Ölkəmizin ərazisidə TFH-nın ayrı-ayrı növlərinin intensiv şəkildə yayıldığı rayonların müəyyən edilməsində böyük işlər görülmüşdür. TFH-nin məhsuldar qüvvələrin inkişafına və istehsalın ərazi təşkilinə təsirinin öyrənilməsində rayonlaşdırma mühüm vasitələrdən biri kimi çıxış edə bilər. Bir: müxtəlif təsərrüfat tikililərindən imtina etməyi, iki-xalq təsərrüfatı üçün vacib olan tikililərin yerləşdiriləmsində müdafiə tədbirlərini həyata keçrilməsini, üç TFH-nın müxtəlif növolərinin təsirinə az məruz qalan ərazilərdən istifadə formaları axtarılmalı. TFH-nin yayılmasının öyrənilməsi istiqamətində toplanmış təcrübə təsərrüfatlara böyük ziyan vuran zəlzələ, sel, daşqın və digər proseslərin baş verdiyi əraziləri müəyyənləşdirməyə imkan verər. Belə əraziləri öyrənmək və TFH-ni nəzərə almaq təsərrüfatın ərazi təşkilini müəyyənləşdirməyə və təsərrüfat fəaliyyətinin formalarını seçməyə imkan verər. Bəzi hallarda müdafiə tədbirlərinin həyata keçirilməsi, digər hallarda isə əlavə vəsitlər sərf etmədən ərazilərdən səmərəli istifadə olunması məqsədəuyğun hesab oluna bilər.

TFH-nin təsir xüsusiyyətindən asılı olaraq ərazilərin iqtisadi-cobrafi rayonlaşdırılmasında problemə kompleks yanaşmaq tələb olunur. Götürülən ərazidə TFH-nin bir növünü rayonlaşdırmadan, onların bir neçə növlərinin oxşar sahələrdə yayılması və təkrarlanması nəzərə alınmaqla, yeni rayonlaşdırma aparmaq məqsədə uyğundur. Məsələn, eyni ərazilərin dağ rayonlarında sel, sürüşmə, üçqun və doluvurmaya rast gəlinir. Belə vəziyyətdə həmin ərazilərdə rast gəlinən TFH-nin uzlaşmasına əsasən ərazilərin rayonlaşdırılması zəruridir. Həmçinin, TFH-nin bütün təsərrüfat sisteminin fəaliyyətinə və təsir göstərməsindən asılı olaraq ərazilərin rayonlaşdırılması nəzərə alınmalıdır. TFH-nin təsirinə məruz qalan ərazilərin iqtisadi-coğrafi baxımdan rayonlaşdırılması ümumi bir qanunauyğunluq kimi heç vaxt diqqətdən kənarda qalmamalıdır. Lakin, tədqiqatın məqsədindən asılı olaraq, öyrənilən sahələrin konkret şərait və miqyasına istiqnad edərək bir neçə elementlərin məhdud dairəsinə əsasən ərazilərin rayonlaşdırılması mümkündür. Məsələn, bu və ya digər təbiət hadisəsi daha böyük əraziləri əhatə edə bilər, və ya kiçik ərazidə müxtəlif zərər və dağıntılara səbəb ola bilər. Buna müvafiq olaraq, bir təsərrüfat tapşırıqlarının həlli zamanı geniş yayılmış TFH-nin rayonlaşdırılması, digər konkret obyektlərin yerləşdirilməsi üçün isə təbii fəlakətə məruz qalan lokal ərazilərin rayonlaşdırılması tələb olunur. Bu baxımdan TFH-nin intensivliyinin və təkrarlanmasının nadir hallarda təzahür etdiyi ərazilərin mikrorayonlaşdırılması məqsədəuyğun hesab olunur. Bunu 2000-ci ildə Bakı şəhərində baş vermiş zəlzələ hadisəsinin timsalında izah etmək olar. Belə ki, göstərilən zəlzələ zamanı şəhərin müxtəlif ərazilərində onun gücü müxtəlif olmuşdur. Belə ərazilərin mikro sesismik rayonlaşdırılması şəhərin bu və ya digər hissələrində zəlzələlərin təzahür qüvvəsinə müvafiq olaraq müdafiə tədbirlərinin həyata keçirilməsinə imkan verir. TFH-nin təsirinə məruz qalan ərazilərin mikrorayonlaşdırılması təsərrüfat fəaliyyətinin seçiminin əsaslandırılması; obyekktlərin yerləşdiriləməsi, fəaliyyəti və onlara qarşı müdafiə metodlarının işlənib hazırlanması; ayrı-ayrı rayonların iqtisadi-coğrafi baxımdan tədqiq edilməsi üçün kompleks proqramların tərtibi zamanı istifadə oluna bilər. Bunun əsasında TFH nəticəmsində baş verəcək dağıntılardan əhalinin xəbərdarlıq edilməsi, təbiətə və təsərrüfata vurulan ziyanın ödənilməsi formaları işlənib hazırlana bilər.

TFH-nin kompleks rayonlaşdırılmasının işlənib hazırlanması bütün təsərrüfat sahələrinin inkişafı və mənimsənilməsi baxımdan da məqsədəuyğundur. Belə rayonlaşdırma xəritələri yağıntı, havanın hərarəti, atmosfer təzyiqi və digər təbiət hadisələrinin təqdim olunmuş parametrlərilə yanaşı, ərazilərin elmi təhlilinin aparılması üçün əsas vasitələrdən biridir. Beləliklə, şərh olunan mülahizələr göstərir ki, TFH-nin rayonlaşdırılması təbiət elmlərinə qarşı irəli sürülən iqtisadi-coğrafi sifariş və bu sahədə nəzərdən keçirilən təsərrüfatın səmərəli ərazi təşkilinin bir probleminin həlli istiqamətidir. Burada, bilavasitə TFH-nin sosial-iqtisadi sistemlərə təsir etmə amilləri nəzərə alınmaqla, onlardan ziyan çəkən ərazilərin rayonlaşdırılması aparılmalıdır. Qeyd olunan amillər üzrə iqtisadi-coğrafi rayonlaşdırma aparan zaman müxtəlif yanaşma üsullarından istifadə etmək mümkündür. Öyrənilən ərazi TFH nəticəsində dəyən zərərin miqdarına və ya dağıntıların növünə, təsərrüfatın və əhalinin ondan ziyan çəkmə göstəricilərinə əsasən rayonlaşdırıla bilər.

Bizim tərəfimizdən iqtisadi-coğrafi rayonrayonlaşlırmaya aid eksperiment kimi Azərbaycan ərazilərinin TFH-nin təzahür etmə dərəcəsinə əsasən rayonlaşdırılması aparılmışdır. Bir sıra TFH-nin uzlaşması ilə təsərrüfatın ərazi təşkilinin və müdafiə tədbirlərinin həyata keçirilməsinin əhəmiyyətini nəzərə alaraq, respublikanın ərazisini 4 rayona ayırmaq olar: bir neçə növ TFH-nin daima yüksək səviyyədə təzahür etdiyi rayonlar; TFH-nin bir-iki növünün daima yüksək səviyyədə təzahür etdiyi rayonlar; TFH-nin ayrı-ayrı növlərinin ərazisində epizodik şəkildə təzahür etdiyi rayonlar; TFH-nin zəif şəkildə təzahür etdiyi rayonlar.


2.6. TFH-nin proqnozlaşdırılması metodikasında iqtisadi-coğrafi yanaşma.

Təbii proseslərin proqnozlaşdırılması əsasən fiziki coğrafiya elminin səlahiyyətlərinə aid olsa da, geniş dairəli məsələlərin həlli zamanı iqtisadi coğrafiya TFH-nin proqnozlarından geniş şəkildə istifadə edir. Beləliklə, iqtisadi coğrafiya TFH-nin proqnozlaşdırılmasının bütün istiqamətlərdə inkişafı proqnozlaşdırılan TFH-nin sayının artımı, onların baş verməsi müddətlərinin və təsir qüvvələrinin dəqiqləşdirilməsi, verilən proqnozların həqiqiliyinin çoxalması ilə maraqlıdır. TFH-nin proqnozlaşdırılması son illərdə nəzəri coğrafi tədqiqatlarda geniş tətbiq olunsa da, müəyyən iqtisadi-coğrafi rayonlarda, areallarda, xüsusilə də mikroareallarda təbii mühitin komplekslərinin komponentlərinin dinamikasının hələ də dəqiq proqnozu verilməmişdir. «Monoproqnozlar», yəni TFH-nin bir növünün təzahür imkanları və gücünün proqnozları daha çox inkişaf etmişdir. Bununla bərabər, təsərrüfatın ayrı-ayrı sahələrinin inkişafı – və onların yerləşdirilməsi probleminin həlli, ərazilərin səmərəli şəkildə təşkili müəyyən ərazilərdə təzahür edən TFH-nin bütün növlərinin kompleks təhlilini tələb edir.

TFH-nin hər bir növü üçün proqnozlaşdırmaya onların təzahür etdiyi yer (başqa sözlə, həmin yerdə TFH-nin təzahür etmə imkanları); TFH-nin təzahürünün mümkünlüyü (tezliyi); TFH-nin baş vermə vaxtı (bütün hallarda TFH-nin təzahür intensivliyi də proqnozlaşdırılır) daxildir. Təəssüflər ki, elmin müasir səviyyəsində bütün TTH-nin sadalanan səviyyələrdə proqnozlaşdırılması hələlik mümkün deyil.

Təsərrüfatın ərazi təşkili problemlərinin həlli zamanı müəyyən sahədə təzahür edən TFH-ni iqtisadi-coğrafi aspektdə kompleks şəkildə nəzərdən keçirilməsi zəruridir. Bu zaman zəif, güclü, tez-tez, həm də nadir hallarda baş verən TFH-nii nəzərə almaq lazımdır. Nadir hallarda baş verən TFH-nə zəlzələ, sunami, vulkan püskürmələri və s. kimi daha dağıdıcı hadisələr aiddir. Məsələn,sahil rayonlarının mənimsənilməsi və bu rayonlarda əhalinin yerləşdirilməsi zamanı hətta ən kiçik sunami küləklərinin baş verməsi ehtimalını nəzərə almaq lazımdır (Paras-Karayanist 1983).

Təbii fəlakətlərin proqnozlaşdırılması təsərrüfat quruluşunun və ərazi təşkilinin iqtisadi-coğrafi baxımdan əsaslandırılması üçün çox böyük əhəmiyyət kəsb edir. TFH-nin bu proqnozundan aşağıdakı 3 qrup sualları cavablandırmaq üçün istifadə oluna bilər:

I. Nəyi, hansı ərazilərdə səmərəli yerləşdirmək mümkündür?

2. Hansı ərazilərdə bu və ya digər tikililərə əlavə kapital qoyuluşu tələb olunur?

3. Təsərrüfat sahələrinin fəaliyyəti prosesində hansı ərazilərdə və nəyin nəzərə alınması zəruridir?

Sualların birinci qrupunu üçün əsasən növbəti məqamları nəzərə almaq olar. Rroqnozların ayrı-ayrı elementləri qismən də olsa, bu və ya digər təsərrüfat obyektlərinin yerləşdirilməsində nəzərə alınır. Məsələn, qüvvədə olan normativ qaydalara əsasən müəyyən növ tikililərin yerləşdirilməsi zamanı zəlzələ, daşqın və TFH-nin digər növləri nəzərə alınır. Lakin bu əsasən dövlət əhəmiyyətli iri kapital qoyulmuş tikililərə şamil olunur. TFH-nin kənd təsərrüfatına təsirini nəzərə alan aqrotexniki üsullar da mövcuddur. Eyni zamanda TFH-nin kompleks fəaliyyət cöstərdiyi ərazilərdə, kənd təsərrüfatı obyektlərinin və əkinlərinin bü və ya digər növünün yerləşdirilməsində tövsiyələrin təkmilləşdirilməsi zəruridir.

İkinci suala cavab olaraq bildiririk ki, tikililərə sərf olunan əlavə xərclər hazırki dövrdə, doğrudan da yalnız iri kapital tutumlu obyektlər üçün işlənib hazırlanır. Məsələn seysmik rayonlarda əhaliyə, mədəni-məişət xidməti sahələri, yaşayış binaları və digər obyektlərin inşasına sərf olunan əlavə xərclər, tikinti üçün ayrılmış əraziləri daşqınlardan müdafiə edən qurğu və bəndlərin dəyəri əvvəlcədən müəyyən olunur. Burada əlavə kapital qoyuluşu tələb edən kənd təsərrüfatıdır, çünki bu sahənin inkişaf istiqamətlərində TFH əsasən nəzərə alınmır və bu istiqamət az tədqiq olunub.

Üçüncü qrup suallar-TFH-ni nəzərə almaqla, təsərrüfatın inkişafı və operativ şəkildə idarə olunması-təsərrüfatın iri obyektlərinə qismən aiddir. Onlar bir qayda olaraq tikinti zamanı kifayət qədər etibarlı şəkildə müdafiə olunsalar da, lakin kənd təsərrüfatı üçün böyük əhəmiyyət kəsb edən obyektlər də nəzərə alınır.

Bu və ya digər obyektlərin ərazidə yerləşdirilməsi haqqında tövsiyyələrin və onların tikilməsinə tələb olunan əlavə xərclərin təyin olunmasında əsasən nadir hallarda baş verən, böyük dağıdıcı qüvvəyə malik TFH-nin proqnozu mühüm yer tutur. Təsərrüfat sahələrinin fəaliyyətinə aid olan suallar-nadir hallarda, lakin güclü, nisbətən zəif və kifayət qədər tez-tez baş verən TFH-nin proqnozları ilə əlaqədar aparılan bütün növ mübarizə tədbirləri-idrəetmə təşkilatları tərəfindən operativ olaraq yerinə yetirilməlidir. Təsərrüfat sahələrinin normal şəkildə fəaliyyət göstərməsi üçün operativ idaretmədə təskilatı obyektləri nəzarətə almalı və müvafiq qaydada müdafiə tədbirləri hazırlanmalıdır. Beləliklə, təsərrüfat üçün TFH-nin baş vermə tezliyinin, əhatə dairəsinin və gücünün proqnozlaşdırılması zəruridir.

TFH-nin əsasən qısamüddətli, ortamüddətli və uzunmuddətli proqnozları mövcuddur.

Qısamüddətli proqnozlar müvəqqəti, bir neçə saatdan 1-3 günə kimi tərtib olunurlar. Atmosfer hadisələri kimi təbii proseslərin ayrı-ayrı nöbvləri üçün tərtib olunmuş qısa müddətli proqnozlar kifayət qədər etibarlı elmi əsasa malikdirlər. Bu proqnozların metodikası təkmilləşdirilməkdə davam etsə də, onun dəqiqliyinə diqqət artırılmalıdır.

Təbii proseslərin, o cümlədən TFH-nin uzunmüddətdli proqnozları bir ay, mövsümü, il, bəzən isə bir neçə ilə işlənib hazırlanır. Bu proqnozların metodikası hələlik zəif işlənib hazırlandığından TFH-nin uzunmüddətli proqnozlaşdırılması «əsrin problemi» hesab olunur. Konkret zaman kəsiyində TFH-nin ayrı-ayrı növlərinin təzahür müddəti haqqında əhalinin qabaqcadan xəbərdarlıq edilməsi xalq təsərrüfatı sahələrinin ritmik fəaliyyət göstərməsi, ölkənin təbii, maddi və əmək ehtiyatlarından yüksək səviyyədə istifadə etmək üçün imkan verərdi.

Müxtəlif TFH-nin proqnozlaşdırılması metodlarının işlənib hazırlanması üzərində dünyanın bir çox ölkələrində görkəmli mütəxəssislər çalışırlar. Bu mütəxəssislərin elmi araşdırmaları proqnozların keyfiyyətlərinin yaxşılaşmasına ümid etməyə imkan verir. Lakin, yaxın gələcəkdə bütün TFH-nin proqnozlarının düzgünlüyünün tam təmin olunması çətindir. Çünki elm, texnika inkişaf etməklə yanaşı, insanların ətraf mühitə müdaxilələri də genişlənir. Bu proseslər təbiətdə əvvəllər gözlənilməyən TFH-nın baş verməsinə və onların intensivliyinin artmasına səbəb ola bilər. Lakin, təsərrüfatlarda aparılan təcrübələrdə TFH-nin proqnozlarından istifadənin müsbət məqamları ilə yanaşı, mənfi nəticəsi də mövcuddur. TFH-nin respublika iqtisadiyyatına küllü miqdarda ziyan vurduğunu nəzərə alıb, istehsalın ərazi təşkilində mövcud proqnozlara istinad etməklə, onların dağıdıcı gücünü minumuma endirmək və zərərsizləşdirmək olar. Məsələn, respublikanın Şəki-Zaqatala kimi sel təhlükəsi böyük olan bölgəsində istehsalın ərazi təşkilində TFH heç də həmişə nəzərə alınmamasıdır. Sellərin mütəmadi olaraq keçdiy hövzələrdə yeni sənaye müəssisələri, yaşayış evləri inşa edilir, kənd təsərrüfatı torpaqları mənimsənilməkdə davam edir. Lakin, bu zaman sellərə qarşı əsaslı müdafiə tədbirləri həyata keçirilmədiyindən, belə ərazilərdə sellər daha böyük dağıntı və faciələrlə müşaiyət olunur. Bu misalları təqdim etməklə, xalq təsərrüfatı sahələrində, xüsusilə respublikanın digər regionlarında da istesalın ərazi təşkilində TFH-nin nəzərə alınmasını və onların proqnozlaşdvırılmasını vacibliyini qeyd etmək istərdik. Ərazilərdən istifadə olunması zamanı TFH-nin proqnozlaşdırılması və onların uçota alınması ilə yanaşı, müxtəlif ekstremal hadisələrin təzahürünə, təkrarlanma intervalına və baş vermə faktına da diqqət yetirmək lazımdır. Təbii fəlakətlərdən bəziləri uzun müddət «ətalət» vəziyyətində ola bilərlər. Əhalinin xəbəri olmadan əvvəllər təbii fəlakət zonaları sayılan ərazilərdə onların məskunlaşması və heç bir müdafiə tədbirinin aparılmaması, sonradan nəticəsi bəlli olmayan faciələr yaradır. Fəlakət zonalarının əhaliyə yararlı və məhsuldar torpaq sahəsi kimi verilməsi dünyada və Azərbaycanda bu gün də davam edir. Onun nəticəsidir ki, 1968-ci ildə sönmüş hesab edilən Kosta Rikanın Arenal vulkanın gözlənilmədən püskürmüş və nəticəsində 80 nəfər insan həlak olmuşdur; Bakı şəhəri ərazisindəki Bayıl qəsəbəsində 2000-ci ildə baş vermiş sürüşmə nəticəsində isə 50 yaşayış evi yararsız hala düşmüş, dağılmış, bir nəçə dövlət binasına və şəhər təsərrüfatına 50 mln. ABŞ $ həcmində zərər dəymişdir.

Beləliklə, TFH-nin hətta bir növünün təzahür etməsi mümkünlüyü hər hansı bir təsərrüfat sahəsinin ondan uzun müddət ərzində tam təhlükəsizliyini və fəaliyytini təmin etməyi tələb edir. Bu məqsədə nail olmaq üçün vacib olan zəruri şərtlərdən biri də, TFH-nın təzahürünün proqnozlaşdırılmasıdır. Bu sahədə dünya alimlərinin beynəlxalq əməkdaşlığı böyük səmərə verə bilər.


Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin